f. h. mƏmmƏdov. Ə.d.taĞiyev....

206
F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOV Telekommunikasiya texnologiyaları Aliməktəb tələbələri üçün dərs vəsaiti Bakı 2014

Upload: others

Post on 03-Mar-2020

10 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOV

Telekommunikasiya texnologiyaları

Aliməktəb tələbələri üçün dərs vəsaiti

Bakı 2014

Page 2: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

F.H.Məmmədov, Ə.D.Tağıyev, R.H.Hüseynov

TELEKOMMUNİKASİYA TEXNOLOGİYALARI

Ali məktəblər üçün dərs vəsaiti

Azərbaycan Texniki Universitetinin

Elmi-Metodik Şurasının

03 saylı 22.04.2014-cü il tarixli

qərarı ilə dərs vəsaiti kimi təsdiq edilmişdir.

BAKI 2014

Page 3: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Rəyçilər: Azərbaycan Texniki Universitetinin

“Çoxaknallı telekommunikasiya

sistemləri” kafedrasının müdiri

t.e.d., professor T.M.Mansurov

Azərbaycan Respublikası Rabitə və

Yüksək Terxnologiyaları Nazirliyi

“Az. Telekom İB”-nin baş

ddirektor müavini, t.e.n., dosent

M.H.Həsənov

F.H.Məmmədov, Ə.D.Tağıyev, R.H.Hüseynov.

Telekommunikasiya Texnologiyaları. Dərs vəsaiti. Bakı, NPM

“Təhsil”, 2014.-203s.

Hesablama şəbəkələrinin növləri, verilənlərin ötürülməsi

kanallarının növləri, verilənlərin ötürülməsi mühitlərinə baxılır.

Açıq sistemlərin qarşılıqlı əlaqəsinin etalon modeli,

verilənlərin ötürülməsinin analoq kanalları, verilənlərin

ötürülməsinin rəqəmsal kanalları, kanal səviyyəsinin

protokolları, naqilli kanallar, naqilsiz kanallar, abonent xətləri,

ISDN kanallar şərh edilir. Müxtəlif şəbəkə protokolları və

texnologiyaları araşdırılır və onların ətraflı şərhi verilir.

Page 4: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

GİRİŞ

Telekommunikasiya texnologiyaları elə sürətlə inkişaf

edir ki, bu texnologiyaların sənayenin bütün sahələrinə tətbiqi

qaçılmazdır. Yaxın keçmişə qədər dar bir çərçivəni əhatə edən

biliklər, bu gün istehsalatda çalışan hər bir işçi üçün praktiki

əhəmiyyət kəsb edir.

XXI əsri cəsarətlə “informasiya cəmiyyəti” əsri

adlandırmaq olar. İnformasiya cəmiyyətinin formalaşması

prosesinə təsir göstərən bir sıra faktorlar mövcuddur.

İnformasiya cəmiyyətinin formalaşdırılmasında əsas rolu onun

yaradılma tempini və keyfiyyətini təyin edən

telekommunikasiya texnologiyaları oynayır. “İnformasiya

şəbəkələrinin qurulmasının telekommunikasiya

texnologiyaları” anlayışı XX əsrin ortalarında meydana

gəlmişdir, lakin əsrin sonlarında bu texnologiyaların insan

fəaliyyətinin bütün sferalarını əhatə etdiyi müşahidə olundu.

İnformasiya verilişi şəbəkələri teleqraf və telefon

şəbəkələrindən bütün növ informasiyaların (danışıq, verilənlər,

video) verilişini həyata keçirən inteqral rəqəmli şəbəkələrə

qədər sıçrayışla inkişaf etmişdir. Bu sferanın inkişafına təsir

göstərən əsas faktorlara hesablama texnikası və

mikroelektronika sənayesinin inkişafına aid etmək olar.

Telekommunikasiya texnologiyaları paralel olaraq rabitə

kanallarının inkişafı (analoq kanallardan yüksək sürətli rəqəmli

optik-lifli rabitə xətlərinə qədər) və cəmiyyətin

kompyüterləşdirilməsi ilə inkişaf etdirilmişdir.

Telekommunikasiya texnologiyalarının inkişafının əsas

mərhələlərinə aşağıdakıları aid etmək olar:

- teleqraf və telefon şəbəkələri (kompyüterlərə qədər olan

dövr);

- modemlərdən istifadə etməklə kommutasiya olunan və

ayrılmış kanallar üzrə ayrı-ayrı abonentlər arasında verilənlərin

ötürülməsi;

Page 5: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

- paket kommutasiyalı verilənlərin ötürülməsi şəbəkələri:

dataqram və ya virtual birləşmələrdən (X.25) istifadə edən

şəbəkələr;

- lokal hesablama şəbəkələri (ən çox istifadə olunanları-

Ethernet, Token Ring);

- inteqral xidmətli rəqəmli şəbəkələr (ISDN)-darzolaqlı,

sonralar isə genişzolaqlı;

- yüksək sürətli lokal şəbəkələr-Fast Ethernet, FDDI, FDDI II;

- yüksək sürətli paylanmış şəbəkələr-Frame Relay, SMDS,

ATM;

- informasiyalı supermagistrallar.

Telekommunikasiya texnologiyalarındakı uğurlar son 15

ildə müşahidə olunmaqdadır. Bu texnologiyalara aşağıdakıları

aid etmək olar.

X.25. Uzun illərdən bəri verilənlərin ötürülməsi

texnologiyasında ən geniş istifadə olunan paket verilişinin

zama-fəza kommutasiyasına əsaslanan və Telefoniya və

Teleqrafiya üzrə Beynəlxalq Məsləhət Komitəsinin (TTBMK)

tövsiyyə etdiyi X.25 texnologiyasıdır. Bu texnologiyanın əsas

xarakterik cəhəti paket verilişinin virtual kanal üzrə təşkil

edilməsidir. Çoxsaylı tədqiqatlara və təkmilləşməyə məruz

qalan bu texnologiya bu gün də bir çox telekommunikasiya

şəbəkələri üçün əsas sayılır. Bunu əsas səbəblərindən biri orta

və aşağı keyfiyyətli kanalların istifadə olunması şərtində

qənaətbəxş fəaliyyətin təmin olunmasıdır.

Texnologiyanın tətbiq sahələri:

- orta və aşağı keyfiyyətli kanallar;

- orta və aşağı sürətli verilənlərin ötürülməsi (1,2 - 128

Kbit/san);

- sadə istifadəçi avadanlıqları;

- abonentin kommutasiya olunan kanal üzrə qoşulması.

Xüsusiyyətləri:

- virtual birləşmə;

- alternativ marşrutlaşma;

Page 6: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

- hər bir qovşaqda səhvlərin aşkar edilməsi və

düzəldilməsi.

TCP/IP. TCP/IP protokoluna uyğun verilənlərin

ötürülməsi dataqram kommutasiya üsuluna əsaslanır ki, onun

da xarakterik cəhəti paketlərin bir-birindən asılı olmayaraq

marşrutlaşmasıdır.

Texnologiyanın tətbiq sahələri:

- aşağı, orta və yüksək keyfiyyətli kanallar;

- verilənlərin ötürülməsi sürətinin geniş diapazonu (1,2

Kbit/san.-dən onlarla Mbit/san. qədər);

- həm paylanmış, həm də lokal şəbəkələrdə istifadə olunma

imkanı.

Xüsusiyyətləri:

- dataqram rejimdə paket kommutasitası;

- hər qovşaqda marşrutun dəyişməsi hesabına şəbəkədə

yaranan nasazlıqlara adaptasiya olunma imkanı;

- son istifadəçi avadanlığında səhvlərin aşkar olunması və

düzəldilməsi.

ISDN. Xidmət spektrinin genişləndirilməsi və

keyfiyyətinin yüksəldilməsi ilə əlaqədar olaraq, XX əsrin 80-ci

illərindən başlayaraq bir sıra ölkələrdə inteqral xidmətli

rəqəmli şəbəkələr aktiv şəkildə inkişaf etdirilməyə başladı.

ISDN-in əsas məsələsi müxtəlif növ informasiyaların (danışıq,

teletekst, videotekst, telekonfrans, televiziya təsviri və s.)

yüksək sürətlə verilməsidir. ISDN-ə aid olan əsas məsələlərdən

biri də kommutasiya üsulunun seçilməsidir. Veriliş sürəti

nöqteyi-nəzərdən paket kommutasiyası daha əlverişlidir və

müxtəlif növ trafikin verilməsi üçün optimaldır.

Frame Relay. Bu texnologiya paket kommutasiyası

növlərindən biridir. Əvvəllər verilənlərin ötürülməsi üçün

yaradılıb inkişaf etdirilsə də, sonralar danışıq, hətta video

informasiyaların mübadiləsi üçün geniş istifadə olunmuşdur.

Xarakterik xüsusiyyəti rabitə kanalı üzrə informasiya verilişi

zamanı səhvlərin aşkarlanması və düzəldilməsinin mürəkkəb

Page 7: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

prosedurlarından hissə-hissə imtina etməsidir. Bunun sayəsində

kanalların buraxıcılıq qabiliyyətindən və kommutasiya

avadanlıqları resurslarında maksimal dərəcədə istifadə olunur.

Frame Relay texnologiyası özündə lokal şəbəkələrin

effektiv birləşdirilməsi vasitələrini əks etdirir. Selin idarə

olunması və güclü multipleksləşmə mexanizmlərinə malik

olması hesabına, texnologiya yüksək inteqrasiya potensialına

və qlobal və milli şəbəkələrin məhsuldarlığının artırılması

qabiliyyətinə malikdir.

Texnologiyanın tətbiq sahələri:

- orta və yüksək keyfiyyətli kanallar;

-56Kbit/san-dən 2048Kbit/san-yə qədər veriliş sürəti ilə

verilənlərin ötürülməsi;

- faksmil və səs informasiyalarının verilişi;

- intelektual istifadəçi avadanlıqları;

- LAN-to-LAN;

- LAN-to-WAN.

Xüsusiyyətləri:

- sabit və kommutasiya olunan virtual birləşmələr;

- şəbəkə qovşaqlarında kadrların sürüşməsinin silinməsi;

- son istifadəçi avadanlıqlarında səhvlərin aşkar edilməsi və

düzəldilməsi.

ATM. Bu texnologiya virtual kanallı paket

kommutasiyası üsullarından biridir və özündə kanal

kommutasiyasının və paket kommutasiyasının üstün cəhətlərini

birləşdirir. ATM-in əsasında vahid rəqəmli format, vahid

nəqliyyat qaydaları və bütün növ informasiyalar üçün

kommutasiya dayanır.

Texnologiyanın tətbiq sahələri:

- geniş zolaqlı inteqral xidmətli rəqəmli şəbəkələr;

- yüksək keyfiyyətli kanallar;

- yüksək sürətli verilənlərin ötürülməsi.

Xüsusiyyətləri:

- sabit və kommutasiya olunan virtual birləşmələr;

Page 8: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

- şəbəkə qovşaqlarında informasiyanın bütövlüyünün

yoxlanması;

- son istifadəçi avadanlıqlarında səhvlərin aşkar edilməsi və

düzəldilməsi.

- xidmət sifarişi.

İnternet. Müasir dövrün daha güclü və dinamik inkişaf

edən telekommunikasiya şəbəkəsidir. Çox qısa müddətdə bu

şəbəkə ümumdünya informasiya-telekommunikasiya

infrastruktiruna çevrilmişdir.

Bu gün İnternet özündə transmilli infrastrukturu əks

etdirir ki, bu da müxtəlif növ fiziki mühitlərlə informasiya

verilişini təmin edən, müxtəlif kompyüterləri birləşdirən və ən

müxtəlif protokollarla işləyən kompyüter şəbəkələrini

birləşdirir.

Bu gün telekommunikasiya texnologiyalarının inkişafı

ümumdünya tendensiyası kimi təyin olunur. Rabitə və onun

infrastrukturu ölkənin müdafiə potensialının təmin olunması

prioritetinə əsaslanır. Ölkəmizin telekommunikasiya və rabitə

sisteminin inkişafı qabaqcıl qərb texnologiyalarının tətbiq

olunması ilə həyata keçirilir.

Page 9: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Fəsil 1. Telekommunikasiya texnologiyalara giriş

1.1. Hesablama şəbəkələrinin növləri.

Müasir telekommunikasiya texnologiyaları informasiya

şəbəkələrinin istifadəsinə əsaslanır.

Kommunikasiya şəbəkəsi – informasiyanın generasiyasını,

çevrilməsini, saxlanmasını və istifadə edilməsini təmin edən və

şəbəkə nöqtələri (qovşaqları) adlanan obyektlərdən və

informasiyanın qovşaqlar arasında ötürülməsini təmin edən

rabitə (əlaqə, kommunikasiya, birləşmə) xətlərindən ibarət olan

sistemdir.

Kommunikasiya şəbəkəsinin özünəməxsus xüsusiyyəti –

qovşaqlar arasında onların yerləşdiyi sahənin məntəqələrinin

həndəsi ölçüləri ilə müqayisədə böyük məsafələrin olmasıdır.

Məhsul rolunu informasiya, enerji və kütlə oynaya bilər və

şəbəkələr müvafiq qaydada informasiya şəbəkələrinə, enerji

şəbəkələrinə və maddi şəbəkələrə ayrılırlar. Şəbəkə qruplarını

altqruplara ayırmaq mümkündür. Belə ki, maddi şəbəkələri

nəqliyyat şəbəkələrinə, su kəməri şəbəkələrinə, istehsalat

şəbəkələrinə və s. ayırmaq olar. Şəbəkələrin funksional

layihələndirilməsi zamanı topologiyanın sintezi, məhsulun

şəbəkənin qovşaqları arasında paylanması məsələləri,

konstruktor layihələndirilməsi zamanı isə qovşaqların

yerləşdirilməsi və birləşmələrin həyata keçirilməsi məsələləri

həll edilir.

İnformasiya şəbəkəsi – generasiya olunan, emal edilən,

saxlanan və istifadə edilən, məhsulu informasiya olan

kommunikasiya şəbəkəsidir.

Hesablama şəbəkəsi – hesablama avadanlıqlarını əhatə edən

informasiya şəbəkəsidir. Hesablama şəbəkəsinin komponentləri

şəbəkə vasitəsilə ötürülən verilənlərin mənbələri və

qəbulediciləri olan kompüterlər və periferik avadanlıqlar ola

bilər. Bu komponentlər verilənlərin son avadanlıqlarını təşkil

edirlər (DTE – Data Terminal Equipment). Verilənlərin son

Page 10: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

avadanlıqları kompüter, printerlər, eləcə də avtomatik və

avtomatlaşdırılmış sistemlərin başqa hesablama, ölçmə və

icraetmə avadanlıqları ola bilər. Əslində verilənlərin ötürülməsi

verilənləri ötürmə mühiti adı altında birləşdirilən mühit və

vasitələrin köməyi ilə həyata keçirilir.

Verilənlərin son avadanlıqları tərəfindən göndərilən və ya

qəbul edilən verilənlərin hazırlanması, verilənlər kanalının son

aparatı (DCE – Data Circuit-Terminating Equipment) adlanan

funksional blok tərəfindən icra edilir. Verilənlər kanalının son

aparatı konstruktiv baxımdan ayrı və ya verilənlərin son

avadanlıqlarının tərkibində ola bilər. Verilənlər kanalının son

aparatı və verilənlərin son avadanlıqları birlikdə çox vaxt

şəbəkə qovşağı adlandırılan verilənlər stansiyasını təşkil

edirlər. Verilənlər kanalının son aparatına misal olaraq modemi

göstərmək olar.

Hesablama şəbəkələri müxtəlif əlamətlər üzrə təsnif

edilirlər.

Qarşılıqlı əlaqədə olan qovşaqlar arasındakı məsafədən asılı

olaraq şəbəkələr aşağıdakı qruplara bölünürlər:

Ərazi hesablama şəbəkələri – böyük bir coğrafi sahəni əhatə

edirlər. Ərazi şəbəkələri müvafiq olaraq regional və ya qlobal

miqyasa malik olan regional hesablama şəbəkələrinə və qlobal

hesablama şəbəkələrinə ayrıla bilərlər. Regional şəbəkələr

bəzən MAN (Metropolitan Area Network) şəbəkələri

adlandırırlar, ərazi şəbəkələri üçün ingilis dilindəki ümumi ad

isə WAN (Wide Area Network) şəklindədir.

Lokal hesablama şəbəkələri – məhdud ərazini əhatə edirlər

(adətən stansiyaların bir-birindən cəmi bir neçə on və ya yüz

metrlərlə, nadir hallarda isə 1...2 km məsafədə olması ilə).

Lokal şəbəkələri LAN (Local Area Network) kimi işarə edirlər.

Korporativ hesablama şəbəkələri (müəssisə miqyaslı) –

müəssisənin informasiya təlabatını ödəyən və bu müəssisənin

yerləşdiyi ərazini əhatə edən, bir-biri ilə əlaqələndirilmiş lokal

hesablama şəbəkələrinin məcmusudur.

Page 11: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Öz növündə yeganə olan qlobal Internet şəbəkəsi (onun

vasitəsilə göstərilən informasiya xidməti World Wide Web

“ümumdünya hörmcək toru” kimi tərcümə olunur) xüsusi qeyd

edilməlidir. Bu, öz texnologiyası olan şəbəkələr şəbəkəsidir.

İntraşəbəkələr (intranet) – Internet texnologiyalarından istifadə

edən korporativ şəbəkələr və extranet – intranetdən kənarda

yerləşən şəbəkələr anlayışları mövcuddur.

Birləşdirilmiş və birləşdirilməmiş şəbəkələr və alt şəbəkələr

mövcuddur. Birləşdirilmiş hesablama şəbəkəsi alt şəbəkələr

adlanan çox sayda hesablama şəbəkələrinin qarşılıqlı əlaqədə

olan məcmusudur.

Böyük müəssisələrin avtomatlaşdırılmış sistemlərində alt

şəbəkələrə ayrı-ayrı şöbələrin hesablama vasitələri aid edilir.

Birləşdirilmiş şəbəkələr bu cür alt şəbəkələrin birləşdirilməsi,

eləcə də avtomatlaşdırılmış layihələndirmə və istehsal

sistemlərinin texniki vasitələrinin vahid korporativ informasiya

sistemində və yaxud, başqa sözlə desək, kompleks

avtomatlaşdırma sistemində birləşdirilməsi üçün lazımdırlar.

Əlaqənin müxtəlif növləri – telefoniya, elektron poçt, video

məlumatların, rəqəmli verilənlərin ötürülməsi və s. üçün

nəzərdə tutulmuş şəbəkələr birləşmiş xidmət şəbəkələri

adlanırlar.

Birləşdirilmiş şəbəkələrin inkişafı müxtəlif alt şəbəkələrin

birləşdirilmə vasitələrinin və əvvəlcədən birləşdirilməsi

nəzərdə tutulan alt şəbəkələrin qurulma standartlarının işlənib

hazırlanmasına əsaslanır.

İdarəetmə üsulundan asılı olaraq, şəbəkələr “müştəri/server”

şəbəkələrinə və birranqlı şəbəkələrə ayrılırlar.

“Müştəri/server” şəbəkələri idarəedici və ya xüsusi xidmət

təmin edən bir və ya bir neçə qovşaqdan (serverlər) və terminal

rolunu icra edən, istifadəçilər tərəfindən istifadə edilən

qovşaqlardan (müştərilər) ibarət olur. Kliyent/server şəbəkələri

funksiyaların serverlər arasında paylanma xarakterinə, başqa

sözlə desək, serverlərin tiplərinə görə (məsələn, fayl-serverlər,

Page 12: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

verilənlər bazası serverləri) fərqləndirilirlər. Serverlərin

müəyyən proqramlar üzrə ixtisaslaşması ilə paylanmış

hesablama şəbəkələri alınır. Bu cür şəbəkələri meynfreymlərdə

qurulmuş mərkəzləşdirilmiş sistemlərdən də fərqləndirirlər.

Birranqlı şəbəkələrdə bütün qovşaqlar bərabərhüquqlu

olurlar. Ümumi halda kliyent dedikdə bir sıra xidmətləri tələb

edən, server dedikdə isə bu xidmətləri göstərən obyekt (qurğu

və ya proqram) başa düşüldüyündən, birranqlı şəbəkələrdə

qovşaqların hər biri həm kliyent, həm də server funksiyasını

icra edir.

İstifadəçilərin uzaqdakı kompüterlərə müraciət etmək üçün

yalnız ucuz avadanlıqdan istifadə etdiyi, şəbəkənin isə

hesablamaların aparılması və informasiyanın alınması

sifarişlərinin yerinə yetirilməsini təmin etdiyi “nazik kliyent”

konsepsiyası daha populyardır. Bu halda istifadəçiyə tətbiqi

məsələlərin həll edilməsi üçün proqram təminatı əldə etmək

lazım deyil, sadəcə sifarişlərin yerinə yetirilməsinin haqqını

ödəmək lazımdır. Bu cür kompüterlər nazik kliyentlər və yaxud

şəbəkə kompüterləri adlanırlar. Məxsusi informasiya

sistemlərinin yaradılması əvəzinə informasiya xidmətlərinin

icarəyə götürülməsi texnologiyası ASP (Application Service

Provider) texnologiyası adlanır. Qeyd: Digər ASP (Active

Server Pages – aktiv server səhifələri) abbreviaturası ilə

qarışdırmaq olmaz.

Şəbəkələr eyni və ya müxtəlif EHM-lərin tətbiq

edilməsindən asılı olaraq, bircins şəbəkələr adlandırılan birtipli

EHM şəbəkələrinə və qeyri-bircins şəbəkələr (heterogen

şəbəkələr) adlandırılan müxtəlif tipli EHM şəbəkələrinə

ayrılırlar. Bir qayda olaraq, böyük avtomatlaşdırılmış

sistemlərdə şəbəkələr qeyri-bircins olur.

Şəbəkələr istifadəçi kontingentindən asılı olaraq ümumi

şəbəkələrə (public) və xüsusi şəbəkələrə (private) ayrıla

bilərlər. Ümumi şəbəkələr telefon şəbəkələrinə (PSTN —

Public Switched Telephone Network) və verilənləri ötürmə

Page 13: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

şəbəkələrinə (PSDN — Public Switched Data Network)

bölünürlər.

Əlaqə seansının iştirakçıları arasında nəzərə çarpan

gecikmələr olmadan aparılan informasiya mübadiləsi onlayn iş

rejimini xarakterizə edir. Ciddi gecikmələr olan rejim oflayn

rejimidir.

Əlaqə birtərəfli (simpleks əlaqə), informasiyanın hər iki

istiqamətə növbə ilə ötürülməsi şəklində (yarımdubleks əlaqə)

və ya hər iki istiqamətə eyni zamanda ötürülməsi şəklində

(dubleks əlaqə) ola bilər.

Şəbəkələri eyni zamanda onlarda istifadə edilən

protokollardan və kommutasiya üsullarından asılı olaraq

fərqləndirirlər.

Verilənlərin kommutasiyası dedikdə verilənləri ötürmə

kanalının (bu halda onu kommutasiya kanalı adlandırırlar)

adətən müəyyən abonentlərə təhkim edilən qeyri-kommutasiya

kanalları vasitəsilə yaradılan əlaqədən fərqli olaraq,

informasiyanın informasiya şəbəkəsinin müxtəlif qovşaqları

arasında mübadiləsi üçün növbə ilə istifadə edilə bildiyi

ötürülmə nəzərdə tutulur.

Verilənlərin kommutasiyasının aşağıdakı üsulları

mövcuddur:

Kanalların kommutasiyası – iki və daha artıq verilənlər

stansiyasına məxsus olan verilənlərin son avadanlıqlarının

birləşdirilməsi həyata keçirilir və birləşmə sonlandırılana qədər

verilənləri ötürmə kanalının bircins istifadəsi təmin edilir.

Məlumatların kommutasiyası – son qovşaqlar arasında fiziki

kanalın yaradılmasının mütləq olmaması və məlumatların

tamlığın pozulmaması şərtilə göndərilməsi ilə xarakterizə

edilir. Fiziki kanal əvəzinə fiziki məntəqələrdən ibarət olan

virtual kanaldan istifadə edilir və məntəqələr arasında

məlumatın buferizasiyası aparılır.

Paketlərin kommutasiyası – məlumat virtual kanal vasitəsilə

ötürülür, lakin, paketlərə bölünür, bu zaman verilənləri ötürmə

Page 14: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

kanalı yalnız paketin ötürülməsi zamanı (tamlığın pozulmaması

şərtilə) məşğul olur və paketin ötürülməsi başa çatdıqdan sonra

başqa paketlərin ötürülməsi üçün boşalır.

Kanalların kommutasiyası məlumatın ötürülməsi zamanı

kiçik T gecikməsi ilə xarakterizə olunur. Kanal kommutasiya

olunduqdan sonra gecikmə aşağıdakı kimi hesablanır:

VLDCT

Burada, D – göndərənin və qəbul edənin qovşaqları

arasındakı məsafə, C – elektromaqnit rəqslərinin məlumatların

ötürülməsi mühitində yayılma sürəti, V – verilənlərin əlaqə

xətlərində ötürülmə sürəti, L – ötürülən məlumatın

uzunluğudur.

Paketlərin kommutasiyası halında birincisi, bütün paketlərdə

başlıqların yaranması və bunun nəticəsində ötürülən paketlərin

yekun uzunluğunun artması, ikincisi paketlərin buferizasiyası

və kommutatorlarda növbə gözləmələr, üçüncüsü isə paketləmə

zamanı vaxtın itirilməsi səbəbindən gecikmə artır.

Lakin, şəbəkənin ümumi məhsuldarlığı kanalların

kommutasiyası zamanı əlaqə iştirakçıları arasındakı

informasiya mübadiləsində müşahidə olunan böyük fasilələr

səbəbindən aşağı olur. Paketlərin kommutasiyası zamanı bu

fasilələr başqa məlumat paketlərinin ötürülməsi ilə doldurulur,

yəni əlaqə xətləri çox sayda qovşaq tərəfindən daha effektiv

şəkildə bölüşdürülür.

Paketlərin kommutasiyası birləşmənin aparılması və

aparılmaması ilə təmin edilə bilər. Birləşmənin aparılması ilə

kommutasiya zamanı eyni məlumat paketləri əvvəlcədən

birləşmə prosedurası zamanı seçilmiş marşrutizatorlarla eyni

marşrut üzrə ötürülürlər. Birləşmənin aparılmaması ilə

marşrutizasiya – deytaqramm marşrutizasiyası marşrutun

əvvəlcədən seçilməməsi şərtilə həyata keçirilir. Bu zaman

paketlər deytaqramm adlanırlar. Deytaqrammlar bir-birindən

asılı olmadan, hər biri şəbəkənin cari vəziyyətindən asılı olaraq

marşrutizatorlar tərəfindən seçilmiş marşrutları üzrə

Page 15: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

ötürülürlər. Ona görə də, eyni məlumatın deytaqrammları

ünvana ixtiyari ardıcıllıqla daxil ola bilərlər ki, bu da

qəbuledici qovşaqlarda məlumatların deytaqrammlardan

alınması üçün əlavə əməliyyatların yerinə yetirilməsini tələb

edir. Marşrutun daxili məntəqələrində adətən ötürülmənin

düzgünlüyünün yoxlanılması nəzərdə tutulmur və əlaqənin

etibarlılığı yalnız son qovşaqda aparılan yoxlama vasitəsilə

təmin edilir.

1.2. Açıq sistemlərin qarşılıqlı əlaqəsinin etalon modeli

Müasir informasiya sistemləri bu və ya digər dərəcədə

açıqlıq xüsusiyyətinə malik olurlar.

Bir neçə açıqlıq aspekti mövcuddur. İlk növbədə sistemin

açıqlığı dedikdə onun modifikasiya olunma qabiliyyəti, yəni

sistemin dəyişmiş istifadə şərtlərinə adaptasiya məqsədi ilə

dəyişikliklərə hazır olması nəzərdə tutulur. İnformasiya

sisteminin ikinci açıqlıq aspekti onun daha mürəkkəb üst

sistemlərin yaradılması zamanı başqa sistemlərlə birləşmək

imkanı, məsələn, korporativ avtomatlaşdırılmış sistemlərin

tərkibində verilənlər bazasının layihə və biznes proseduralarını

yerinə yetirən proqramlarla birləşmə imkanı hesab olunur.

Sistemin üçüncü açıqlıq aspekti yaradılmış proqram

təminatının müxtəlif aparat platformalarında daşınma imkanı,

yəni sistemin mobilliyi nəzərdə tutulur.

Açıqlıq sistemdə digər sistemlərlə və ya alt sistemlərlə

birləşməni təmin edən interfeys hissənin ayrılmasını nəzərdə

tutur və kompleksləşdirmə üçün yalnız birləşdirilən obyektlərin

interfeys hissələri haqqındakı məlumatlara əsaslanmaq

kifayətdir. Bu interfeys hissələri müəyyən proqramların açıq

sistemlərinin yaradıcılarının əməl etməli olduqları müəyyən

qaydalar və razılıqlar əsasında hazırlanmalıdırlar.

Aydındır ki, müasir hesablama şəbəkələrinin və əlaqə

sistemlərinin işləməsi müvafiq standartların qəbul edilməsi

Page 16: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

olmadan mümkün olmazdı, belə ki, informasiya sistemlərində

çox sayda istehsalçı tərəfindən yaradılmış avadanlıqlar və

proqram təminatları istifadə edilir. İnformasiya sistemlərinin

açıqlığının təmin edilməsi üçün işlənib hazırlanmış standartlara

açıq sistemlərin qarşılıqlı əlaqəsi üçün etalon modeli müəyyən

edən İSO (International Standard Organization) standartları

daxildir.

Açıq sistemlərin qarşılıqlı əlaqəsi üçün etalon model İSO

7498 standartına 1983-cü ildə daxil edilmişdir. Standartda

paylanmış informasiya sistemlərinin (şəbəkələrinin) sistemin

funksiyalarını açıq sistemlərin qarşılıqlı əlaqəsi üçün etalon

model səviyyələri adlanan qruplara ayrılması şəklində

strukturizasiyası həyata keçirilmişdir. Səviyyələrə ayırma

başqa səviyyənin vasitələrini dəyişdirmədən bir səviyyənin

reallaşdırma vasitələrinə dəyişiklik etməyə imkan verir və bu

da texnikanın inkişafı zəminində vasitələrin

müasirləşdirilməsini sadələşdirir və ucuzlaşdırır, yəni, sistemin

açıqlığının təzahürüdür.

İnformasiya sistemlərinin funksiyaları müvafiq protokollar

tərəfindən dəstəklənməlidir. Burada protokol dedikdə

informasiya sisteminin funksional bloklarının fəaliyyətini

müəyyən edən semantik və sintaktik qaydalar toplusu başa

düşülür. Xüsusi halda informasiya şəbəkələrində protokollar

verilənlərin lazımi istiqamətlərə ötürülməsini və informasiya

mübadiləsi prosesinin bütün iştirakçıları tərəfindən düzgün

interpretasiyasını təmin edən ötürülmə yollarını müəyyən

edirlər.

Açıq sistemlərin qarşılıqlı əlaqəsi üçün etalon modeldə

əvvəlki protokol sistemlərinin, eləcə də TCP/IP protokolunun

yaradılması təcrübəsi nəzərə alınmışdır. Qeyd edək ki, protokol

birləşməsi qarşılıqlı əlaqədə olan, konkret şəbəkənin işini təmin

edən standartların məcmusudur. Digər oxşar anlayış sistem

tərəfindən verilmiş funksiyaların yerinə yetirilməsini təmin

Page 17: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

edən standartların və başqa normativ sənədlərin məcmusunu

ifadə edən açıq sistem profilidir.

Protokolların unifikasiyası və standartlaşdırılması İSO ilə

yanaşı Beynəlxalq Telekommunikasiya Birliyi (International

Telecommunication Union – ITU, əvvəlki adı ilə – CCITT),

Elektrotexnika və Elektronika üzrə Mühəndislər İnstitutu

(IEEE – Institute of Electrical and Electronics Engineers),

ECMA(European Computer Manufacturers Association),

EIA(Electronic Industries Association), ANSI (American

National Standards Institute) və s. kimi beynəlxalq təşkilatlar

tərəfindən həyata keçirilir. İnternet çərçivəsində RFC (Request

for Comments) adlanan rekomendasiya və ya standartların –

spesifikasiyaların işlənib hazırlanması ilə IETF (Internet

Engineering Task Force) qrupu məşğul olur.

İSO tərəfindən təklif edilən açıq sistemlərin qarşılıqlı

əlaqəsi üçün etalon modellə yanaşı, hesablama şəbəkələrində

çox sayda başqa modellər də tətbiq edilir. TCP/IP protokolu

tərəfindən dəstəklənən model daha populyardır. Tarixi

səbəblərdən dolayı məhz bu model İnternetin əsası hesab edilir

və daha çox yayılmışdır. Digər tanınmış protokol sistemlərinə

Novell şirkətinin IPX/SPX protokol toplusu, NetBIOS

daxiletmə/nəticə ilə əlaqədar baza sisteminin şəbəkə

genişlənməsi protokolu, X.25 şəbəkə protokolları toplusu və s.

aiddir. Qeyd edək ki, adətən toplu dedikdə bir yerdə istifadə

edilən protokol dəsti nəzərdə tutulur.

Açıq sistemlərin qarşılıqlı əlaqəsi üçün etalon model yeddi

səviyyədən ibarətdir:

Fiziki səviyyə (Physical): Bu səviyyədə informasiyanın

elektrik və optik siqnallar şəklində ötürülməsi təmin edilir,

siqnal formalarının çevrilməsi funksiyaları yerinə yetirilir,

verilənlərin ötürülməsinin fiziki mühitlərinin parametrləri

seçilir.

Kanal səviyyəsi (Link): kanal protokolları qonşu qovşaqlar

arasında informasiya mübadiləsi üzrə xidmətləri təsvir edir və

Page 18: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

kadrların yaradılması və ötürülməsi, fiziki səviyyədə meydana

çıxmış səhvlərin aşkar edilməsi və düzəldilməsi ilə əlaqədar

funksiyaları yerinə yetirir. Kadr dedikdə kanal səviyyəsindəki

paket nəzərdə tutulur, növbəti səviyyələrdəki paketlər bir və ya

çox sayda kadrdan ibarət ola bilər. Lokal hesablama

şəbəkələrində kanal səviyyəsi iki alt səviyyəyə bölünür: mühitə

müraciət imkanı olan idarəetmə (MAC — Medium Access

Control) və məntiqi kanala malik olan idarəetmə (LLC —

Logical Link Control). LLC alt səviyyəsinə kanal səviyyəsinin

funksiyalarının ötürücü mühitin xüsusiyyətləri ilə əlaqədar

olmayan bir hissəsi aiddir. MAC alt səviyyəsində verilənləri

ötürmə kanalına müraciət həyata keçirilir.

Şəbəkə səviyyəsi (Network): şəbəkə protokolları paketlərin

aralıq qovşaq və şəbəkələr arasında ötürülməsinin idarə

edilməsi, şəbəkənin işinə əngəl olacaq artıq yüklənmənin

qarşısının alınması məqsədilə şəbəkənin yüklənməsinin

nəzarətdə saxlanılması, paketlərin marşrutlaşması, yəni

paketlərin ötürüldüyü marşrutların müəyyən edilməsi və

reallaşdırılması üçün istifadə edilirlər. Marşrutlaşma məntiqi

kanalların müəyyən edilməsi ilə əlaqədardır. Məntiqi kanal

(virtual kanal) dedikdə iki və ya daha artıq şəbəkə səviyyəli

obyektin bu obyektlər arasında informasiya mübadiləsinin

mümkün olması şərti daxilində birləşdirilməsi nəzərdə tutulur.

Məntiqi kanal anlayışı üçün əlaqələndirilən qovşaqlar arasında

verilənləri ötürmə xətlərinin fiziki baxımdan birləşdirilməsi

vacib deyil. Bu anlayış fiziki baxımdan birləşdirmənin təcrid

edilməsi üçün daxil edilmişdir.

Nəqliyyat səviyyəsi (Transport): verilənlərin ötürülməsi

şəbəkəsində ikitərəfli kanalların idarə edilməsi üçün nəzərdə

tutulmuşdur. Nəqliyyat protokolları ilə əlaqədar olaraq son

qovşaqlar arasında əlaqə təmin edilir (verilənlərin

ötürülməsinin şəbəkənin aralıq komponentləri vasitəsilə həyata

keçirildiyi əvvəlki şəbəkə səviyyəsindən fərqli olaraq),

multipleksləşdirmə və demultipleksləşdirmə (paketlərin yığılıb-

Page 19: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

açılması), verilənlərin ötürülməsi ilə əlaqədar səhvlərin aşkar

edilməsi və düzəldilməsi, sifariş edilmiş xidmət səviyyəsinin

realizasiyası (məsələn, ötürülmənin sifariş edilmiş sürəti və

etibarlılığı) həyata keçirilir. Nəqliyyat səviyyəsində paketlər

adətən seqmentlər adlandırılırlar.

Seans səviyyəsi (Session): şəbəkə obyektləri (stansiyaları)

tərəfindən aparılan dialoqun təşkil edilməsi və sinxronlaşdırma

üçün nəzərdə tutulmuşdur. Bu səviyyədə əlaqənin növü

(dubleks və ya yarımdubleks), məsələnin başlanğıcı və sonu,

qarşılıqlı fəaliyyət göstərən partnyorların sorğu və cavablarının

mübadilə ardıcıllığı və rejimi müəyyən edilir.

Təsviri səviyyə (Presentation): verilənlərin ötürülməsi

funksiyaları yerinə yetirilir (kodlaşdırma, formatlama,

strukturizasiya). Məsələn, bu səviyyədə ötürülmə üçün ayrılmış

verilənlər EBCDIC, ASCII və s. kodlarından çevrilirlər.

Tətbiqi səviyyə (Application): tətbiqi proseslərin idarə

edilmə vasitələrini əhatə edir. Bu proseslər qoyulmuş

məsələlərin həll edilməsi üçün birləşdirilə, bir-biri ilə

informasiya mübadiləsi apara bilərlər. Başqa sözlə, bu

səviyyədə şəbəkədə ötürülən verilənlərin blokları müəyyən

edilir və müəyyən formaya salınır. Səviyyəyə, məsələn, tətbiqi

proqramların qarşılıqlı fəaliyyəti üçün paketlərin qəbul

edilməsi və “poçt qutularında” saxlanılması kimi vasitələr

daxildir.

Konkret hallarda müvafiq qaydada şəbəkədə yalnız

səviyyələrin bir qisminin olması zamanı qeyd edilən

funksiyaların yalnız bir hissəsinin reallaşdırılmasına ehtiyac

yarana bilər.

Verilənlərin budaqlanan şəbəkələr vasitəsilə ötürülməsi

verilən porsiyalarının inkapsulyasiyası / dekapsulyasiyasından

istifadə zamanı həyata keçirilir. Belə ki, nəqliyyat səviyyəsinə

gələn məlumat başlıqlara malik olan və şəbəkə səviyyəsinə

ötürülən seqmentlərə bölünür. Şəbəkə seqmentlərin bütöv

şəkildə ötürülməsini dəstəkləmədiyi halda seqment şəbəkə

Page 20: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

səviyyəsində hissələrə (paketlərə) bölünə bilər. Paket şəbəkə

başlığı ilə təchiz edilir (yəni, paketdə seqmentlərin

inkapsulyasiyası həyata keçirilir). Aralıq lokal hesablama

şəbəkələrinin qovşaqları arasındakı ötürülmə zamanı paketlər

kadrlara bölünürlər (yəni, paketlərin kadrlara inkapsulyasiyası

həyata keçirilir). Yaranan kadrın strukturu şəkil 1.1-də

göstərilmişdir. Qəbul qovşağında seqmentlər dekapsulyasiyaya

məruz qalırlar və ilkin məlumat bərpa olunur.

şəkil 1.1 Kadrın strukturu

1.3. Verilənlərin ötürülməsi mühitləri.

İnformasiya şəbəkəsi informasiyanın generasiyası, emalı və

alınması üçün nəzərdə tutulmuş və verilənlər stansiyaları və ya

şəbəkə qovşaqları adlanan çox sayda qurğudan və qovşaqlar

arasında informasiyanın ötürülməsinə xidmət edən, verilənlərin

ötürülmə mühiti adlanan fiziki mühitdən ibarətdir (şəkil 1.2-yə

bax).

Page 21: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Şəkil 1.2. Verilənləri ötürmə mühiti

Verilənlər stansiyaları verilənlərin son avadanlıqlarından və

verilənlərin son avadanlıqlarını verilənləri ötürmə mühiti ilə

birləşdirən və verilənlər kanalının son aparaturası adlanan

aparaturadan ibarət olurlar. Verilənlərin son avadanlıqlarına

misal olaraq, kompüterləri, kontrollerləri, periferik qurğuları və

hesablama qurğularını, verilənlər kanalının son aparaturalarına

misal olaraq isə şəbəkə kontrollerlərini göstərmək olar.

Verilənlərin ötürülmə mühitinə uyğun olaraq əlaqə kanalı,

verilənlərin ötürülmə kanalı, verilənlərin ötürülmə xətləri

anlayışlarından istifadə edilir.

Verilənlərin ötürülmə xətləri – verilənlərin ötürülmə

mühitinin siqnalların lazımi istiqamətdə yayılması üçün istifadə

edilən hissəsidir. Verilənlərin ötürülmə xətlərinə misal olaraq,

koksial kabeli, cüt buruqlu naqilləri, optik-lifli əlaqə xəttini

göstərmək olar.

Əlaqə kanalı dedikdə verilənlərin birtərəfli ötürülməsi

vasitələri nəzərdə tutulur. Əlaqə kanalına misal olaraq,

radioəlaqə zamanı bir ötürücü üçün ayrılmış tezlik zolağını

Page 22: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

göstərmək olar. Bəzi xətlərdə hər biri ilə öz informasiyası

ötürülən bir neçə əlaqə kanalı yaratmaq mümkündür. Bu zaman

deyilir ki, xətt bir neçə kanal arasında bölüşdürülüb.

Verilənlərin ötürülmə xəttinin bölünməsinin iki əsas üsulu

mövcuddur: zamana görə multipleksləşdirmə (zamana görə

bölünmə üsulu və ya Time Division Method – TDM) və tezliyə

görə bölünmə (tezliyə görə bölünmə üsulu və ya Frequency

Division Method – FDM). Zamana görə multiplekləşdirmə

zamanı periodik qaydada hər bir kanal üçün müəyyən vaxt

kvantı (intervalı), tezlik üzrə bölünmə zamanı isə müəyyən

tezlik zolağı ayrılır.

Verilənlərin ötürülmə kanalı – verilənlər kanalının son

aparaturası və verilənlərin ötürülmə xətləri də daxil olmaqla,

verilənlərin ikitərəfli mübadilə edilməsi vasitələridir.

Verilənlərin ötürülmə mühitində çox sayda verilənlər

stansiyaları arasında informasiya mübadiləsinin təşkil edilməsi

üçün xüsusi kommutasiya avadanlığını – qarşılıqlı təsir

bloklarını işə salmaq lazımdır. Beləliklə, verilənlərin ötürülmə

mühiti dedikdə verilənlərin verilənlər stansiyaları arasında

ötürülməsi üçün nəzərdə tutulmuş verilənlərin ötürülmə

xətlərinin və qarşılıqlı təsir bloklarının (verilən stansiyalarına

aid olmayan şəbəkə avadanlıqları) məcmusu başa düşülür.

Territorial şəbəkələrdə verilənlərin çox sayda bir-birindən

uzaqda yerləşən lokal şəbəkələr arasında ötürülməsi üçün

istifadə edilən kanallar və qarşılıqlı təsir blokları olur.

Territorial şəbəkələrin bu hissələri magistral şəbəkələr,

magistral şəbəkələrin kanalları isə magistral kanallar adlanır.

Bu halda bir binada (və ya bir neçə yaxın binada) yerləşən

lokal hesablama şəbəkələrinin magistral şəbəkəyə

birləşdirilməsi “axırıncı mil” birləşmələri (və ya kanalları)

adlandırılan verilənləri ötürmə kanallarının köməyi ilə həyata

keçirilir.

Kanalın və ya verilənləri ötürmə xətlərinin əsas

xarakteristikaları buraxıcılıq qabiliyyəti, siqnalın sönməsi,

Page 23: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

maneələrdən müdafiə olunma hesab olunur. d siqnal

sönməsini desibellərlə ölçmək qəbul edilmişdir.

2

1lg10)(P

PdBd

Burada, 1P və 2P – müvafiq olaraq, xəttin giriş və çıxışındakı

siqnalların gücləridir.

Buraxıcılıq qabiliyyəti verilənlərin ötürülmə sürəti və

kanalın (xəttin) buraxıcılıq zolağı ilə əlaqədardır. Verilənlərin

ötürülmə sürətinin bod (modulyasiya) və informasiyalı növləri

mövcuddur. Bod sürəti bodlarla, yəni vahid zamanda diskret

siqnalın çevrilmələrinin sayı ilə, informasiyalı sürəti isə vahid

zamanda ötürülən informasiya bitlərinin sayı ilə ölçülür. bV bod

sürəti xəttin buraxıcılıq zolağı F vasitəsilə müəyyən olunur:

FVb 2 . Siqnalın ölçüsünün bir dəyişikliyi k2log ( k –

siqnalın mümkün diskret qiymətlərinin sayıdır) olarsa,

informasiya sürəti V rabitə kanalının buraxıcılıq zolağı ilə

Xartli-Şennon düsturu vasitəsilə əlaqələndirilir:

)/(log2 2 sanbitkFV

k kəmiyyəti, öz növbəsində A1 -dan böyük ola bilməz.

Burada, A siqnal / maneə nisbətidir.

Qeyd etmək lazımdır ki, k2log bit iki siqnal fərqinə (impuls)

uyğun olarsa, Xartli-Şennon düsturu aşağıdakı şəkildə olar:

)/(log 2 sanbitkFV

Fəsil 2. Verilənləri ötürmə mühitləri

Page 24: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

2.1. Verilənlərin ötürülməsi kanallarının növləri.

Fiziki təbiətindən asılı olaraq verilənləri ötürmə mühitlərini

naqilli və naqilsiz verilənləri ötürmə kanallarına ayırırlar. Öz

növbəsində naqilli verilənləri ötürmə kanallarına optik və mis

əlaqə xətləri daxildir. Mis kanallar koksial kabellərdən və cüt

buruqlu naqillərdən ibarət olur. Naqilsiz kanallara radio və

infraqırmızı kanallar daxildir.

İnformasiyanın elektrik siqnalları ilə ötürülmə üsulundan

asılı olaraq, analoq kanallar və rəqəmli kanallar mövcuddur.

Adətən analoq kanallarda siqnalların tezliyə görə

bölünməsindən (FDM) istifadə edilir, mühit parametrlərinin və

siqnalların razılaşdırılması üçün isə modulyasiyadan istifadə

edilir. Rəqəmli kanallar üçün zamana görə multipleksləşdirmə,

yəni kanalların zamana görə bölünməsi (TDM) xarakterikdir,

ötürülən verilənlərin diskret qiymətləri elektrik gərginliyinin

(cərəyanın) fərqlərindən və ya impulslarından ibarət olur.

Analoq və rəqəmli kanallarda istifadə edilən protokollar

müvafiq olaraq analoq protokollar və rəqəmli protokollar

adlanır.

Ötürmənin istiqamətindən asılı olaraq, simpleks kanalları

(birtərəfli ötürmə), yarımdubleks kanalları (iki istiqamətə

növbə ilə ötürmə imkanı) və dubleks kanalları (hər iki

istiqamətə eyni zamanda ötürmə imkanı) ayırmaq olar.

Müvafiq qaydada simpleks, yarımdubleks və dubleks

protokollar mövcuddur.

Verilənlərin ötürülmə mühitləri (və müvafiq olaraq

verilənlərin ötürülmə kanalları) kommutasiya olunan (ümumi

istifadə üçün nəzərdə tutulmuş) və ya ayrılmış olurlar. Ümumi

istifadə üçün nəzərdə tutulmuş kanal müxtəlif qovşaqların

birləşdirilməsi üçün növbə ilə istifadə edilir. Ayrılmış kanal

bircins şəkildə bir təşkilat tərəfindən istifadə edilir, iki lokal

hesablama şəbəkəsinin və iki kommutasiya qovşağının

birləşdirilməsinə xidmət edir.

Page 25: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Virtual kanal dedikdə qovşaqların məntiqi birləşdirilməsi

nəzərdə tutulur. Virtual kanalların köməyi ilə paketlərin və

yaxud məlumatların kommutasiyası həyata keçirilir.

2.2. Əks-səda kompensasiyası.

Dubleks əlaqənin təşkil edilməsi üçün aşağıdakı üsullardan

istifadə etmək olar:

Dörd naqilli rabitə xətti – bu halda bir cüt naqil verilənlərin

düz istiqamətdə, digər cüt isə əks istiqamətdə ötürülməsi üçün

istifadə olunur.

Tezliyə görə bölünmə – düz və əks istiqamətdə ötürmələr

müxtəlif tezliklərdə aparılır və bu zaman iki kanaldan hər biri

üçün buraxıcılıq zolağı simpleks ötürmə ilə müqayisədə iki

dəfədən az daralır.

Əks-səda kompensasiyası (şəkil 2.1-ə bax) – körpü sxemi

sayəsində vericilərin siqnalları birbaşa qəbuledicilərə çatmır.

Lakin, vericilərin əks olunmuş siqnalları çata bilər. Onları

kompensasiya etmək üçün zondlama siqnalları göndərilir,

onların köməyi ilə əks olunan siqnalların gecikməsi və gücü

müəyyən olunur. Bu əks olunan siqnallar qəbul edilən

siqnaldan çıxılır.

Page 26: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Şəkil 2.1. Əks-səda kompensasiyası

2.3. Verilənlərin ötürülməsinin analoq kanalları.

Verilənlərin ötürülməsinin analoq kanallarının tipik və daha

çox yayılmış növü ümumi istifadə üçün nəzərdə tutulmuş

telefon kanallarıdır (tonal tezlikli kanallar). Tonal tezlikli

kanallarında buraxıcılıq zolağı 0,3...3,4 kHs olur ki, bu da

insan danışığı spektrinə uyğun gəlir.

Diskret informasiyanın tonal tezlikli kanallarla ötürülməsi

üçün diskret siqnalların və analoq xətlərin xarakteristikalarını

razılaşdıran siqnal çevrici qurğular tətbiq olunur.

Analoq kanalların istifadəsi zamanı siqnalların və mühitlərin

parametrlərinin razılaşdırılması paylayıcı adlanan və cari

mühitdə realizə edilə bilən müəyyən prosesdə ötürülən

məlumatı əks etdirən siqnalın ifadə edilməsi vasitəsilə həyata

keçirilir. Əlaqə sistemlərində paylayıcı aparıcı tezlik adlanan

müəyyən tezliyə malik U elektromaqnit rəqsləri ilə ifadə

olunur:

tUU m cos

Burada, mU – aparıcı rəqsin amplitudu, – tezliyi, – rəqs

fazasıdır. Aparıcı rəqsin parametrlərinin ötürülən məlumat

qanunu üzrə dəyişməsi modulyasiya adlanır. Əgər bu dəyişiklik

mU amplituduna aiddirsə, bu cür modulyasiya amplitud

modulyasiyası (AM), tezliyinə aiddirsə, tezlik modulyasiyası

(TM) və fazasına aiddirsə, faza modulyasiyası (FM) adlanır.

Məlumatın qəbulu zamanı aparıcı rəqsdən faydalı siqnalın

alınması üçün demodulyasiya adlanan əks proseduranın yerinə

yetirilməsi nəzərdə tutulur. Modulyasiya və demodulyasiya

modem adlanan qurğuda həyata keçirilir.

Modem (“modem” sözü “modulyasiya” və “demodulyasiya”

sözlərinin ilk hecalarından düzəlmişdir) – verilənlər kanalının

Page 27: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

son aparaturası və rabitə xətlərinin qarşılıqlı fəaliyyət

göstərməsi ilə ötürülən verilənləri əks etdirən elektrik

siqnallarını çevirən qurğudur. Xəttə ötürülən siqnallar

modulyasiya, xətdən qəbul edilənlər isə demodulyasiya edilir.

Amplitud modulyasiyası zamanı modulyatorun girişinə V

siqnalı və U daşıyıcısı daxil olur. Məsələn, siqnal mV

amplituduna və tezliyinə malik olan, tVV m cos

şəklində təyin olunan harmonik rəqs olduqda, modulyatorda

qeyri-xətti elementin çıxışında

ttmtU

ttmUU

m

mAM

coscos5,0cos

coscos1

şəklində təyin olunan modullaşmış rəqslər olur.

Burada, m

m

U

Vm – modulyasiya əmsalıdır. Beləliklə,

modulyatorun çıxışında siqnalın spektrində daşıyıcı tezliyi

və iki və yan tezlikləri olur. Siqnal bir neçə

tezlik zolağını tutanda modullaşmış rəqslər spektrində şəkil

2.2-də göstərildiyi kimi iki yan zolaq meydana çıxır.

Amplitud modulyasiyası zamanı təhriflərin qarşısının

alınması üçün şərti ödənməlidir. Burada və

müvafiq olaraq daşıyıcı və modullaşdırıcı tezliklərdir. 1700 Hs

standart (orta sürətli verilənlərin ötürülməsi aparaturası üçün)

daşıyıcı tezlik daxilində bu şərtin ödənməsi informasiyanın

sürətinin 300 bit/san-dən artıq olmasını təmin edə bilməz. Ona

görə də modemlərdə tezliklərin əlavə çevrilməsi tətbiq edilir:

əvvəlcə yüksək, məsələn, kHsF 10 tezliyə malik olan

daşıyıcının modulyasiyası həyata keçirilir, sonra filtrin köməyi

ilə modullaşmış siqnalın spektri ayrılır və tezlik çeviricisinin

köməyi ilə modullaşdırıcı rəqs aralıq tezliyə, məsələn, 1700 Hs

tezliyə gətirilir. Onda 1400 Hs-ə qədər tezlikli yan zolaqlarda

siqnalın spektri telefon xəttinin keçirmə zolağı ilə razılaşdırılır.

Lakin, bu zaman əldə edilən verilənlərin ötürülmə sürəti kiçik

qalır.

Page 28: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Şəkil 2.2. Amplitud modulyasiyası zamanı modullaşdırıcı və

modullaşmış siqnalların spektrləri

Ötürmənin sürəti kvadratik-amplitud və ya faza

modulyasiyasının köməyi ilə ikili modullaşdırıcı siqnalların

yerinə çox sayda mümkün qiymətlərə malik diskret siqnalların

istifadə edilməsi hesabına artırılır.

Kvadratik-amplitud modulyasiyası (QAM – Quadrature

Amplitude Modulation) modullaşmış siqnalın bir elementi

vasitəsilə n bit informasiyanın ötürülməsinə əsaslanır. Burada,

n=4..8 (yəni, amplitudun 16..256 diskret qiyməti istifadə

edilir). Lakin, amplitudun bu qiymətlərinin etibarlı şəkildə

seçimi üçün maneələrin kiçik səviyyəli olması tələb edilir

(siqnal / maneə nisbəti n=4 olduqda 12 dB-dən az

olmamalıdır).

Siqnal / maneə nisbəti kiçik olduqda müvafiq olaraq 2 və ya

3 bit informasiyanın ötürülməsi üçün fazanın dörd və ya səkkiz

diskret qiymətinə malik olan faza modulyasiyasını tətbiq etmək

daha yaxşı olar. Onda modulyasiya sürəti 1200 bod (yəni,

saniyədə analoq siqnalın 1200 elementi (element dedikdə

Page 29: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

mümkün faza dəyişiklikləri arasındakı siqnalın bir hissəsi

nəzərdə tutulur)) olduqda və dörd fazalı modulyasiya zamanı

verilənlərin ötürülmə sürəti 2400 bit/san olur. Verilənlərin

ötürülmə sürəti həmçinin 4800 bit/san (modulyasiyanın sürəti

1600 bod olduqda və səkkiz fazalı modulyasiya zamanı), faza

və amplitud modulyasiyasının kombinasiyası zamanı isə 9600

bit/san və daha çox ola bilir.

Faza modulyasiyası (PSK — Phase Shift Keying) – iki

siqnal səviyyəsi (1 və 0) bir-birindən yarım period aralı olan iki

daşıyıcının birindən digərinə keçməklə həyata keçirilir. Faza

modulyasiyasının başqa bir variantı sıfırın ötürülməsi zamanı

hər taktda fazanın 2

1 qədər, vahidin ötürülməsi zamanı isə

4

3 qədər dəyişməsinə əsaslanır.

2.4. Verilənlərin ötürülməsinin rəqəmsal kanalları.

Praktikada informasiyanın elektrik (optik) siqnallarının

köməyi ilə kodlaşdırılmasının bir neçə üsulu var və istifadə

edilməkdədir. Məsələn, potensial kodlarda istifadə edilən

hesablama sisteminin hər bir rəqəminə müəyyən gərginlik

səviyyəsi uyğun gəlir. AMI kodunda (Alternative Mark

Inversion) vahid müsbət və mənfi səviyyələr arasında gərginlik

dəyişməsi kimi, sıfır isə sıfırıncı səviyyə və dəyişmənin

olmaması kimi təsvir edilir. Müəyyən bir taktda vahid müsbət

dəyişmə kimi təsvir edilibsə, növbəti vahid mənfi dəyişmə kimi

təsvir ediləcək. Bu cür kodların çatışmazlıqları ötürülən

simvolların sərhədlərini müəyyən edən sinxronlaşdırıcı

impulsların ötürülməsi üçün əlavə naqillərin olmasının

zəruriliyidir.

Page 30: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

İkili informasiyanın ötürülməsi üçün rəqəmli verilənləri

ötürmə kanallarında əsasən özünü sinxronlaşdırıcı kodlardan

istifadə edilir. Bu cür kodlara misal olaraq, şəkil 5-də

göstərildiyi kimi vahidin müsbət, sıfırın isə mənfi dəyişmə

kimi ötürüldüyü mançester kodunu göstərmək olar. Özünü

sinxronlaşdırma mançester kodunun hər bir taktında olan

dəyişmələrin sinxroimpulslarının formalaşdırılması ilə təmin

edilir. Özünü sinxronlaşdırma sinxronlaşdırıcı impulsların

ötürülməsi üçün əlavə əlaqə xəttinə malik olmaq zərurətini

aradan qaldırır.

Şəkil 2.3. Mançester kodlaşdırmasına misal

Lakin, özünü sinxronlaşdırmanın qarşılığı verilənlərin

ötürülmə kanalının buraxıcılıq zolağına qarşı tələbin iki dəfə

artıq olmasıdır, belə ki, bir sıfırdan və bir vahiddən ibarət

ardıcıllıqların ötürülməsi zamanı bir bitə iki dəyişmə düşür.

Bu çatışmazlığın təsirini, məsələn, 8B/10B və ya 4B/5B

kodu kimi xüsusi artıq kodları tətbiq etməklə azaltmaq

mümkündür. 4B/5B yazısı 5 bitdən ibarət istənilən

kombinasiyada özünü sinxronlaşdırmanın təmin edilməsi üçün

dəyişmənin mütləq olması şərti ilə, ilkin kodun 4 bitinin

ötürülmə zamanı 5 bitlə əvəz edildiyini göstərir. Başqa sözlə,

16 bitlik ardıcıllıqlardan hər birinin ötürülməsi üçün 32

mümkün 5 bitlik kombinasiyalardan biri istifadə edilir.

Kombinasiyalar ötürülən kodlarda üçdən artıq ardıcıl sıfırın

olmaması şərti ilə seçilmiş AMI kodlarıdırlar.

Page 31: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Başqa bir artıq kod 8B/6T kodudur və bu kodda bir bayt üç

sıra üçlü kod vasitəsilə kodlaşdırılır.

4B/5B kodundan istifadə zamanı kodlaşdırma və

dekodlaşdırma proseduraları mürəkkəbləşir, lakin, əlaqə xətti

ilə ötürmənin sürəti mançester kodlaşdırmasındakı sürətlə

müqayisədə artır, belə ki, 4B/5B kodundan istifadə zamanı

artıq hissə 1,25 dəfə, mançester kodundan istifadə zamanı isə

iki dəfə artır.

2.5. İnformasiya verilişinin düzgünlüyünə nəzarət.

İnformasiya mübadiləsinin düzgünlüyünün idarə edilməsi

maneəyə davamlı kodlaşdırma vasitəsilə həyata keçirilir.

Səhvləri aşkar edən kodlar və səhvləri aşkar etməkdən əlavə

düzəldən korrektəedici kodlar mövcuddur. Maneədən müdafiə

artıq hissənin əlavə edilməsi ilə əldə edilir. Korrektəedici

kodların köməyi ilə səhvlərin düzəldilməsi (bu cür idarəetmə

Forward Error Control adlanır) simpleks əlaqə kanallarında

həyata keçirilir. Dubleks kanallarda səhvləri aşkar edən

kodların (Feedback or Backward Error Control) tətbiq edilməsi

kifayətdir, belə ki, səhvlə əlaqədar siqnalizasiya mənbədən

təkrar ötürməyə səbəb olur.

Dubleks kanallarda start-stop idarəetməsi və ya pəncərə

idarəetməsi istifadə edilir. Start-stop idarəetməsi zamanı verici

növbəti məlumat paketini göndərmədən əvvəl ünvançı

tərəfindən əvvəlki paketin qəbul edilməsinin düzgünlüyünün

təsdiqini əldə etməlidir. Aydındır ki, təsdiq gözlənildiyi üçün

paketlər böyük gecikmələrlə ötürülürlər. Pəncərə idarəetməsi

zamanı verici bu qrupun birinci 1P paketinin qəbul edilməsinin

düzgünlüyünün təsdiqinin alınmasından əvvəl N paketdən

ibarət qrupu göndərə bilər. Təsdiq alınmadıqda verici 1P -dən

başlamaqla, paketlərin ötürülməsi prosesini təkrar edir. N

kəmiyyəti pəncərənin ölçüsü adlanır.

Page 32: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Səhvlərin aşkar edilməsinin ən sadə üsulları ötürülən

paketin nəzarət kodu ilə tamamlanmasından ibarətdir və

nəzarət kodu kimi nəzarət cəmi – paketin informasiya

hissəsinin bütün kodlarının m2 modulu üzrə toplanmasının

nəticəsi istifadə edilə bilər. Burada m – kodların

mərtəbəlilikləridir. Həmçinin hər bir m mərtəbəli koda qiyməti

ikili koddakı vahidlərin sayının cəminin cüt olması şərti ilə

seçilən nəzarət bitinin əlavə edildiyi təkliyin yoxlanılması

üsulu da istifadə edilir. Lakin, bu üsullar xüsusən də çox sayda

səhv meydana çıxan zaman kifayət qədər etibarlı deyillər. Ona

görə də etibarlı aşkarlayıcı kodlar kimi tsiklik kodlardan

istifadə edilir. Korrektəedici koda misal olaraq Xemminq

kodunu göstərmək olar.

Tək, bölünən səhvləri və səhv dəstələrini aşkar edən effektiv

kodlara tsiklik kodlar (CRC – Cyclic Redundance Code) aiddir.

Onların etibarlılıq səviyyəsi yüksəkdir və onlar, məsələn, təklik

bitinin ayrılmasının çətin olduğu blok sinxronizasiyası zamanı

tətbiq edilə bilərlər.

Tsiklik kodlaşdırmanın bir variantı da ilkin kodun yaradıcı

Xg polinomuna hasilinə, dekodlaşdırma isə onun Xg

polinomuna nisbətinə əsaslanır. Bölmənin qalığı sıfıra bərabər

deyilsə, səhv baş vermişdir. Səhv haqqında siqnal vericiyə

çatdırılır və bu da təkrar ötürməyə səbəb olur.

Yaradıcı polinom 1nX rəqəminin yerləşdiyi sadə

vuruqlardan birinin ikili təsviridir. Burada, nX n-inci sıradakı

vahidi göstərir, n isə kod qrupunun mövqelərinin sayıdır.

Məsələn, n=10 və X=2 olarsa, 10231nX , yaradıcı polinom

isə 11Xg və ya ikili kodda 1011 ola bilər.

Tsiklik kodun praktikada geniş şəkildə istifadə edilən əsas

variantı əvvəlkindən yaradıcı polinomun aşağıdakı alqoritm

üzrə alınması ilə fərqlənir:

Page 33: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

1. İlkin kodlaşdırılan A ədədinə sağdan K sayda sıfır

yazılır. Burada K – yaradıcı polinomdakı bitlərin bir vahid

azaldılmış sayıdır.

2. Alınmış KA 2 rəqəmi üzərində bölmədən hər addımda

çıxma əvəzinə “və ya” əməliyyatının yerinə yetirilməsi ilə

fərqlənən O əməliyyatı yerinə yetirilir.

3. Alınmış B qalığı kodlaşdırılmış C rəqəmində sağ

tərəfdən silinmiş K sayda sıfırı əvəz edən K mövqeli qalıq

kodudur.

BAC K 2

Qəbul edilmə nöqtəsində C kodu üzərində O əməliyyatı

yerinə yetirilir. Qalıq sıfırdan fərqli olduqda, deməli, ötürmə

zamanı səhv baş vermişdir və A kodunu yenidən ötürmək

lazımdır.

Misal 1.

Tutaq ki, 10011101A , yaradıcı polinom 11001-dir.

4K olduqda, KA 2 =100111010000. Tsiklik kodun

alınması üçün O əməliyyatının yerinə yetirilməsi şəkil 2.4-də

göstərilmişdir.

Şəkil 2.4. Tsiklik kodun alınmasına misal

Page 34: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Tsiklik kodların müsbət xüsusiyyətləri səhvlərin aşkar

edilməmə ehtimalının kiçik olmasından və artıq mövqelərin

sayının nisbətən az olmasından ibarətdir.

Yaradıcı polinomların ümumi qəbul edilmiş işarəsi üçün

aşağıdakı misalı göstərmək olar:

151216 XXXXg

Bu da 1 0001 0000 0010 0001 koduna ekvivalentdir. Bu

polinom 240 mövqeli iki artıq baytlı kod qruplarının

kodlaşdırılması üçün V.42 protokolunda istifadə edilir. Bu

protokolda dörd artıq baytlı yaradıcı polinom da mümkündür.

124578101112

1622232632

XXXXXXXX

XXXXXXg

2.6. Kanal səviyyəsinin protokolları.

Lokal hesablama şəbəkələri, kommutator və

marşrutlayıcıların böyük şəbəkələrin magistral kanallarında

birləşdirilməsi üçün kanal səviyyəli protokollar fərqləndirilir.

Ötürülən məlumatdakı simvolların mövqelərinin düzgün

tanınması üçün qəbuledici, məlumatın ötürülən elementlərinin

sərhədlərini bilməlidir. Bunun üçün vericinin və qəbuledicinin

sinxronlaşdırılması aparılmalıdır. Sinxronlaşdırma siqnalları

üçün xüsusi əlavə naqilin istifadə edilməsi (bit sinxronizasiyası

zamanı) həddindən artıq baha başa gəldiyindən, başqa

sinxronlaşdırma üsullarından istifadə edilir.

Qeyri-sinxron rejimdə hər bir simvolun (baytın)

sərhədlərinin xüsusi start və stop simvolları ilə açıq şəkildə

ayrıldığı kodlar tətbiq edilir. Lakin, bu, birbaşa məlumata aid

olmayan bitlərin sayını artırır. Sinxron rejimdə sinxronluq

bütün informasiya blokunun ötürülməsi zamanı hər bir baytın

çərçivəyə salınması üçün xüsusi simvollar tətbiq edilmədən

dəstəklənir. Sinxron protokollarda ötürülən simvollardan ibarət

blokun sərhədlərini xüsusi şəkildə qeyd etmək lazımdır.

Page 35: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Blokda simvollara baytlar uyğun gəlirsə və blokun

sərhədləri əsas mətnin simvollarından fərqlənən xüsusi

simvollarla qeyd edilibsə, bu cür bayt-bayt ayrılan kodlar

baytyönlü kodlar adlanır. Mətn blokunun çərçivəyə salınması

üçün (mətn yalnız çap edilə bilən simvollardan ibarət olur) çap

edilə bilən simvollardan fərqlənən simvollardan istifadə edilə

bilər. İkili blokların çərçivəyə salınması üçün staffinq

sayəsində unikal olan xüsusi simvol (onu DLE ilə işarə edək)

tətbiq edilir. Unikallıq ondan ibarətdir ki, blok daxilində DLE

olduqda onun ardıyca dərhal daha bir DLE qoyulur. Qəbuledici

ikinci DLE simvollarını nəzərə almır. DLE əlavəsizdirsə,

blokun sərhədidir.

Baytyönlü koda misal olaraq BSC göstərilə bilər və hal-

hazırda baytyönlü kodların tətbiqi məhdud xarakter daşıyır.

Baytlara bölünməyən kodlar bityönlü kodlar adlanırlar.

Sinxronluğa keçmək üçün xüsusi başlanğıc və son bit

kombinasiyalarının köməyi ilə sadəcə ötürülən informasiya

blokunun sərhədlərini müəyyən etmək lazımdır. Adətən bu cür

kombinasiya altı ardıcıl vahiddən ibarət olur – 01111110.

Verici əsas mətndə hər ardıcıl beş vahiddən sonra sıfır yazır,

qəbuledici isə onu silir. Bu cür bitstaffinq sayəsində 01111110

kombinasiyası unikal olur.

Bityönlü kodlar şəbəkələrdə geniş şəkildə istifadə edilirlər,

məsələn, bityönlü protokollara misal olaraq HDLC

protokolunu və onun müxtəlif növlərini göstərmək olar.

Müxtəlif şəbəkələrdə əksər kanal protokollarının əcdadları

BSC və HDLC protokolları olmuşdur.

HDLC protokolunun müxtəlif növləri istifadə edilir. Onlara

lokal şəbəkələrdə geniş şəkildə istifadə edilən IEEE 802.X

protokollarını, X.25 şəbəkələri üçün istifadə edilən LAP-B,

LAP-D, LAP-F protokollarını, ISDN, Frame Relay və bir sıra

başqa protokolları göstərmək olar. HDLC protokolu kadrların

tip və strukturunu, “birləşməyə sorğu” və “birləşməyə razılıq”

əmrlərinin mübadilə proseduralarını, verilənlərin ötürülməsini,

Page 36: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

birləşmənin ləğv edilməsini təmin edir. Verilənlərin

ötürülməsinin pəncərə idarəetməsi əsasında yoxlanılması

həyata keçirilir. Üç tip kadr mövcuddur: informasiyalı kadrlar

(verilənlərin ötürülməsi üçün), birləşmənin təmin edilməsi/

ayrılması kadrları, nəzarət kadrları (səhvlərin yoxlanılması və

informasiya axınının idarə edilməsi).

Hal-hazırda İnternetdə ayrılmış kanallar üçün əsas protokol

PPP (Point-to-Point Protocol) protokoludur. PPP protokolunda

mövcud olan əksər şəbəkə protokollarına malik olan interfeys

təmin edilmişdir. PPP protokolunun müsbət xüsusiyyəti həm də

birləşdirmə parametrlərinin əlaqələndirilən qovşaqlarla

razılaşdırılması prosedurasının mövcud olmasıdır. Bu

qovşaqlar bufer yaddaşlarının ölçüləri haqqındakı məlumatları,

paketlərin maksimal ölçüləri ilə əlaqədar məhdudiyyətləri və

digər parametrlərin qiymətlərini mübadilə edirlər. PPP

protokolunun standartlarında parametrlər haqqında qərar

qəbuletmə, birləşdirməyə razılıq və yaxud ondan imtina

proseduraları təsvir edilir.

2.7. Naqilli kanallar.

Naqilli kanalların təşkili üçün verilənlərin ötürülmə

kanallarında iki cür koksial kabel – diametri 12,5 mm olan

“qalın” (thick) naqil və diametri 6,25 mm olan “nazik” (thin)

naqil istifadə edilir. “Qalın” naqillərdə sönmə əmsalı kiçik

qiymətə malikdir, maneədən mühafizə daha yaxşı olur ki, bu da

böyük məsafələrdən işləmək imkanını təmin edir, lakin, onu

obyektlərdə birləşdirmək çətindir və daha baha başa gəlir.

Daha çox cüt buruqlu naqillər istifadə edilirlər. Burulmuş

naqillər ekranlanmış cütlərə və ekranlanmamış cütlərə

ayrılırlar, onlara müvafiq olaraq, STP (Shielded Twist Pair) və

UTP (Unshielded Twist Pair) abbreviaturaları uyğun gəlir.

Ekranlanmış cütlər nisbətən baha olduqlarından, daha az

istifadə edilirlər. Ekranlanmamış cütlər bir neçə kateqoriyaya

Page 37: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

(tipə) ayrılır. Adi telefon naqili birinci kateqoriyadan olan

cütdür. İkinci kateqoriyadan olan cütlər buraxıcılıq qabiliyyəti

4 Mbit/san-ə qədər olan şəbəkələrdə istifadə edilə bilərlər.

Ethernet şəbəkələri üçün (daha dəqiq desək, onun 10Base-T

adlı variantı üçün) üçüncü kateqoriyadan olan cüt, Token Ring

şəbəkələri üçün isə dördüncü kateqoriyadan olan cüt işlənib

hazırlanmışdır. Yüksək sürətli kanallarda 10 metrlərlə

məsafədən 100 MHs-ə qədər tezliklərdə tətbiq edilən beşinci

kateqoriyadan olan cüt istifadə edilir. Beşinci kateqoriyadan

olan cütlərdə naqil müəyyən texnologiya ilə sarınmış və istiliyə

davamlı, izolyasiya edilmiş örtüklə əhatələnmiş diametri 0,51

mm olan mis məftillərdən hazırlanır. Yüksək sürətli lokal

hesablama şəbəkələrində birləşmənin uzunluğu adətən 100

metrdən çox olmur. Tezlik 100 MHs, uzunluq isə 100 m olanda

buraxıcılığın azalması təxminən 24 dB, tezlik 10 MHs, məsafə

100 m olanda isə təxminən 7 dB olur. Son vaxtlar 200-dən 600

MHs-ə qədər tezliklər üçün altıncı və yeddinci kateqoriyadan

olan cütlər yaradılmışdır (yeddinci kateqoriyadan olan cütlər

ekranlanmış, altıncı kateqoriyadan olan cütlər isə həm

ekranlanmış, həm də ekranlanmamış olur).

Naqil cütlərini çox vaxt hər iki naqilində eyni səviyyəyə

(torpağa nəzərən), lakin, müxtəlif qütblərə malik siqnalın

ötürüldüyü balanslaşdırılmış xətt kimi istifadə edirlər. Qəbul

zamanı parafaz adlanan siqnal fərqi tətbiq edilir. Bu zaman

sinfaz maneələr özlərini kompensasiya edirlər. İki naqildə

meydana çıxan maneələr adətən eyni fazada müşahidə

edildiklərindən, maneəyə davamlılıq ciddi şəkildə artır.

Optik xətlər optik-lifli rabitə xətləri şəklində realizə

edilirlər.

Optik-lifli rabitə xətləri xüsusən böyük məsafələrdə

verilənlərin yüksək sürətlə ötürülməsinin əsasını təşkil edirlər.

Lokal hesablama şəbəkələrində verilənlərin ötürülmə kanalları

əsasən naqillərdən (mis) ibarət olur, belə ki, ekranlanmamış

burulmuş cütlər optik-lifli rabitə xətlərinə nisbətən daha ucuz

Page 38: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

başa gəlir və daha asan quraşdırılır. Lakin, korporativ və böyük

miqyaslı şəbəkələrdə yüksək sürətli magistral kanalların

reallaşdırılması üçün optik-lifli naqillərlə rəqabət apara biləcək

naqillər mövcud deyil.

Konstruktiv baxımdan optik-lifli naqillər xarici diametri

125...200 mkm olan şəffaf örtüyə daxil edilmiş kvars mildən

ibarət olur. Bir və çoxrejimli optik-lifli naqillər mövcuddur.

Birrejimli optik-lifli naqillərdə (şəkil 2.5) milin diametri

5..10 mkm olur. Lazerin koherent şüası mil üzrə, demək olar

ki, örtükdə əks olunmadan yayılır və bu da siqnalın daha az

sönməsinə və 50 km-ə qədər məsafələrdə retranslyasiyasız

əlaqə imkanının əldə edilməsinə şərait yaradır. 1300 və ya

1550 nm dalğa uzunluğundan istifadə edilir.

Çoxrejimli optik-lifli naqillərdə dalğa uzunluğu 850 nm olan

şüalanma mənbəyi kimi adətən işıq diodlarından istifadə edilir.

Çoxrejimlilik dedikdə mil boyunca yayılma zamanı dəfələrlə

örtükdə əks olunan və bununla da siqnalın sönməsini artıran

çox sayda şüanın mövcud olması nəzərdə tutulur. Lakin,

çoxrejimli optik naqil birrejimli naqildən xeyli ucuzdur, belə

ki, milin diametri 50...62,5 mkm-dir və onu hazırlamaq və

şüalanma mənbəyi ilə birləşdirmək daha asandır. Verilənlərin

retranslyasiyasız ötürülməsi zamanı məsafə həddi təxminən 5

km olur.

Page 39: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Şəkil 2.5. Bir və çoxrejimli optik-lifli naqillərin

xarakteristikaları

Meynfreymlər, işçi stansiyalar, periferik avadanlıqlar

arasındakı verilənlərin ötürülmə mühitlərinə misal olaraq, 10

km-ə qədər məsafələrdə 133 Mbit/san-dən 1062 Mbit/san-yə

qədər verilişsürəti təmin edən Fiber Channel mühitini

göstərmək olar (müqayisə üçün ana sxemlə xarici qurğu

arasındakı SCSI interfeysi üzrə verilənlərə baxmaq olar – on

metrdən artıq olmayan məsafələrdə sürətin 160 Mbit/san

olması ilə).

Optik-lifli naqillərlə uzunluğu 27,3 min km olan

ümumdünya verilənlərin ötürülmə kanalı layihəsi həyata

keçirilir, naqil üç okeandan, Aralıq dənizindən və Qırmızı

dənizdən keçməli, onun informasiyalı veriliş sürəti 5,3 Hbit/san

olmalıdır.

Kanalların dalğa uzunluqlarına əsasən bölünməsi ilə

multipleksləşmə (WDM — Wavelengths Division

Page 40: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Multiplexing) üsulundan məhz optik-lifli naqillərlə istifadə

zamanı informasiyanın ötürülməsinin rekord sürətləri əldə

edilmişdir. WDM üsulunda bir neçə aparıcı tezlik (kanalların)

ayrılır, məsələn, 5104 HHs tezliyin ətrafında aparıcı tezliklər

bir-birindən 310 HHs fərqlənirlər və hər bir kanalda təxminən

2,5 Hbit/san sürət əldə edilir.

Moskva ilə Peterburq arasında Raskom şəbəkəsinin

buraxıcılıq qabiliyyəti 2,4 Hbit/san olan WDM üsullu

verilənlərin ötürülməsi kanalı fəaliyyət göstərir. Lucent

Technologies şirkəti optik-lifli naqillərlə 1,6 Tbit/san-yə qədər

sürət təmin edən, 160 kanallı rabitə sistemi yaratmışdır.

2.8. Naqilsiz kanallar.

Naqilsiz kanallarda informasiyanın ötürülməsi

elektromaqnit rəqslərinin efirdə yayılması əsasında həyata

keçirilir. Cədvəl 2.1-də naqilsiz və optik rabitə kanallarında

istifadə edilən elektromaqnit rəqslərinin tezlik diapazonları

haqqında məlumat verilmişdir.

İşçi tezlik nə qədər çox olarsa, rabitə sisteminin həcmi

(kanalların sayı) o qədər çox, iki məntəqə arasında

retranslyasiyasız birbaşa ötürmənin mümkün olduğu məsafə

həddləri isə o qədər az olur. İlk səbəb yeni daha yüksək tezlikli

diapazonların istifadəsi tendensiyasını meydana çıxarır.

Radiokanallar böyük miqyaslı şəbəkələrdə, mobil rabitə

sistemlərində tətbiq edilən peyk və radio rabitə sistemlərinin

zəruri tərkib hissələridirlər, onlar ayrı-ayrı ofis və

müəssisələrin korporativ şəbəkələrdə “axırıncı mil” prinsipi ilə

birləşdirilməsi zamanı lokal şəbəkələrdə naqilli sistemlərin

alternativləri kimi istifadə edilirlər. Bir çox halda

radiokanalların tətbiq edilməsi digər variantlarla müqayisədə

daha ucuz başa gəlir.

Böyük miqyaslı şəbəkələrdə magistral kanal kimi çox vaxt

radio rabitə xətləri (kanalların kommutasiyası, 15...23 HHs

Page 41: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

tezlik diapazonu, birbaşa görünmə həddində əlaqə qonşu

stansiyalar arasındakı məsafəni antenaların qala tipli tikililərdə

yerləşdirilməsi şərti ilə 50 km-ə qədər məhdudlaşdırır) istifadə

edilir. Retranslyator olan stansiyaların ardıcıllığı

informasiyanın uzaq məsafələrə ötürülməsinə imkan verir.

Cədvəl 2.1

Diapazon Dalğa uzunluqları,

m Tezliklər, HHs

Desimetr 1...0,1 0,3...3

Santimetr 0,1...0,01 3...30

Millimetr 0,01...0,001 30...300

İnfraqırmızı 0,001...7,5·10-7 3·102...4·105

Görünən rəng (7,5...4,0)·10-7 (4,0...7,5)·105

Digər əlaqə kanallarının çəkilməsi çətindirsə, korporativ və

lokal şəbəkələrdə radio əlaqədən istifadə edilir. Radiokanal ya

“axırıncı mil” (ikili birləşmə) rolunu icra edir, ya lokal

hesablama şəbəkələrində ümumi verilənləri ötürmə mühiti olur,

ya da mərkəzi idarəetməyə malik şəbəkələrdə mərkəzi və son

qovşaqlar arasında birləşmə funksiyasını yerinə yetirir.

Birinci halda (iki şəbəkə arasında əlaqə) məsafənin birbaşa

görünmə həddlərində olması (adətən antenaların binaların

damlarında yerləşdirilməsi ilə 15-20 km-ə qədər) şərti ilə

istiqamətləndirilmiş antenaların tətbiq edildiyi ikitərəfli

birləşmə əldə edilir. İki adapterdən istifadə edilir: onlardan biri

radiokanal üçün siqnalların yaradılması, digəri isə naqilli alt

şəbəkələr üçün nəzərdə tutulmuşdur.

Son vaxtlar tez-tez inteqrasiya olunmuş xidmətlər

(verilənlərin ötürülməsi, telefoniya, televiziya, İnternetə çıxış)

zamanı korporativ sifarişçilərinin magistral kanallara

Page 42: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

qoşulması BWA geniş zolaqlı naqilsiz müraciət

texnologiyalarının köməyi ilə həyata keçirilir. Məsələn,

Avropanın böyük şəhərlərində bunun üçün 40,5...43,5 HHs

diapazondan istifadə edilir. Burada tezlik resursu zəngin,

maneə səviyyəsi aşağı, vericilərin gücünə qarşı olan tələblər az,

antenalar və əlaqə məsafələri kiçik olur. Eyni zamanda naqilli

BWA şəbəkəsi, BWA peyk kanalları kimi kombinə edilmiş

variantlardan da istifadə edilir.

Radiokanalın lokal hesablama şəbəkələrində ümumi

verilənlərin ötürülmə mühiti kimi istifadə edilməsi halında

şəbəkə RadioEthernet (IEEE 802.11 standartı) adlanır və

adətən bina daxilində istifadə edilir. Aparaturanın tərkibinə

qəbuledicilər/vericilər və antenalar daxildir. Əlaqə bir HHs-dən

bir neçə HHs-ə qədər tezliklərlə təmin edilir. Qovşaqlar

arasındakı məsafə bir neçə on metrdir.

IEEE 802.11 standartı ilə əlaqədar olaraq ikili

informasiyanın lokal hesablama şəbəkəsinə ötürülməsinin iki

üsulu var, bu üsulların hər ikisi informasiyanı arzuedilməz

müraciətdən müdafiə etmək məqsədi daşıyır.

Birinci üsul – birbaşa ardıcıllıq üsulu (DSSS – Direct

Sequence Spread Spectrum) adlanır. Bu üsulda verilənlərin hər

biti bir neçə elementdən (“çipdən”) ibarət ardıcıllıq kimi təsvir

edilir. Bu ardıcıllıq əlaqə iştirakçılarının bildiyi alqoritm üzrə

yaranır və buna görə də, qəbul zamanı deşifrlənə bilər. Bu üsul

maneəyə davamlılığı artırır ki, bu da vericinin gücü ilə əlaqədar

tələbləri azaltmağa imkan verir, yüksək sürəti saxlamaq üçün

isə buraxıcılıq zolağını genişləndirmək lazımdır. Eyni

genişləndirilmiş keçirmə zolağında ortoqonal kodlaşdırma

üsullarından istifadə etmək hesabına bir neçə əlaqə kanalı ola

bilər. DSSS üsulu CDMA mobil əlaqə standartının əsasını

təşkil edir.

İkinci üsul – tezlik sıçramaları üsulu (FHSS — Frequency

Hopping Spread Spectrum) adlanır. Bu üsulda buraxıcılıq

zolağı 79 alt diapazona bölünür. Verici periodik olaraq

Page 43: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

(məsələn, 20…400 msan addımı ilə) yeni alt diapazona keçir,

tezliklərin dəyişmə alqoritmi yalnız əlaqə iştirakçılarına məlum

olur və dəyişə bildiyindən verilənlərə arzuedilməz müraciət

çətinləşir.

DSSS üsulu FHSS üsulu ilə müqayisədə müəyyən

üstünlüklərə malikdir. Bu üsulda vericinin gücü ilə əlaqədar

tələblər az, başqa siqnal mənbələri üçün yaradılmış maneələr

isə zəif olur.

Radiokanalların mərkəzi və periferik qovşaqlar arasındakı

əlaqə üçün istifadə edilməsi variantında mərkəzi məntəqədə

istiqamətləndirilməmiş antena olur və bu zaman son

məntəqələrdə istiqamətləndirilmiş antenalardan istifadə edilir.

Əlaqə məsafəsi on metrlərlə, obyektdən kənarda isə yüz

metrlərlə ölçülür. Çox nöqtəli sistemlərə misal: üfuqi xətt boyu

istiqamətləndirilməmiş antena, vertikal üzrə 30 dərəcə bucaq,

son qovşaqlarda 5,8 HHs, mərkəzi qovşaqda 2,4 HHs, 62-yə

qədər terminal, birbaşa görüntü imkanı olmayan 80 m uzaqlıq.

Elektromaqnit maneələrinin səviyyəsi yüksək olduqda bəzən

infraqırmızı əlaqə kanallarından istifadə edilir. Son vaxtlar

onlar yalnız sexlərdə yox, həm də şüaların obyektin divarları

üzərindən istiqamətləndirilə bildiyi ofislərdə tətbiq edilməyə

başlayıblar.

Simsiz verilənləri ötürmə kanallarının avadanlıqlarına

aşağıdakılar daxildir:

1. Ev antenaları və drayverlərlə birlikdə quraşdırılan şəbəkə

adapterləri və radiomodemlər siqnalların emalı üsulları ilə

fərqlənir, ötürmə tezliyi, buraxıcılıq qabiliyyəti, əlaqənin

uzaqlığı ilə xarakterizə edilirlər. Şəbəkə adapteri kompüter

şininin sərbəst hissəsində qurulur. Məsələn, WaveLAN (Lucent

Technologies) adapteri ISA şininə qoşulur, 915 MHs tezliyi ilə

işləyir və buraxıcılıq qabiliyyəti 2 Mbit/san olur. Radiomodem

standart interfeys vasitəsilə rəqəmli verilənlərin son

avadanlıqlarına birləşdirilir. Məsələn, RAN (Multipoint

Networks) seriyasından olan radiomodemlər dupleks və

Page 44: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

yarımdupleks rejimlərdə işləyə bilərlər. Verilənlər portu

tərəfdən sürəti 128 kbit/san-yə qədər olan RS-232C, RS-449 və

ya V.35 interfeyslərindən istifadə edilir, radioport tərəfdə isə

tezlik 400...512 və ya 820...960 MHs, radiokanalın eni 25...200

kHs olur.

2. Radiokörpülər naqil seqmentlərinin və ayrı-ayrı lokal

hesablama şəbəkələrinin öz aralarında birbaşa görünmə

həddində birləşdirilməsi və istinad şəbəkələrində magistral

kanalların təşkili üçün istifadə edilir, retranslyasiya və

paketlərin filtrasiyasını həyata keçirirlər.

3. İstiqamətləndirilmiş və istiqamətləndirilməmiş antenalar,

antena gücləndiriciləri, naqil, zolaqlı filtr, qoruyucu tipli

köməkçi avadanlıqlar və s.

2.9. ISDN kanallar.

Müasir şəraitdə rəqəmli şəbəkələr tez-tez müxtəlif tip

informasiyanın, məhz verilənlərin yox, həmçinin ilkin analoq

formasına malik olan səsin, videonun ötürülməsi üçün istifadə

edilirlər. Bu cür şəbəkələr birləşmiş xidmət şəbəkələri

adlanırlar. Birləşmiş xidmət şəbəkələri – ISDN (Integreted

Service Digital Network) kommutasiya etmiş və kommutasiya

etməmiş olurlar. Sürəti 56 kbit/san-dən 1,54 Mbit/san-yə qədər

olan darzolaqlı ISDN şəbəkələri və sürəti 155...2048 Mbit/san

olan genişzolaqlı ISDN şəbəkələri (Broadband ISDN və ya B-

ISDN) mövcuddur. Hal-hazırda daha perspektivli olan B-ISDN

texnologiyaları fəal şəkildə istifadə edilirlər.

Adi ISDN şəbəkələrinin iki variantından – baza variantından

və xüsusi variantdan istifadə edilir. Baza variantında sürətləri

64 kbit/san olan iki kanal (bu kanallar B-kanallar adlanırlar) və

sürəti 16 kbit/san olan bir xidməti kanal (D-kanal), xüsusi

variantda isə sürətləri 64 kbit/san olan 30 B-kanal və bir

xidməti D-kanal mövcuddur. B-kanallar kodlaşdırılmış səs

informasiyalarının (kanalların kommutasiyası) və paketlərin

Page 45: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

ötürülməsi üçün istifadə edilə bilərlər. Xidməti kanallardan

siqnalizasiya – əmrlərin ötürülməsi, xüsusi halda isə birləşmə

sorğusu üçün istifadə edirlər.

ISDN şəbəkələrinin sxemi şəkil 2.6-da göstərilmişdir.

Burada S-birləşmə dörd naqilli burulmuş cütdür. Verilənlərin

son avadanlığı ISDN interfeysinə malik deyilsə, onu S-ə xüsusi

TA adapteri vasitəsilə qoşurlar. NT2 qurğusu S xətlərini

vericidən gələn və qəbulediciyə gedən iki naqilə malik olan bir

T-şində birləşdirir. NT1 qurğusu əks-səda kompensasiyası

sxemini realizə edir və adi iki naqilli U abonent xəttinə malik

T-şinlərin interfeysi ilə əlaqədardır.

Şəkil 2.6. ISDN şəbəkəsinin sxemi

2.10. Abonent xətləri

Kliyentlərin “axırıncı mil”də adi telefon naqilinin tətbiqi ilə

magistral şəbəkə qovşaqlarına qoşulması üçün rəqəmli abonent

xətlərindən (xDSL) istifadə edilir (darzolaqlı ISDN kanalları

Page 46: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

ilə yanaşı. Bu halda ISDN xDSL-in növü kimi nəzərdən

keçirilir).

Rəqəmli abonent xətlərində telefon aparatı yox, yalnız

telefon naqili (mis) istifadə edilir. Siqnalların modulyasiyasının

xüsusi üsullarının tətbiqi sayəsində telefon texnologiyaları ilə

müqayisədə verilənlərin ötürülməsi üçün xeyli böyük sürət əldə

edilir. Bu üsullara daşıyıcısız amplitud-faza modulyasiyası

üsulu (CAP – Carrierless Amplitude Phase Modulation) və

diskret çoxtonlu modulyasiya üsulu (DMT – Discrete

Multitone Modulation) daxildir.

Daşıyıcısız amplitud-faza modulyasiyası zamanı bir neçə bit

informasiya bir siqnal fərqi vasitəsilə təqdim edilir (məsələn,

bir bod üç bitə uyğun gəlir). Diskret çoxtonlu modulyasiya

zamanı mövcud tezlik zolağı hər biri 4 kHs olan 256 alt kanala

bölünür. Alt kanallar yoxlanılır və yoxlama nəticələrindən asılı

olaraq alt kanallar müxtəlif dərəcələrdə yüklənilirlər. Öz

növbəsində alt kanallarda kvadratik-amplitud modulyasiyasın-

dan istifadə edilir.

xDSL-lərə HDSL (High-bit-rate Digital Subcriber Line),

SDSL (Single Pair Symmetrical Digital Subcriber Line),

ADSL (Asymmetric Digital Subcriber Line) və s. aiddir.

Məsələn, HDSL xəttində iki cüt naqil istifadə edilir, CAP üsulu

tətbiq edilir, keçiricilik qabiliyyəti 2 Mbit/san-yə, məsafə 5…7

km-ə qədər olur. ADSL xətlərindən istifadə halında bir cüt

naqildən istifadə edilir, verilənlər CAP və ya DMT üsulları

əsasında kodlaşdırılır, sürət 8 Mbit/san-yə (birbaşa istiqamətdə)

çatır. Qeyri-stabil iş şəraitində ADSL-in DMT-li adaptasiya

olunmuş variantından istifadə etmək məqsədəuyğundur. Bu

variantda xətlər əvvəlcədən yoxlanılır və müvafiq sürət seçilir.

2.11. İmpuls-kod modulyasiyası.

Analoq siqnalların rəqəmli əlaqə kanalları ilə ötürülməsi

üçün impuls-kod modulyasiyası (PCM – Pulse Code

Modulation) tətbiq edilir. Modulyasiyanın bu növü bir-birindən

Page 47: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

dt qədər geri qalan anlarda analoq siqnalın amplitudunun

ölçülməsinə və bu amplitudların rəqəmli kod vasitəsilə

kodlaşdırılmasına əsaslanır. Kotelnikov teoreminə görə dt

kəmiyyəti aşağıdakı şəkildə müəyyən edilir: verilənlərin təhrif

olunmaması üçün siqnalın tezlik spektrinin yuxarı tərkib

hissəsinə uyğun gələn rəqs periodunda hesablamaların sayı

ikidən az olmamalıdır. Belə ki, telefon kanallarında tələb

olunan keçiricilik qabiliyyəti səkkiz (və ya yeddi) bitlə

kodlaşdırma zamanı səsin 4 KHs-ə qədər tezlik diapazonu ilə

ötürülməsinin təmin olunması şərti daxilində müəyyən edilir.

Buradan məlum olur ki, hesablama tezliyi (baytların

ötürülməsi) 8 KHs-ə bərabərdir, yəni bitlər 64 KHs (və ya

yeddi bitli kodlaşdırma zamanı 56 KHs) tezliklə ötürülürlər.

2.12. PDH kanalları

Rəqəmli kanallara əsaslanan bir neçə əlaqə texnologiyaları

mövcuddur. Praktikada əsas istifadə edilən texnologiyalar

rəqəmli plezioxron və sinxron iyerarxiya texnologiyalarıdır.

Rəqəmli plezioxron iyerarxiyanın magistral kanallarına

əsasən ABŞ və Yaponiyada tətbiq edilən T1/T4 kanalları və

G.700 – G.706 standartlarında təsvir edilmiş və əsasən

Avropada yayılmış E1/E4 kanalları aiddir.

Çoxkanallı E1 sistemi (yaxud DS-1 və ya E1 kanalı) DS-0

(Digital Signal-0) adlanan 32 rəqəmli kanalı əhatə edir. Bu

zaman 30 kanal informasiyanın ötürülməsi (məsələn, telefon

şirkətinin səs trafiki) üçün, 2 kanal isə xidməti verilənlərin

ötürülməsi üçün nəzərdə tutulmuşdur. T1/T4 sistemində T1

kanalına 24 DS-0 kanalı daxildir. Hər bir kanalda 8 kHs

tezliklə və siqnalların 28 =256 səviyyələri üzrə kvantlanlanması

ilə impulslu-kodlu modulyasiya tətbiq edilir ki, bu da

verilənləri ötürmə sürətinin bir kanalda 64 kbit/san və ya E1

aparaturasında 2048 kbit/san, T1 aparaturasında isə 1544

kbit/san olmasını tələb edir.

Page 48: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

E1/E4 iyerarxiyasında aşağıdakı səviyyələr E2-E4 (DS-2,

DS-3 və DS-4) kanalları vasitəsilə təqdim edilir, belə ki, hər

sonrakı səviyyənin kanalı əvvəlki səviyyənin bir neçə xidməti

bitlə ayrılmış 4 kanalını birləşdirir. Ona görə də, bu kanallarda

tələb edilən sürət müvafiq olaraq 8488, 34368, 139264 kbit/san

təşkil edir. T1/T4 iyerarxiyasında T4 kanalı üçün təxminən

260000 kbit/san sürət nəzərdə tutulmuşdur.

PDH kanallarında zamana görə multipsleksləşdirmədən

(TDM) istifadə edilir. T1 kanalında bütün 24 DS-0 kanalları bir

sinxronizasiya bitinin əlavə edilməsi ilə 192 bitli kadr

yaratmaqla, bir bayt üzrə multipleksora ötürülürlər. Burada

nəzarət kodu və sinxronlaşdırıcı kombinasiya olur.

İnformasiyanın əvvəlki səviyyənin bir neçə xəttindən

toplanması və sonrakı səviyyənin magistrallarına

yerləşdirilməsi multipleksor tərəfindən həyata keçirilir. DS-0

kanalı (bir slot) giriş xətlərindən birinə uyğun gəlir yəni,

kanalların kommutasiyası yerinə yetirilir. Əgər hər hansı slot

kanalın yarımçıq yüklənməsi səbəbindən istifadə edilmirsə,

slotlar statistik multipleksorların köməyi ilə dinamik formada

yenidən paylana bilərlər. Bu zaman bütün DS-1 kanalı və onun

hissəsi intensiv trafiklə bir birləşməyə qoşulur. E1/T1 kanalları

kommutasiya etməsələr də, bəzi multipleksorlar verilən

axınlarını başqa E1/T1 kanalları ilə əlaqədar olan digər

multipleksorlara istiqamətləndirməklə onların marşrutlaşmasını

həyata keçirməyə imkan verirlər.

PDH kanallarında informasiyanın ötürülməsi dörd naqilli

kabel vasitəsilə həyata keçirilir, hər bir naqil cütü bir

istiqamətdə ötürmə üçün nəzərdə tutulmuşdur. E1/T1 halında

adətən burulmuş cütlərdən, daha böyük iyerarxiya səviyyələri

üçün isə koaksial naqillərdən və ya optik-lifli əlaqə xətlərindən

istifadə edilir. Kodlaşdırma beş ardıcıl sıfırdan ibarət

ardıcıllıqların xüsusi impuls kombinasiyaları ilə əvəz edilməsi

ilə müxtəlif AMI kodları vasitəsilə aparılır. T1/E1 kanallarının

verilənlərin son avadanlıqları ilə birləşdirilməsi T1/E1 kadrları

Page 49: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

yaradan və axınları multipleksləşdirən xüsusi DSU (Data

Service Unit) və CSU (Channel Service Unit) qurğuları

vasitəsilə təmin edilir.

2.13. SDH kanalları

Yüksək sürətli magistrallarda G.707-G.709 standartları

əsasında verilənlərin ötürülməsinin sinxron rəqəmli

iyerarxiyası – SDH (Synchronous Digital Hierachy)

texnologiyasından istifadə edilir. SDH texnologiyasının

analoqu ANSI standartında təqdim edilən SONET

texnologiyasıdır. SDH və SONET texnologiyaları üzükvari

texnologiyada ilə optik-lifli əlaqə xətlərində tətbiq edilir. SDH

standartlarında bir neçə növ freymdən (nəql modulundan)

ibarət olan verilənlər axını strukturu quraşdırılmışdır. STM-1

freymi verilənlərin 155,52 Mbit/san sürətlə ötürülməsi üçün

nəzərdə tutulmuşdur. STM-4 və STM-16 freymlərində sürətlər

müvafiq olaraq 4 və 16 dəfə artırılmaqla, 622 və 2488 Mbit/san

təşkil edirlər. SONET texnologiyasında freymlər elektrik

siqnallarından istifadə zamanı STS, optik siqnallardan istifadə

zamanı isə OC kimi işarə olunurlar. Sürət OC-1 freymi üçün

51,84 Mbit/san təşkil edir, OC-3, OC-12 və OC-48 üçün isə

STM-1, STM-4 və STM-16 freymlərinin sürətləri ilə üst-üstə

düşür.

STM-1 nəql modulu doqquz sətirdən və 270 sütundan

ibarətdir. Bu strukturdakı hər bir mövqe bir baytdır. Freymdə

üç zona ayrılmışdır. Birinci zonada freymlərin ayrılması, aralıq

qovşaqlarda axınların kommutasiyası və idarə edilməsi (xətt

seqmentinin uzunluğu böyük olduqda quraşdırılan optik siqnal

regeneratorlarında) üçün nəzərdə tutulmuş teqlər yerləşir.

Axırıncı qovşaqlardakı idarəetmə verilənləri ikinci zonada

yerləşirlər. Üçüncü zonada ötürülən informasiya saxlanılır.

Konkret mesajla əlaqədar informasiya konteyner adlanan

freymin bu və ya digər hissəsində ola bilər. Verilənlərin PDH

Page 50: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

formatından SDH/SONET formatına keçirilməsi üçün xidmət

adapterlərindən istifadə edilir. Verilənlər axınları adapterlərdən

multipleksorların köməyi ilə ümumi SDH/SONET axınlarına

qoşulurlar. Müxtəlif iyerarxiya səviyyələrindən olan axınların

çevrilməsini kross-konnektorlar həyata keçirirlər.

Konteynerin uzunluğu nə qədər çox olarsa, informasiya

sürəti o qədər çox olur. STM-1 üçün ümumi verilənləri ötürmə

sürəti 155,52 olduqda sürətləri 1.5, 6, 45 və 140 Mbit/san

(Amerika standartına görə) və ya 2, 6, 34 və 140 Mbit/san

(Avropa standartına görə) olan bir neçə konteyner tipindən

istifadə edilir.

SDH magistral şəbəkələri informasiyanın ATM və ya Frame

Relay (Bu halda ATM və FR əlavə şəbəkələr adlanırlar)

texnologiyaları ilə ötürülməsi üçün tətbiq edilə bilərlər.

Nəqliyyat şəbəkəsinə müraciət xüsusi multipleksorlar

tərəfindən həyata keçirilir.

SDH kanallarına malik bir neçə şəbəkə, məsələn, MTU-

Unform və ya KOMKOR şirkətlərinin şəbəkələri mövcuddur.

Hər biri ilə müvafiq olaraq 63, 252 və ya 1008 E1 axını

ötürülən STM-1, STM-4, STM-16 halqaları var. Hər bir

verilənlər axını üçün eyni informasiyanın paralel şəkildə

ötürüldüyü iki – əsas və əlavə kanal yarandığından verilənlərin

ötürülməsinin etibarlılıq səviyyəsi yüksəkdir. Şəbəkəyə FR və

ya ATM vasitəsilə 3 km-ə qədər məsafələrdən birləşirlər.

2.14. Verilənlərin ötürülməsi üçün peyk kanalları

Əlaqə sistemlərində peyklər geostasionar (36 min km

hündürlük) və ya aşağı orbitlərdə yerləşə bilərlər. Geostasionar

orbitlərdə siqnalların ötürülməsində (hər iki istiqamətə 500

msan) gecikmələr nəzərə çarpır. Aşağı orbitli sistemlərdə

konkret istifadəçiyə xidmət növbə ilə müxtəlif peyklər

vasitəsilə təmin edilir. Orbit nə qədər aşağıda olarsa, əhatə

sahəsi o qədər kiçik olur və beləliklə də, yerüstü stansiyaların

Page 51: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

və ya peyklərin sayını artırmaq lazım gəlir (adətən onlarla

peykdən istifadə edilir).

Verilənlərin ötürülməsinin peyk kanallarının strukturu

tanınmış VSAT (Very Small Aperture Terminal) sisteminin

timsalında təsvir edilə bilər. Sistemin yerüstü hissəsi hər birinin

tərkibinə mərkəzi stansiyanın və abonent qovşaqlarının daxil

olduğu komplekslər məcmusu şəklindədir. Mərkəzi stansiyanın

peyklə əlaqəsi radiokanal üzrə (keçiricilik qabiliyyəti – 2

Mbit/san) diametri 1...3 m olan istiqamətləndirilmiş antena və

qəbuledici-verici aparatla yaradılır. Abonent qovşaqları

mərkəzi stansiyaya çoxkanallı aparatura (telefon xətləri ilə

əlaqə də mümkün olsa da, bu aparatura adətən E1 və ya T1

olur) və ya peyklə radiokanal vasitəsilə “ulduz” sxemi üzrə

birləşdirilirlər. Radiokanal vasitəsilə birləşdirilən abonent

qovşaqlarının (hərəkətli və ya çətin müraciət olunan obyektlər)

öz antenaları və hər bir qovşağın özünün tezliyi olur. Mərkəzi

stansiya öz məlumatlarını qeyd edilmiş bir tezliklə ötürür və

abonent qovşaqlarının tezlikləri ilə qəbul edir.

Geostasionar orbitlərə malik Rusiya peyk rabitəsi sisteminə

misal olaraq, Runnet sistemini göstərmək olar. Runnet

sistemində geostasionar “Raduqa” peykləri tətbiq edilir.

Onlardan 85 dərəcə mövqeyində olan biri, demək olar ki, bütün

Rusiya ərazisini əhatə edir. Santimetrlik dalğa diapazonunda

(müvafiq olaraq, 6,18...6,22 HHs və 3,855...3,895 HHs)

qəbuledici-verici aparat kimi “Kedr-M” və ya “Kalinka”

stansiyalarından istifadə edilir. Antenaların diametri 4,8 m-dir.

Aşağı orbitli peyklərə malik şəbəkələrə misal olaraq,

Rusiyanın QLONASS naviqasiya sistemini və ya “Qlobalstar”

qlobal peyk telefon əlaqəsi sistemini göstərmək olar.

Qlobalstarda 52 aşağı orbitli peyk (1400 km hündürlüklü)

bütün yer kürəsini əhatə edir. Hər bir stansiya (yerüstü) eyni

zamanda üç peyklə əlaqəyə malikdir. Peykin hər birinin 2800

dubleks kanalı olan altı fokuslanmış şüası var. Ucqar rayonlar

Page 52: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

üçün telefon əlaqəsi, naviqasiya xidmətləri, hərəkətli

obyektlərin yerinin təyin edilməsi təmin edilir.

2.15. Mobil rabitə sistemləri

Mobil rabitə sistemləri informasiyanın biri və ya hər ikisi

hərəkətdə olan qovşaqlar arasında ötürülməsini təmin edir.

Mobil rabitə sistemlərinin xarakterik xüsusiyyəti radiokanalın

tətbiq edilməsidir. Metrlik və desimetrlik dalğa

diapazonlarından istifadə edilir ki, bu da birbaşa ötürmə

məsafələrini bir neçə “şanla” məhdudlaşdırır. Mobil rabitə

texnologiyalarına peycinq, tveycinq, mobil telefoniya, trankinq

aiddir, mobil əlaqə üçün peyk kanallarından da istifadə edilir.

Peycinq – ötürülən məlumatın istifadəçinin peycerinə

çataraq onu bu və ya digər işi görməyin zəruriliyi və yaxud

sadəcə bu və ya digər hadisə haqqında məlumatlandırdığı

birtərəfli əlaqə sistemidir. Bu, mobil rabitənin daha ucuz

formasıdır.

Tveycinq – ikitərəfli peycinqdir. Burada peycinqdən fərqli

olaraq məlumatın alınması təsdiq edilə və hətta dialoq kimi

danışıq da aparıla bilər.

Mobil texnologiyalar hərəkətdə olan obyektlər arasında

telefon əlaqəsi təmin edir. Rabitə kommutasiya funksiyalarını

icra edən baza (stasionar) stansiyaları vasitəsilə yaradılır.

İlk mobil rabitə sistemlərindən biri olan NMT-450 (NMT —

Nordic Mobile Telephone) Skandinaviyada meydana gəlmişdir.

Rusiyada o, 1991-ci ildən etibarən inkişaf etməyə başlamış,

onun bazasında federal mobil əlaqə şəbəkəsi SOTEL

yaradılmışdır.

NMT-450 453-468 MHs tezlik diapazonunda işləyən analoji

sistemdir. Nisbətən kiçik tezliklər birbaşa əlaqənin uzaqlığını

artırır (baza stansiyası ilə hərəkətli obyekt arasında on

kilometrlərlə məsafə olur) və buna görə də bu sistem Rusiyada

əhalinin sıxlığı çox olmayan rayonlarda geniş yayılmışdır.

Page 53: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Lakin, bu tezliklərdə maneəyə davamlılıq zəif, qulaq

asmalardan qorunmaq isə daha çətin olur və yuxarıda qeyd

edildiyi kimi kanal sayının qıtlığı kəskin şəkildə hiss edilir.

Ona görə də, hal-hazırda bu şəhərlərdə rəqəmli mobil rabitə

sistemləri daha geniş yayılmışdır.

Rəqəmli mobil əlaqə sistemlərində sürət diapazonları kifayət

qədər böyükdür – 19,2 Kbit/san-dən (CDPD – Cellular Digital

Packet Data Amerika standartında) 1,23 Mbit/san-yə (CDMA –

Code Division Multiple Access standartında) qədər. Tipik təsir

radiusu 10...12 km-dir. Radiokanala müraciət aşağıdakı

üsullardan biri ilə həyata keçirilir:

1. Təsadüfi müraciət (birinci dəfə Havay adalar qrupu

arasında əlaqə yaratmaq üçün tətbiq edilməsi ilə əlaqədar

olaraq Aloha üsulu adlandırılır). Bu üsul yalnız kiçik

yüklənmələr zamanı tətbiq edilir. Lokal və korporativ

şəbəkələrdə istifadə edilən MDKH/OK üsulu bu üsulun inkişafı

nəticəsində yaranmışdır.

2. CDMA texnologiyası – hər bir abonent üçün ötürülən

məlumatların 1 və 0 simvollarını kodlaşdıran kod

kombinasiyasının ayrılmasına əsaslanır (bu DSSS üsuludur). O,

ayrılmış tezlik zolağında ortoqonal simvol kodlarına malik olan

bir neçə məlumatın eyni vaxtda ötürülmə imkanına sahib olan

genişzolaqlı texnologiyadır.

3. TDMA texnologiyası (Time Division Multiple Access) –

slotun tələb əsasında ayrılması ilə zamana görə

multipleksləşdirmədir. Tələb qısa zaman intervalında göndərilir

(sorğu slotları), toqquşma halında sorğular təkrarlanırlar. Baza

stansiyası mənbələri və qəbul edənləri haqqında məlumat

verməklə sərbəst informasiya slotlarını ayırır.

Bir neçə mobil rabitə standartı işlənib hazırlanmışdır.

Verilənlərin mobil texnologiya vasitəsilə ötürülmə

konsepsiyalarından biri 1993-cü ildə işlənib hazırlanmış CDPD

standartına aiddir. Onunla əlaqədar olaraq telefon danışıqları

ötürülən verilən paketlərinə fasilə tətbiq etməklə mobil rabitə

Page 54: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

vasitəsilə ötürülürlər. Bu zaman modemlə portativ

kompüterdən istifadə edilir. Elektrik təchizatı mənbəyindən

enerji istifadəsinin azaldılması üçün yalnız ünvanı tanıyan

qəbul blokunun işlədiyi “yatma rejimindən” istifadə edilir.

Ötürülmə zamanı verilənlər sıxılır (V.42bis protokolu üzrə) və

şifrlənir. Kliyentin elektron poçt proqramından (məsələn,

RadioMail) istifadə etmək mümkündür. Obyekt İnternetə daxil

olmaq üçün IP ünvana malikdirsə, faylların göndərilməsi üçün

bu şəbəkənin FTP protokolundan istifadə etmək olar.

Obyektlərdən gələn siqnallar qəbuledici-verici aparaturaya və

antenaya malik olan stasionar qovşaq tərəfindən qəbul edilir.

Rəqəmli simsiz rabitə ilə bağlı Avropa standartında (DECT)

vaxt üzrə multipleksləşdirmə tətbiq edilir. Baza stansiyasında

(şəkil 2.7) hər birində 24 slot olan 10 tezlik daşıyıcısı olur (belə

ki, FDM və TDM eyni zamanda istifadə edilirlər). Sərbəst

kanalın avtomatik axtarışı və yeni kanallara qoşulma nəzərdə

tutulmuşdur. Tezlik 1,8...1,9 HHs diapazonuna malikdir. Baza

stansiyasının vericisinin gücü 10 mVt və ya daha yüksəkdir.

Daha geniş yayılmış mobil əlaqə texnologiyalarından biri

(eləcə də Rusiyada) də TDMA texnologiyasına əsaslanan

rəqəmli mobil GSM (Global System for Mobile

Communications) rabitə şəbəkələri standartına uyğun gələn

texnologiyadır. GSM intensiv trafiki (270 kbit/san) dəstəkləyir,

rouminq (mobil istifadəçinin avtomatik izlənməsi) təmin edir,

danışığın, verilənlərin inteqrasiyasına və ümumi istifadə üçün

nəzərdə tutulmuş şəbəkələrlə əlaqəyə imkan verir. Tezlik

diapazonu 900 MHs (daha dəqiqi 890...960 MHs) olduqda

GSM-900, 1800 MHs (1710...1880 MHs) olduqda isə GSM-

1800 mobil əlaqəsindən istifadə edilir. Abonent sıxlığı çox

olduqda kanalların sayının artırılması faydalı olur. Mobil

telefonların şüa saçma gücü 1...2 Vt olur.

Page 55: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Şəkil 2.7. Mobil telefon rabitəsi sxemi

GSM sisteminin strukturu şəkil 2.7-də verilmişdir. Hər bir

sahədə radiosiqnalların abonentlərə ötürülməsi və qəbul

edilməsi işini icra edən baza stansiyası (BTS – Base

Transciever Station) fəaliyyət göstərir. Baza stansiyalarının

tezlik diapazonu qonşu sahələrin tezlik diapazonlarından

fərqlənir. Mobil sahələr (şəkil 2.7-də dairələrlə işarə ediliblər)

qonşu baza stansiyalarını dinləyərək dispetçerin onları vaxtında

lazımi baza stansiyasına qoşmaları üçün onlara (BSC – Base

Station Controller baza stansiyalarının kontrollerinə) qəbulun

keyfiyyəti haqqında məlumat verirlər. Kommutator (MSC –

Mobile Services Switching Centre) eyni zamanda ümumi

istifadə üçün nəzərdə tutulmuş xarici şəbəkələr də daxil

olmaqla, çağırışları lazım olan abonentə istiqamətləndirərək

Page 56: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

kommutasiya və marşrutizasiyanı həyata keçirir.

Kommutatorun verilənlər bazasında istifadəçilərin yeri, mobil

stansiyaların texniki xarakteristikaları haqqında məlumatlar,

istifadəçilərin identifikasiyası üçün verilənlər saxlanılır.

Hal-hazırda CDMA texnologiyası üzrə əlaqə tətbiq edilir.

Bu texnologiyada vahid elementar siqnallardan (çiplərdən)

ibarət olan müəyyən ardıcıllıqla kodlaşdırılır, sıfır isə kod

baxımından vahidlə əks mövqedə təqdim edilir. Məsələn,

vahidin kodu 10110100 olarsa, sıfırın kodu 01001011 olur.

Eyni tezlik zolağında bir neçə məlumat eyni zamanda ötürülə

bilər, lakin, onun ayrılması üçün ortoqonal kodlaşdırmadan

istifadə edirlər. Adətən Uolş kodlarına əsaslanan ortoqonal

kodlaşdırmadan istifadə edilir.

Uolş kodları Uolş matrisinin sətirlərindən düzəlir. Bu

matrisin hər bir sətri ikili koddur, onun sətirlərindəki sıfırları -

1-lə əvəz etdikdə istənilən iki sətrin skalyar hasili sıfıra bərabər

olur. Ortoqonal kodlara misal olaraq, 11111111, 00001111,

01010101, 11001100 göstərilə bilər. Bu kodlar vahidin təsvir

edilməsi üçün çip ardıcıllığı kimi istifadə edildikdə, sıfır

00000000, 11110000, 10101010, 00110011 00110011

ardıcıllıqları vasitəsilə təsvir edilir. Eyni zamanda ötürülən

məlumatlardan hər dörd ədədinin simvollarının məhz kodların

ortoqonallığı sayəsində bir-birindən maksimal dərəcədə (dörd

mövqe) fərqləndiyini görmək çətin deyil.

CDMA texnologiyalarının IS-95 standartında 64 tərtibli

Uolş matrisindən istifadə edilir. Tezlik diapazonları birbaşa

kanallar üçün 869-894 MHs, 45 MHs dubleks köçürmə ilə əks

istiqamət üçün isə 824-849 MHs təşkil edir. Efirdəki ümumi

tezlik zolağı 1,25 MHs-dir. Danışıq və verilənlərin IS-95

standartı ilə ötürülməsi 20 msan uzunluqlu kadrlarla həyata

keçirilir. Bu zaman əlaqə seansı çərçivəsində ötürmə sürəti 1,2

kbit/san ilə 9,6 kbit/san arasında dəyişir.

Page 57: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Müəssisə üçün mobil rabitə ayrı-ayrı istifadəçilərin mobil

əlaqəsindən fərqlənə bilər. Bu cür əlaqə trankinq adlanır.

Trankinq əlaqə üçün aşağıdakı xüsusiyyətlər xarakterikdir:

Müəyyən qrup (briqada) daxilindəki əlaqə və mərkəzdən

bütün qrup üzvlərinə çağırış;

Prioritetin olması;

Birləşmənin sürəti adi mobil sistemlərdə olduğundan çox

olmalıdır;

Ümumi istifadə üçün nəzərdə tutulmuş telefon şəbəkəsinə

çıxış imkanı az əhəmiyyətlidir, əksər hallarda isə

ümumiyyətlə olmur;

Verilənlərin ötürülməsinə üstünlük verilir, bəzi hallarda

səs əlaqəsinə ehtiyac olmur, əsasən yarımdubleks

ötürmədən istifadə edilir.

Nəticədə rabitənin operativliyi az qiymətlərlə artır.

İki trankinq əlaqəsi protokolundan – MPT-1327 analoq

protokolundan və rəqəmli TETRA protokolundan daha geniş

şəkildə istifadə edilir.

Trankinq əlaqə sisteminin iyerarxik strukturunda baza

stansiyalarından və kommutasiya mərkəzlərindən istifadə

edilir. Baza stansiyaları bir zonaya xidmət göstərirlər və qonşu

zonaların tezliklərindən fərqli olan bir və ya bir neçə aparıcı

tezliyə malik olurlar. TETRA protokolunda aparıcı rəqslərdən

hər birində bir neçə slot olmaqla TDMA üsulu tətbiq edilir.

Sahələrin ölçüsü 60 km-ə qədər olur. Belə ki, TETRA Nokia

sistemində 64 daşıyıcıdan və 256 radiokanaldan istifadə edilir.

MPT-1327 protokolu əsasında işləyən sistemlərdə adətən eni

12,5 kHs olan kanalların ayrılması ilə bir neçə 80...800 MHs

tezlik alt diapazonu tətbiq edilir. Aydındır ki, tezlik nə qədər

kiçik olarsa, qorunan zonanın sahəsi o qədər böyük, kanalların

sayı isə o qədər kiçik olur.

2.16. Bluetooth

Page 58: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Bluetooth – fərdi simsiz əlaqə üçün nəzərdə tutulmuş

texnologiya və şəbəkədir. Bluetooth mobil telefonlar, cib

kompüterləri və adi fərdi kompüterlər, noutbuklar, printerlər,

rəqəmli fotoaparatlar və s. kimi qurğular arasında informasiya

mübadiləsini təmin edir. O, verilənlərin 10-100 metr

məsafədən ötürülməsinə imkan verir.

Bluetooth texnologiyası FHSS (Frequency Hopping Spread

Spectrum) tezlik sıçramaları üsulundan istifadə etməklə 2,4 –

2,48 HHs diapazonunda realizə edilmişdir.

FHSS metodu ilə əlaqədar olaraq Bluetoothda siqnalın

daşıyıcı tezliyi sıçramalar şəklində saniyədə 1600 dəfə dəyişir

(cəmi 79 işçi tezlik ayrılır). Tezliklər arasında yerdəyişdirmə

ardıcıllığı hər bir birləşmə üçün psevdotəsadüfi xarakterə

malikdir və yalnız hər 625 mksan-də bir sinxron şəkildə bir

daşıyıcı tezlikdən digərinə keçən verici və qəbulediciyə

məlumdur. Beləliklə, eyni bir geniş diapazonda verilənlərin

eyni zamanda bir neçə verici ilə ötürülməsi mümkündür. FHSS

üsulu həm də ötürülən informasiyanın məxfiliyinin qorunması

sisteminin ayrılmaz hissəsidir: ötürmə psevdotəsadüfi alqoritm

üzrə həyata keçirilir və hər bir birləşmə üçün ayrıca təyin edilir.

Tipik verilənləri ötürmə sürətləri 723,2 kbit/san, əks kanal üzrə

57,6 kbit/san və hər iki istiqamətdə 433,9 kbit/san-dir.

Bluetooth şəbəkəsi IEEE 802.15standartında təsvir

edilmişdir.

iEEE 802.11 standartlarına əsaslanan WiFi əlaqə

texnologiyalarından başqa bir sıra başqa simsiz əlaqə

texnologiyalarından da istifadə edilir.

Başqa simsiz əlaqə standartlarından fərqli olaraq, Bluetooth

eyni zamanda çox sayda qurğu arasında əlaqə yaratmaq

xüsusiyyətinə malikdir. Onun bir üstünlüyü də qurğular

arasında vizual kontakta ehtiyacın olmamasıdır. 2,402...2,480

HHs tezlik diapazonunda maneələrin minimallaşdırılması üçün

tezlik sıçramaları üsulundan istifadə edilir. Diapazon 1 MHs

zolağı bölüşdürən 79 kanala bölünür. Bir saniyədə 600 sıçrama

Page 59: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

baş verir. Bu sayədə Bluetooth vasitəsilə əlaqə nisbətən stabil

olur.

Bir istiqamətdə asimmetrik əlaqə zamanı 721 kbit/san, əks

istiqamətdə isə 57,6 kbit/san sürət əldə edilir. Simmetrik əlaqə

zamanı sürət 432,6 kbit/san olur. Güc 300 mV olanda fəaliyyət

radiusu maksimum 10 m olur.

Bluetooth standartında həm bir kanallı, həm də çox kanallı

əlaqə tətbiq edilir. Nəzəri olaraq, bütün mübadilə iştirakçıları

bərabərhüquqlu olsalar da, bir qurğu baza kimi fəaliyyət

göstərməlidir. Fəaliyyət radiusu və verilənləri ötürmə sürəti

böyük deyil, Bluetooth standartı IEEE 802.11b-dən üstün

alternativ deyil.

IEEE 802.16 standartı “axırıncı mil” funksiyası ilə mobil

əlaqə texnologiyalarını şəhər miqyaslı simsiz şəbəkələrdə

genişzolaqlı müraciət üçün istifadə edilən WMAN (Wireless

Metropolitan Area Networks) şəbəkəsində birləşdirən

WiMAXtexnologiyaları ilə əlaqədardır.

WiMAXtexnologiyalarında 10-66 HHs tezlik

diapazonlarından istifadə edilir (santimetrlik və millimetrlik

diapazonlar), eni 25 MHs olan hər bir kanalda 120 Mbit/san

sürət təmin edilir. Standart point-to-multipoint topologiyasını,

frequency-division duplex (FDD) və time-division duplex

(TDD) texnologiyalarını, “birbaşa görünmə” şərti ilə isə quality

of service (QoS) texnologiyasını dəstəkləyir.

802.16a standartında 2-11 HHs tezlik diapazonundan

istifadə edildiyindən “birbaşa görünmə” şərti aradan qaldırılır.

Standart xana topologiyasını (mesh networking) dəstəkləyir.

2.17. Modem əlaqəsi protokolları (fiziki səviyyə)

Rəqəmli verilənlərin analoq telefon şəbəkələri ilə ötürülməsi

modemlərdə – rəqəmli kanallarla analoq kanalların

birləşdirilmə qurğularında siqnalların modulyasiya və

Page 60: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

demodulyasiyasının həyata keçirildiyi modem əlaqəsi vasitəsilə

yerinə yetirilir.

Modem əlaqəsinin fiziki səviyyəsinin protokolları

modulyasiya üsulunu, ötürmənin istiqamətliliyini (dubleks,

simpleks, yarımdubleks), ayrılmış kanala və ya kommutasiya

kanalına yönəlməni, iki və ya dörd naqilli əlaqənin istifadə

edilməsini müəyyən edirlər. Protokollarda ötürmənin bir sıra

başqa xarakteristikaları, məsələn, səhvlərin düzəldilməsi və /

və ya informasiyanın sıxılması üsulu da əks oluna bilər.

Cədvəl 2.2-də modem əlaqəsi standartlarında nəzərdə

tutulmuş əsas analoq kanallarının sürətlərinin qiymətləri

verilmişdir:

Adətən ayrılmış telefon xətlərində yarımdubleks əlaqə üçün

(V.23, V.26, V.27, V.29 protokolları) dörd naqilli xətlərdən

istifadə edilir. Yüksək sürətli ayrılmış kanallarda V.35, V.36,

V.37 analoq protokolları tətbiq edilir. V.29-dan başlayaraq iki

naqilli xətlərdə dubleks rejimin dəstəklənməsi üçün əks-səda

kompensasiyasından istifadə edilir.

Cədvəl 2.2

Stan

dart

Sürət,

kbit/san

Xəttin

tipi

Modulyasiya

nın növü

Başqa

xüsusiyyətlər

V.22 1,2 Kommuta

siya edən

4 mövqeli faza

modulyasiyası

2 naqilli xətt,

dubleks,

daşıyıcı

tezliklər – 1,2

və 2,4 kHs

V.22

bis 2,4 Eyni

4 və 16

mövqeli

amplitud

modulyasiyası

Eyni

V.26 2,4 Ayrılmış 4 mövqeli faza

modulyasiyası

4 naqilli xətt,

daşıyıcı tezlik

Page 61: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

– 1,8 kHs

V.27 4,8 Eyni Eyni Eyni

V.29 9,6 Eyni Eyni Eyni

V.32 до 9,6 Kommuta

siya edən

16 və 32

mövqeli

amplitud

modulyasiyası

2 naqilli xətt,

dubleks, əks-

səda

kompensasiya

sı, daşıyıcı

tezlik – 1,8

kHs

V.32

bis 14,4 Eyni

АМ, FMvə

ТСМ (Trellis

kodlaşdırma)

Eyni

V.32te

r 19,2 Eyni Eyni

Dubleks, əks-

səda

kompensasiya

V.34 28,8 Eyni

Xüsusi

kodlaşdırma,

bir boda 8,4

bit uyğun gəlir

Dubleks, əks-

səda

kompensasiya

sı, əlaqə

kanalının

vəziyyətinə

avtomatik

adaptasiya

Kommutasiya edilən telefon kanallarında əsasən iki naqilli

xətlərdən istifadə edirlər.

Page 62: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Ən sadə V.21 protokolu (cəmi 300 bit/san) 1 və 0-ı düz və

əks ötürmə istiqamətində ötürmək üçün dörd tezlik qiyməti ilə

(980-1850 Hs) tezlik modulyasiyasına əsaslanır.

V.22 protokoluna uyğun olaraq, kanalların tezlik

bölünməsindən (dubleks üçün) və ikiqat faza

modulyasiyasından (FM) istifadə edilir yəni, dörd faza qiymətli

FM tətbiq edilir.

Kvadratik-amplitud modulyasiyası orta və yüksək sürətli

modemlərdə tətbiq edilir. V.22bis protokolunda 1200 və 2400

Hs daşıyıcı tezliklərdən istifadə edilir və modulyasiya sürəti

600 bod olanda informasiya sürəti 2400 bit/san olur.

V.32 protokoluna uyğun gələn modemlərdə kvadratik-

amplitud modulyasiyası sayəsində 32 modulyasiya səviyyəsi və

vericinin əks-sədasının qəbul edilən siqnallardan filtrlənməsi

ilə sürət 9600 bit/san-yə çatır. Xüsusi prosessor xəttə küy

olması halında avtomatik şəkildə ötürmənin sürətini azaldır.

Maneəyə davamlı kodlaşdırmadan istifadə edilir.

V.32bis protokolunda eyni daşıyıcı və bod sürətlərində

keçiricilik qabiliyyəti kvadratik-amplitud modulyasiyası ilə

faza modulyasiyasının birləşdirilməsi hesabına 14,4 kbit/san-yə

qədər artırılmışdır.

Müasir böyük sürətli modemlər V.34 protokollarına uyğun

şəkildə qurulurlar. Burada sürət 2,4-28,8 kbit/san təşkil edir.

Protokolda daşıyıcı tezliyi 1600...2000 Hs intervalında

dəyişməklə, konkret şəraitdə ötürülmənin adaptasiyası, eləcə də

modemlərdə modulyasiya üsullarının əvvəlcədən avtomatik

şəkildə razılaşdırılması nəzərdə tutulur. Son vaxtlar х2, V.90

və V.92 texnologiyaları üzrə sürətləri 56 kbit/san olan

modemlər buraxılmağa başlayıb.

V.42 protokolu səhvlərdən qorunma üsullarını müəyyən

edən standartlara, V.42bis protokolu isə bundan əlavə,

verilənlərin sıxılma üsullarına aiddir. V.42 protokolu ilə yanaşı

səhvlərin düzəldilməsi üçün MNP (Microcom Network

Page 63: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Protocol) protokolları tətbiq edilir. Yeni V.44 protokolu daha

effektivdir.

Məlumatların ötürülməsinin təşkilinə misal olaraq HDLC

protokolunun bir variantı olan V.42 protokolunu göstərmək

olar.

Birləşdirmə (protokola giriş) asinxron baytyönlü rejimdə

həyata keçirilir. Birləşdirmə sorğusu iki baytlıq ODP

siqnallarını göndərməklə təmin edilir. Birləşdirmə üçün

qəbuledicinin ADP cavabının göndərilməsi şəklindəki razılığı

vacibdir. Bundan sonra birləşdirmə aparılır, sinxron bityönlü

rejimə keçilir. Məlumatın əvvəlində idarəedici kadrlar, sonra

isə informasiya kadrları ötürülür.

2.18. Modem əlaqəsi protokolları (kanal səviyyəsi)

Kanal səviyyəsindəki telekommunikasiya protokolları

arasında mərkəzi yeri faylların telefon kanalı ilə ötürülməsi

protokolları tutur. Kanal səviyyəsindəki protokolların

funksiyaları verilənlər axınlarının idarə edilməsindən, vericinin

işinin qəbuledicinin işi ilə koordinasiyasından ibarətdir.

Səhvlərin aşkar edilməsi və düzəldilməsi üsulları, səhvlərin

meydana gəlməsinə reaksiya (start-stop və konveyer), icazəsiz

müraciətdən qorunma üsulları üzrə protokollar mövcuddur.

Səhvlərin aşkar edilməsi və düzəldilməsi üsulları aşaığıda

verilmişdir:

Start-stop protokolu yeni informasiya kadrının

göndərilməsindən əvvəl vericinin qəbuledicidən əvvəlki kadrın

düzgün şəkildə alındığını təsdiq edən məlumatı gözləməsi ilə

xarakterizə olunur, konveyer protokollarında isə bu təsdiq bir

neçə kadrın ötürülməsindən sonra alına bilər. Axırıncı halda

təsdiqin gözlənilməsi zamanı gecikmələr az olsa da, səhv

olduqda yenidən göndərmə zamanı xərclər çox olur.

İcazəsiz müraciətdən qorunma ya modemdə, ya da əlaqə

(kommutasiya) proqramında həyata keçirilir.

Page 64: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Adətən protokollarda əmr və verilənlərin mübadiləsi

rejimləri nəzərdə tutulur.

Əmr rejimində əmrlər əsasında görülən işlərə misal olaraq,

dəstəyin götürülməsinin və zəngə cavab verməyin imitasiya

edilməsini, dəstəyin götürülməsinin və nömrə yığmağın

imitasiya edilməsini (əlaqə yaradıldıqdan sonra modem

verilənləri mübadilə rejiminə keçir), dupleks rejimdən

yarımdupleks rejimə keçidi, modemin daxili dinamikasının

dayandırılmasını və s. göstərmək olar.

Əmrləri istifadəçi yığa bilər, lakin, poçt proqramlarının

əksəriyyətində əmrlər ardıcıllığı müvafiq proseduralara

müraciət etdikdən sonra avtomatik şəkildə icra edilir.

Hayes firması tərəfindən öz modemlərində realizə edilən

əmr yığımı standarta çevrilmişdir və AT-əmrlər və ya Hayes-

əmrlər adlanır.

Verilənləri mübadilə rejimində icra edilən əməliyyatlar şəkil

2.8-də göstərilmiş prosesin fraqmentini təsvir edirlər. Ardıcıl

verilən ack və ya nak siqnallarının sayına və ötürülmə vaxtına

məhdudiyyət qoyulur.

Page 65: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Şəkil 2.8. XModem protokolu üzrə əlaqə prosesi

Modem əlaqəsi protokollarının çoxu üçün əsas rolunu

XModem protokolu oynayır. Bu protokolun baza variantında

start-stop idarəetməsindən istifadə edilir, bir məlumat blokunun

(paketin) ölçüsü 128 bayta bərabərdir və 1 bayt nəzarət

məbləği üçün ayrılır. XModem-CRC variantında 16 mövqeli

yoxlayıcı kombinasiyadan ibarət tsiklik koddan istifadə

hesabına səhvlərə daha sərt nəzarət həyata keçirilir. XModem-

1k variantında səhv tezliyi kiçik olan hallarda əlavə olaraq

blokun uzunluğunun avtomatik şəkildə 1024 bayta qədər

artırılması həyata keçirilir. YModem protokolunda XModem-

CRC protokolu ilə müqayisədə faylların qrup şəklində

ötürülməsi məsələsi həll edilmişdir. Daha geniş yayılmış

ZModem protokolunda konveyer idarəetməsindən (başqa cür

desək, pəncərə idarəetməsi) istifadə edilir, paketin uzunluğu

kanalın keyfiyyətindən asılı olaraq avtomatik şəkildə 64

Page 66: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

baytdan 1024 bayta qədər dəyişir. Qəbul qovşağında ZModem

dəstəklənməyəndə protokol avtomatik şəkildə YModemə keçir.

Yarımçıq qalmış ötürmə qaldığı yerdən davam edir.

2.19. Verilənlərin sıxılması

Artıqlığın azaldılması və yaxud az əhəmiyyətli

informasiyanın itirilməsi hesabına simvolların sayının

azaldılması ilə məlumatın kod şəklində ötürülməsi verilənlərin

sıxılması (kompressiyası) adlanır. Məlumatın artıqlıq əmsalı A

aşağıdakı düsturla təyin olunur:

max

max

I

IIr

,

Burada, I – A məlumatdakı informasiyaların sayı, maxI isə

uzunluğu A ilə eyni olan məlumatdakı informasiyaların

maksimal sayıdır.

Artıqlığa misal kimi təbii dillərdəki məlumatlara əsaslanılır,

belə ki, rus dilində r 0,3…0,5 intervalında yerləşir.

Artıqlıq sayəsində informasiyanı itirmədən sıxmaq mümkün

olur. Bunun üçün artıqlığı kiçildən xüsusi sıxma

alqoritmlərindən istifadə edilir. Sıxılmanın effekti sıxılma

əmsalı ilə qiymətləndirilir:

q

nK

Burada, n – məlumatın ötürülməsi üçün zəruri olan

simvolların minimal sayı (bu, praktiki olaraq, etalon sıxma

alqoritminin çıxışında olan simvolların sayıdır), q isə seçilmiş

alqoritmlə sıxılmış məlumatdakı simvolların sayıdır. Sıxılma

dərəcəsi çox vaxt sıxma alqoritminin girişindəki və çıxışındakı

kodların uzunluqlarının nisbəti ilə ölçülür.

Məlumatdakı informasiyaların sayını azaltmayan sıxma

üsulları ilə yanaşı az əhəmiyyətli informasiyanın itirilməsinə

əsaslanan sıxma üsulları da tətbiq edilir.

Page 67: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Verilənlərin kompressiyası (sıxılma) və dekompressiyası ya

sıxma proqramlarının köməyi ilə tətbiqi səviyyədə, ya da

birbaşa səs kartlarının, videoblasterlərin, modemlərin və s.

tərkibində aparat vasitələrinin köməyi ilə həyata keçirilir.

Kompressiya və dekompressiya üçün tətbiq edilən avadanlıq və

ya proqramlar kodeklər adlanır. “Kodek” sözü “kodlaşdırma-

dekodlaşdırma” sözlərinin ilk hecalarından düzəlmişdir.

Page 68: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Fəsil 3. Lokal hesablama şəbəkələri

3.1. Lokal hesablama şəbəkələrinin strukturu və

protokolları

Lokal hesablama şəbəkəsi (LAN — Local Area Network)

bütün qovşaqlar üçün ümumi olan verilənlərin ötürmə mühiti

ilə birləşdirilən yüzlərlə kompüteri əhatə edir. Adətən

qovşaqlar arasındakı məsafə onlarla-yüzlərlə metrdən çox

olmur, şəbəkənin əhatə etdiyi sahənin perimetri bir neçə km-i

keçmir. Lokal hesablama şəbəkələrinin köməyi ilə adətən bir

binada yerləşən müəssisələrin kompüterləri birləşdirilir.

Qovşaqlar həmçinin periferik avadanlıqların başqa qovşaqları

ilə bölüşdürülən vahidlər də ola bilərlər.

IEEE 802.X protokollarında kanal səviyyəsi LLC və MAC-

da alt səviyyələrə bölünmüşdür. Məntiqi kanalın idarə edilməsi

alt səviyyələrinin (LLC) funksiyaları IEEE 802.2 protokolunda

təsvir edilmişdir. Veriliş rejimi ilə fərqlənən üç tip

proseduradan istifadə etmək olar. Birləşdirmə aparılmayan və

verilişin düzgünlüyü yoxlanılmayan rejimə aid prosedura daha

sadədir. Ondan, məsələn, TCP/IP protokolunda istifadə zamanı

düzgünlüyə nəzarət funksiyaları daha yüksək səviyyəli

protokollara aid edilir. LLC alt səviyyəsində verilənləri

mübadilə edən xidmətlərin identifikatorlarını əhatə edən LLC-

kadr yaradılır. Daha mürəkkəb proseduralarda verilənləri

ötürmənin TCP protokolundakı pəncərə rejimini xatırladan

dupleks pəncərə rejimi realizə edilir.

Mühitə müraciətin idarə edilməsi alt səviyyəsində (MAC)

verilənləri ötürmə kanalına müraciət həyata keçirilir. MAC alt

səviyyəsinin funksiyaları lokal hesablama şəbəkələrinin

növündən asılıdırlar və IEEE 802.3 (Ethernet), IEEE 802.5

(Token Ring), IEEE 802.11 (RadioEthernet), IEEE 802.12

(100VG AnyLAN) və s. standartlarında təsvir ediliblər. Bu

standartlarda MAC alt səviyyəsinin vasitələrinin LLC-

kadrlarını çevirməli olduğu kadrların formatları verilmişdir.

Page 69: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Lokal hesablama şəbəkələrində qovşaqların

birləşdirilməsinin əsas topologiya növləri şinvari birləşmədən

(bus), halqavari birləşmədən (ring), ulduzvari birləşmədən və

çox vaxt ulduzvari birləşməyə bənzədilən iyerarxik

birləşmədən ibarətdir. Şinvari, halqavari və iyerarxik

topologiyalar, müvafiq olaraq, şəkil 3.1a, b və v-də təsvir

ediliblər.

Şinvari topologiya istənilən iki stansiya arasındakı əlaqənin

bir ümumi yolla təmin edilməsi və istənilən stansiya tərəfindən

ötürülən verilənlərə eyni verilənləri ötürmə mühitinə qoşulmuş

bütün digər stansiyaların eyni zamanda müraciət edə bilməsi ilə

xarakterizə olunur.

Ulduzvari topologiya şəbəkəsində qovşaqlar halqa şəklində

olan verilənləri ötürmə xətti vasitəsilə əlaqələndirilirlər və

verilənlər halqadan keçərək növbə ilə şəbəkənin bütün

qovşaqlarına çatır.

Ulduzvari topologiya halında bir mərkəzi qovşaq olur və

ondan ayrılan verilənləri ötürmə xətləri digər qovşaqlara

birləşir.

Page 70: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Şəkil 3.1. Lokal hesablama şəbəkələrinin əsas topoloji

strukturları

Lokal hesablama şəbəkələri üçün tipik verilənlərin ötürülmə

mühitləri olaraq burulmuş cüt naqillərdən, koksial kabellərdən,

optik-lifli rabitə xətlərindən və ya radiokanallardan istifadə

edilir. Şinvari topologiyaya malik verilənləri ötürmə mühitində

böyük məsafələrin olduğu zaman kabel hissələrinin

birləşdirilməsi üçün siqnal yaradıcıları – təkrarlayıcılar işə

salınır. Ulduzvari və ya iyerarxik topologiyaya malik

şəbəkələrdə qovşaqlar bir-biri ilə burulmuş cütlərin və

konsentratorların (Hubs) köməyi ilə birləşdirilirlər. Qovşaqlar

Page 71: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

əlaqə kanalına müraciəti idarə edən şəbəkə kontrollerləri (eyni

zamanda adapterlər və ya şəbəkə sxemləri adlanan) ilə təchiz

olunurlar.

3.2. Lokal hesablama şəbəkələrinə müraciət üsulları

Verilənləri ötürmə mühiti ümumi olduğundan, qovşaqlarda

şəbəkə mübadiləsi sorğuları isə asinxron şəkildə peyda

olduğundan, ümumi mühitin çox sayda qovşaq arasında

bölünməsi ilə əlaqədar, başqa sözlə desək, şəbəkəyə müraciətin

təmin edilməsi ilə əlaqədar problem meydana çıxır.

Şəbəkəyə müraciət dedikdə digər qovşaqlarla informasiya

mübadiləsi üçün şəbəkə qovşaqlarının verilənlərin ötürülmə

mühiti ilə qarşılıqlı fəaliyyəti nəzərdə tutulur. Mühitə

müraciətin idarə edilməsi qovşaqların verilənlərin ötürülmə

mühitinə müraciət hüququ alması ardıcıllığının müəyyən

edilməsidir. Hüquq dedikdə dinamik şəkildə obyektə, məsələn,

informasiya şəbəkəsində verilən stansiyalarına həvalə edilən

fəaliyyətlərin müəyyən edilməsi səlahiyyəti başa düşülür.

Müraciət üsulları təsadüfi və ya müəyyənləşdirilmiş ola

bilərlər. Təsadüfi müraciətin əsas istifadə edilən üsulu

daşıyıcıya nəzarət və konfliktlərin aşkar edilməsi ilə çoxlu

müraciət üsuludur. Üsulun ingilis dilindəki adı Carrier Sense

Multiple Access / Collision Detection (CSMA/CD) şəklindədir.

Bu üsul birinci dəfə Aloha adasında Havay universitetində

sınaqdan keçirilmişdir və buna görə də, Aloha adı ilə tanınır.

Üsul verilənləri ötürmə xəttində daşıyıcıya nəzarətə (xətdə

elektrik rəqslərinin olmasının izlənməsinə) və ötürmənin iki və

ya daha artıq stansiya tərəfindən eyni zamanda başlanması

cəhdləri səbəbindən meydana çıxan mübahisələrin aradan

qaldırılmasına əsaslanır.

Bu üsul mərkəzləşdirilməmiş geniş əhatəli (broadcasting)

üsuldur. Qovşaqlar şəbəkəyə müraciət baxımından bərabər

hüquqlara malikdirlər. Şəbəkədə ötürmək üçün məlumatları

Page 72: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

olan qovşaqlar verilənlərin ötürülmə xətlərinin vəziyyətinə

nəzarət edirlər. Xətt sərbəst olduqda orada elektrik rəqsləri

olmur. İnformasiya ötürmək istəyən qovşaq müəyyən 1t anında

rəqslərin olmadığını aşkar etdikdən sonra boş xətdən istifadə

hüququ əldə etmiş olur. 12 tt anında ötürmə həyata keçirmək

istəyən istənilən digər stansiya xətdə elektrik rəqslərinin

olduğunu müəyyən etdikdə ötürməni dtt anına qədər təxirə

salır. Burada, dt – gecikmə olub, təsadüfi kəmiyyətdir.

Ethernet şəbəkələrində bu gecikmənin qiyməti 9,6-51,2 mksan

intervalında dəyişir. Şəbəkədə iş zamanı hər bir stansiya onun

üçün nəzərdə tutulmuş kadrların aşkar və qəbul edilməsi

məqsədilə şəbəkə ilə ötürülən kadrların ünvan hissəsini təhlil

edir.

Siqnalların xətdə yayılma sürətinin sonluluğu ilə əlaqədar

olaraq “hadisələrin eyni zamanda baş verməsi” anlayışı

hadisələrin baş vermə vaxtlarının bir-birindən maksimum

toqquşma pəncərəsi adlanan d2 vaxt kəmiyyəti qədər

fəqlənməsi şəklində ifadə olunur. Burada, d – siqnalların

mübahisəli stansiyalar arasındakı xətdən keçməsi vaxtıdır.

Əgər hər hansı stansiyalar ötürməni toqquşma pəncərəsində

başlayarsa, şəbəkədə təhrif edilmiş verilənlər ötürülür. Bu

təhriflərdən ya xəttə ötürülən (təhrif edilməmiş) və ondan

alınan (təhrif edilmiş) verilənlərin ötürücüsündə müqayisə

aparmaqla, ya da xətdə mançester koduna malik olan

verilənlərin ötürülməsi üçün istifadə edilən təhriflərin səbəb

olduğu daimi gərginliyin meydana gəlməsi ilə konfliktin aşkar

edilməsi üçün istifadə edilir. Stansiya mübahisə aşkar etdikdən

sonra əlavə maneə siqnalı göndərməklə bu barədə mübahisə

üzrə partnyoruna məlumat verməlidir, bundan sonra isə

stansiyalar xəttə çıxış cəhdlərini dt müddətinə təxirə

salmalıdırlar.

Page 73: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Kadrın uzunluğu müəyyən çL çıxış kəmiyyətindən kiçik

seçildikdə, verici stansiyanın mübahisənin fərqinə varmaması

və təhrif edilmiş verilənlərin ötürülməsi istisna edilmir. çL

kəmiyyəti dVLç 2 şərtindən seçilir. Burada, V – informasiya

sürətidir. Ötürmə sürəti 10V Mbit/san olanda əlaqə xəttinin

maksimal uzunluğu 5,2D km olarsa, kadrın minimal

uzunluğu təxminən

250)102/()10105,22(2 873

c

DVL bit olur.

Şəkil 3.2. Daşıyıcıya nəzarət və mübahisələrin aşkar

edilməsi ilə çoxlu müraciət üsulu

Page 74: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Daşıyıcıya nəzarət və mübahisələrin aşkar edilməsi ilə çoxlu

müraciət üsulu IEEE 802.3 standartına əsaslanır və Ethernet

şəbəkələrində realizə edilir.

Halqavari lokal şəbəkələrdə markerli müraciət üsulundan

istifadə edilir. Bu üsulla əsasən, siqnallar qonşu qovşaqları

birləşdirən əlaqə xətləri parçalarından ibarət olan halqa ilə

hərəkət edir. Bu parçalar siqnalların halqadan alınması və

halqaya ötürülməsi, eləcə də verilənlərin son aparatları ilə xətt

arasında mübadilə edilməsi funksiyalarını yerinə yetirən siqnal

təkrarlayıcıları vasitəsilə qovşaqlarda birləşdirilirlər.

Təkrarlayıcılar verilənlərin ötürülməsində müəyyən gecikmələr

yaradırlar və buna görə də, ümumi gecikmə halqaya qoşulmuş

stansiyaların sayından asılıdır.

Halqavari şəbəkələrdə xətlərlə verilənlərin son avadanlıqları

arasındakı qarşılıqlı əlaqə üsullarından biri də registrin daxil

edilməsi üsuludur. Səlahiyyət verilmiş stansiya aktiv stansiya

adlanır. Aktiv stansiya registri halqanın boşluğuna yerləşdirir

və halqaya ötürülən kadrı göndərən verici registri qoşur.

Bu registrlər hərəkətverici registrlərdir. Kadr halqadan keçir

və yerləşdirilmiş registrə qayıdır. Yolda onun ünvan hissəsi

digər stansiyalar tərəfindən yoxlanılır, belə ki, onlar ünvan

məlumatlarını və idarəedici məlumatları deşifrə etməlidirlər.

Əgər paket verilən stansiya üçün nəzərdə tutulubsa, paketin

informasiya hissəsi qəbul edilir, qəbulun düzgünlüyü yoxlanılır

və yoxlamanın nəticəsi müsbət olduqda müvafiq təsdiq halqaya

yönləndirilir. Verici (aktiv) stansiya onda formalaşmış paketi

göndərməklə eyni zamanda halqadan keçərək registrə gələn

paketi qəbul edir. Hər bir taktda halqaya növbəti bit

yönləndirilir, halqadan isə göndərilən bitlər müəyyən gecikmə

ilə geri qayıdırlar. Göndərilmənin düzgünlüyü təsdiq edilibsə,

göndərilmiş verilənlər halqaya sərbəst marker ötürən verici

stansiyada silinirlər, təsdiq edilməyibsə, paket yenidən

göndərilir.

Page 75: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Öz verilənlərini ötürməyə hazır olan stansiyalar sərbəst

markerin gəlməsini gözləyirlər. Səlahiyyət almış stansiya

aktivləşərək öz registrini halqaya daxil edir, əvvəlcədən daxil

edilmiş registr isə halqadan çıxarılır.

Markerli müraciət üsulu qovşaqların prioritetlərini nəzərə

almaqla, Token Ring şəbəkələrində realizə edilmiş və IEEE

802.5 standartında təsvir edilmişdir.

Digər müraciət üsulları arasında səlahiyyətlərin şəbəkə

qovşaqlarına növbə ilə ötürüldüyü estafet üsulunun adını

çəkmək mümkündür. Xüsusi halda, estafet üsulu markerin

şinvari lokal hesablama şəbəkələrində ötürülməsi

texnologiyalarına aid olan IEEE 802.4 standartında təsvir

edilmişdir. Əvvəllər bu texnologiya Arcnet şəbəkələrində

tətbiq edilirdi, lakin, hal-hazırda bu şəbəkələrdən istifadə

edilmir.

Optik-lifli əlaqə xətləri üçün qəbuledici-verici (təkrarlayıcı)

verilənləri ötürmə xəttinin ayrı-ayrı hissələrini birləşdirir.

Qəbuledici-vericinin qəbul hissəsində tələb edilən səviyyəli

gərginliyə malik olan siqnal gücləndiricisi-yaradıcısı, fotodiod,

fotodiodun kabelin şüşə örtüyü ilə etibarlı şəkildə kontaktda

olması üçün tətbiq edilən mexaniki kontakt qurğusu olur.

Verici işıq diodu və mikrolazerlə təchiz olunur.

Şəbəkə kontrolleri (adapter) – verilənlərin son

avadanlıqlarının verilənləri ötürmə mühiti ilə əlaqəsini təmin

edən qurğudur. Kanala müraciət bloku həmçinin MAC

səviyyəsi vasitəsi adlanır və qəbul edilmiş müraciət üsulunu

realizə edir. Belə ki, daşıyıcıya nəzarət və konfliktlərin aşkar

edilməsi ilə çoxlu müraciət üsulundan istifadə zamanı blokda

maneə siqnalının işlənməsi, münaqişə zamanı ötürmənin

gecikməsi və ya monokanalın məşğul olması zamanı

verilənlərin kadrlara çevrilməsi, elektrik siqnallarının

mançester kodlarına və tərsinə çevrilməsi, şəbəkədə ötürülən

məlumatlardakı ünvanın tanınması ilə əlaqədar fəaliyyət icra

edilir.

Page 76: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Məxsusi informasiya kadrlarının formalaşmasına məlumatın

kadrlara bölünməsi və istifadə edilən protokol əsasında xidməti

məlumatın informasiya baytlarına əlavə edilməsi əməliyyatları

daxildir. Adətən xidməti məlumata alanın ünvanı (göndərənin

ünvanı da ola bilər), ötürmənin düzgünlüyünün yoxlanılması

üçün nəzarət kodu, kadrın başlanğıcını və sonunu bildirən

əlamətlər daxildir. İnformasiya kadrının yaradılmasından sonra

stansiya səlahiyyət almalıdır. Bunun üçün o, kanalda marker

gözləyir. Səlahiyyət alındıqdan sonra paralel kodun ardıcıl

koda çevrilməsi, mançester koduna çevrilməsi və siqnalların

kabelə ötürülməsi həyata keçirilir.

Halqavari lokal hesablama şəbəkələrində MAC alt səviyyəsi

funksiyalarına ünvanın tanınması, ötürmə zamanı nəzarət

kodunun generasiyası və qəbul zamanı onun yoxlanılması,

markerin tanınması, markerin olmadığı vaxta nəzarət və s.

daxildir.

3.3. Ethernet şəbəkəsi

Şinvari topologiyaya malik olan ilk lokal hesablama

şəbəkəsi mühitlərindən biri Xerox firmasının hazırladığı

Ethernet şəbəkəsidir. Bu şəbəkədə daşıyıcıya nəzarət və

konfliktlərin aşkar edilməsi ilə çoxlu müraciət üsulu tətbiq

edilmişdir. Sonradan Ethernet IEEE 802.3 standartının əsasına

çevrilib.

Hal-hazırda Ethernet texnologiyası lokal hesablama

şəbəkələrində dominantlıq təşkil edir.

Ethernet şəbəkələrində IEEE 802.3 standartı əsasında kadr

formatının müxtəlif növlərindən istifadə edilir. Bütün dörd

növdə kadrın uzunluğu 576-12208 bit yəni, 72-1526 bayt olur

və aşağıdakı mütləq hissələrdən ibarətdir (kadr sahələri

ardıcıllığı aşağıda göstərilmişdir, sahələrin ölçüləri baytlarla

mötərizələrdə verilmişdir):

Preambula (7)

Məhdudlaşdırıcı (1)

Page 77: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Təyinat ünvanı (6)

Mənbənin ünvanı (6)

Kadrın uzunluğu (2)

Verilənlər (1500-ə qədər)

Dolma

Nəzarət kodu (4)

Preambula şəbəkəyə kadrın tərkib hissəsini ötürmədən əvvəl

qarşılıqlı əlaqədə olan qovşaqların verici generatorlarının işini

sinxronlaşdırmağın zəruri olması halında tələb edilir.

Preambulanın olması şəbəkəyə səlahiyyət almış qovşaqdan

əvvəlcədən sinxronlaşdırılmış siqnal ardıcıllıqlarının (məsələn,

növbələşən vahid və sıfırların) ötürülməsini təmin edir.

Məhdudlaşdırıcı kadrın başlanğıcını müəyyən edir və

10101011 koduna malikdir. Göndərənin və qəbul edənin

ünvanları verilənlərin birbaşa ötürülməsinə və qəbulun

düzgünlüyünün təsdiq edilməsinə istiqamət verir. Lokal

hesablama şəbəkələrində kanal səviyyəsində istifadə edilən və

MAC-ünvanlar adlanan altı baytlıq ünvanlar şəbəkə

sxemlərinin sxem istehsalçıları tərəfindən onlara müəyyən

edilmiş ünvan diapazonları üçün verilmiş lisenziyalar əsasında

təyin edilmiş unikal nömrələridir. Kadrın uzunluğu sabit deyil

və ona görə də, qeyd edilməlidir. Dolma – kadrın uzunluğunun

512 bitdən (preambula və məhdudlaşdırıcı ilə birlikdə 576 bit)

kiçik olmaması üçün tətbiq edilir.

MAC-kadrın format variantları (Ethernet II, IEEE 802.3,

IEEE 802.3/802.2, IEEE 802.3/802.2 – SNAP formatları

mövcuddur) onlarda LLC-kadrının başlığının əks olunması

üsulu ilə fərqləndirilirlər. Məsələn, verilənlərin mübadiləsini

həyata keçirən proses identifikatorunun qeyd edildiyi LLC-

başlığı birbaşa “kadrın uzunluğu” və “verilənlər” sahələri

arasında yerləşir. Başqa variantda xidmətin identifikatoru kimi

“kadrın uzunluğu” sahəsinin baytlarından biri ayrılır. Mövcud

şəbəkə sxemləri istənilən format variantı ilə işləyə bilirlər,

Page 78: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

formatın tipi “kadrın uzunluğu” sahəsinin başlanğıcında

göstərilir və avtomatik şəkildə tanınır.

Ethernet şəbəkəsi layihəsinin bazasında lokal hesablama

şəbəkələri üçün avadanlıq işlənib hazırlanır. Hal-hazırda

Ethernet şəbəkəsinin topologiyasına və fiziki verilənləri ötürmə

mühitinin xüsusiyyətlərinə görə fərqlənən bir neçə variantı

vahid şəklə salınmışdır.

Əsas aşağı sürətli variant Twisted Pair Ethernet (ulduzvari

topologiya) adlanır və 10Base-Tkimi işarə edilir,

ekranlanmamış burulmuş cütlərdən və həmçinin hab (Hubs)

adlanan konsentratorlardan ibarət kabel şəbəkəsidir. Şəkil 3.3

şəbəkənin strukturu haqqında təsəvvür formalaşdıra bilər.

Seqmentlərin uzunluğunun 100 metrə, qovşaqlar arasındakı

maksimal məsafənin (şəbəkənin diametrinin) 500 metrə,

qovşaqların say limitinin 1024-ə bərabər olmasına imkan

verilir. Mançester kodlaşdırması zamanı siqnal səviyyəsi

85,0 V olur, kompüterə qoşulma RJ-45 telefon xətti

vasitəsilə həyata keçirilir. 10Base-T topologiyasına görə

“ulduzvari”, “ağacvari” və s. ola bilər. Bu şəbəkədə dörddən

çox habdan istifadə etmək məsləhət görülmür.

Şəkil 3.3. Ulduzvari topologiyaya malik Ethernet

şəbəkəsinin strukturu

Koksial kabellərin istifadə edildiyi variantlar:

Thick Ethernet (“qalın” kabelli şinə malikdir); 10Base-5

kimi işarə edilir – burada “10” elementi verilənləri ötürmə

Page 79: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

sürətinin 10 Mbit/san olduğunu, “5” elementi isə seqmentin

maksimal uzunluğunun 500 metr olduğunu (yüz metrlərlə)

göstərir, digər parametrlər: seqmentlərin maksimal sayı – 5, bir

seqmentdəki qovşaqların maksimal sayı – 100, qovşaqlar

arasındakı minimal məsafə – 2,5 metrdir. Burada kabel

seqmenti dedikdə verilənləri ötürmə xətti kimi istifadə edilən

və uclarında siqnalların əks olunmasının qarşısını almaq üçün

razılaşdırıcı elementlər (terminatorlar) olan kabel hissəsi

nəzərdə tutulur.

Thin Ethernet (“nazik” kabelli şinə malikdir, cheapernet);

10 Base-2 kimi işarə edilir; seqmentlərin maksimal sayı – 5,

seqmentin maksimal uzunluğu – 185 m, bir seqmentdəki

qovşaqların maksimal sayı – 30, qovşaqlar arasındakı minimal

məsafə – 0,5 m, verilənləri ötürmə sürəti – 10 Mbit/san-dir.

Daşıyıcıya nəzarət və konfliktlərin aşkar edilməsi ilə çoxlu

müraciət üsulunun tətbiq edilməsi zamanı şinvari lokal

hesablama şəbəkələri aparaturasının tərkibinə aşağıdakılar

daxil olur (Şəkil 3.4):

Şəkil 3.4. Şinvari lokal hesablama şəbəkələri aparaturasının

tərkibi

Page 80: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Qəbuledici-verici (transiver) – verilənlər kanalının son

aparaturası ilə verilənləri ötürmə xəttini elektrik üsulu ilə

birləşdirmək üçün nəzərdə tutulmuş qurğudur.

Verilənləri ötürmə xəttindən siqnalların qəbuledicisi –

təyinatı informasiya siqnallarının gücləndirilməsindən və təhrif

edilmiş siqnalların daimi hissəsinin ayrılması yolu ilə

konfliktlərin aşkar edilməsindən, etalon gərginliyə malik

komparatorda müqayisə edilməsindən ibarətdir.

Stansiyadan xəttə ötürücü – adətən cərəyanın istiqamətinin

dəyişdirilməsi və ya transformator çıxışına malik doymuş

tranzistorlarda balans sxemi şəklində realizə edilir.

Qəbuledicinin girişinin və vericinin çıxışının kabelə

birləşdirilməsi üçün istifadə edilən şaxələndirici – kabelin

üzərinə yerləşdirilən və mərkəzi naqillə əlaqə yaradan vint-

iynəsi olan mexaniki kontakt qurğusundan istifadə edilir.

İynəşəkilli kontakt siqnalların ötürücüsü və qəbuledicisi ilə

transformator əlaqəyə malik olur.

Verilənlərin son avadanlıqları səhvən nəzərdə

tutulduğundan daha uzun siqnallar generasiya etdikdə onların

kabeldən ayrılması üçün küydən qorunma vasitəsi.

Optik-lifli əlaqə xətləri yüksək sürətli Ethernet şəbəkələri

üçün daha xarakterik olsalar da, 10Base-F kimi işarə edilən

optik-lifli kabelli Fiber Optic Ethernet variantı da mövcuddur.

Bu variant “nöqtə-nöqtə” birləşməsi üçün, məsələn, kabel

şəbəkəsində iki konkret paylayıcının birləşdirilməsi üçün tətbiq

edilir. Maksimal uzunluq 2...4 km intervalında yerləşir.

Simsiz əlaqə kanallarından istifadə edilən Ethernet variantı

IEEE 802.11 standartına uyğun gəlir və RadioEthernet adlanır.

Ötürmənin düzgünlüyünə nəzarət qəbul qovşağında nəzarət

kodlarının müqayisə edilməsi və onların üst-üstə düşməsi

halında ötürücü qovşağa kadrın düzgün şəkildə qəbul edildiyini

təsdiq edən qəbzin ünvanlanması vasitəsilə həyata keçirilir.

Qəbz kiçik t gecikməsi ilə qəbulun bitməsindən sonra ( Tt

şərti ödənir) göndərilir. t uzunluğuna malik olan intervalda

Page 81: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

konfliktlərin olması mümkün deyil, belə ki, göndərmək

istəyənlər sorğu kadrlarını yalnız göndərmədən əvvəl

verilənləri ötürmə mühitinin T -dən kiçik olmayan zaman

intervalı daxilində boş olması halında (bu şərt göndərmə ilə

əlaqədar konflikt səbəbindən ayrılmış qovşaqlar üçün də

ödənir) göndərə bilərlər.

3.4. Token Ring şəbəkəsi

Token Ring şəbəkəsi – yayılma dərəcəsinə görə Ethernet

şəbəkələrindən sonra ikinci yerdədir. Bu şəbəkə halqavari

topologiyaya malikdir və prioritetləri nəzərə alan marker

müraciət üsuluna əsaslanır. O, IVM firması tərəfindən işlənib

hazırlanmış və IEEE 802.5 standartı üçün əsas rolunu

oynamışdır.

Token Ring şəbəkəsinin topologiyası şəkil 3.5-də

göstərilmişdir. Konsentratorlar şəbəkənin idarə edilməsini

asanlaşdırmaq, xüsusi halda, nasaz qovşaqları halqadan

çıxarmaq üçün tətbiq edilirlər. Qovşaqların halqaya

birləşdirilmə sxemi şəkil 3.6-da göstərilmişdir. Qovşağın

çıxarılması üçün sol açarlar yuxarı vəziyyətə, sağ açarlar isə

aşağı vəziyyətə (normal rejimdə açarların vəziyyəti əksinədir)

gətirilirlər.

Token Ring şəbəkəsinin tipik realizasiyası aşağıdakı

məlumatlarla xarakterizə edilir: verilən stansiyalarının

maksimal sayı – 96, konsentratorların maksimal sayı – 12,

tamamlayıcı kabelin maksimal uzunluğu – 120 m, iki

konsentrator və ya konsentratorla stansiya arasındakı kabelin

maksimal uzunluğu – 45 m, xətdə verilənləri ötürmə sürətləri –

4 və ya 16 Mbit/san-dir.

Şəbəkənin işə salınmasından sonra qovşaqlardan biri

aktivləşir yəni, öz registrini halqaya daxil edir, marker yaradır

Page 82: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

və onu halqaya ötürür. Məhz bu qovşaq markerin hər hansı bir

səbəbdən itirilməsi halında onu bərpa edir.

Şəkil 3.5. Token Ring şəbəkəsinin topologiyası

Şəkil 3.6. Token Ring şəbəkəsinin qovşaqlarının

birləşdirilmə sxemi

Marker aşağıdakı struktura malikdir: məhdudlayıcı P-T-M-

R məhdudlayıcı. Burada, T və M birbitli, P və R üç bitli

elementlərdir.

M elementi 1 aktiv stansiyada quraşdırılan və markerin

alınması zamanı digər stansiyalar tərəfindən 0-a endirilən

monitor bitidir. Əgər marker aktiv stansiyanın yanından keçirsə

və M=1 olursa, bu, heç bir stansiyanın verilənlərin ötürülməsini

tələb etmədiyini göstərir.

T elementi – markerin məşğulluq əlamətidir. T=0 olduqda,

deməli, marker sərbəstdir. T=0 olduqda marker ötürmək üçün

məlumatları olan stansiyanın yanından keçirsə və stansiyanın

Page 83: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

prioriteti P-də yazılmış qiymətdən aşağıdırsa, stansiya markeri

informasiya kadrına çevirir yəni, T=1 olmasını təmin edir və

kadrı (göndərənin və qəbul edənin ünvanları, qəbul edilən kadr

strukturu ilə əlaqədar məlumatları) R və axırıncı

məhdudlaşdırıcı arasına qeyd edir. İnformasiya kadrı halqadan

keçir və bu zaman ötürməyə hazır olan hər bir A stansiyası

hazır olması haqqında məlumat verməyə çalışır. Bu, onun

prioritetinin R-də yazılmış qiymətdən yüksək olması zamanı

mümkündür. Bu şərtin ödənməsi halında R-ə A stansiyasının

prioritet qiyməti aid edilir. Kadr qəbulediciyə çatanda bu

stansiya öz ünvanını təsdiq edərək verilənləri yoxlamaqla

verilənləri qəbul kadrının sonunda (“kadrın vəziyyəti” bitində)

qeyd edir.

Halqada tam fırlandıqdan sonra kadr “kadrın vəziyyəti”

bitini analiz edən ötürücü stansiyaya çatır. Əgər ötürmə baş

tutmayıbsa, eyni kadr yenidən ötürülür. Bu cür ötürmə

cəhdlərinə sayına məhdudiyyət qoyulmur. Ötürmə baş tutubsa,

kadr halqadan çıxarılır, T=0 olmaqla, yuxarıda göstərilmiş

struktura malik marker bərpa edilir. Bu zaman da P := R; R :=

0 olur.

P elementində göndərmə həyata keçirmək istəyən

stansiyalar arasında daha prioritetli B stansiyasının prioriteti

saxlanılır. Bu stansiya markerin növbəti dövriyyəsi üçün

səlahiyyət əldə edir. O, prioriteti P-yə yazıldığından və T=0

olduğundan aktivləşir. B stansiyası səlahiyyət aldıqdan sonra

öz registrini halqaya daxil edir, A stansiyasının registri isə

halqadan çıxarılır.

IEEE 802.5 standartında kadrın uzunluğu

razılaşdırılmamışdır, lakin, adətən marT markerə sahib olma

müddəti – markerə malik olan stansiyanın verilənlərini halqaya

ötürməsi müddəti üçün 10 msan qiymətindən istifadə edilir. Bu

halda kadrın uzunluğu 4 və 16 Mbit/san sürətləri üçün müvafiq

olaraq 5 və 20 kbayt olur. Daxil edilən registrin maksimal

uzunluğu bu qiymətlərlə əlaqədardır, o, kadrın maksimal

Page 84: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

uzunluğuna uyğun gəlməlidir. Registrin minimal ölçüsü

markerin uzunluğuna (üç bayt) bərabər olur.

Token Ring şəbəkəsi Ethernetə nisbətən kiçik məsafələr və

az sayda stansiyalar üçün nəzərdə tutulmuş və artıq

yüklənməyə daha yaxşı uyğunlaşdırılmışdır.

3.5. Yüksək sürətli lokal hesablama şəbəkələri

Verilənləri ötürmə sürəti 100 Mbit/san olan ilk lokal

hesablama şəbəkəsi FDDI şəbəkəsi (Fiber Distributed Data

Interface) olmuşdur. Bu, optik-lifli əlaqə xətlərinin və marker

müraciət üsulunun istifadə edildiyi halqavari topologiyaya

malik lokal hesablama şəbəkəsidir. Şəbəkənin standartı

Amerika standartlar institutunda (ANSI) işlənib hazırlanmışdır.

Şəbəkənin əsas variantında optik-lifli əlaqə xətlərindən

ibarət ikiqat halqa tətbiq edilir. Uclardakı qovşaqlar arasındakı

məsafə 200 km, qonşu stansiyalar arasındakı məsafə isə

maksimum 2 km-dir. Qovşaqların maksimal sayı 500-dir.

Optik-lifli əlaqə xətlərində 1300 nm uzunluqlu dalğalardan

istifadə edilir.

FDDI şəbəkələrinin əsas tətbiq edilən variantı müəssisələrin

ayrı-ayrı şöbələrinin alt şəbəkələrini əlaqələndirən istinad

şəbəkəsidir (magistral şəbəkə).

Geniş şəkildə istifadə edilən başqa bir 100 meqabitlik

şəbəkə 10Base-T ilə eyni müraciət üsulunun tətbiq edildiyi Fast

Ethernet şəbəkəsidir. IEEE 802.3 standartı və Fast Ethernet

şəbəkəsi 1995-ci ildə qəbul edilmişdir. Bu şəbəkədən sürətli

lokal hesablama şəbəkələrinin (ən çoxu iki habın ardıcıl şəkildə

birləşdirildiyi) qurulması, istər ayrı-ayrı kompüterlərin, istərsə

də aşağı sürətli 10Base-T alt şəbəkələrinin bir sürətli şəbəkədə

birləşdirilməsi və serverlərin qoşulması üçün istifadə edilir.

Şəbəkənin diametri burulmuş cütlərdən istifadə zamanı 200 m,

optik-lifli əlaqə xətlərindən istifadə zamanı isə 272 m olur.

Page 85: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Praktiki olaraq, maksimum 250 qovşaqdan, nəzəri baxımdan

isə 1024 qovşaqdan istifadə etmək olar.

Fast Ethernet şəbəkəsinin bir neçə variantı mövcuddur:

3 və ya 5 kateqoriyalarından olan dörd burulmuş cütün

tətbiq edildiyi 100Base-T4;

5 kateqoriyasından olan iki ekranlanmış və ya iki

ekranlanmamış cütün tətbiq edildiyi 100Base-TX;

İki lifli çox rejimli optik əlaqə xəttinə malik 100Base-FX.

Aşağıdakı həllər sayəsində sürət 10 Mbit/san-dən 100

Mbit/san-yə qədər artırılır. Birincisi, 3-cü kateqoriyadan olan

daha ucuz burulmuş cütlər əvəzinə 5-ci kateqoriyadan olan

burulmuş cütlərdən və ya optik-lifli əlaqə xətlərindən istifadə

edilir. İkincisi, verilənlər iki və ya daha artıq naqil cütü ilə

paralel şəkildə ötürülür. Üçüncüsü, xüsusi 8B/6T (100Base-T4

üçün) və ya 4B/5B (başqa variantlar üçün) kodlaşdırılması

tətbiq edilir.

8B/6T kodlaşdırılması zamanı hər səkkiz ikilik qiymət altı

üçlük qiymətlə təsvir edilir ki, bu da ikilik mançester

kodlaşdırması ilə müqayisədə əlaqə xəttinin keçirmə zolağı ilə

əlaqədar tələbləri iki dəfədən daha çox azaldır. 100Base-T4

variantında verilənlərin ötürülməsi üçün üç cütdən istifadə

edilir, dördüncü cüt isə toqquşmaların əmələ gəlməsinə nəzarət

etmək üçün tətbiq edilir. Keçirmə zolağı ilə əlaqədar tələblər üç

dəfə azalır və hər bir burulmuş cütdə siqnalların tezliyi 3-cü

kateqoriyadan olan cütlər üçün qəbul edilmiş 16 MHs tezlikdən

kiçik olur.

8B/6T kodlaşdırılması zamanı dörd ikilik qiymət beş ikilik

qiymətin kombinasiyası şəklində ifadə edilir. Lakin, yalnız

üçdən artıq təkrar rəqəmi olan ardıcıllıqların olmadığı

kombinasiyalardan istifadə olunur. Bu zaman vahid və

sıfırların yüksək və aşağı gərginlik səviyyəsi ilə ifadə

edilməsindən istifadə etmək olar, özünü sinxronlaşdırma isə

istənilən beş mövqeli rəqəm kombinasiyaları çərçivəsində

fərqlərin olması ilə təmin edilir. Beləliklə, 4B/5B sxemində

Page 86: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

əlaqə xəttinin keçirmə zolağı ilə əlaqədar tələblər 1,6 dəfə

azalır.

Fast Ethernet şəbəkəsində kodlaşdırma sxemlərinin olması

bir neçə konsentrator tipi vasitəsilə kodlaşdırmanın

razılaşdırılmasının zəruriliyinə gətirib çıxarır və ya Fast

Ethernet şəbəkəsinin müxtəlif variantlarının bir şəbəkə

seqmentində tətbiq edilməsinə səbəb olur.

İnformasiyanı ötürmə sürəti sonradan Gigabit Ethernet

şəbəkələrində artırılmışdır (Ethernet şəbəkəsinin 1000Base-X

variantı). IEEE 802.3z standartına əsaslanan, dalğa uzunluqları

830 və ya 1270 nm olan, optik-lifli əlaqə xətləri üzərində

qurulmuş (müvafiq olaraq, 1000Base-SX və 1000Base-LX

variantları) və 5-ci kateqoriyadan olan burulmuş cütlər

üzərində qurulmuş (1000BaseT variantı) Gigabit Ethernet

şəbəkəsi növləri mövcuddur. Əlaqə bir rejimli optik-lifli əlaqə

xətlərindən istifadə zamanı 5000 metrə qədər, çox rejimli

optik-lifli əlaqə xətlərindən istifadə zamanı 550 metr, mis

naqillərdən istifadə zamanı isə 25 metrə qədər məsafədən təmin

edilir.

Heqabaytlıq sürətlər aşağıdakı həllər sayəsində əldə

edilirlər.

Şəbəkə iyerarxik struktura malikdir. 10 Mb/san sürətli

məntəqələr (ayrı-ayrı kompüterlər və ya alt şəbəkələr) 10/100

sürətli açar (switches) portlarına, onların 100 Mb/san sürətli

çıxışları isə, öz növbələrində, 10/100 sürətli açar portlarına

birləşdirilirlər. Verilənləri 1000 Mb/san sürətlə ötürən şəbəkə

seqmentlərində, birincisi, verilənlərin optik-lifli əlaqə xətləri ilə

və yaxud paralel şəkildə dörd burulmuş cütlə ötürülməsi,

ikincisi, verilənlərin beş səviyyəli təsviri (məsələn, +2, +1, 0, -

1, -2 V), üçüncüsü isə 8B/10B kodlaşdırması həyata keçirilir.

Bu cür kodlaşdırma zamanı hər bir bayt beşlik hesablama

sistemində dörd mövqe ilə təsvir olunur. Hər bir cütdəki

siqnalların tezlikləri 5-ci kateqoriyadan olan cütlər üçün

mümkün maksimal 100 MHs tezlikdən kiçik olur.

Page 87: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

2000-ci ildə 10 qiqabitlik şəbəkə texnologiyalarının

yaradılması üzrə dünyadakı bir sıra aparıcı firmaların alyansı

yaradılmışdır. Bir rejimli (bir neçə km-ə qədər məsafə) və ya

çox rejimli (100...300 m məsafə) optik-lifli əlaqə xətlərindən

istifadə edilir.

Yüksək sürətli lokal və territorial şəbəkələrə ATM

texnologiyasından istifadə edən şəbəkələr aiddir. Bu

texnologiya həm kiçik lokal şəbəkələrdə, həm də territorial

şəbəkələrdə tətbiq edilir. İnformasiya sürətləri 25...2048

Mbit/san diapazonunda yerləşir.

100 Mbit/san sürətli şəbəkələrə daha bir misal HP və AT&T

şirkətləri tərəfindən yaradılmış 100VG-AnyLAN şəbəkəsidir

(IEEE 802.12 standartı). Onun aşağıdakı xüsusiyyətləri var:

Sorğuların prioritet əsasında emalı

Ethernet və Token Ring şəbəkələrində qəbul edilən kadr

formatlarının dəstəklənməsi

Fiziki xətlər – burulmuş cütlər və ya optik-lifli əlaqə xətləri

Topologiya – ulduvari olsa da, habların kaskad şəklində

birləşdirilməsi də mümkündür.

Kabel – 3-cü kateqoriyadan olan dörd ekranlanmamış (UTP)

və iki ekranlanmış cüt (STP). Dörd cütdən istifadə zamanı

16 MHs tezlikdə keçiricilik qabiliyyəti dörd dəfə artır və

iki ekranlanmış cütdən istifadə zamanı da eyni nəticə əldə

edilir.

Mançester kodunun qənaətli növündən istifadə edilir

(5B/6B).

Sorğu – prioritetləri (iki prioritet səviyyəsini) nəzərə

almaqla əsas habın portlarında növbə ilə yerinə yetirilir.

Porta aşağı səviyyəli hab birləşdirilibsə, o, yüksək

səviyyəli habın portlarının sorğusunun bitməsini gözləyir.

Qovşaq 300 msan-dən yüksək səlahiyyətlərin alınmasını

gözləyirsə, onun prioriteti artır.

Page 88: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

3.6. FDDI şəbəkələri

FDDI şəbəkəsi (Fiber Distributed Data Interface) – optik-

lifli əlaqə xətləri vasitəsilə qurulmuş halqavari topologiyaya

malikdir. Əsas variantda şəbəkəyə ikiqat halqa tətbiq

edilmişdir. Halqanın maksimal ölçüsü 200 km-ə qədər, qonşu

stansiyalar arasında isə ən çoxu 2 km-dir. Qovşaqların

maksimal sayı 500-dür. Optik-lifli əlaqə xətlərində dalğa

uzunluğu 1300 nm olur.

İki optik-lifli əlaqə xətti halqası eyni zamanda istifadə edilir.

Stansiyaları halqalardan birinə və ya eyni zamanda hər iki

halqaya birləşdirmək olar. Hər iki halqanın konkret

qovşağından istifadə bu qovşaq üçün keçiricilik qabiliyyətinin

200 Mbit/san olmasına imkan verir. İkinci halqadan istifadə

etməyin digər istiqaməti onun köməyi ilə nasaz məntəqənin

yoxlanmasından ibarətdir (Şəkil 3.7).

Şəkil 3.7. FDDI şəbəkəsində optik-lifli kabel halqası

Optik-lifli kabeldə qırıq olduğu halda şəbəkənin işini qis-

mən (iki qırıq olduğu halda) və ya tam (bir qırıq olduğu halda)

bərpa etmək mümkündür.

FDDI şəbəkəsi adətən çox sayda ayrı-ayrı lokal hesablama

alt şəbəkələrini bir şəbəkədə birləşdirmək üçün istifadə edilir.

Məsələn, böyük müəssisənin informasiya sisteminin təşkili

zamanı ayrı-ayrı layihə şöbələrində Ethernet və ya Token Ring

Page 89: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

tipli lokal hesablama şəbəkələrindən istifadə etmək daha

məqsədəuyğundur, şöbələr arasında əlaqə isə FDDI şəbəkəsi

vasitəsilə yaradılır.

FDDI şəbəkələrində ilkin kod və müraciət üsulundan

istifadə edilir. Növbəti taktda polyarlığın dəyişməsinin 1 kimi,

dəyişmənin olmamasının isə 0 kimi qəbul edildiyi NRZ tipli

kod tətbiq edilir. Kodun özünü sinxronlaşdıran olması üçün

verici hər dörd bitdən bir sinxronlaşdırıcı fərq (4B/5B kodu)

hasil edir.

FDDI metoduna əsasən markerdən və informasiya

kadrlarından ibarət olan paket halqada hərəkət edir. Halqa

yüklənməyibsə ötürməyə hazır olan istənilən stansiya özündən

keçən paketi tanıyaraq öz kadrını paketin sonuna yazır. O,

kadrın halqada dövr etdikdən sonra ona qayıtmasından sonra və

qəbuledici tərəfindən alınması şərti ilə bunu ləğv edir. Əgər

mübadilə uğurlu olarsa, göndərən stansiyaya qayıdan kadr

paketdə birinci olur, belə ki, bütün əvvəlki kadrlar daha əvvəl

ləğv edilmiş olurlar. Yüklənmə markerin dT dövriyyə vaxtı ilə

müəyyən olunur. dT müəyyən ilkin qiymətdən böyükdürsə,

kadrın paketə yazılması markerin növbəti gəlişinə qədər təxirə

salınır.

FDDI 4500 bayt ölçüyə malik kadrlarla işləməyə imkan

verir. Preambula 4470 okteti əhatə edir, başlıq üçün 256 bayt

saxlanılır, verilənlər üçün isə 4096 bayt qalır.

Beş səviyyəli protokol modelindən istifadə edilir. Aşağıdakı

səviyyələr ayrılır:

IP/ARP

802.2 llc

FDDI MAC

FDDI PHY

FDDI PMD

Page 90: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

MAC səviyyəsi (media access control) kadrların formatları,

adresasiya, crc hesablama alqoritmi və səhvlərin düzəldilmə

mexanizmi də daxil olmaqla şəbəkə mühitinə müraciəti

müəyyən edir. PHY səviyyəsi (physical layer protocol)

kodlaşdırma/dekodlaşdırma, sinxronizasiya, kadr yaratma və s.

prosedurasını təmin edir. Baza kimi 4b/5b kodlaşdırması (4

bitlik kodun 5 bitlik koda çevrilməsi), kanalda isə NRZI kodu

istifadə edilir. PMD səviyyəsi (physical layer medium) optik

kanallar və enerji səviyyələri də daxil olmaqla nəql mühitinin

xarakteristikalarını müəyyən edir, səhv tezliklərini tənzimləyir,

optik komponentlərlə əlaqədar tələbləri təyin edir.

FDDI şəbəkəsi ilə ötürülən IP-deytaqramlar, ARP-sorğular

və cavablar, 802.2 LLC və SNAP (subnetwork access protocol)

paketlərinə, fiziki səviyyədə isə FDDI MAC paketinə

yerləşdirilirlər. Snap protokolu SNAP-başlığın Ethertype

koduna malik olduğunu göstərən təşkilati kodlarla istifadə

edilir. Snapda 24 bitlik təşkilati kod (organization code) sıfra

bərabər olmalı, qalan 16 bit isə Ethertype koduna uyğun

olmalıdır (assigned numbers, RFC-1700; IP=2048,

ARP=2054).

Bütün kadrlar SNAP üçün 802.2 LLC tip 1 (802.2 başlığının

təyin edilmiş SAP (service access point) qiymətlərinə bərabər

olan DSAP (destination service access point) və SSAP (source

service access point) sahələri ilə nömrələnməmiş

informasiyaların formatı) standartı əsasında göndərilməlidirlər.

LLC və SNAP başlıqlarının tam uzunluğu 8 baytdır.

16 və 48 mövqeli FDDI-ünvanın 32 mövqeli IP-ünvana

çevrilməsi üçün ARP protokolundan istifadə edilir. Əməliyyat

kodu sorğu üçün 1 və cavab üçün 2 olur. FDDI MAC

spesifikasiyası kadrın maksimal ölçüsünü 16 baytlıq preambula

da daxil olmaqla 4500 bayt kimi müəyyən edir. Preambula

11111 kodlarından ibarətdir, başlanğıc bölüşdürücü

1100010001, son bölüşdürücü isə 0110101101 (bütün hallarda

Page 91: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

5 bitlik notasiya) şəklindədir. CRC nəzarət kodu verilənlərin

idarə edilməsi sahəsindən başlamaqla hesablanır.

Ötürmənin başlanması üçün stansiya marker əldə etməlidir.

Stansiya passiv vəziyyətdədirsə, o, markeri başqa stansiyaya

ötürür. Lakin, FDDI halqalarının ölçüləri böyük olduğundan

burada gecikmə vaxtı Token Ring ilə müqayisədə xeyli böyük

olur. FDDI halqalarında eyni zamanda bir neçə kadr ola bilər.

Stansiya özünün göndərdiyi kadrları halqadan özü çıxarır.

Bütün stansiyalarda paketi axırıncı dəfə qəbul etmə anından

etibarən vaxtı ölçən və markerin fırlanma taymeri (TRT –

token rotation time) adlanan taymer olur. Dəyişən TTRT

(target token rotation time) mövcuddur. TRT-nin qiyməti

TTRT ilə müqayisə edilir və TTRTTRT olduqda yalnız

prioritet daşıyan kadrlar ötürülür. Verilənlərin adi ötürülməsinə

THT (token hold timer) taymeri vasitəsilə nəzarət edilir.

Stansiya markeri alanda TRT-ni THT taymerinə keçirir və

THT taymeri tərsinə saymağa başlayır. THT TTRT-dən böyük

olduqca stansiya kadrları ötürə bilər. Əslində THT stansiya

tərəfindən bir kadr çərçivəsində göndərilə biləcək baytların

maksimal sayını müəyyən edir (THT stansiyanın verilənləri

ötürə biləcəyi vaxt həddini müəyyən edir).

FDDI-kadrlar IEEE 802.2 (LLC — logical link control)

standartı ilə təyin edilən və Ethernet-başlıqda olan tip

sahələrinə malik olmayan başlıqlardan istifadə edir. FDDI və

Ethernet verilənləri müxtəlif şəkildə ötürdüyündən onlar

arasındakı körpü və marşrutizatorlar müvafiq çevirmələri apara

bilməlidirlər.

FDDI şəbəkələrində istifadə edilən konsentrator başqa

şəbəkələr üçün xarakterik deyil. O, ağac tipli struktur

yaratmaqla, bir neçə SAS tipli cihazın standart FDDI halqasına

qoşulmasına imkan verir. Lakin, bu cür strukturlarda şəbəkə

elementlərinin uzunluğu ilə əlaqədar müəyyən məhdudiyyətlər

mövcuddur, belə ki, təkrarlayıcıdan istifadə zamanı uzaqlıq 1,5

km-dən, körpüdən istifadə halında isə 2,5 km-dən çox

Page 92: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

olmamalıdır (bir rejimli variant). Bu məhdudiyyətlərə və FDDI

şəbəkələrinin baza topologiyasının halqavari topologiya

olmasına baxmayaraq, ulduzvari variantdan və bu iki variantın

kombinasiyalarından da istifadə edilə bilər. Bir bina daxilində

birləşməni konsentrator vasitəsilə həyata keçirmək

məqsədəuyğundur, ayrı-ayrı binalar isə halqavari sxem üzrə

birləşdirilirlər. FDDI halqasına Token Ring alt şəbəkələri də

asanlıqla birləşdirilə bilərlər (körpü və marşrutizator

vasitəsilə).

Konsentratorlar iki cür olurlar: DAS və SAS. Bu cür

cihazlar şəbəkəni bir cihazın sönməsi zamanı qəza rejiminə

keçməyə məcbur etmədiyindən şəbəkənin etibarlılığını artırır.

Konsentratorların tətbiq edilməsi FDDI şəbəkəsinə qoşulmağın

maliyyətini azaldır. Konsentratorlar xüsusi məsələlərin həlli

üçün (məsələn, CAD, CAM və ya şəkillərin emalı) nəzərdə

tutulmuş kiçik qrup alt şəbəkələrinin yaradılması zamanı da

tətbiq edilə bilərlər.

3.7. RadioEthernet

Lokal Ethernet şəbəkələrinin simsiz əlaqə kanallarının tətbiq

edildiyi variantı RadioEthernet adlanır. Bu şəbəkələr haqqında

IEEE 802.11 standartı mövcuddur. RadioEthernetdə verilənləri

ötürmə mühiti və onun hissələri radiokanallar şəklindədir,

mühitin bir hissəsi baza kabel şəbəkəsi kimi tətbiq edilə bilər.

RadioEthernet “axırıncı mil” kanalı kimi də istifadə edilir.

“Axırıncı mil” kanalında real uzaqlıq bir neçə yüz metrdən 20-

30 km-ə qədər olur və yalnız birbaşa görünmə imkanının

olması ilə məhdudlaşır.

RadioEthernetdə daşıyıcıya nəzarət və konfliktlərin

qarşısının alınması ilə çoxlu müraciət tətbiq edilir.

Konfliktlərin qarşıya çıxması ehtimalının aşağı salınması əlaqə

sorğusu göndərən qovşağın ötürmə cəhdlərini yalnız xəttin

boşalmasından və kadrlararası intervalın T uzunluğuna

Page 93: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

bərabər vaxtın keçməsindən sonra başlaya bilməsi ilə təmin

edilir. Bu zaman hər slotda xəttin vəziyyəti yoxlanılır. Xətt

məşğul olduqda proses saxlanılır və onun boşalmasından sonra

yenidən davam edir. Qəbuledici tərəf kadrı düzgün şəkildə

qəbul etdikdə müsbət qəbz göndərir. Qəbz gəlmədikdə ilkin

slotların sayının çoxalması ilə ötürmə cəhdi təkrarlanır.

Əlaqə məsafəsi məhdud olduğundan qəbuledici A

kompüterinin birdən artıq ötürücü kompüter üçün açıq olduğu,

lakin, bir-biri üçün açıq olmayan vericilərin də mövcud olduğu

gizli terminal vəziyyətləri mövcuddur. Bu cür vericilər qonşu

verici zonaların vəziyyətini düzgün qiymətləndirə bilmirlər.

Gizli terminal effektinin aradan qaldırılması üçün A qovşağına

məlumat göndərmək istəyən stansiya əvvəlcə qısa RTS siqnalı

göndərir, qəbuledici stansiya isə buna qonşu zonalara xəttin

tutulması cəhdi haqqında məlumat verən CTS siqnalı (xidməti

kadr) ilə cavab verməlidir.

802.11 baza standartı mühitə müraciətin idarə edilməsi

MAC (Medium Access Control) və siqnalların fiziki mühitdə

ötürülməsi (PHY – Physical layer protocol) üçün əsas simsiz

lokal hesablama şəbəkələri (WLAN) protokollarını müəyyən

edir. Spesifikasiya verilənləri müraciətin fiziki səviyyə

protokollarının üç siqnal ötürmə texnologiyalarına (DSSS

üsulunun köməyi ilə, infraqırmızı şüalanma və tezlik

sıçramaları üsulundan istifadə ilə) uyğun gələn üç növü ilə

qarşılıqlı əlaqədə olan MAC alt səviyyəsində idarə edilməsini

təmin edirlər.

RadioEthernet şəbəkələrinin bir neçə növü var. IEEE

802.11a standartına əsaslanan şəbəkələrdə 5 QHs tezlik

diapazonuna malik əlaqədən istifadə edilir, informasiya sürəti

54 Mbit/san-yə qədərdir (standartda üç mütləq – 6, 12 və 24

Mbit/san, eyni zamanda beş mütləq olmayan sürət – 9, 18, 36,

48 və 54 Mbit/san müəyyən edilmişdir). 5 QHs diapazonda

vericilərin gücünün daha yüksək (2,4 QHs diapazonda

olandan), fəaliyyət radiusunun isə daha kiçik – təxminən 100 m

Page 94: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

olması tələb olunur. IEEE 802.11b standartı 2,4 QHs

diapazonda işləmək üçün nəzərdə tutulmuş şəbəkələri təsvir

edir, tezliyin kiçik olması isə əlaqələndirilmiş qovşaqlar

arasındakı məsafəni artırmağa imkan verir. Lakin, burada

informasiya sürəti 11 Mbit/san-dən kiçik olur. Bu iki standart

1999-cu ildə yaradılmışdır. Sonradan aşağıdakı şəbəkələr

(standartlar) da işlənib hazırlanmışdır:

22 Mbit/san-yə qədər sürətlə IEEE802.11b+;

2,4 QHs diapazonda sürəti 54 Mbit/san-yə qədər olan

IEEE 802.11g; bu standartın bir növü də sürətin qonşu

şəbəkələr üçün maneələrin artması hesabına artdığı

Super-G standartıdır;

IEEE802.11е – tələb edilən xidmət səviyyəsi

standartıdır;

IEEE802.11i – verilənlərin ötürülməsi üçün daha

yüksək təhlükəsizlik səviyyəsinin təmin edilməsi

standartı;

IEEE802.11n – 2,4 QHs tezlik diapazonunda sürət 100

Mbit/san-yə çatır.

802.11 standartında sistemin strukturu müəyyən edilir.

Strukturun hər bir elementi müraciət nöqtəsi adlanan (Access

Point, AP), xidməti baza zonası (Basic Service Set, BSS)

yaratmaqla öz fəaliyyət radiusu çərçivəsində istifadəçilərin işçi

stansiyalarına xidmət göstərən baza stansiyası tərəfindən idarə

edilir. Müraciət nöqtələri öz aralarında paylayıcı sistem

(Distribution System, DS) vasitəsilə qarşılıqlı əlaqə saxlayırlar.

AP və DS də daxil olmaqla infrastruktur genişləndirilmiş

xidmət zonası (Extended Service Set, ESS) yaradır. Standart –

müraciət nöqtəsi olmayan, ayrı-ayrı funksiyaları işçi stansiyalar

tərəfindən yerinə yetirilən şəbəkənin qurulmasını nəzərdə tutur.

2,4 QHs tezlik diapazonu üçün nəzərdə tutulmuş, simsiz

şəbəkələr üçün olan avadanlıq 300 metrə qədər məsafədən

əlaqə yaratmağa imkan verir. Şəbəkə topologiyasının istənilən

variantları tətbiq olunur: nöqtə-nöqtə, ulduzvari, nöqtə-

Page 95: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

nöqtələr, bütün qovşaqlar bir-biri ilə. İşçi stansiyaların

mobilliyi radiokanalların skanlanması üçün xüsusi

proseduraların istifadəsi hesabına əldə edilir. 802.11

standartında rouminqin realizasiyası üçün spesifikasiyalar

müəyyən edilməyib.

Simsiz əlaqə zamanı həmçinin WDS (Wireless Distribution

System) – bir neçə kabelli alt şəbəkələrin bir-biri ilə radiokanal

vasitəsilə birləşdirildiyi, körpülərin “müraciət nöqtələri”

qurğuları vasitəsilə yaradıldığı paylanmış simsiz sistem

strukturundan istifadə edilir. Məsələn, ofisdə hər bir otaqda

radiokanal vasitəsilə korporativ şəbəkənin müraciət nöqtəsi ilə

əlaqələndirilmiş müraciət nöqtəsi ola bilər. İstiqamətləndirilmiş

antenaların olması zamanı radiokörpülər bir neçə km

məsafədən ayrı-ayrı alt şəbəkələri əlaqələndirə bilərlər.

802.11 standartı təhlükəsizliyi “simli şəbəkələr üçün

xarakterik olan səviyyədə” (Wired Equivalent Privacy, WEP)

təmin edən tədbirlərin köməyi ilə simsiz şəbəkədə

informasiyanın mühafizəsini nəzərdə tutur. Bu tədbirlərə

autentifikasiya və kodlaşdırma mexanizmləri və proseduraları

daxildir.

3.8. Simsiz Wi-Fi müraciəti

Wi-Fi (Wireless Fidelity) texnologiyası bugün ofis

kompüter şəbəkələrinin böyük hissəsinin əsaslandığı Ethernet

texnologiyasının simsiz analoqudur. O, 1999-cu ildə

qeydiyyatdan keçmiş və simsiz rabitə istifadəçiləri üçün əsl

tapıntıya çevrilmişdir. IEEE 802.11 standartı Wi-Fi

texnologiyalarına aid edilir. Wi-Fi texnologiyasında siqnalın

səkkiz mövqeli Uolş ardıcıllığının köməyi ilə birbaşa

genişlənməsi ilə kanalların kod bölgüsündən istifadə edilir.

Standart – siqnalın keyfiyyətinin pisləşməsi halında

informasiyanın ötürülmə sürətinin azalmasını nəzərdə tutur.

Page 96: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Onun vasitəsilə dəqiq rouminq mexanizmləri müəyyən

edilməmişdir.

IEEE 802.11 şəbəkələri istər paylanmış (bir-biri ilə əlaqə

saxlayan bərabərhüquqlu qovşaqlardan ibarət bir ranqlı şəbəkə)

rejimdə, istərsə də mərkəzləşdirilmiş rejimdə işləmək üçün

nəzərdə tutulmuşdur, müraciət nöqtəsi (access point) vasitəsilə

əlaqə (Şəkil 3.8), demək olar ki, adi ofis ATS-ləri ilə eyni

funksiyaları icra edən Wi-Fi qurğusu tərəfindən təmin edilir.

IEEE 802.11b protokoluna görə informasiya 2,4-2,483 QHs

tezlik diapazonunda 11 Mbit/san sürətlə radiodalğaların

köməyi ilə ötürülür. Bu tezlik diapazonunda Wi-Fi sisteminin

işini təmin edən hər bir nöqtə Radiotezliklər üzrə Dövlət

Komissiyasında qeydiyyatdan keçməlidir.

Hər bir müraciət nöqtəsinin öz unikal MAC-ünvanı var və o,

bu MAC ünvanın vasitəsilə konfiqurasiya utilitləri ilə lokal

şəbəkədə tapılır. Müraciət nöqtələrinin konfiqurasiyası həm

xüsusi utilitlər (bir qayda olaraq, SNMP protokolundan istifadə

edilir), həm də veb-interfeys vasitəsi ilə həyata keçirilir.

Konfiqurasiya üçün bəzi parametrləri qeyd etmək lazımdır.

Şəkil 3.8. Qovşaqların müraciət nöqtəsinə birləşdirilməsi

Page 97: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Simsiz şəbəkədə kliyentin müraciət nöqtəsinə birləşdirilməsi

mexanizmi sadədir. Kliyent bir neçə müraciət nöqtəsinin

fəaliyyət zonasına düşəndə radiosiqnalın gücü və əlaqə

seansında meydana çıxan səhvlərin sayı əsasında optimal

müraciət nöqtəsini seçərək ona birləşir. Kliyent müraciət

nöqtəsindən əməkdaşlığın təsdiq edilməsi ilə əlaqədar məlumat

aldıqdan sonra kliyentin aparaturası nöqtənin aid olduğu

radikanalda quraşdırılır. Müəyyən zaman intervalından sonra

kliyent indikindən daha yüksək keyfiyyətli əlaqə yaradan

müraciət nöqtəsinin olub-olmadığını yoxlayır. Bu cür nöqtənin

olması halında kliyent ona qoşulur. Yenidən birləşmə ilk

növbədə cari müraciət nöqtəsindən gələn radiosiqnalın

gücünün zəifləməsi və ya həmin nöqtədən keçən trafikin

həddindən artıq böyük olması halında baş tutur. Şəbəkə

yükünün bərabər şəkildə paylanması üçün işləməyən müraciət

nöqtələrindən birinə yenidən birləşmə həyata keçirilir (bu,

IEEE 802.11 standartının xüsusiyyətlərindən biridir –

yüklənmənin balanslaşdırılması).

Simsiz şəbəkələrin qurulmasının iki baza variantı

mövcuddur – bir bina daxilində və binalar arasında. Bir bina

daxilində maksimal uzaqlıq divar və örtüklərin

materiallarından asılıdır və antenalardan istifadə etməklə 25-

500 metr təşkil edir. Otaqlarda əlaqənin uzaqlığı

istiqamətləndirilmiş antenaların tətbiq edilməsi yolu ilə artırıla

bilər. Müxtəlif binalarda olan kompüterlərin birləşdirilməsi

zamanı adətən pəncərənin arxasında və ya damda quraşdırılan

xarici antenalardan istifadə edilir. Gücləndirilmə əmsalı böyük

(16-24 Db) olan istiqamətləndirilmiş xarici antenalardan

istifadə zamanı əlaqənin uzaqlığı 15-20 km olur. Əlavə

gücləndiricilərin tətbiq edilməsi 50 km və daha böyük

məsafədə davamlı, yüksək keyfiyyətli əlaqə yaratmağa imkan

verir.

Simsiz texnologiya şirkətin informasiya şəbəkəsinin əsası və

artıq mövcud olan kabel şəbəkəsinə əlavə ola bilər.

Page 98: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

3.9. Lokal şəbəkələrin avadanlıqları

Lokal hesablama şəbəkələrinin baza avadanlıqlarına

kabellər, şəbəkə sxemləri, təkrarlayıcılar, konsentratorlar,

körpülər, kommutatorlar daxildir.

Şəbəkə sxemləri drayverlərlə birlikdə LLC alt səviyyəsinin

funksiyalarının bir hissəsini və MAC alt səviyyəsinin

funksiyalarını icra edirlər. Bu funksiyalara kadrın yaradılması,

paralel kodun ardıcıl koda qarşılıqlı şəkildə çevrilməsinin

buferizasiyası, verilənlərin 4B/5B kodları əsasında

kodlaşdırılması və dekodlaşdırılması aiddir.

Təkrarlayıcı (repeater) – lokal hesablama şəbəkələrinin iki

seqmenti arasında ötürülən elektrik siqnallarının regenerasiyası

üçün istifadə edilən qarşılıqlı əlaqə blokudur. Lokal hesablama

şəbəkələrinin bir kabel seqmentində realizə edilməsinə məsafə

və ya qovşaqların sayı ilə əlaqədar məhdudiyyətlərin olması

səbəbindən imkan verilmədikdə və qonşu seqmentlərdə eyni

bir müraciət üsulundan və eyni protokollardan istifadə edilən

halda təkrarlayıcılardan istifadə edilir. Təkrarlayıcı ilə

birləşdirilmiş seqmentlərdə trafik ümumi olur. Təkrarlayıcı çox

portlu ola bilər. Portlardan birinə gələn siqnal bütün qalan

portlarda təkrar olunur.

Hab da adlanan konsentratorlar şəbəkədə çox sayda

qovşaqları birləşdirmək üçün nəzərdə tutulmuşdur.

Konsentratorlar adətən kompüterlərə qoşulmaq üçün nəzərdə

tutulmuş bir sıra portlara və başqa konsentratorlara və ya

magistrala qoşulmaq üçün nəzərdə tutulmuş AUI (Attachment

Unit Intreface) portuna malik olurlar. Konsentratorlar trafiki

bölmədən ümumi verilənləri ötürmə mühiti yaradırlar. Onlar da

təkrarlayıcılar kimi ümumi verilənləri ötürmə mühitində

yayılmış elektrik siqnallarının formasını və gücünü bərpa

edirlər. 10Base-T və ya Token Ring şəbəkələrində konsentrator

kimi hablardan istifadə edilir. Təkrarlayıcıdan fərqli olaraq

konsentrator çox portlu qurğudur (qeyd etmək lazımdır ki, çox

Page 99: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

vaxt təkrarlayıcı və konsentrator terminlərini sinonim hesab

edirlər).

Konsentratorların əlavə funksiyalarına düzgün işləməyən

qovşaqların kənarlaşdırılması, şəbəkənin müvafiq məntəqəsinin

vəziyyəti haqqında verilənlərin SNMP idarəetmə protokolu

menecerinə ötürülməsi və s. aiddir.

Şəbəkə sxemləri və konsentratorlar hər bir lokal hesablama

şəbəkəsi tipi üçün spesifikdirlər.

Son zamanlar konsentratorlar kifayət qədər nadir hallarda

istifadə edilirlər, onların yerinə kommutatorlardan – kanal

səviyyəsində işləyən və ayrıca seqmentdə – toqquşma

domenində qoşulmuş hər bir qurğunu məntiqi ayırma yolu ilə

şəbəkənin məhsuldarlığını artıran qurğulardan istifadə edirlər.

Ayrı-ayrı şəbəkə seqmentlərini bir-biri ilə əlaqələndirmək

üçün körpü və kommutatorlar tətbiq edilir.

Körpü (bridge) – təkrarlayıcı və konsentratorlardan fərqli

olaraq, trafiki ayıran və müxtəlif alt şəbəkələrin qarşılıqlı

əlaqəsini təmin edən blokdur. Trafikin ayrılması müəyyən

məlumatı göndərənin və qəbul edənin birləşdirilən alt

şəbəkələrin birində olması halında həmin məlumatın başqa alt

şəbəkəyə buraxılmaması deməkdir.

Körpülər iki və ya daha artıq porta malik olurlar. Hər bir

port giriş və ya çıxış portu ola bilər. Paketlərin ötürülməsinin

idarə edilməsi körpünün sətirləri qovşağın MAC-ünvanının bir-

birinə uyğun gələn qiymətlərindən və körpü portunun

nömrələrindən ibarət olan marşrut cədvəlinin köməyi ilə həyata

keçirilir. Paket A portuna gəlibsə və ünvan cədvəlinə görə eyni

A portuna aiddirsə, paket cari lokal şəbəkədə qalır, əks halda

isə cədvəldə tapılmış B portuna göndərilir. Cədvəlin ilkin

doldurulması paket mənbələrinin ünvanları üzrə həyata keçirilir

– sətirə göndərənin ünvanı və giriş portunun nömrəsi daxil

edilir. Cədvəllərin tərkibi vaxta görə dəyişə bilər. Uzun zaman

keçdikdən sonra müəyyən ünvanlar bir dəfə də olsun

aktivləşməyiblərsə, bu ünvanlardan ibarət olan sətirlər silinir,

Page 100: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

onların bərpası və ya yeni ünvanların daxil edilməsi ilkin

doldurma prosedurası üzrə yerinə yetirilir.

Körpü çox portlu ola bilər, belə ki, adətən portlar şin

vasitəsilə birləşdirilirlər.

Yerinə yetirilən funksiyalardan asılı olaraq bir neçə tip

körpü mövcuddur.

Şəffaf körpü (transparent) bir tipli alt şəbəkələri birləşdirir

(eyni kanal protokolları ilə).

Nəql körpüləri paketləri konversiya etməklə müxtəlif kanal

protokollarına malik olan şəbəkələri əlaqələndirir (lakin,

paketlərin ölçülərinin hər iki şəbəkə üçün qəbul edilən olması

zəruridir).

İnkapsulyasiya körpüsü şəffaf körpüdən ötürmənin başqa

kanal protokollarına (məsələn, paketin FDDI istinad şəbəkəsi

vasitəsilə Ethernet alt şəbəkələri arasında ötürülməsi) malik ola

bilən müəyyən aralıq şəbəkə vasitəsilə həyata keçirilməsi ilə

fərqlənir. Aralıq şəbəkədə bütün qəbuledici alt şəbəkələr

paketlərin açılmasını həyata keçirir.

Körpülərin köməyi ilə paketlərin filtrlənməsi mümkündür.

Məsələn, administrator müəyyən ünvana malik paketlərdən

müdafiəni təmin edə və müəyyən resurslara müraciət etməyi

qadağan edə bilər.

Körpü birləşmələrinin çatışmazlığı nisbətən yüksək olmayan

sürət, tsiklik birləşmələrdən yayınmağın zəruriliyidir ki, bunu

həmişə mürəkkəb şəbəkələrdə təmin etmək asan olmur.

Kommutatorlar (switches) körpülərdən fərqli olaraq, eyni

zamanda çox sayda birləşmələrin yaradılması imkanı ilə çoxlu

qovşaq və alt şəbəkələrin şəbəkədə birləşdirilməsi üçün

nəzərdə tutulmuşdur. Kommutatorlar bir neçə lokal hesablama

şəbəkəsinin territorial şəbəkə ilə əlaqələndirilməsi üçün istifadə

edilirlər. Bir kommutator bir neçə bir tipli və müxtəlif tipli

lokal hesablama şəbəkəsini birləşdirə bilər. Kommutatorlar da

körpülər kimi MAC-ünvanlarla işləyirlər və birləşdirilən alt

Page 101: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

şəbəkələr daxilində trafikin əhəmiyyətli bir hissəsini

lokallaşdırırlar.

Paketin göndərilməsinin onun başlığının şifrinin

açılmasından dərhal sonra və paketin tam alınması (aralıq

buferizasiya – store-and-forward) ilə başladığı ikitərəfli (cut-

trough) kommutasiyadan da istifadə edilir. Birinci üsul kiçik

şəbəkələrdə, ikinci üsul isə magistral kommutatorlarda tətbiq

edilir. İkitərəfli kommutasiya verilənlərin ötürülməsi ilə

əlaqədar gecikmələri azaldır, buferin həcminin kiçik olmasına

imkan verir, lakin, verilənlərin ötürülməsinin səhvsizliyinə

nəzarət etməyə (daha doğrusu, yanlış kadrları çıxarmağa)

imkan vermir. Administratorun hər bir port üçün daha münasib

rejimi seçə bilməsi halında kommutasiya adaptiv kommutasiya

adlanır.

Adətən kommutator seqmentlərə ayrılan portlara malik olur.

Hər bir seqment bir lokal şəbəkə tipinə əsaslanır. Məsələn,

kommutator Ethernet, Token Ring, FDDI alt şəbəkələri üçün

seqmentlərə malik ola bilər və bu seqmentlərdə iki-üç ədəddən

onlarla ədədə qədər alt şəbəkəyə birləşmək üçün bəndlər olur.

Hər bir port (və ya seqment) üçün prosessor və bufer yaddaşı

ayrılmışdır, yəni, kommutator körpüdən fərqli olaraq, çox

prosessorlu qurğudur, hər bir prosessor isə müvafiq porta gələn

paketləri emal edir. Digər qurğuların işini uzlaşdıran mərkəzi

prosessor mövcuddur. Prosessorlar yüksək sürətli ümumi şin və

ya çox girişli yaddaş vasitəsilə birləşdirilirlər, lakin, daha çox

eyni zamanda çox sayda birləşdirmənin həyata keçirildiyi

kommutasiya edən matrisdən istifadə edilir.

Ümumi şindən istifadə zamanı onun zaman üzrə müxtəlif

birləşmələr arasında bölünməsi üsulundan istifadə edilir.

Çox girişli bufer yaddaşına əsaslanan kommutator

müvəqqəti adlanır. Qeyd etmə yaddaş xanasında girişlərin

ardıcıl sorğusu ilə həyata keçirilir, kommutasiya isə lazımi

yaddaş xanalarından çıxışdakı verilənlərin emal edilməsi ilə

icra edilir. Bu zaman bir tsiklik gecikmə baş verir.

Page 102: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

MN ölçülü kommutasiya edən matris N girişin üfuqi, M

çıxışın isə şaquli şinlərə birləşdirildiyi tordur (Şəkil 3.9).

Şəkil 3.9. Məkan kommutatoru matrisi

Torun qovşaqlarında kommutasiya edən elementlər

mövcuddur, belə ki, torun hər bir sütununda ən çoxu bir

element açıq ola bilər. MN olduqda kommutator hər bir

girişin ən azı bir çıxışla birləşdirilməsini təmin edə bilər, əks

halda kommutator bloklayıcı, yəni, istənilən girişin çıxışlardan

biri ilə birləşdirilməsini təmin etməyən kommutator adlanır.

Adətən giriş və çıxışlarının sayı eyni olan kommutatorlardan

istifadə edilir ( NN ).

Baxılan sxemin çatışmazlığı kvadrat matrisdə kommutasiya

edən elementlərin çox – 2N -yə bərabər olmasından ibarətdir.

Bu çatışmazlığın aradan qaldırılması üçün çoxpilləli

kommutatorlardan istifadə edilir. Məsələn, 6x6 ölçülü üçpilləli

kommutatorun sxemi Şəkil 3.10-da göstərilmişdir.

Page 103: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Şəkil 3.10. Üçpilləli məkan kommutatorunun sxemi

Girişlərin bloklaşdırılmasının olmaması üçün zəruri şərt

12 nk bərabərsizliyinin ödənməsidir. Burada, k aralıq

kaskaddakı, p

Nn , p isə giriş kaskadındakı blokların sayıdır.

Şəkil 3.10-da göstərilmiş sxemdə bu şərt ödənilmədiyindən

bloklaşdırma mümkün deyil. Məsələn, a1-d1 birləşdirməsini

icra etmək tələb olunduqda və əvvəlcədən a2-b2-c4-d3, a3-b3-

c1-d2 birləşdirmələri kommutasiya edildikdə, a1 üçün b1, c3

və c5 şinləri açıq olur, lakin, onlar d1-ə açılmırlar.

Çoxpilləli kommutatorlarda dəyişdirici elementlərin sayı

gecikmənin bir qədər azalması hesabına ciddi şəkildə azalır.

Belə ki, 1000x1000 ölçülü birpilləli kommutatorun n=22 və

k=43 olmaqla üçpilləli kommutatorla əvəz edilməsi zamanı

dəyişdiricilərin sayı 610 -dan 2·46·22·43 + 43·46·46-a qədər,

təxminən 610186,0 -a qədər azalır.

İkinci səviyyəli kommutatorlardan (kanal səviyyəsi) və

üçüncü səviyyəli kommutatorlardan (şəbəkə səviyyəsi) istifadə

edilir. İkinci səviyyəli kommutatorlara və ya körpülərə malik

şəbəkələr genişverilişli axına meylli olurlar, belə ki, ötürmə

Page 104: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

zaman paketlər kommutatorlar vasitəsilə əlaqələndirilmiş bütün

alt şəbəkələrə ünvanlanırlar. Hər hansı qovşaq səlahiyyəti

olmadan paket generasiya etməyə başladıqda şəbəkə paketlərlə

dola bilər. Bu cür axının mənfi təsirini azaltmaq üçün şəbəkəni

alt şəbəkə qruplarına ayırırlar və qruplar çərçivəsində ötürmə

həyata keçirilir. Üçüncü səviyyəli kommutator qrupları ayırır

və paketi özündən yalnız onun başqa qrupdan olan alt şəbəkə

üçün nəzərdə tutulması halında buraxır.

Kommutatorların əsas xarakteristikaları filtrasiya sürəti və

paketlərin kommutatorda irəliləmə sürəti, vahid zamanda

kommutatorların portları vasitəsilə ötürülən informasiyanın

miqdarı ilə ölçülən keçiricilik qabiliyyəti və kadrın

kommutatorda gecikməsidir.

Müasir kommutatorlarda filtrasiya zamanı tipik gecikmə

qiymətləri (paket cari alt şəbəkədə qalır) 10...40 mksan

intervalında, paketlərin irəliləməsi zamanındakı gecikmə isə

(paket kommutatorla başqa alt şəbəkəyə ötürülür) 50...200

mksan intervalında yerləşir. Kadrın buferdən silinməsi onun

cari alt şəbəkədə qalması halında baş verir. Bu halda həmçinin

vahid zamanda kommutator tərəfindən filtrdən keçirilən

paketlərin sayı (adətən minimal uzunluğu) ilə ölçülən filtrasiya

sürəti parametri də istifadə edilir. Kadr başqa alt şəbəkəyə

ötürüldükdə kadrların irəliləmə sürəti parametri tətbiq edilir.

Kommutatorda gecikmə ünvan cədvəllərinə baxış, kadrın

buferdən silinməsi və ya çıxış portunun alt şəbəkələrinə

müraciəti gözləməklə başqa porta keçirilməsi daxil olmaqla

kadrın emalına və buferizasiyaya vaxt sərfiyyatı ilə təyin

olunur.

Kabelli lokal hesablama şəbəkəsi sistemində şaquli və üfuqi

alt sistemlərdən istifadə edilir. Üfuqi alt sistem adətən binanın

bir mərtəbəsini tutur və konsentratorları, eləcə də iş yerlərində

rozetkalarla burulmuş cütlərin (koksial kabellərdən və ya optik-

lifli əlaqə xətlərindən nadir hallarda istifadə edilir) köməyi ilə

birləşdirilən şkafları əhatə edir. Burulmuş cütlərin hab portuna

Page 105: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

və ya kompüterə qoşulması üçün RJ-45 tipli qurğudan istifadə

edilir.

Şaquli alt sistem ayrı-ayrı mərtəbələrdəki şkafları optik-lifli

əlaqə xətlərinin və ya qalın koksial kabelin köməyi ilə

birləşdirən mərkəzi şkafdan ibarətdir.

3.10. İnfiniband

İnfiniband(IB) – iki istiqamətli birləşməyə malik ardıcıl

yüksək sürətli verilənləri ötürmə xəttidir. Texnoloji prosesin

avtomatlaşdırılmış idarəetmə sistemindəki lokal şəbəkələrdə

sahə şini kimi, çox prosessorlu hesablama sistemlərində isə

EHM-lərin periferik qurğularla birləşdirilməsi üçün istifadə

edilir.

Naqillərin sayı və beləliklə də, verilənləri ötürmə sürətləri

ilə fərqlənən IB variantları mövcuddur. Baza variantı dörd

naqillidir, sürət isə 2,5 Hbit/san-dir. 16 naqilli halda isə sürət

10 Hbit/san olur. IB şəbəkələrinin qurulması üçün xüsusi

avadanlıqlar – şəbəkə adapterləri, kommutatorlar, bəzən isə

marşrutizatorlar tələb olunur.

3.11. PCI Express

PCI Express(PCIe, PCI-E və ya 3GIO for 3rd Generation

I/O kimi də işarə olunan) PCI şininin proqram modelindən

istifadə edən ardıcıl kompüter şini və verilənlərin ardıcıl

şəkildə ötürülməsinə əsaslanan yüksək məhsuldarlıqlı fiziki

protokoldur.

Verilənləri ötürmək üçün ümumi şindən istifadə edən PCI

şinlərindən fərqli olaraq, PCI Express, ümumi halda ulduzvari

topologiyaya malik olan paket şəbəkəsidir, PCI Express

qurğuları öz aralarında kommutatorların yaratdığı mühit

vasitəsilə əlaqə saxlayırlar və bu zaman hər bir qurğu

Page 106: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

kommutatorla nöqtə-nöqtə tipli birləşdirmə üsulu ilə birbaşa

şəkildə əlaqələndirilir.

PCI Express standartı Intel firması tərəfindən Infiniband

şinlərindən imtina edildikdən sonra yaradılmışdır. İlk PCI

Express baza spesifikasiyası rəsmi şəkildə 2002-ci ilin iyul

ayında təqdim edilmişdir.

PCI Express şini yalnız lokal şin kimi istifadə edilmək üçün

nəzərdə tutulmuşdur. PCI Express proqram modeli çox şeyi

PCI-dən qəbul etdiyindən mövcud sistemlər və kontrollerlər

proqram təminatının təkmilləşdirilməsi aparılmadan yalnız

fiziki səviyyənin əvəzi olaraq PCI Express şinlərindən istifadə

üçün təkmilləşdirilə bilərlər. PCI Express şininin yüksək

məhsuldarlığı ondan AGP şininin, xüsusən də PCI və PCI-X

şinlərinin əvəzində istifadə etməyə imkan verir.

PCI Express şinlərində yüksək sürət PCI tezliyi ilə

müqayisədə daha böyük tezliyin köməyi ilə (ardıcıl xətdə

tezliyi artırmaq paralel xətlə müqayisədə daha asandır) və ya

kanalda xətlərin sayının artırılması ilə əldə edilir. PCI Express

x16 interfeysi 16 PCI Express xətlərini birləşdirir və ümumi

keçiricilik qabilliyyətinin 4 Qbayt/san olmasını təmin edir (bir

istiqamətdə).

3.12. Virtual lokal hesablama şəbəkələri

Adətən qovşaqların alt şəbəkələrdə paylanması territorial

əlamət üzrə həyata keçirilir. Lakin, bu zaman bir-biri ilə

funksional baxımdan zəif əlaqəyə malik olan qovşaqların bir alt

şəbəkədə birləşdirilməsi mümkündür. İnformasiyanın

mühafizəsi və trafikin idarə edilməsi ilə əlaqədar problemlər

meydana çıxır. Ona görə də, qovşaqların funksional əlamət

üzrə bölüşdürülməsinə üstünlük verilir, belə ki, şəbəkənin

administratoru funksiyalarının və ya mövqelərinin dəyişməsi

halında qovşaqların yenidən kommutasiyasını həyata keçirmək

Page 107: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

imkanına malik olmalıdır. Virtual lokal hesablama

şəbəkələrində bu cür imkanlar mövcuddur.

Virtual lokal hesablama şəbəkəsi – qovşaqların territorial

əlamət üzrə deyil, funksional əlamət üzrə qruplaşdırıldığı lokal

şəbəkədir. Bunun üçün hər bir alt şəbəkənin öz identifikatoru

olur, hər bir identifikatora şəbəkənin müəyyən kommutator

portları uyğun gəlir. İdentifikator kadrın başlığında göstərilir

(kadrın strukturu IEEE 802.1Q standartına uyğun gəlir) və

buna görə də, kommutator kadrı lazımi alt şəbəkəyə

yönləndirir. Şəbəkənin administratoru xüsusi proqram

təminatının köməyi ilə şəbəkənin strukturunu idarə edə

(portları yenidən kommutasiya edə) bilər.

Virtual lokal şəbəkədə qrup ünvanları yalnız öz alt

şəbəkələri çərçivəsində fəaliyyət göstərirlər. Şəbəkələrin bir-

birindən bu cür təcrid edilməsinə əsasən genişyayımlı axınla

mübarizənin zəruriliyi səbəb olmuşdur.

Adi lokal hesablama şəbəkələrində kompüterin bu və ya

digər alt şəbəkəyə aid edilməsi portların yenidən fiziki

kommutasiyası ilə əlaqədar idisə, vurtual lokal şəbəkələrdə bu,

proqram vasitəsilə həyata keçirilir. Bunun üçün qruplaşdırılmış

portlar və MAC-ünvanlar göstərilməlidir. Birinci yol daha

asandır, lakin, bu zaman bir alt şəbəkənin bütün qovşaqlarının

bir kommutatorun portlarına birləşdirilməsi tələb olunur, belə

ki, əks halda hər bir alt şəbəkənin kommutatorlarının bir-biri ilə

əlaqə saxlaması üçün nəzərdə tutulmuş portları ayırmaq lazım

olur.

Page 108: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Fəsil 4. Şəbəkə və nəqliyyat protokolları

4.1. TCP/IP protokolunda ünvanlaşma

İki tip ünvan mövcuddur. Kanal səviyyəsində fiziki, lokal

ünvanlardan və yaxud MAC-ünvanlardan istifadə edilir. Bunlar

kontrollerlərin yaradıcıları (hər bir yaradıcı lisenziyası ilə

unikal ünvanlar diapazonu əldə edir) tərəfindən təmin edilən

altı baytlıq şəbəkə sxemi ünvanlarıdır. MAC-ünvanlar kompakt

olsalar da, insanın qəbul etməsi baxımından əlverişli deyillər.

Bundan əlavə, şəbəkə sxemi dəyişdikdə MAC-ünvan da

dəyişir, lakin, istifadəçinin müvafiq dəyişikliklərdən asılı

olmayan ünvana sahib olması arzuolunandır.

Ona görə də, şəbəkə səviyyəsində şəbəkə ünvanlarından, əks

halda isə virtual və ya məntiqi ünvanlardan istifadə edilir.

Şəbəkə səviyyəsinə daxil olan kadr başlıqlı paketə daxil edilir

və burada göndərənlə qəbul edənin şəbəkə ünvanları göstərilir.

Bu ünvanlar iyerarxik struktura malikdirlər, onlar üçün rəqəmli

və hərfli ifadələr mövcuddur. İnternetdə bu ifadələr, müvafiq

olaraq, IP-ünvanlar və IP-adlar adlanırlar.

IP-protokolun dördüncü versiyasında (IPv4) IP-ünvan –

şəbəkənin ünvanının və kompüterlərin (hostun – şəbəkə

qovşağının) yerlərini göstərən ünvanlarının unikal

məcmusudur. Ad istifadəçini xarakterizə edir. O, adların

domen sistemi əsasında tərtib edilir. Hostun IP-ünvanı və IP-

adı arasındakı uyğunluq xüsusi ad xidməti vasitəsilə müəyyən

edilir. İnternetdə bu, DNS (Domain Name Service), ISO-da

X.500 standartıdır.

Page 109: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Şəkil 4.1. DNS-in köməyi ilə IP-ünvanın təyin edilməsi

Eyni zamanda domen adı adlanan IP-ad qovşağın və ya

şəbəkənin insan üçün əlverişli olan adıdır. Ad qlobal

şəbəkələrin iyerarxik quruluşunu əks etdirir və buna görə də,

bir neçə hissədən ibarət olur (adi poçt ünvanlarına analoji

olaraq). İyerarxiyanın kökü ya ölkəni, ya da bilik sahəsini

göstərir, məsələn, ru – Rusiya, us – ABŞ, de – Almaniya, uk –

Böyük Britaniya, edu – elm və təhsil, com – kommersiya

təşkilatı, org – qeyri-kommersiya təşkilatı, gov – dövlət

təşkilatı, mil – hərbi idarə, net – İnterneti dəstəkləmə xidməti

və s. IP-ünvanda kök sağ hissədə yerləşir, sol tərəfə isə ünvanın

lokal hissəsi yazılır və @ simvolu qarşısında istifadəçinin poçt

qutusunun adı qeyd edilir. Belə ki,

[email protected]ısı ru ölkəsində bmstu

təşkilatının rk6şöbəsindəki norenkov istifadəçisini göstərir.

IPv4 protokolunda IP-ünvan nöqtələrlə ayrılmış dörd hissə

şəklində (baytlarla) yazılan 32 bitlik sözdür. Hər bir şəbəkə və

şəbəkə qovşağı müəyyən nömrəyə malik olur, belə ki, birdən

üçə qədər böyük baytlar şəbəkə üçün, qalan baytlar isə

qovşağın nömrəsi üçün (qeyd edək ki, IP-ünvanları olan şəbəkə

qovşaqları host adlanırlar) istifadə edilirlər.

server

Page 110: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Böyük bitlərin qiymətləri ilə fərqlənən (Şəkil 4.2) A, B, C,

D ünvan siniflərindən istifadə edilir. A sinfində böyük bit sıfıra

bərabərdir, böyük bitin qalan bitləri isə şəbəkənin nömrəsi

üçün ayrılmışdır. Beləliklə, A sinfindəki müxtəlif şəbəkə

ünvanlarının sayı 12827 -ə bərabərdir. B sinfində böyük

bitlər 10-a bərabərdir, şəbəkənin ünvanı üçün iki böyük baytda

14 bit ayrılmışdır, yəni, burada 16384214 şəbəkə ünvanı

mövcuddur. C və D siniflərində böyük bitlər, müvafiq olaraq

110 və 1110-a bərabər olur. C sinfində şəbəkələr üçün daha

böyük ünvan sahəsi vardır – 212 , lakin, qovşaqların ünvanı

üçün cəmi bir bayt ayrılmışdır. D sinfi qrupşəkilli göndərmələr

zamanı adresasiya üçün tətbiq edilir. Kiçik baytlar alt

şəbəkələrin və alt şəbəkələrdəki qovşaqların adresasiyası üçün

istifadə edilirlər. IP-ünvanın hansı hissəsinin alt şəbəkəyə,

hansı hissəsinin qovşağa aid olması müvafiq bitləri ayıran

maska vasitəsilə təyin olunur. Bu qayda ilə şəbəkələrin

iyerarxiyası müəyyən edilir.

Şəkil 4.2. IP-şəbəkələrdə ünvanların strukturu

Qeyd etmək lazımdır ki, hər şəbəkədə ona aid olan bütün

ünvanlar istifadə edilmirlər. Belə ki, C ünvan sinfinə malik

olan şəbəkədə N qovşaq varsa, 256-N ünvan istifadə edilmir.

Ona görə də, şəbəkənin ünvanı üçün 8-ə bölünməyən sayda bit

ayırmaq razılaşdırılmışdır. Bu halda IP-ünvanın şəbəkənin

Page 111: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

ünvanı üçün ayrılmış hissəsi maskanın köməyi ilə təyin olunur

və müasir marşrutizatorlarda bu maskanın marşrutizasiya

cədvəllərində verilməsi nəzərdə tutulmuşdur. Bu yanaşma

yalnız ünvan sahəsinə qənaət etməyə yox, eyni zamanda

marşrutizasiya cədvəllərinin ölçülərini azaltmağa imkan verir.

Yeni hostların şəbəkəyə qoşulması zamanı ünvanları

telekommunikasiya xidmətləri göstərən və provayder adlanan

təşkilat verir. Provayder, xüsusi halda, IP-ünvanın və ona

uyğun gələn IP-adın DNS ünvanlarının xidmət serverinə əlavə

edilməsini təmin edir. Bu, host haqqında verilənlərin DNS

lokal qovşağının DIB-inə (Directory Information Base)

yazılması deməkdir.

Marşrutizasiya zamanı ad DNS serverlərin köməyi ilə

ünvana keçirilir. Şəbəkədə marşrutizasiya IP-ünvanlar üzrə

aparıldığından istifadəçinin göstərdiyi IP-adın DNS vasitəsilə

IP-ünvana keçirilməsi mütləqdir.

İnternetdə marşrutizasiya iyerarxiya prinsipi əsasında təşkil

edilmişdir. Lokal və korporativ şəbəkə səviyyələri, hər birində

vahid marşrutizasiya protokol və alqoritmləri istifadə edilən

marşrut domenləri, hər biri müəyyən assosiasiyaya uyğun gələn

və vahid idarəedici başlanğıca malik olan administrativ

domenlər mövcuddur. Marşrut domenlərində digər marşrut

domenləri və administrativ domenlərlə əlaqə üçün xarici

marşrutizatorlar olur.

Müəyyən qovşaq tərəfindən İnternetə müraciət (məsələn,

wwwcdl.bmstu.ru-dan http://www.intel.com ünvanı üzrə)

aşağıdakı şəkildə baş verir.

Əvvəlcə IP-ad IP-ünvana keçirilir. Bunun üçün yerli serverə

(bmstu) müraciət edilir və orada şəbəkə təyinatı haqqında

məlumat yoxdursa, daha yüksək səviyyədən olan növbəti

serverə (ru) və beləcə iyerarxiya üzrə hostun IP-ünvanını əldə

edənə qədər sonrakı serverlərə keçilir. İnternetdə kök serverlər

nisbətən azdır, səviyyələrin sayı isə çox ola bilər. Müəyyən

zaman aralığından sonra server hər bir zonada (alt ağacda)

Page 112: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

ikiləşir, onun məzmunu isə təkrarlanır. Yerli DNS-serverə

uzaqdakı domenlərdən tez-tez müraciət olunarsa, bu serverdə

həmin domenlərin hostlarının IP-ünvanları haqqında məlumat

ola bilər.

Göndərən qovşaq IP-ünvanı əldə etdikdən sonra öz

şəbəkəsinin (alt şəbəkəsinin) nömrəsini şəbəkənin qəbul edən

qovşağın IP-ünvanında paketin başlığında göstərilmiş nömrəsi

ilə müqayisə edir.

Nömrələr üst-üstə düşdükdə göndərən qovşaq yaddaşında

olan ARP-cədvəllərin köməyi ilə IP-ünvanı paketin kanal

səviyyəsi vasitələri ilə ötürüldüyü MAC-ünvana keçirir. ARP-

cədvəldə lazımi MAC-ünvana malik sətirlər olmadıqda

şəbəkələr genişzolaqlı olur və şəbəkənin bütün qovşaqları

arasında ARP-sorğu yayılır. Bütün qovşaqlar bu sorğunu

açsalar da, yalnız sorğuda göstərilmiş IP-ünvana malik olan

qovşaq öz MAC-ünvanı ilə cavab verir. Bundan sonra paket

ünvana göndərilir, eyni zamanda tapılmış MAC-ünvanın

göstərildiyi sətir göndərən qovşağın ARP-cədvəlinə daxil

edilir.

Şəbəkələrin nömrələri üst-üstə düşmədikdə paket

marşrutizatora – cari alt şəbəkəyə nəzərən kənarda olan

şəbəkələrlə əlaqə yaradan qurğuya göndərilir. Marşrutizator öz

marşrutizasiya cədvəlinin köməyi ilə paketi hansı portunun

köməyi ilə göndərəcəyini müəyyən edir.

Qeyd etmək lazımdır ki, marşrutizatorun hər bir portunun

IP-ünvanı var və o, müəyyən şəbəkəyə məxsusdur. Müəyyən

A marşrutizatorunun marşrutizasiya cədvəlində adətən

şəbəkənin B ünvanı və növbəti marşrutizatorun ünvanı (daha

dəqiq desək, onun portunun E ünvanı) göstərilir. A

marşrutizatorunun çıxış portunun F ünvanı birbaşa E ünvanı

ilə göstərilir, belə ki, E və F ünvanları eyni şəbəkəyə aiddir.

Yuxarıda qeyd edildiyi kimi, İnternetdə qovşaqların sayının

artması IP-protokolun IPv6 versiyasının (IPv6 protokoluna

Page 113: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

malik TCP/IP şəbəkəsi Internet-2adlanır) meydana çıxmasına

səbəb olmuşdur.

IPv6protokolunda ünvanın ölçüsü 128 bitə qədər

artırılmışdır. Ünvanlar şəbəkənin iyerarxik strukturunu əks

etdirirlər, bundan əlavə, individual və ya qrupşəkilli ola

bilərlər. İndividual ünvan aşağıdakı struktura malikdir

(mötərizələrdə müvafiq sahələrin ölçüləri bitlərlə

göstərilmişdir):

FP=001 – ünvanın tipini göstərən prefiksdir, hazırkı halda

ünvan individualdır (3, ümumi halda 8);

TLA – iyerarxik strukturda yuxarı səviyyənin

identifikatorudur (8...13), adətən provayderin identifikatoru

olur;

RES – ehtiyatda saxlanmış sahə (8);

NLA – orta səviyyənin identifikatorudur (32), adətən

korporativ şəbəkənin (abonentin) identifikatoru olur;

SLA – aşağı səviyyənin identifikatorudur (16), adətən

korporativ şəbəkənin alt şəbəkələri olur;

ID – qovşağın altı baytlıq MAC-ünvan şəklində göstərilən

identifikatorudur (48).

Qrupşəkilli ünvanlar qovşaq qruplarına verilir. Qrupa

ünvanlanmış məlumat qrupun hər bir üzvünə çatdırılır.

IPv6 və IPv4 protokollarının birgə istifadəsi keçid dövründə

mümkün olur. Xüsusi halda IPv4 ünvanları IPv6 başlığında

sonuncu 32 bitin yerində yazılır, əvvəlki 96 bit isə sıfırlarla

doldurulur.

IPv6 protokolunda IP-başlıq 40 baytdan ibarət olur və

aşağıdakı sahələri əhatə edir:

Protokolun versiyası (4)

Prioritet (4)

Xidmət parametrləri (24)

Paketin uzunluğu (16)

Protokolun tipi (8)

Növbəti başlığın tipi (8)

Page 114: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Keçidlərin sayı ilə əlaqədar limit (8)

Göndərənin ünvanı (128)

Alanın ünvanı (128)

IPv6 paketində əsas başlıqdan sonra əlavə, istifadəçiyə bu

və ya digər xidməti informasiyanın, məsələn, kodlaşdırma və

ya fraqmentasiya üsulları haqqında məlumatın verilməsi üçün

istifadə edilən başlıq gələ bilər. Keçidlərin sayı ilə əlaqədar

limit deytaqramlara gedən yolda marşrutizatorların icazə

verilən maksimal sayını göstərir. Bu sayın artması paketin ləğv

edilməsinə gətirib çıxarır.

4.2. Marşrutlaşma

Marşrutlaşmanın məqsədi – paketlərin effektivliyin

maksimallaşdırılması ilə təyinat üzrə çatdırılmasından

ibarətdir. İlk növbədə effektivlik məlumatların çatdırılma

vaxtlarının məcmusu ilə ifadə olunur. Marşrutlaşma paketlərin

marşrutlayıcılarda hərəkətinin istiqamətinin müəyyən

edilməsinə yönəlmişdir. Marşrutlayıcılarda mümkün

istiqamətlərdən birinin seçilməsi şəbəkənin cari

topologiyasından (o, müəyyən qovşaqların müvəqqəti də olsa,

sıradan çıxması səbəbindən dəyişə bilər), kommutasiya

qovşaqlarında növbələrin uzunluğundan, giriş axınlarının

intensivliyindən və s. asılıdır.

Marşrutlayıcı istiqamətlərin seçilməsi haqqında qərar qəbul

etmək üçün şəbəkənin cari vəziyyəti haqqında məlumata malik

olmalıdır. Bu informasiya marşrutlaşma alqoritmlərinin köməyi

ilə alınmalı və emal edilməli, marşrutlayıcının yaddaşında

marşrutlaşma cədvəlləri şəklində saxlanmalıdır.

Marşrutlaşma alqoritmləri aşağıdakı proseduraları əhatə

edir:

Şəbəkə parametrlərinin qiymətləndirilməsi

Xidməti informasiyanın göndərilməsi haqqında qərarın

qəbul edilməsi

Page 115: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Marşrutlaşma cədvəlinin hesablanması

Qəbul edilmiş marşrutlaşma qərarlarının reallaşdırılması

Marşrutlaşma alqoritmlərinin bir neçə tipi var. Qeyd edilmiş

alqoritmlərdə marşrutlar haqqında informasiya şəbəkə

administratorunun marşrutlayıcının yaddaşına yazılır. Təsadüfi

alqoritmlərdə paketlərin göndərilmə istiqamətinin seçilməsi

(çıxış portunun seçilməsi) təsadüfi xarakter daşıyır. Dolayı

marşrutlaşma alqoritmlərində paket bütün mümkün

istiqamətlərə ötürülür ki, bu da cari paketin çatdırılmasını

yalnız yüklənmənin kiçik olduğu hallarda sürətləndirir.

Əsasında adaptiv marşrutlaşma protokollarının – RIP (Routing

Information Protocol) və OSPF (Open Shortest Path First)

protokollarının yaradıldığı adaptiv marşrutlaşma alqoritmləri

çox populyardır.

Birləşdirmə aparmadan şəbəkə protokollarının

reallaşdırılması zamanı marşrutlayıcı hər bir gələn deytaqram

üçün onun yönəldiləcəyi çıxış portunu müəyyən edir, buna bir

qədər vaxt sərf edilir və buna görə də, verilənlərin

ötürülməsində gecikmələr artır. Marşrutun birləşdirmənin

yaradılması ilə hesablandığı və mənbənin hesablanmış

marşrutun identifikatorunu paketlərin başlıqlarında göstərdiyi

mənbədən marşrutlaşma üsulunda gecikmələr kiçik olur.

RIP protokolu Bellman-Ford alqoritminə əsaslanır və əsasən

şəbəkə iyerarxiyasının aşağı səviyyələrində istifadə edilir.

Şəbəkədə istənilən dəyişiklik haqqında informasiya RIP

alqoritmində dalğa, OSPF metodu ilə işləyən şəbəkələrdə isə

axın şəklində ötürülür.

RIP alqoritmi ilə işləyən hər bir marşrutlayıcı periodik

olaraq bütün tanıdığı marşrutlayıcılarla əlaqələri haqqında

məlumatı şəbəkədə ötürür. Məsələn, müəyyən A

marşrutlayıcısının əlaqə üçün açıq olması ona qədər olan

məsafə və növbənin uzunluğu (və ya A marşrutlayıcısında olan

bufer yaddaşının həcmi) ilə xarakterizə olunur. Sürətin az

Page 116: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

olmasına baxmayaraq, nisbətən kiçik miqyaslı şəbəkələr üçün

Bellman-Ford alqoritmi tamamilə münasibdir.

Bellman-Ford alqoritmi DVA (Distance Vector Algorithms)

alqoritmlərinə aiddir. DVA alqoritmlərində dRa relyefi ka

qovşağından d qovşağına qədər olan ən qısa məsafənin

qiymətidir. Bu qiymət (şərti olaraq onu məsafə adlandıraq)

çatdırılma vaxtı, çatdırılmanın etibarlılığı və ya cari

marşrutdakı kommutasiya qovşaqlarının sayı ilə ifadə edilə

bilər. a qovşağının marşrutlaşma cədvəlində qalan

qovşaqlardan hər birinə aşağıdakı informasiyalardan ibarət olan

bir sətir ayrılır:

Təyinat qovşağı

Ən qısa yola uyğun gələn ən yaxın qovşağın N nömrəsi

Ən qısa yolun uzunluğu

Şəkil 4.3. RIP marşrutizasiya üsulunun izahı

Məsələn, şəkildə a qovşağında d üçün jddN )( , dRa

olur.

Tutaq ki, marşrutda dRak gecikməsi a -dan d -yə qədər k

qovşağı vasitəsilə elə dəyişib ki, dRaj -dən kiçik olub. Onda

a qovşağının marşrutlaşma cədvəlinin d sətrində dRa

Page 117: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

korrektə edilir, k -da dN dəyişir və bundan əlavə, a

qovşağının bütün qonşularına dəyişdirilmiş dRa haqqında

məlumat göndərilir. Məsələn, müəyyən l qonşu qovşağında

aRdRdR lala qiyməti dəyişir. Marşrutlaşma

qovşaqlarında marşrut informasiyasının korrektə edilməsi üçün

iterasiya prosesi yaranır.

Territorial şəbəbələrdə OSPF protokolunu tətbiq etmək

daha əlverişlidir. O, hər bir marşrutlayıcıda bütün şəbəkənin

vəziyyəti haqqında məlumatdan istifadə etməyə əsaslanır.

OSPF protokolunun əsasında qraflarda ən kiçik yolun

axtarılması ilə əlaqədar Deykstr alqoritmi durur. Bu zaman

şəbəkə – qovşaqların marşrutizatorlara, tillərin isə əlaqə

kanallarına uyğun gəldiyi qrafla modelləşdirilir. Şəkil 4.4-də

göstərilmiş qrafın a qovşağında marşrut cədvəlinin tərtib

edilməsinə tətbiq edilən Deykstr iterasiya alqoritminə baxaq.

Şəkil 4.4. OSPF alqoritmi ilə marşrutizasiyaya misal

a qovşağından müəyyən i qovşağına qədər olan ən qısa

məsafəni iR ilə işarə edək. Qovşaqları üç qrupa ayırmaq olar:

1) iR -nin artıq hesablandığı daimi qovşaqlar; 2) müəyyən

aralıq iR qiymətinin alındığı aktiv qovşaqlar; 3) hələ iterasiya

prosesinə cəlb edilməmiş passiv qovşaqlar. Cədvəl 4.1-də

ardıcıl iterasiyalarda alınmış iR qiymətləri verilmişdir.

Page 118: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

İterasiya prosesi a qovşağının daimi qovşaqlar qrupuna aid

edilməsi ilə başlayır. Daha sonra isə a ilə qonşu olan

qovşaqlar müəyyən edilir. Bunlar aktiv qovşaqlar qrupuna aid

edilən b və c qovşaqlarıdır. Aktiv qovşaqlar qrupuna

daxiletmə cədvəldə aktiv qovşağın məsafəsinin qiyməti ilə

yanaşı bu addımda daimi qovşaqlara aid edilən qovşağın adının

da yazılması ilə müəyyən edilir. Belə ki, b və c qovşaqları

üçün 3bR və 1cR məsafələri təyin edilir və onlar üçün

cədvəldə a qovşağı qeyd olunur. Növbəti addımda minimal

qiymətə malik olan qovşaq (bizim misalda bu, с qovşağıdır)

daimi, onunla qonşu olan qovşaqlar isə aktiv qovşaqlar

qrupuna aid edilir, onlar üçün 8dR və 13fR məsafələri

təyin edilir və onlar с simvolu ilə işarə edilirlər. Bundan sonra

nümunə qovşaqlar arasında b qovşağı minimal qiymətə malik

olur, o, daimi qovşaqlar qrupuna, e qovşağı isə nümunə

qovşaqlar qrupuna aid edilir, b qovşağı ilə qonşu olan bütün

nümunə qovşaqlar üçün qiymətlər hesablanır. Bu, xüsusi halda,

d qovşağının qiymətinin 8-dən 5-ə qədər azalmasına gətirib

çıxarır. Azalma aktı qeyd edilir (bu, cədvəl 3-də, ilk növbədə

mötərizələrlə, ikinci növbədə isə d qovşağında с nişanının b

nişanı ilə əvəz edilməsi ilə göstərilir). Yeni qiymət əvvəlkindən

böyük olduqda o, nəzərə alınmır. Bu proses bütün qovşaqların

daimi qovşaqlar qrupuna aid olmasına qədər davam etdirilir.

Bundan sonra a qovşağından istənilən başqa X qovşağına və

ya X qovşağından a qovşağına qədər olan ən qısa yol məlum

olur. Bu, axırıncı X qovşağından başlamaqla, cədvəlin

sətirlərindəki qeydlərin ardıcıllığından ibarət olur. Belə ki,

nX qovşağı üçün n sətrində h qeydi, h sətrində g qeydi, g

sətrində d qeydi və s. olarsa, ən qısa yol nhgdba _____

olur.

Cədvəl 4.1

İterasiya 1 2 3 4 5 6 7 8 9 10

Page 119: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

3,

3 - - - - - - - -

1,

- - - - - - - - -

- 8,

{5,

}

- - - - - - -

- - 7,

7 7 - - - - -

- 13,

13

{7,

}

7 7 - - - -

- - - 6,

- - - - - -

- - - - 9,

9 9 - - -

- - - - - 11,

11 11 - -

- - - - - 17,

17

{12,

} 12 -

Daha bir marşrutlaşma protokolu – Cisco firması tərəfindən

işlənib hazırlanmış IGRP protokolu (Interior Gateway Routing

Protocol) tətbiq edilir. Bu protokol RIP alqoritminin analoqu

olsa da, onu aşağıdakı istiqamətlərdə inkişaf etdirir:

Müxtəlif metrikalar (məqsəd funksiyaları) mövcuddur;

Page 120: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Trafik metrikanın yaxın qiymətləri ilə bir neçə kanal üzrə

paylana bilər.

Cədvəl 4.1-də təsvir edilmiş şəbəkəyə oxşar şəbəkənin

bütün qovşaqlarının vəziyyəti haqqında məlumatlar

marşrutlayıcılar vasitəsilə xüsusi xidməti paketlərdə şəbəkədə

on dəqiqələrlə müddət ərzində ötürülürlər. Şəbəkənin

vəziyyətindəki dəyişikliklər haqqında məlumatlar daha tez-tez

– bir neçə saniyə intervallarla göndərilirlər.

4.3. Marşrutlayıcı

Mürəkkəb şəbəkələrdə alt şəbəkələri bir-biri ilə birləşdirmək

üçün körpü və kommutatorlar kifayət etmir. Bunun səbəbi bu

şəbəkələrin aşağıdakı xüsusiyyətləridir.

Birincisi, bu cür şəbəkələrdə, bir qayda olaraq, müxtəlif alt

şəbəkələr arasında bir neçə alternativ marşrut, başqa sözlə

desək, şəbəkənin topologiyasında dövr olur. Bu cür vəziyyətdə

körpü və kommutatorlar effektiv şəkildə işləyə bilmirlər.

İkincisi, bütün şəbəkələrdə kanal səviyyəsində eyni kadr

strukturu və MAC-ünvanlar sistemi tətbiq edilir, beləliklə,

körpü və kommutatorlar üçün nəzərdə tutulmamış struktur və

ünvanlar razılaşdırılmalıdırlar. Xüsusi halda onlar kadrların

fraqmentləşməsini həyata keçirə bilmirlər və birləşdirilən

şəbəkələrdə kadrların maksimal ölçüləri üst-üstə düşməlidir.

Üçüncüsü, kommutator və körpülərə malik şəbəkələr

genişyayımlı axına meyllidirlər.

Şəbəkə səviyyəsində meydana çıxan problemlərin həlli

yuxarıda qeyd edilmiş şəbəkə ünvanları konsepsiyasına və

marşrutlayıcıların istifadəsinə əsaslanır.

Marşrutlayıcı (router) – əksər korporativ və territorial

şəbəkələrin olduğu kimi budaqlanmış şəbəkələrdə verilənlərin

ötürülməsi üçün marşrutun seçilməsinə xidmət edən qarşılıqlı

əlaqə blokudur. Marşrutlayıcıların köməyi ilə körpülərdən

istifadə edilən zaman olduğu kimi yalnız kanal protokolları

Page 121: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

yox, həm də şəbəkə protokolları razılaşdırıla bilər.

Marşrutlayıcılar marşrutlaşma cədvəllərindən ibarət olurlar və

IP-ünvanların şəbəkə kontrollerlərinin MAC-ünvanlarına

uyğunluğu haqqındakı lokal cədvəllərdən ibarət olan

kommutatorlardan fərqli olaraq marşrutlaşma protokollarını

(üsullarını) realizə edirlər. Marşrutlayıcıların köməyi ilə

konturlu (iki qovşaq arasındakı birdən artıq əlaqə variantı ilə)

şəbəkə yaradıla bilər ki, bu da verilənləri ötürmə marşrutlarını

optimallaşdırmağa imkan verir. Marşrutlayıcı şəbəkə ünvanları

və marşrutlaşma cədvəlləri ilə işləyir, şəbəkənin vəziyyəti

haqqındakı informasiyanı emal edir və paketlərin marşrutlaşma

üsulları ilə hərəkəti üçün optimal marşrutu müəyyən edir.

Bu zaman kommutator sadəcə gələn paketin hansı portuna

istiqamətləndirilməli olduğunu müəyyən edir. Lazımi portun

müəyyən edilməsi kommutatorda olan MAC-ünvanların və

portların uyğunluğu cədvəli üzrə aparılır. Lakin, nəzərə almaq

lazımdır ki, mümkün olduqca marşrutlayıcıların əvəzinə

kommutatorlardan istifadə etmək şəbəkənin buraxıcılıq

qabiliyyətini artırmağa imkan verir.

Marşrutlayıcılar üçün gələn kadrlarla əlaqədar olan tipik

əməliyyatlar xarakterikdir (Şəkil 4.5). Əvvəlcə kanal

səviyyəsindən olan başlığın atılması yolu ilə kadrdan paket

çıxarılır. Bundan sonra paketin nəzarət cəminin və vaxtının

yoxlanılması, müvafiq şərtlərin ödənməməsi halında onun ləğv

edilməsi, marşrutlaşma alqoritmi üzrə marşrutun və şəbəkənin

vəziyyəti haqqında marşrutlaşma cədvəli şəklində göstərilən

verilənlərin müəyyən edilməsi, paketin kanal səviyyəli başlıq

əlavə etməklə çıxış portuna göndərilməsi mümkündür.

Page 122: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Şəkil 4.5. Marşrutlayıcılarda paketlər üzərində aparılan

əməliyyatlar

Marşrutlayıcılar adətən bir neçə porta, mərkəzi prosessora,

kontrollerlərə və bufer toplayıcılarına malik olur. Port

kontrollerləri gələn paketin təyinat ünvanını almaqla,

optimallıq kriteriyasının qiymətlərini müəyyən edir və bu

qiymətləri paketin ən kiçik optimallıq kriteriyasının uyğun

gəldiyi çıxış portunun buferinə göndərilməsi haqqında qərar

qəbul edən mərkəzi prosessora ötürür. Bu portun kontrolleri

paketə kanal səviyyəli başlıq əlavə etməklə onu şəbəkəyə

göndərir.

Şəbəkənin işinin əvvəlində və sonradan marşrutlayıcılar

müəyyən periodikliklə əsasında marşrutlaşma cədvəllərinin

hazırlandığı marşrut informasiyalarının mübadiləsini həyata

keçirirlər. İnformasiya dalğa şəklində ötürülür və böyük

şəbəkələrdə cədvəllərin yenilənməsi az sürətlə baş verə bilər.

Bu çatışmazlığı aradan qaldırmaq üçün şəbəkə hissələrə (OSPF

oblastlarına) ayrılır və informasiya mübadiləsi yalnız hissələr

arasında gedir. Bu zaman marşrutlaşma cədvəllərinin ölçüləri

də azalır. Hissələr bir-biri ilə körpülərin tipi əsasında işləyən

sərhəd marşrutlayıcıları vasitəsilə əlaqələndirilirlər.

Page 123: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Şlüz (gateway) – müxtəlif struktura və eyni olmayan

protokollara malik informasiya şəbəkələrinin birləşdirilməsinə

xidmət edən qarşılıqlı əlaqə blokudur. Şlüzlarda açıq

sistemlərin qarşılıqlı əlaqəsi üçün etalon modelin bütün yeddi

səviyyələri nəzərə alınmışdır. Şlüzlara misal olaraq, Ethernet

tipli lokal şəbəkələri IBM firmasının böyük maşınları arasında

əlaqə yaratmaq üçün istifadə edilən SNA şəbəkəsi ilə

birləşdirən qurğunu göstərmək olar. Çox vaxt şlüz dedikdə

yeganə xarici verilənləri ötürmə kanalına malik olan server

başa düşülür.

Vahid inzibati idarəetmə ilə birləşdirilən şəbəkələrin

məcmusu avtonom sistem adlanır (AS – Autonomous System).

Bir avtonom sistemin digəri ilə əlaqəsi marşrutlayıcı və ya şlüz

vasitəsi ilə həyata keçirilir. Bu cür marşrutlayıcı sərhəd

marşrutlayıcısı adlanır. Əlaqələndirilmiş avtonom sistemlərdən

ibarət daha mürəkkəb kombinasiya sərhəd marşrutlayıcısı

(şlüz) vasitəsilə xarici şəbəkələrə çıxışa malik olduqda

avtonom sistem kimi nəzərdən keçirilə bilər. Buradan çıxır ki,

qlobal şəbəkələrin strukturu iyerarxikdir.

Qarşılıqlı əlaqə bloklarına modemlər, ATM-axınları aralıq

şəbəkə paketlərinə çevirən ATM-konvertorlar (məsələn,

E3/T3), çox protokollu çeviricilər (məsələn, X.25-dən Frame

Relay-a və tərsinə), multipleksor və demultipleksorlar –

məlumatları TDM (müvəqqəti multipleksləşdirmə) kadrlarına

və tərsinə çevirmək üçün nəzərdə tutulmuş qurğular və s.

aiddir.

4.4. TCP protokolu

TCP protokolları (Transport Control Protocol) və IP

(Internet Protocol) – əsasında qlobal İnternet şəbəkəsinin

yaradılması səbəbindən hal-hazırda daha geniş şəkildə istifadə

edilən TCP/IP protokollar toplusunda, müvafiq olaraq,

nəqliyyat və şəbəkə protokollarıdırlar. TCP/IP-da fiziki

səviyyənin və kanal səviyyəsinin protokolları nizamlanmır və

Page 124: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

lokal hesablama şəbəkələri, T1/E1, ATM və s.

texnologiyalardan götürülürlər.

TCP/IP protokolları öz başlanğıclarını ilk territorial şəbəkə

olan ARPANET-dən götürüblər. Onların inkişafı RFC

(Requests For Comments) idarəedici sənədlərini buraxan IETF

(Internet Engineering Task Force) təşkilatı tərəfindən nəzarətdə

saxlanılır.

TCP – birləşmənin yaradıldığı dupleks nəqliyyat

protokoludur. Onun funksiyaları birləşmənin sonlarında

paketlərin yığılması və açılmasından, sorğu mübadiləsi və

birləşməyə razılığın verilməsi yolu ilə virtual kanalın

quraşdırılmasından, paketlərin ötürülməsinin düzgünlüyünə

nəzarətdən (qəbul edən qovşaq alınmış verilənlərin düzgün

olduğunu təsdiq edir), informasiya axınının idarə edilməsindən

(qəbuledici qovşaq pəncərələrin ölçüləri, qəbuledici qovşağın

qəbul etməyə hazır olduğu paketlərin nömrələrinin daxil

olduğu diapazon haqqında məlumat verir), təcili verilənlərin

xüsusi göstəricilər arasında yerləşməsindən ibarətdir.

TCP-də birləşməyə xidmət edən xüsusi proqram təminatı

olur. Xüsusi halda, bu, hər zaman işləməyə hazır olan və sorğu

gəldiyi zaman yaradılan birləşməyə xidmət göstərmək üçün öz

surətini yaradan proqram ola bilər, bu zaman baza proqram

yeni sorğuları gözləyir.

Dupleks ötürmə zamanı birləşmə sxemi aşağıdakı kimidir:

birləşmə təşəbbüsçüsü öz əməliyyat sisteminə müraciət edir,

sistem isə cavabında protokol portunun nömrəsini və seqmenti

qəbuledici qovşağa göndərir. O, sorğunun alındığını təsdiq

etməli və əks birləşmənin yaradılması üçün öz seqment-

sorğusunu göndərməlidir (belə ki, dupleks birləşmədən söhbət

gedir). Təşəbbüsçü əks birləşmənin yaradıldığını təsdiq

etməlidir. Birləşmə üçün üç addımlı prosedura (handshake)

əldə edilir. Bu mübadilə zamanı partnyorlar məlumatın gəldiyi

verilən axınlarında prB və eksB baytlarının nömrələri haqqında

məlumat verirlər. Qarşı tərəfdə deytaqramların ötürülməsi üçün

Page 125: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

şəbəkə səviyyəsində reallaşdırılan sinxronizasiya

mexanizminin təmin edildiyindən bir vahid böyük vəziyyətdə

sayğaclar quraşdırılır. Ötürmə üçün pəncərə rejimindən istifadə

edildiyindən qovşaqlar arasında duzP və eksP pəncərələrinin

mümkün ölçüləri mübadilə edilir. Birləşmə təmin edildikdən

sonra mübadilə başlayır. Bu zaman protokol portlarının

nömrələri paketin başlığına daxil edilir. Ayrılma tərsinə

aparılır.

Şəkil 4.6. Üç addımlı birləşdirmə prosedurası

TCP-paketin strukturu (bitlərin sayı mötərizədə verilmişdir)

şəkil 4.6-da təsvir edilmişdir və aşağıdakı siyahını əhatə edir:

Vericinin portu (16);

Qəbuledicinin portu (16);

Məlumatdakı mövqelərin kodu, seqmentin verilənlər

sahəsindəki birinci baytın nömrəsi;

Hələ təsdiq edilməmiş baytlardan birinci baytın (32)

nömrəsi şəklində təsdiq etmə;

İdarəetmə (16);

Pəncərənin ölçüsü (16) yəni, təsdiqin qəbul edilməsindən

əvvəl göndərilə bilən baytların sayı (pəncərənin ölçüsü

Page 126: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

qəbulun təsdiq edilməsi seqmentlərində qəbul edəni

göstərir);

Nəzarət cəmi (16);

Əlavə xüsusiyyətlər, məsələn, ötürmənin təcililiyi (16);

Funksiyalar (24);

Doldurucu (8);

Verilənlər.

Vericinin portu Qəbuledicinin portu

Seqmentin başlanğıcı (1-ci baytın nömrəsi)

Təsdiq (gözlənilən ünvan)

İdarəetmə Pəncərənin ölçüsü

Nəzarət kodu Əlavə əlamətlər (nişanlar)

Funksiyalar

Verilənlər

Şəkil 4.7. TCP-seqmentin strukturu

TCP protokolu bayt yönümlü protokoldur yəni, konkret

məlumatın ötürülən seqmentinin hər bir baytı unikal nömrəyə

malikdir.

Ötürmə yalnız bir istiqamətdə həyata keçirilirsə, başlıqdakı

“mövqenin kodu” sahəsi göndərən stansiya tərəfindən cari

seqmentdəki birinci baytın nömrəsini göstərmək üçün, “təsdiq”

sahəsi isə qəbul edən stansiya tərəfindən N nömrəsinin müsbət

hissələrini göstərmək üçün istifadə edilir ki, bu da 1N

nömrəsinə qədər bütün baytların düzgün qəbul edildiyini

göstərir. Dupleks ötürmə zamanı hər bir stansiya bu sahələrin

hər ikisindən göndərdikləri seqmentlərdə istifadə edirlər.

Buradan TCP/IP protokolunda maksimal buraxıcılıq

qabiliyyəti ilə əlaqədar olan məhdudiyyətlərdən biri alınır. Bu

məhdudiyyət 322 bayt təşkil edir (deytaqramın müddəti), belə

ki, şəbəkədə konkret birləşmə üçün eyni nömrəyə malik olan

bir baytdan artıq informasiya olmamalıdır.

Page 127: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Pəncərənin ölçüsünün cəmi 16 bitlə ifadə edilməsi

səbəbindən daha böyük məhdudiyyət meydana çıxır. Bu

məhdudiyyət paketin vericidən qəbulediciyə və əksinə

şəbəkəyə gəlməsinə sərf edilən vT müddəti ərzində konkret

informasiyanın ən çoxu 162 informasiya vahidinin ötürülməsi

ilə şərtlənir. Adətən bu vahid bayt olduqda vTbit /8216

alınır. Beləliklə, geostasionar orbitlərdə peykli kanallar üçün

vT təxminən 0,5 saniyəyə bərabər olur və sürət məhdudiyyəti

təxminən 1 Mbit/san təşkil edir. İnformasiya vahidi kimi C

bayt ( 1С ) istifadə edildikdə bu limiti ciddi şəkildə artırmaq

mümkündür.

TCP-də razılaşdırılmış mT (taym-aut) zaman intervalı

ərzində təsdiq gəlmədiyi halda paketin təkrar ötürülməsi baş

verir. Beləliklə, mənfi rəy göndərmək lazım deyil. Adətən mT

2t-dən bir qədər çox olur. Burada t – paketin ötürülməsi

vaxtının müəyyən qiymətidir. Bu vaxt periodik olaraq vT -nin

qiymətləri – vTtt ,09,0 əsasında korrektə edilir.

Paketi yenidən göndərmək cəhdləri sonsuz şəkildə davam

edə bilməz və 0,5...2,0 dəqiqə şəklində müəyyən edilən vaxt

intervalı artanda birləşmə kəsilir.

Verilənlərin ötürülməsində gecikmələr ilk növbədə

marşrutlayıcılardakı gecikmələr və təkrar ötürmələrə vaxt sərfi

ilə müəyyən edilirlər. Təkrar ötürmələrin səbəbləri yalnız aralıq

qovşaqlarda paketlərin itirilməsi və ya təhrif edilməsi yox,

həmçinin alıcı qovşaqlarda bufer yaddaşının tutumunun kifayət

qədər olmamasıdır. Qəbul ediləcək məlumatlar üçün buferin

ölçüsü optimallaşdırılmalıdır: ölçünün həddindən artıq kiçik

olması yerləşməyən seqmentlərin atılmasına, bununla da təkrar

ötürmələrin tez-tez həyata keçirilməsinə, onu həddindən artıq

böyük olması isə növbələrin böyük olmasına yəni, vT -nin

artmasına və gecikmələrin çoxalmasına gətirib çıxara bilər.

Page 128: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Pəncərələrin ölçüləri aşağıdakı şəkildə tənzimlənirlər.

Birləşmədən dərhal sonra pəncərənin ölçüsü böyük götürülürsə

yəni, seqmentlərin yüksək intensivliklə ötürülməsinə imkan

verilirsə, şəbəkənin müəyyən hissələrinin yüklənmə ehtimalı

böyük olur. Ona görə də, “yavaş başlanğıc” adlanan

alqoritmdən istifadə edilir. Əvvəlcə bir paket göndərilir və

onun qəbul edilməsi təsdiq edildikdən sonra pəncərə bir vahid

böyüyür (bir paketin ölçüsü qədər, bu, adətən 512 bayt olur)

yəni, iki paket göndərilir. Yenidən müsbət cavab gələrsə (paket

itkisinin olmaması haqqında), artıq dörd paket göndərilir, yəni

pəncərə hər təsdiqdən sonra bir vahid böyüyür və s. Paketlər

uğurla göndərildikcə sürət artır. Paketin itirilməsi və ya

idarəetmə protokolundan artıq yüklənmə haqqında siqnalın

gəlməsi zamanı pəncərə kiçilir və onun ölçüsünün artırılması

(artıq xətti olaraq) prosedurası yenidən təzələnir. Xətti artım

pəncərənin vT periodikliyi ilə artırılması ilə realizə edilir.

“Yavaş başlanğıc” xüsusilə qısa paketlərin göndərilməsi

zamanı informasiya sürətini aşağı salır, buna görə də, onun

üçün bu və ya digər təkmilləşdirmə üsullarını tətbiq etməyə

çalışırlar.

4.5. IP Protokolu

IP protokolu – şəbəkə səviyyəsindən olan birləşməsiz

deytaqram protokoludur. Onun funksiyaları başqa protokollara

malik olan aralıq şəbəkələrdən keçmə zamanı paketlərin

fraqmentləşdirilməsi və yığılmasından, marşrutlaşmadan,

paketin başlığının nəzarət cəminin yoxlanılmasından (bütün

paketin ötürülməsinin düzgünlüyü nəql səviyyəsində yəni, son

qovşaqda TCP-nin köməyi ilə yoxlanılır), informasiya axının

idarə edilməsindən – verilmiş davametmə vaxtının artması

halında deytaqramların atılmasından ibarətdir.

Page 129: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

IP-də deytaqramın strukturu (mötərizələrdə bitlərin sayı

göstərilmişdir) şəkil 4.8-də göstərilmişdir və aşağıdakı siyahını

əhatə edir:

IP-protokolun versiyası (4) (burada dördüncü IPv4 və

altıncı IPv6 versiyalarından istifadə edilir);

Başlığın uzunluğu (4) yəni, başlıqdakı 32 bitlik sözlərin

sayı;

Xidmətin tipi (8) paketin prioritetinin üç bitlik sahəsini

(kodun böyük olması prioritetin böyük olduğunu göstərir) və

gecikmə, buraxıcılıq qabiliyyəti, verilənlərin ötürülməsinin

etibarlılığı və dəyəri ilə əlaqədar tələblərə uyğun gələn dörd

əlaməti əhatə edir, bu əlamətlərdən yalnız biri 1-ə bərabər ola

yəni, avtivləşdirilə bilər;

Paketin informasiya hissəsinin baytlarla ümumi uzunluğu

(16);

İdentifikasiya (16) – deytaqramın nömrəsi. Aralıq

şəbəkələrin xüsusiyyətləri səbəbindən marşrutlaşma zamanı

deytaqramın bir neçə hissəyə bölünməsi tələb edildikdə

deytaqramın nömrəsinin fraqmentin müəyyən deytaqrama

mənsub olduğunu bildirdiyi halda istifadə edilir.

Deytaqramda fraqmentin yeri (16) yəni, deytaqramın

fraqmentlərdən bərpa edilməsi zamanı istifadə edilən

fraqmentin nömrəsi;

Deytaqramın şəbəkədə olma müddəti (8);

İnkapsulyasiya edilmiş seqmentin emalı üçün nəql

səviyyəsində istifadə edilməli olan protokolun tipi (8) (TCP,

UDP və s.);

Başlığın nəzarət kodu (16);

Mənbənin kodu (32);

Təyinat ünvanı (32);

Funksiyalar (32);

Verilənlər (65536-dən çox olmamaqla);

Versiya Başlığın Xidmətin Ümumi uzunluq

Page 130: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

uzunluğu tipi

Deytaqramın nömrəsi Fraqmentin yeri

Müddət Nəql protokolu Başlığın nəzarət kodu

Göndərənin IP-ünvanı

Qəbul edənin IP-ünvanı

Funksiyalar

Verilənlər

Şəkil 4.8. IP-paketin strukturu

Göstərilmiş başlıq strukturu IPv4 versiyasına uyğundur. Bu

versiyanın çatışmazlıqlarından biri ünvanın 32 bitlik olmasıdır.

Həqiqətən, 32 bitə 322 4,3 milyard ünvan uyğun gəlir, bu isə

İnternetdə kompüterlərin sayının sürətlə artması ilə əlaqədar

olaraq ünvan sahəsinin bölünməsində çətinlik yaradır. Ona

görə də, başqa başlıq və ünvanlaşma strukturunun tətbiq

edildiyi IPv6 versiyası işlənib hazırlanmış və tədricən tətbiq

edilmişdir. Xüsusi hal kimi, IPv6-ünvanın strukturunda IPv4-

ünvan yerləşdirilə bilər yəni, bu versiyanın protokolları ilə eyni

zamanda işləmək mümkündür. Hələ ki, (2002-ci ilə qədər)

əksər İnternet domenləri IPv4 protokolu ilə işləyirlər.

IPv4 şəbəkədə eyni zamanda müxtəlif identifikatorlara

malik olan cəmi 162 65 min deytaqram ola bilər yəni,

deytaqramın müddətinə bərabər vaxtda maksimum 162

deytaqram göndərilə bilər. Bu, IP-protokola malik şəbəkələrin

buraxıcılıq qabiliyyətini məhdudlaşdıran faktorlardan biridir.

Həqiqətən, 120 san-lik deytaqram müddətində deytaqramların

limit sürəti saniyədə 546120/216 deytaqram təşkil edir ki, bu

da deytaqramın 65 min bayt olmasının sürəti təqribən 300

Mbit/san-yə qədər məhdudlaşdırmasına imkan verir (bu cür

sürət qiyməti yuxarıda TCP protokolu üçün də alınmışdır).

16 bitin köməyi ilə “paketin ümumi uzunluğu” sahəsində

maksimum 65535 bayt qeyd edilə bilər. Lakin, paketlərin real

uzunluqları adətən xeyli kiçik olur, çox vaxt

Page 131: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

fraqmentləşdirilməsinə imkan verməmək üçün maksimum 576

bayt uzunluğa malik olan paketlərdən istifadə etmək məsləhət

görülür.

İdentifikasiya üçün paketlərin unikal identifikatorlarından

istifadə etmək lazımdır. Başqa sözlə desək, şəbəkədə əvvəlki

məlumatın sonuncu paketinin vaxtı qurtarana qədər müxtəlif

paketlər üçün (qəbul edənin və göndərənin ünvanları və

protokolun tipi ilə xarakterizə olunan) eyni identifikatorlar

olmamalıdır.

Müddət “hoplarla” P ölçülür (keçilmiş marşrutizatorların

sayı). Birinci halda nəzarət başlığa yazılmış və hər saniyə bir

vahid azalan T qiyməti üzrə həyata keçirilir. İkinci halda hər

bir marşrutlayıcı P qiymətini bir vahid azaldır. T=0 və ya P=0

olduqda deytaqram atılır.

Aralıq şəbəkələrdə paketlər bu şəbəkələrin protokollarına

uyğun olaraq bir neçə fraqmentə bölünə bilərlər. İdentifikasiya

fraqmentin müəyyən deytaqrama mənsub olmasının müəyyən

edilməsi üçün lazımdır. Fraqmentlər nömrələri, deytaqramlar

isə identifikatorları ilə fərqlənirlər.

“Protokolun tipi” sahəsi deytaqramda verilənlərin

strukturunu müəyyən edir. Protokollara misal olaraq, TCP,

UDP, ICMP və s. göstərilə bilər. Ünvana çatdırmadan sonra bu

əlamət daxil olan paketi hansı serverin emal etməli olduğunu

müəyyən etməyə imkan verir.

“Funksiyalar” sahəsi hal-hazırda ehtiyat kimi saxlanılır.

IP-protokol əsasında marşrutlayıcılarda aşağıdakı işlər

görülür. Əvvəlcə “müddət” sahəsi yoxlanılır və o, sıfra bərabər

olanda deytaqram ləğv edilir. Daha sonra marşrutlaşma cədvəli

üzrə növbəti marşrutlayıcının IP-ünvanı müəyyən edilir. Sonra

bu ünvan ARP cədvəli əsasında MAC-ünvana çevrilir və paket

bu ünvanla növbəti marşrutlayıcıya göndərilir.

4.6. TCP/IP birləşməsində idarəetmə protokolları

Page 132: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Şəbəkələrin mürəkkəbliyinin artması şəbəkəni idarə etmək

üçün nəzərdə tutulan vasitələrin əhəmiyyətini və

mürəkkəbliyini artırır. İdarəetmə – idarəetmə protokolları

vasitəsilə həyata keçirilir.

İdarəetmə protokolları arasında şəbəkə səviyyəsinə aid

idarəedici funksiyaları realizə edən protokollar və daha yuxarı

səviyyəyə aid olan şəbəkənin vəziyyətinə nəzarət protokolları

mövcuddur. TCP/IP şəbəkələrində birinci protokolların rolunu

ICMP protokolu (Internet Control Message Protocol), ikinci

protokolların rolunu isə SNMP protokolu (Simple Network

Management Protocol) icra edir.

Şəbəkə səviyyəsində idarəetmə yükləmələrin tənzimlənməsi

və bloklanmaların istisna edilməsi ilə əlaqədardır. Bir neçə

idarəetmə səviyyəsi mövcuddur.

Qovşaqlararası idarəetmə bufer yaddaşının aralıq

qovşaqlarda paylanması (hər bir istiqamət üçün müəyyən sayda

buferin ayrılması) ilə əlaqədardır.

“Giriş-çıxış” idarəetməsi bloklanmaların qarşısının

alınmasına yönəlmişdir. Birinci məlumat paketində uzunluğu

qeyd etməklə realizə edilir və bu, qəbuledici qovşağa yaddaşın

dolduğunu proqnozlaşdırmağa və yaddaşın bloklanması

proqnozlaşdırıldığı halda müəyyən məlumatların

deytaqramlarının qəbulunu qadağan etməyə imkan verir.

Xarici axınların idarə edilməsi ötürmə ilə əlaqədar olaraq

daxili axınlara xarici axınlara nisbətən prioritet verilməsi,

şəbəkədə paketlərin sayının məhdudlaşdırılması (paket

qovşaqda müvafiq razılığın olması halında qəbul edilir), artıq

yüklənmiş əlaqə xəttinə paket göndərən mənbənin ünvanına

xəbərdarlıqedici paketlərin göndərilməsi yolu ilə realizə edilir.

ICMP-nin əsas funksiyaları:

Vericinin paketlərin göndərilmə intensivliyini azaltmağın

zəruriliyi haqqında xəbərdar edilməsi; ünvanın (və ya aralıq

qovşağın) həddindən artıq yüklənməsi halında giriş axınlarının

Page 133: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

intensivliyinin azaldılmalı olması haqqında ICMP-paketlər

göndərilir.

Vericinin ünvana müraciətin mümkün olmaması haqqında

məlumatlandırılması (ünvana müraciətin mümkün olmadığını

bildirən məlumatın olduğu ICMP-paketin göndərilməsini

marşrutlayıcı təmin edir);

“Pəncərə” idarəetməsi üçün paketlərin vT çatdırılma vaxtına

nəzarət etmək məqsədi ilə zaman nişanlarının yaradılması və

göndərilməsi (gecikmənin ölçülməsi); Məsələn, paketlərin vT

çatdırılma vaxtı aşağıdakı şəkildə təyin edilir. Göndərən

qovşaq zaman nişanı olan ICMP-sorğu yaradır və paket

göndərir. Qəbul edən qovşaq ünvanları adlarla əvəz edir və

paketi geri ötürür. Göndərən qovşaq nişanı cari vaxtla

müqayisə edir və bu qayda ilə vT təyin edilir. Bu cür ICMP-

sorğular “ping” əmri ilə icra edilirlər. Xüsusi halda, onlar

ünvana müraciət etməyin mümkünlüyünü müəyyən etməyə

imkan verirlər.

ICMP-paketlər çatdırılma zamanı IP-deytaqramlara daxil

edilirlər.

Monitorinq protokollarının əsas funksiyaları şəbəkənin

vəziyyəti haqqında informasiya toplamaqdan, zəruri idarəedici

tədbirləri görməklə bu informasiyanı müvafiq qovşaqlara

ünvanlayaraq lazımi şəxslərə çatdırmaqdan ibarətdir.

Monitorinq funksiyalarına aşağıdakılar daxildir:

Şəbəkənin konfiqurasiyasının idarə edilməsi (virtual

marşrutların müəyyən edilməsi, kommutator və

marşrutizator portlarının sazlanması, şəbəkənin

topologiyasının vizualizasiyası və s.);

Qırılma və rədd olunmaların diaqnostikası, avtomatik və

ya yarımavtomatik rejimdə aradan qaldırılması;

Məhsuldarlığın və etibarlılığın analizi;

Page 134: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

İnformasiyanın mühafizəsi (istifadəçilərə səlahiyyətlərin

verilməsi, müraciət hüquqlarının idarə edilməsi, verilənlərin

kodlaşdırılmasının dəstəklənməsi);

Statistikanın toplanması və analizi, xidmətlərin

göstərilməsi ilə əlaqədar ödənişlərin hesablanması.

Şəbəkənin vəziyyəti haqqında toplanmış informasiya MIB

verilənlər bazasında (Managment Information Bases)

saxlanılır. MIB bazasında saxlanılan verilənlərə misal olaraq

düzgün və ya səhvlərlə göndərilən və ya qəbul edilən

paketlərin və baytların sayı, növbələrin uzunluqları,

birləşdirmələrin maksimal sayı və s. üzrə statistikanı göstərmək

olar.

SNMP protokolu TCP/IP protokol axınında tətbiqi

səviyyəyə aiddir. O, “menecer-agent” sistemi üzrə işləyir.

Menecer (server proqramı) adətən ayrıca kompüterdə işləyir.

Korporativ şəbəkədə hər birinə şəbəkənin ayrıca bir hissəsinin

aid edildiyi bir neçə menecer ola bilər. Menecerlər bir-biri ilə

birranqlı və ya iyerarxik sxem üzrə əlaqələndirilə bilərlər.

Menecerlər sorğuları agentlərə göndərirlər. Agentlər (yəni,

idarəetmə obyektlərinin SNMP proqramları) yoxlanılan

qovşaqlarda quraşdırılır, informasiya toplayaraq (məsələn,

yüklənmələr, növbələr, hadisələrin tamamlanma vaxtları)

lazımi tədbirlərin görülməsi üçün serverə ötürürlər. Ümumi

halda hadisələrin emalını və onlara avtomatik şəkildə reaksiya

verməni agentlərə tapşırmaq olar. Bunun üçün agentlərdə

hadisələri qeydə alan triggerlər və onları emal etmək üçün

vasitələr olur. SNMP əmrləri MIB obyektlərinin qiymətlərini

tələb edə, cavablar göndərə, parametlərin qiymətlərini dəyişə

bilərlər.

SNMP əmrlərini göndərmək üçün UDP nəqliyyat

protokolundan istifadə edilir.

SNMP üzrə idarəetmə problemlərindən biri də agent və

menecerlərin şəbəkənin işinə mane olacaq saxta əmr və

cavablardan qorunmasıdır.

Page 135: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Genişləndirilmiş SNMP Ethernet və Token Ring şəbəkələri

üçün RMON protokolu (Remote Monitoring), şəbəkə səviyyəsi

üçün isə RMON2 protokoludur. RMON protokolunun

üstünlüyü trafikin kiçik olmasından ibarətdir, belə ki, burada

agentlər daha sərbəst olur, nəzarət etdikləri qovşaqların

vəziyyəti ilə əlaqədar idarəedici fəaliyyətlərin bir qismini özləri

icra edirlər. OSI protokol axınında SNMP-nin analoqu CMIP

protokoludur.

SNMP protokolunun baza funksiyalarının əsasında bir sıra

güclü idarəetmə vasitələri işlənib hazırlanmışdır, bunlara misal

olaraq, Novell firmasının ManageWISE məhsulunu və ya

Computer Associates firmasının UnicenterTNG sistemini

göstərmək olar. Onların köməyi ilə şəbəkə administratoru

aşağıdakı işləri görə bilər:

Displeyin ekranında regional miqyasdan lokal hesablama

şəbəkələrinin alt şəbəkələrinə qədər (interaktiv iş zamanı)

müxtəlif iyerarxik səviyyələrdə şəbəkə topologiyasının 2D

təsvirini qurmaq;

Şəbəkəni hər bir domendə öz idarəetmə siyasətini tətbiq

etməklə funksional, coğrafi və başqa prinsiplər üzrə

domenlərə ayırmaq;

Mövcud vasitələrlə qeyri-standart agentləri işləyib

hazırlamaq.

Müvafiq sistemlərin sonrakı inkişafı şəbəkə resurslarının

layihə və ya biznes proseduraları ilə və şəbəkə hadisələrinin

müəssisələrin idarə edilməsi və layihələndirmə proseslərindəki

hadisələrlə əlaqəsi istiqamətinə yönəlmişdir. Bu halda

şəbəkənin idarə edilməsi sistemi müəssisələrin idarə edilməsi

və layihələndirmə proseslərinin idarəetmə sistemi olur.

4.7. TCP/IP protokol birləşməsində ARP, IGP, EGP,

RSVP protokolları

Page 136: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

ARP, IGP, EGP protokolları şəbəkənin strukturunda

müxtəlif iyerarxik səviyyələrdə marşrutlaşmaya aiddir.

ICMP (Internet Control Message Protocol) idarəetmə

protokolu IP ilə eyni səviyyədədir.

ARP protokolu (Address Resolution Protocol) konkret alt

şəbəkədə “host-host” və ya “host-şlüz” əlaqələrinə aiddir. O,

müvafiq alt şəbəkələrdəki qovşaqların IPv4-ünvanları ilə

MAC-ünvanları arasında uyğunluq yaradan (NPA — Network

Point of Attachment) lokal ARP-cədvəllərdən istifadə edir. Alt

şəbəkələrdə ən qısa yolu hesablamaq və şəbəkədə marşrutu

müəyyən etmək lazım olmur ki, bu da çatdırmanı təbii olaraq

sürətləndirir. Hər bir qovşaqda ARP-cədvəllər olur.

Göndərənin cədvəlində qəbul edənin IP-ünvanları üçün nəzərdə

tutulmuş sətir olmayanda göndərən əvvəl genişyayımlı sorğu

(xüsusi formata malik kadr) göndərir. Müəyyən qovşaq bu IP-

ünvana malik olduqda NPA ilə cavab verir, göndərən isə öz

cədvəlini dolduraraq paketi göndərir. Əks halda paketin

göndərilməsi şəbəkənin xarici portunda baş verir. ARP-

cədvəllər periodik şəkildə yenilənirlər – müəyyən müddət

ərzində istifadə edilməyən ünvanlara malik olan sətirlər silinir.

Qeyd edək ki, altı baytlıq IP-ünvana malik olan İnternet-2

şəbəkəsində ARP protokolu lazım olmur.

IGP protokolları qrupu (Interior Dateway Protocol)

müəyyən domendə (avtonom şəbəkənin) marşrutlaşmanın idarə

edilməsi üçün nəzərdə tutulmuşdur yəni, o, domenin daxili

şəbəkələri arasındakı marşrutu müəyyən edir. Başqa sözlə

desək, avtonom sistemdə domenin bütün şəbəkələrinə gedən

yollar haqqında informasiya olur (və ya alına bilər) və IGP

protokolu deytaqramı RIP, OSPF və ya IGRP marşrutlaşma

alqoritmləri əsasında lazımi alt şəbəkəyə çatdırır.

EGP protokolları qrupu (Exterior Dateway Protocol) baza

şəbəkəyə aiddir və domenlərin xarici şlüzləri ilə sərhəd

marşrutlayıcıları arasındakı marşrutlaşmanın idarə edilməsi

üçün nəzərdə tutulmuşdur.

Page 137: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

RSVP resursların ehtiyyatlaşdırılması protokolu korporativ

şəbəkələrin marşrutlayıcılarının proqram təminatında realizə

edilir. Verilənlərin alınması sorğusunda real vaxt

proseduralarında çox vaxt tələb edildiyi kimi ötürmə sürəti ilə

əlaqədar tələblər göstərilə bilər. RSVP protokolu birləşdirməni

təmin edir və marşrutlayıcılar yaradılmış yolda sifariş edilmiş

keçirmə zolağını ehtiyyatlaşdırırlar. Sifariş edilmiş buraxıcılıq

zolağına malik məlumatın paketləri ünvanlar üzrə tanınırlar və

sifariş edilmiş sürətə uyğun periodikliklə göndərilirlər.

4.8. UDP Protokolu

TCP/IP-yə həmçinin UDP protokolu (User Datagram

Protocol) – birləşdirməsiz nəqliyyat protokolu da daxildir. O,

TCP-dən xeyli asandır, lakin, əsasən bir paketə qədər azalan

məlumatlar üçün istifadə edilir. UDP-paket yaradıldıqdan sonra

o, IP-vasitələrin köməyi ilə IP-paketin başlığı əsasında

protokolun tipini müəyyən edən və paketi TCP agentinə yox,

UDP agentinə ötürən ünvana göndərilir. Agent paketin

nömrəsini təyin edir və paketi bu portda növbəyə qoyur. UDP-

də deytaqramın xidməti hissəsi TCP-də olduğundan daha

qısadır (20 əvəzinə 8 bayt), TCP-də olduğu kimi ilkin birləşmə

və ya verilişin düzgünlüyünün yoxlanılması tələb edilmir və

bu, çatdırmanın etibarlılığının azalması hesabına sürətin

artmasını təmin edir.

UDP-deytaqramın strukturu (mötərizədə bitlərin sayı

göstərilmişdir):

Vericinin portu (16);

Qəbuledicinin portu (16);

Uzunluq (16);

Nəzarət cəmi (16);

Verilənlər (maksimum 65,5 min bayt).

Page 138: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

4.9. TCP/IP şəbəkələrində proseslərin qarşılıqlı

fəaliyyəti

TCP/IP şəbəkələrində proseslərin qarşılıqlı fəaliyyətini

təmin edən proqram təminatının işi qısa şəkildə aşağıdakı kimi

xarakterizə edilə bilər. Birləşmə təmin ediləndə verici

qovşaqda tətbiqi proses portun nömrəsini alır (məsələn,

əməliyyat sistemindən) və TCP səviyyəsində qəbul edənin IP-

adını göndərir.

Şəkil 4.9. TCP/IP axınının protokolları

DNS xidmətinə müraciət etməklə IP-ad IP-ünvana keçirilir.

Şəbəkə səviyyəsində IP-ünvan MAC-ünvana keçirilməlidir.

Bunun üçün vericinin ARP-cədvəlindən istifadə edilir.

Cədvəldə cari IP-ünvana malik sətir varsa, paketin başlığı

yaradılır və deytaqram şəbəkəyə göndərilir. Axtarılan sətirlər

cədvəldə olmayanda verici genişyayımlı qaydada şəbəkəyə

göndərilən ARP-sorğunu formalaşdırır. Qəbul edən öz MAC-

ünvanını göstərməklə ARP-cavab göndərib sorğuya cavab

verir. Cari şəbəkədə tələb edilən IP-ünvana malik qovşaq

olmadıqda paket IP-ünvana malik paketi axtarılan IP-ünvana

Page 139: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

uyğun gələn MAC-ünvanın olduğu növbəti şəbəkələrə ötürən

marşrutun portunun MAC-ünvanı əsasında göndərilir. Əks

birləşmənin yaradılması halında da analoji işlər icra edilir.

Birləşmələrin yaradılması zamanı onlardan hər biri üçün son

qovşaqlarda (Şəkil 4.9-a bax) müvafiq tətbiqi prosesə xidmət

edən TCP modulu yaradılır. Yaradılmış birləşmələr üzrə

paketlərin ötürülməsi daha sürətlə baş verir, belə ki, artıq DNS-

ə müraciət etmək və ARP-sorğulardan istifadə etmək lazım

gəlmir.

4.10. IPv6 protokolu

İnternetdə qovşaqların sayının artması TCP/IP axınında IP-6

protokolunun – IP protokolunun altıncı versiyasının (IP-6

protokolu İnternet-2 şəbəkəsinin əsasında durur) meydana

gəlməsinə gətirib çıxarır.

IP-6 protokolunda ünvanın ölçüsü 128 bitə qədər

artırılmışdır. Ünvanlar şəbəkənin iyerarxik strukturunu əks

etdirir və individual və ya qrup halında olurlar. İndividual

ünvan aşağıdakı struktura malik olur (müvafiq sahənin ölçüsü

bitlərlə mötərizələrdə verilmişdir):

FP=001 – ünvanın tipini göstərən prefiksdir, hazırkı halda

ünvan individualdır (3, ümumi halda 8);

TLA – iyerarxik strukturda yuxarı səviyyənin

identifikatorudur (8...13), adətən provayderin identifikatoru

olur;

RES – ehtiyatda saxlanmış sahə (8);

NLA – orta səviyyənin identifikatorudur (32), adətən

korporativ şəbəkənin (abonentin) identifikatoru olur;

SLA – aşağı səviyyənin identifikatorudur (16), adətən

korporativ şəbəkənin alt şəbəkələri olur;

ID – qovşağın altı baytlıq MAC-ünvan şəklində göstərilən

identifikatorudur (48).

Page 140: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Qrupşəkilli ünvanlar qovşaq qruplarına verilir. Qrupa

ünvanlanmış məlumat qrupun hər bir üzvünə çatdırılır.

IPv6 və IPv4 protokollarının birgə istifadəsi keçid dövründə

mümkün olur. Xüsusi halda IPv4 ünvanları IPv6 başlığında

sonuncu 32 bitin yerində yazılır, əvvəlki 96 bit isə sıfırlarla

doldurulur.

IPv6 protokolunda IP-başlıq 40 baytdan ibarət olur və

aşağıdakı sahələri əhatə edir:

Protokolun versiyası (4)

Prioritet (4)

Xidmət parametrləri (24)

Paketin uzunluğu (16)

Protokolun tipi (8)

Növbəti başlığın tipi (8)

Keçidlərin sayı ilə əlaqədar limit (8)

Göndərənin ünvanı (128)

Alanın ünvanı (128)

IPv6 paketində əsas başlıqdan sonra əlavə, istifadəçiyə bu

və ya digər xidməti informasiyanın, məsələn, kodlaşdırma və

ya fraqmentasiya üsulları haqqında məlumatın verilməsi üçün

istifadə edilən başlıq gələ bilər. Keçidlərin sayı ilə əlaqədar

limit deytaqramlara gedən yolda marşrutlayıcıların icazə

verilən maksimal sayını göstərir. Bu sayın artması paketin ləğv

edilməsinə gətirib çıxarır.

4.11. Korporativ hesablama şəbəkəsinin strukturu

Müasir layihələndirmə kollektiv prosesdir və bu proses

texniki təminatın korporativ hesablama şəbəkəsinə cəlb

edilməsi ilə dəstəklənir. Prosesin iştirakçıları öz iş yerlərində

olurlar, onların hər biri öz şöbələrində lokal hesablama

şəbəkəsinə qoşulmuş kliyent qovşaqları olan kompüterləri

arxasında işləyə bilər. Yaradıcılar işlərinin nəticələrini periodik

qaydada verilənlər bazasına göndərib ondan lazım olan

Page 141: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

verilənləri götürməklə öz aralarında informasiya mübadiləsi

aparırlar. Verilənlər bazası fiziki baxımdan müvafiq şöbələrin

işçilərinin qoşulduğu lokal serverlərdə yerləşirlər (Şəkil 4.10).

Bir neçə şöbə üçün ümumi olan verilənlər lokal serverlərdən

korporativ VB (verilənlər bazası) serverinə göndərilirlər. Lokal

serverlərin özləri ilə və korporativ serverlərlə əlaqə saxlaması

üçün istinad (nəqliyyat) şəbəkəsindən istifadə edilir. Lokal

şəbəkələrin istinad şəbəkələrinə qoşulması müraciət

serverlərinin (körpü və kommutatorların) köməyi ilə təmin

edilir. İnformasiya mübadiləsinin böyük bir hissəsi şöbə

daxilində həyata keçirilir, istinad şəbəkəsi vasitəsilə yalnız

müxtəlif şöbələrdə əldə edilmiş layihə nəticələrinin

razılaşdırılması üzrə verilənlər ötürülür. Buna görə də,

şəbəkənin iyerarxik strukturu trafikin verilənləri ötürmə

kanalında azalmasına səbəb olur.

Proqramların çoxu icraları üçün çox sayda hesablama

resursları (yaddaş və ya prosessorun məhsuldarlığı) tələb

edirlər. Adətən bu cür proqramlar “müştəri/server”

texnologiyası ilə işləyən şəbəkələrdə işləyən şəbəkə versiyaları

vasitəsilə təqdim olunurlar. Bu zaman müştəri qovşaqlarda

əsasən verilənləri daxiletmə və çıxarma əməliyyatları icra

edilir, verilənlərin emalı isə yüksək məhsuldarlıqlı proqramlar

serverinin köməyi ilə həyata keçirilir. Proqramlar serverləri də

lokal və ya korporativ ola bilərlər.

Müəssisə üçün bir şəhərin və ya bir neçə şəhərin ərazisində

bir neçə meydança varsa, meydançalar arasında əlaqə territorial

(WAN) şəbəkələrin köməyi ilə yaradılır. Bu zaman ayrılmış

xəttin icarəsi böyük vəsaitlərin sərfi hesabına başa gəlir, buna

görə də, çox vaxt uzaq ərazilər arasında İnternet vasitəsilə

əlaqə yaratmaq üsulundan istifadə edilir. Bunun üçün müəssisə

provayderlərdən birinin magistral şəbəkəsinin qovşağı ilə

abonent xətti və ya radiokanal vasitəsilə birləşmiş olmalıdır.

Page 142: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Şəkil 4.10. Korporativ şəbəkənin strukturu

4.12. Korporativ informasiya şəbəkələri üçün şəbəkə

strukturları

Əsaslarında böyük müəssisələrin, eləcə də virtual

müəssisələrin avtomatlaşdırılmış sistemlərinin yaradıldığı

şəbəkələr çox sayda müştəri və serverləri əhatə edirlər.

Qovşaqların nisbətən kiçik sahədə (məsələn, bir binada)

cəmləşdirilməsi zamanı müştərilər serverlərlə lokal hesablama

şəbəkələri vasitəsilə əlaqə saxlayırlar. Korporativ şəbəkə bir-

birindən xeyli uzaqda yerləşən bir neçə sahəni birləşdirdikdə

əlaqə üçün adətən İnternetdən istifadə edilir. Eyni zamanda

“incə müştərilərdən” də istifadə edilirsə, İnternet vasitəsilə

yalnız verilənlər bazası serverlərinə yox, həmçinin sahələrdən

birində yerləşən bir sıra proqram serverlərinə və veb-serverlərə

də müraciət edilir.

Veb-serverlərə müraciət əməkdaşlara informasiya

xidmətinin göstərilməsi, SCM və ya CRM kimi sistemlərin bir

Page 143: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

çox funksiyalarının reallaşdırılması üçün vacibdir. Bəzən

müəssisə veb-konfransların təşkili, kadrların məsafədən

öyrədilməsi və s. üçün istifadə edilən veb-serveri dəstəkləyir.

Bu halda istifadəçilərin sorğularının cavablarını gözləmələri

üçün lazım olan vaxtı azaltmaq məqsədilə əsas veb-serverlə

eyni olan və güzgü adlanan bir və ya daha artıq server

yaratmaq məqsədəuyğundur. Güzgüləmə veb-serverlər üçün

yaranan növbələrin uzunluqlarını azaltmağa imkan verir.

Gecikmələrin sonrakı kiçilmələri verilənlərin aralıq proksi-

serverlərdə yerləşdirilməsi ilə təmin edilir. Bu zaman veb-

serverə müraciət müəyyən vaxt ərzində veb-serverin köməyi ilə

alınan faylların saxlandığı proksi-server vasitəsilə həyata

keçirilir. Ona görə də, faylın yenidən tələb edilməsi artıq veb-

serverə çətin müraciət tələb etmir. Təkrar sorğular nə qədər tez-

tez baş verərsə, gözləmə vaxtına o qədər çox qənaət edilir.

Əksinə, təkrar sorğular olmadıqda effektivliyin aşağı düşməsi

müşahidə olunur, belə ki, proksi-serverə müraciət etmək üçün

əlavə vaxta ehtiyac yaranır.

Nəticədə böyük müəssisənin hesablama şəbəkəsinin

strukturu şəkil 4.11-dəki kimi olur. K kliyentləri P proksi-

serverindən lazım olan faylları çıxarırlar. Tələb edilən fayl

tapılmadıqda P internet vasitəsilə veb-serverə müraciət edir.

Balanslaşdırıcı Bl kliyentlərin sorğularını emal edilmək üçün

birtipli C serverləri arasında bölüşdürür yəni, proqram

serverlərindən və verilənlər bazası serverlərindən birinin

köməyi ilə kliyent üçün cavab hazırlayan veb-serveri seçir.

Brandmauer yalnız icazə verilən məlumatları buraxmaqla

informasiyanın mühafizə edilməsi funksiyasını icra edir.

Page 144: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Şəkil 4.11. Korporativ hesablama şəbəkəsinin mümkün

strukturu

Yükün balanslaşdırılması bir neçə üsulla yerinə yetirilə

bilər. Birincisi, balanslaşdırma funksiyaları IP-adların IP-

ünvana çevrilməsi ilə əlaqələndirilə yəni, balanslaşdırıcı DNS-

serverdə reallaşdırıla bilər. Bu halda bütün birtipli serverlər bir

ümumi IP-ada lakin, müxtəlif IP-ünvanlara malik olurlar.

İkincisi, serverlərdən birinin seçilməsi TCP protokolu üzrə

birləşdirmənin yaradılması ilə əlaqələndirilə bilər. Bu üsul

serverlərin çoxprosessorlu sistemdə, klasterdə və ya lokal

hesablama şəbəkəsində realizə edilməsi zamanı əlverişli olur.

Üçüncüsü, serverin seçimi birləşdirmənin yaradılması ilə yox,

artıq yaradılmış birləşdirmə üzrə edilən sorğularla

əlaqələndirilə bilər. Bu üsulda sorğuların serverlərdə optimal

şəkildə paylanmasına nail oluna bilər, belə ki, sorğuların

xarakteri nəzərə alınır, lakin, əlavə vaxt sərfi məhz sorğunun

emalının çətinliyi haqqında olan verilənlərin emalı ilə

Page 145: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

əlaqədardır. Dördüncüsü, güzgünün seçilməsi serverin IP-

ünvanını (məsələn, ardıcıllıqla) müəyyən edən ayrıca

balanslaşdırma proqramının köməyi ilə həyata keçirilə bilir. Bu

üsul DNS-serverin dəyişdirilməsini tələb etmir, territorial

şəbəkələr üçün əlverişlidir, lakin, ikiqat birləşdirmə səbəbindən

(əvvəl balanslaşdırıcı, sonra isə seçilmiş serverlə) əlavə vaxt

sərfi tələb edir.

4.13. Overley şəbəkəsi

Overley şəbəkəsi (Overlay Network) – başqa şəbəkə

üzərində yaradılan şəbəkədir. O, əsas şəbəkə protokollarında

nəzərə alınmamış imkanları realizə etməyə icazə verən şəbəkə

protokollarının üst sistemidir. Overley şəbəkələrinə misal

olaraq, İnternet və ya PPP protokolu əsasında işləyən VPN

şəbəkələrini və birranqlı şəbəkələri göstərmək olar.

Overley şəbəkələrinin əsas üstünlüyü əsas şəbəkə

protokollarına dəyişiklik etmədən yeni paylanmış xidmətlər

yaradıb tətbiq etməyə imkan vermələridir. Onların

çatışmazlıqları paketlərin əlavə emal səviyyəsi və qeyri-

optimal marşrutlar səbəbindən vaxt sərfinin artmasıdır.

Page 146: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Fəsil 5. Şəbəkə əməliyyat sistemləri və xidmətləri

5.1. SPX/IPX protokolları

SPX/IPX protokolları Novell firması tərəfindən Novell

Netware şəbəkələri üçün yaradılmış protokollar sistemidir.

IPX protokolu əsasında şəbəkə səviyyəli paketdə

qəbuledicinin ünvanı şəbəkənin nömrəsindən (serverin faktiki

nömrəsindən), qovşağın ünvanından (şəbəkə adapterinin

adından) və tətbiqi proqramın adından ibarət olur. Paket 30

baytlıq başlığa və uzunluğu 546 bayta qədər olan verilənlər

blokuna malik olur. Nəqliyyat səviyyəli SPX paketində başlıq

42 baytdan, verilənlər bloku isə maksimum 534 baytdan

ibarətdir.

SPX-da virtual əlaqənin yaradılması (sessiyanın

yaradılması) müştəri tərəfindən connect sorğusunun

göndərilməsindən, serverin connected (müsbət) və ya

disconnected (mənfi) reaksiyasından ibarətdir. Ayırma sorğusu

həm serverdən, həm də müştəridən gələ bilər.

Birləşdirmənin yaradılmasından sonra ötürmə IPX

deytaqram protokolu üzrə həyata keçirilir.

5.2. X.25 şəbəkələri

X.25 şəbəkələri paketlərin kommutasiyası şəbəkələrinin

birinci nəslinə aiddir. Onlar ITU tərəfindən hələ 1974-cu ildə

yaradılmışdır. Bir vaxtlar bu şəbəkələr geniş şəkildə

yayılmışdılar, Rusiyada isə onların populyarlığı bu günə qədər

qalmaqdadır, belə ki, onlar Rusiyada rabitə kanallarının böyük

bir hissəsini təşkil edən aşağı keyfiyyətli telefon kanallarında

işləmək üçün çox münasibdirlər. X.25 şəbəkələri vasitəsilə

lokal şəbəkələr arasında X.25 körpüləri yaratmaqla onları

territorial şəbəkələrdə birləşdirmək mümkündür.

Page 147: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Standart X.25 fiziki səviyyəni, kanal və şəbəkə səviyyələrini

əhatə edir. Şəbəkə səviyyəsində paketlərin kommutasiyasından

istifadə edilir.

Şəbəkənin xarakteristikaları:

Bir kilobayta qədər ölçüyə malik paket ünvan, informasiya

və nəzarət hissələrindən ibarətdir yəni, onun başlığında

bayraq, vericinin və qəbuledicinin ünvanları, kadrın tipi

(xidməti və ya informasiya), kadrın nömrəsi (paketlərdən

informasiyaların düzgün toplanması üçün istifadə edilir) olur.

Kanal səviyyəsində pəncərə idarəetməsi tətbiq edilir,

pəncərənin ölçüsü təsdiqin alınmasına qədər göndərilə bilən

kadrların sayını verir (bu say 8 və ya 128-ə bərabərdir).

Verilənlərin virtual (məntiqi) kanal üzrə ötürülməsi,

birləşdirmənin təmin edildiyi şəbəkələr.

Marşrutun qovşaqları səhv aşkar etdikdən sonra səhv olan

paketi ləğv edərək paketlərin təkrar göndərilməsini tələb edir.

X.25 şəbəkə protokolunda səhvlərə nəzarətə xüsusi diqqət

ayrılır (məsələn, etibarlılığın təmin edilməsinin nəqliyyat

səviyyəsində ötürüldüyü IP protokolundan fərqli olaraq). Bu

xüsusiyyət ötürülmə sürətinin azalmasına gətirib çıxarır yəni,

X.25 şəbəkələri aşağı sürətə malik olurlar (adətən sürət 64

kbit/san olur), lakin, bu şəbəkələri maneəyə davamlılığı kiçik

olan rabitə kanallarında realizə etmək mümkündür. Səhvlərə

nəzarət paketlərin yaradılması və bərpa edilməsi (axırıncı

qovşaqda yox, bütün kommutatorlarda) zamanı həyata keçirilir.

Fiziki səviyyədə şəbəkəyə qoşulmaq üçün telefon

kanallarından istifadə zamanı kompüter və modemin olması

kifayətdir. Qoşulmanı provayder həyata keçirir (provayderlərə,

misal olaraq, Sprint, Infotel, Rospak və s. şəbəkələrin

resurslarının sahiblərini göstərmək olar).

X.25 şəbəkəsinin tipik strukturu şəkil 5.1-də göstərilmişdir.

Page 148: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Şəkil 5.1. X.25 şəbəkəsi

Paketlərin mübadiləsi məntəqələri kommutatorlar adlanır.

Son qovşaqlarda informasiya axınlarının şəbəkədə ötürülən

paketlərə yığılması və qəbuletmə yerlərində açılması

kommutatorlarla birləşdirilə bilən PAD (Packet

Assembler/Disassembler) qurğuları vasitəsilə həyata keçirilir.

X.25 üçün tipik verilənlərin son avadanlıqları dubleks

bityönlü sinxron modemlərdir. Sürət 9,6-64 Kbit/san-dir. Fiziki

səviyyədə rəqəmsal verilənləri ötürmə kanalları ilə əlaqə

yaratmaq üçün X.21 protokolundan, analoq kanallarla əlaqə

yaratmaq üçün isə X.21bis protokolundan istifadə edilir. Kanal

səviyyəsində HDLC növü – LAP-B (Link Access Procedure –

Balanced) protokolu tətbiq edilir.

5.3. Frame Relay şəbəkələri

Frame Relay (FR) şəbəkələri də X.25 şəbəkələri kimi paket

kommutasiyası şəbəkələridir. X.25 şəbəkələrindən fərqli

olaraq, bu şəbəkələrdə aralıq qovşaqlarda səhvlərə nəzarəti

istisna etməklə böyük sürət təmin edilir, belə ki, nəzarət,

ünvanlaşma, yaratma və bərpa etmə son qovşaqlarda yəni,

Page 149: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

nəqliyyat səviyyəsində həyata keçirilir. Aralıq qovşaqlarda

səhv paketlər atıla bilər, təkrar ötürmə sorğusu isə axırıncı

qovşaqdan şəbəkə səviyyəsindən yuxarı səviyyəyə aid

vasitələrlə gəlir. Ona görə də, FR şəbəkələri yalnız maneəyə

davamlı verilənləri ötürmə kanallarında müvəffəqiyyətlə

işləyirlər.

Daimi (PVC – Permanent Virtual Channel) və kommutasiya

edən (SVC – Switched Virtual Channel) birləşdirmələr

mövcuddur, belə ki, FR-də PVC birləşdirmələri üstünlük təşkil

edirlər. Daimi birləşdirmələr halında müraciət nöqtələri

birləşdirmənin yaradılması prosesində yox, şəbəkəyə qoşulma

portunun ilkin sazlanması zamanı qeydə alınırlar. Buna görə

də, FR şəbəkələrinin tətbiqi üçün daha münasib sahə bir-

birindən xeyli uzaqda yerləşən lokal şəbəkələrin birləşdirilməsi

sahəsidir.

Kadrın strukturu (mötərizələrdə sahələrin uzunluqları

baytlarla verilmişdir):

Bayraq (1);

Birləşdirmə identifikatoru və idarəetmə əlamətləri (2..4);

Verilənlər (4096-yadək);

Tsiklik nəzarət kodu (2);

Bayraq (1);

Birləşdirmə identifikatoruna ilk növbədə 10 bit ayrılır ki, bu

da eyni zamanda yaradılmış birləşdirmələrin sayını 1024 sayı

ilə məhdudlaşdırır. Lakin, birləşdirmə identifikatorunun ölçüsü

23 bitə qədər artırıla bilər. İdarəetmə əlamətləri birləşdirmə

identifikatorunun ölçüsünün göstərilməsi və əlaqə

iştirakçılarının şəbəkənin həddindən artıq yüklənməsi haqqında

müvafiq bitlərin yüklənmiş marşrutla ötürülən paketlərin

başlığında yerləşdirilməsi yolu ilə xəbərdar edilməsi üçün

tətbiq edilirlər.

Birləşdirmənin yaradılması (əllə və avtomatik şəkildə

sazlanması) zamanı FR şəbəkələrində xidmətin keyfiyyəti

parametrləri göstərilir. FR şəbəkələrində bu, vahid zamanda

Page 150: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

ötürülən B baytların sayı – informasiya sürəti və trafik

pulsasiyasının E qiymətidir, pulsasiya sürətin nominal sürətdən

kənara çıxması kimi təyin edilir. Trafikin I intensivliyi B+E-

dən böyük olarsa, paket atılır, EBIB olduqda isə yalnız

şəbəkənin yüklənməsi zamanı ləğv edilir.

Keçirmə zolağının sifariş edilmiş keyfiyyətlə paylanması

X.25 şəbəkələrindən fərqli olaraq, yalnız verilənləri yox,

həmçinin rəqəmliləşdirilmiş səsləri (səsin göndərilməsi üçün

adətən real vaxt rejimi tələb edilir) ötürməyə imkan verir. Buna

görə də, FR şəbəkələri lokal şəbəkələr arasındakı əlaqə üçün

xarakterik olan qeyri-müntəzəm ötürməni daha yaxşı həyata

keçirirlər.

FR şəbəkələri Rusiyada geniş şəkildə yayılıblar, belə ki,

X.25 şəbəkələrindən onlara keçid asanlaşdırılmışdır.

Lakin, inteqrasiya etmiş informasiyanın ötürülmə sürətinin

kəskin şəkildə artması ATM şəbəkələrinin tətbiqi ilə

əlaqələndirilir.

5.4. GPRS

Genişləndirilmiş ünvan sahəsinə (IPv6 protokolundan

istifadə edilir) və 10 Hbit/san-dən böyük veriliş sürətinə malik

yeni İnternet şəbəkəsi versiyasıdır.

IPv6 protokolunun yaradılması 1992-ci ildə başlanmış,

2003-cü ildən sonra isə onun dəstəklənməsi əksər

telekommunikasiya avadanlıqlarının istehsalçıları tərəfindən

həyata keçirilmişdir.

IPv6 protokolunda 128 bitlik ünvanlar qəbul edilmişdir yəni,

ünvanların ümumi sayı təxminən 38108.3 (IPv4-də 9103.4 )

təşkil edir. IPv4-ün marşrutizatorlarda paketlərin

fraqmentasiyasına zaman sərfi ilə əlaqədar olan çatışmazlığı

aradan qaldırılmışdır – indi fraqmentasiya əvəzinə tərəflər

əvvəlcədən paketin mümkün maksimal ölçüsünü hesablayır və

ölçüsü bu ölçüdən böyük olmayan paketləri ötürürlər. Internet-

2-də yüksək sürət hesabına xidmətin keyfiyyətinə yəni, video

Page 151: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

və səsin ötürülməsi zamanı buraxıcılıq qabiliyyəti

parametrlərinin izlənməsinə zəmanət verilir. Multikastinq yəni,

sonradan surətlərin çox sayda istifadəçi üçün çoxaldılması ilə

ümumi kanalla bir surətin ötürülməsi mümkün olur.

5.5. ATM şəbəkələri

Hesablama şəbəkələrində informasiyanın ötürülməsi üçün

müxtəlif cinsli informasiyaların (verilənlər, nitq siqnalları və

video siqnallar) böyük məsafələrdən yüksək sürətlə

ötürülməsini təmin edən texnologiyalar perspektivli

texnologiyalardır. Həqiqətən, səs və video informasiyalarının

ötürülməsi adətən real zaman rejimində tələb olunur və odur ki,

bu zaman yalnız kiçik gecikmələr baş verə bilər (səs əlaqəsi

üçün təxminən 6 msan).

Bu cür texnologiyalara ilk növbədə ATM texnologiyaları

(Asynchronous Transfer Mode) daxildir.

ATM texnologiyaları qısa şəkildə xana adlanan qeyd

olunmuş uzunluğa (53 bayt) malik qısa paketlərin sürətli

kommutasiyası kimi xarakterizə edilir. Buna görə də, ATM

texnologiyaları bəzən xanaların kommutasiyası da adlanır.

ATM şəbəkələri birləşdirmənin tətbiq edildiyi şəbəkələrə

aid edilir. Birləşdirmə daimi və kommutasiya edən (dinamik)

ola bilər. Birinci variant şəbəkənin administratoru tərəfindən

yaradılır və ləğv edilir, təsiri müsbətdir, daimi birləşdirmənin

abonentləri arasındakı hər bir yeni verilənlər mübadiləsi üçün

quraşdırmaya vaxt sərf etməyi tələb etmir. İkinci variant hər bir

yeni əlaqə seansı üçün avtomatik şəkildə yaradılır və ləğv

edilir.

Hər bir birləşdirmə xanaların başlığında göstərilən

identifikatoruna malik olur. Birləşdirmənin yaradılması zamanı

seçilmiş verilənləri izləmə yolunda hər bir kommutatora

identifikatorlarla kommutator portlarının uyğunluğu haqqında

Page 152: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

verilənlər ötürülür. Kommutator identifikatoru tanıyıb xananı

lazımi porta yönləndirir. Başlıqda ünvanların birbaşa

göstərilməsi tələb edilmir, başlıq cəmi 5 bayt olur.

ATM-də yüksək sürət bir sıra texniki həllərin köməyi ilə

təmin edilir.

Birinci halda, ATM üçün fiziki əsas yüksək sürətli

verilənləri ötürmə kanallarıdır. Məsələn, ATM-də SONET

texnologiyalarının tətbiqi zamanı optik-lifli əlaqə xətləri

üzərində qurulmuş, sürətləri müvafiq olaraq, 52, 155, 622 və

2488 Mbit/san olan ОС-1, ОС-3, ОС-12 və ОС-48

kanallarından istifadə edilir.

Bundan əlavə, eyni məlumatın hissələrinin paralel

ötürülməsi üçün vaxt multipleksləşdirməsinə malik çox sayda

kanallardan istifadə edilir ki, bu da “statistik

multipleksləşdirmə” anlayışına uyğun gəlir. E1/E4

texnologiyalarında adresasiya tələb edildiyindən statistik

multipleksləşdirmə çətinləşir. ATM-də xanalar ünvanlanır,

sinxronizasiya tsikli ayrı-ayrı sahələrdən ibarət olur, sahələrin

uzunluğu və xanalar üst-üstə düşür. Konkret məlumat üçün

məcmuları virtual kanal adlanan N sayda interval ayırmaq

mümkündür. N-i dəyişməklə ötürmənin sürətini tənzimləmək

olar.

İkinci halda, məlumatların (başlıqların yox) təhrif olunması

halında mənfi cavablar yalnız axırıncı qovşaqdan gələ bilər.

Bu, aralıq qovşaqlarda təsdiqin gözlənilməsi ilə əlaqədar vaxt

itkilərini istisna edir. Bu üsul bəzən kadrların kommutasiyası

adlanır (paketlərin kommutasiyasından fərqli olaraq). Nəzarət

kodu (dörd baytlıq tsiklik) yalnız axırıncı məlumat paketinin

sonunda olur və bu, ATM-in AAL5 adlanan növündən istifadə

üçün xarakterikdir. ATM-in multimedia trafikinin ötürülməsinə

əsaslanan digər növlərində ayrı-ayrı xanaların itkisi

ümumiyyətlə əhəmiyyətsiz olur. Başlıqların düzgünlüyünə

nəzarət etmək üçün xanaların başlığında ayrılmış və Xemminq

nəzarət kodunun yerləşdiyi bir baytdan istifadə edilir.

Page 153: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Xemminqə görə təhrif olunmuş və bərpa edilməmiş xanalar

atılır.

Üçüncü halda marşrutizator sadələşdirilir. Birləşdirmənin

təmin edilməsi TCP/IP-dəki proseduraya analoji olaraq yerinə

yetirilir. Lakin, sonradan nəzərdə tutulmuş marşrutun nömrəsi

paketlərin hər birinin başlığına yerləşdirilir və onlar üçün

yenidən marşrutizatorlar cədvəli əsasında marşrut təyin etmək

lazım olmur. Başqa sözlə desək, ötürmə birləşdirmə yaratmaqla

(məsələn, IP-dən fərqli olaraq) həyata keçirilir. Bu zaman

kliyent serverə xüsusi idarəedici kadr şəklində sorğu göndərir.

Kadr birləşdirməyə (kanala) virtual yol və VPI/VCI kanalı

identifikatorlarının verildiyi aralıq marşrutizator və / və ya

kommutatorlardan keçir. Ötürmə bir neçə qovşağa

yönləndirilibsə, kommutatorlarda müvafiq identifikatorlar bir

neçə kanala verilir.

Dördüncü halda paketlərin (kadrların) qeyd olunmuş

uzunluqları verilənlərin idarə edilməsi və buferizasiyası

alqoritmlərini sadələşdirir, aralıq şəbəkələrdə formatların

dəyişməsi zamanı paketlərin yaradılmasının və

konvertizasiyasının zəruriliyini istisna edir (onlar ATM

xanalarının formatına uyğun gəlirsə).

Xananın ölçüsünün kiçik (53 bayt) olması telefon (səs)

trafikinin ötürülmə tələbləri ilə əsaslanır. Həqiqətən, səslə

yanaşı uzun paketlərə yerləşdirilmiş ənənəvi rəqəmli verilənləri

ötürməyə imkan verilərsə, səs xanalarının ötürülməsinin

telefon danışığı üçün yolverilən olan bir neçə millisaniyədən

xeyli çox gecikməsi mümkündür. Eyni zamanda xanaların

həddindən artıq qısa olması kanalların buraxıcılıq

qabiliyyətindən qeyri-rasional istifadəyə gətirib çıxarır. Ona

görə də, kompromis həll kimi başlığın 5 bayt olması halında

xananın 53 bayt olması qəbul edilmişdir.

Bu zaman səsin ötürülməsində xananın ölçüsünə əsaslanan

gecikmələr 6 msan təşkil edirlər. Həqiqətən, 48 baytdan hər

biri 125 mksan intervalla baş verən impuls-kod modulyasiya

Page 154: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

zamanı analoji ölçüyə malik donma olur (8 KHs tezliklə).

Beləliklə, birinci donma anı ilə xananın şəbəkəyə göndərilməsi

arasında 648125,0 msan (paketləmə vaxtı) vaxt keçir.

ATM-də üç protokol səviyyəsi var (Şəkil 5.2).

Adaptasiya səviyyəsi (AAL – ATM Adaptations Level)

nəqliyyat səviyyəsinin analoqudur, məlumatın nəzarət

informasiyasına və idarəedici informasiyaya malik olan və öz

növbəsində 48 baytlıq xanalara bölünən paketlərə bölünməsi

burada baş verir. Eyni zamanda verilənlər, səs və video

informasiyaları üçün nəzərdə tutulmuş xanaların sayı arasında

mütənasibliyə əməl etməklə bityönlü giriş axınlarının bir axına

çevrilməsi də baş verir. AAL funksiyalarını icra edən proqram

təminatı yalnız ATM şəbəkəsinin axırıncı qovşaqlarında tələb

olunur.

Şəkil 5.2. ATM protokolunun səviyyələri

AAL protokolunun müxtəlif trafik siniflərinə əsaslanan bir

neçə növü var. AAL1 protokolu stabil sürətlə və gecikmələrə

qarşı həssas olan səsin, videonun və telefon trafikinin

sinxronizasiyası ilə xarakterizə edilən multimedia trafikinə

xidmət üçün nəzərdə tutulmuşdur. Eyni zamanda ayrı-ayrı

xanaların itirilməsi qəbul edilən informasiyanın keyfiyyətinə

Page 155: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

çox az təsir göstərir. AAL3/4 protokolu lokal hesablama

şəbəkələri arasındakı əlaqəyə xas olan qeyri-stabil (dəyişkən

xarakterli) yükün ötürülməsi üçün nəzərdə tutulmuşdur. Burada

gecikmələr çox olmur, lakin, xanaların itirilməsinə imkan

verilmir. AAL5 protokolu hesablama xarakterli verilənlərin

ötürülməsi üçündür.

ATM adlanan növbəti səviyyədə hər bir xanaya marşrut

informasiyasından ibarət olan beş baytlıq başlıq əlavə edilir.

Bu səviyyə həm də birləşdirmə yaratmağa xidmət edir. Beş

baytlıq başlığın strukturunda aşağıdakı sahələr olur

(mötərizələrdə bitlərin sayı göstərilmişdir):

İdarəetmə (4);

VPI/VCI (24);

Verilənlərin tipi (3);

Paketlərin itirilmə prioriteti (1);

Başlığın yoxlanılması (8);

VPI (Virtual Path Identifier) və VCI (Virtual Channel

Identifier) identifikatorları xanaların hərəkət marşrutunu

göstərmək üçün istifadə edilir. Aydındır ki, xanaların bütün

şəbəkə çərçivəsində ötürülməsi zamanı qovşaqların unikal

nömrələrindən istifadə etmək olmaz, belə ki, bunun üçün

başlığın uzunluğunun 5 baytdan xeyli çox olması tələb edilir.

Buna görə də, marşrutun identifikasiyası VPI/VCI

kombinasiyasının köməyi ilə həyata keçirilir. Birləşdirmənin

yaradılması zamanı VPI/VCI təyin edilir və hər bir

marşrutizatorda hər bir birləşdirmə üçün bu identifikatorların

kombinasiyası unikal olur. Eyni zamanda birləşdirmənin

yaradılması prosesində sorğu və cavabların ölçüləri o qədər də

kəskin şəkildə məhdudlaşdırılmayıb, burada iyerarxik 20

baytlıq ünvanlardan, xüsusi marşrutizasiya cədvəllərindən və

PNNI protokolundan istifadə edilir. VPI identifikatoru marşrut

göstəricisinin böyük hissəsi hesab edilə bilər, bu identifikator

eyni şəbəkə fraqmentlərindən keçən kanalların məcmuları üçün

eyni olur.

Page 156: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Verilənlərin tipi sahəsi paketin tipinin göstərilməsi

(birləşdirmənin yaradılması və ya ötürmənin başlaması

sorğusu) və şəbəkənin həddindən artıq yüklənməsinin

indikasiyası üçün istifadə edilir.

Qeyd etmək lazımdır ki, xanalardan informasiyanın

yığılması üçün eyni məlumatın xanalarını nömrələmək

lazımdır. Bu nömrə verilənlər sahəsində (48 bitlik sahədə) bir

və ya iki bayt yer tutan adaptasiya səviyyəsinin başlığına aid

olur.

“Başlığa nəzarət” sahəsi Xemminq koduna malik olur və

xanaların başlığında səhvlərə nəzarət və səhvlərin düzəldilməsi

funksiyaları ilə yanaşı ATM xanalarının SDH kanalları ilə

ötürülən verilənlər axınından ayrılması zamanı onların

məhdudlaşdırılmasına xidmət edir. Sərhəd hər bir növbəti 5

baytlıq ardıcıllıq üçün Xemminq kodunun bu beş baytın

sonuncusunun məzmunu ilə müqayisə edilməsi əsasında təyin

edilir (müqayisənin nəticəsinin müsbət olması müvafiq

ardıcıllığın başlıq olduğunu göstərir).

“İdarəetmə” sahəsi artıq yüklənmələrin indikasiyası,

qovşaqların etirazları, xanaların zəruriliyi (artıq yüklənmə

zamanı az əhəmiyyətli xanalar atıla bilərlər) üçün nəzərdə

tutulmuşdur. İdarəetmə siqnalları adətən müəyyən intervallarla

eyni yolla əks istiqamətdə ötürülürlər.

ATM sistemləri ilə həyata keçirilən veriliş sürətləri hal-

hazırda (2003-cü ildə) 64 Kbit/san-dən 40 Hbit/san-yə qədər

diapazonu əhatə edir və bir qayda olaraq, n x 64 Kbit/san

sırasına uyğun gəlir: 1,5/2, 6/8, 13, 26, 32, 34/45, 52, 98, 100,

140, 155, 622 Mbit/san, 2,5, 10 və 40 Hbit/san.

Üçüncü səviyyə – fiziki (physical) səviyyə verilənlərin

elektrik və ya optik siqnallara çevrilməsinə xidmət edir.

Yuxarıda qeyd edildiyi kimi, ATM mühiti kimi SDH və ya

SONET kanallarından istifadə edilir, PDH texnologiyalarından

istifadə etmək də mümkündür. Şəbəkə tələb edilən zolağı təmin

edə bilmədikdə birləşmədən imtina edilir. Artıq yüklənmələr

Page 157: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

zamanı ötürülən xanaların bir hissəsi istifadəçiyə müvafiq

xəbərdarlıq gündərməklə atılır. Xanaların itirilməsi seqmentin

bütün xanalarının (AAL5-də) təkrar ötürülməsini tələb edir,

belə ki, ötürmənin düzgünlüyünün yoxlanılması bütün məlumat

üçün həyata keçirilir (bu halda – seqment üçün). Təkrar

ötürülən xanaların sayının əhəmiyyətli dərəcədə azalmasına

xüsusi alqoritmlərin tətbiqi imkan verir.

Ötürmənin keyfiyyəti buraxıcılıq qabiliyyəti, itirilmiş

xanaların faizi, xanaların ötürülməsinin gecikməsi və onun

variasiyası kimi parametrlərlə xarakterizə edilir. Xidmətlərin

sifarişi birləşdirmənin yaradılması prosesində həyata keçirilir.

ATM şəbəkələrində sifariş edilmiş xidmət səviyyəsinin

dəstəklənməsi üçün kommutatorların proqram təminatında

realizə edilən xüsusi xidmətlər olur. Müəyyən ötürmə

keyfiyyəti tələb etməyən birləşdirmələrlə yanaşı aşağıdakı

xidmət səviyyələrinə malik birləşdirmələrdən də istifadə edilir:

Maksimal sürət, gecikmə və itirilən xanaların faizi ilə

əlaqədar verilmiş məhdudiyyətlər çərçivəsində sabit sürətin

dəstəklənməsi;

Orta sürət və sürətin maksimal pulsasiyası ilə əlaqədar

məhdudiyyətlər çərçivəsində dəyişkən sürətin dəstəklənməsi,

eləcə də verici və qəbuledicidən gələn axınların

sinxronizasiyası tələblərinin dəstəklənməsi;

Verici və qəbuledicidən gələn axınların sinxronizasiyası

tələblərinin dəstəklənməsi olmadan minimal sürətlə əlaqədar

məhdudiyyətlər çərçivəsində dəyişkən sürətin təmin edilməsi.

ATM şəbəkəsi həddindən artıq yüklənmiş olarsa,

informasiya itkisinin qarşısını almaq məqsədilə və kanalların

kommutasiyasından fərqli olaraq, kanalların yüklənməsini

tənzimləmək üçün verilənlərin buferizasiyası mümkündür.

Yüklənmənin tənzimlənməsi (axının idarə edilməsi) RM-

xanaların periodik şəkildə informasiya axınına qoşulması ilə

(adətən 32 kadrla) həyata keçirilir. Axırıncı qovşaq və/və ya

aralıq kommutatorlar kanalın həddindən artıq yüklənməsi və

Page 158: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

kifayət qədər yüklənməməsi haqqında məlumat verən idarədici

bitlərin qiymətlərini bu xanalara yerləşdirirlər. RM-xanalar

axırıncı qovşaqdan əks istiqamətdə ötürmə rejimini dəyişə

bilən məlumat mənbəyinə ötürülürlər. Xüsusi halda, artıq

yüklənmə zamanı bütün sərbəst resursların məşğul olduğu

rejim tətbiq edilir. Beləliklə, yükün dinamik paylanması həyata

keçirilir.

TCP/IP və ya X.25 kimi protokollarda paketlərin strukturu

ATM şəbəkələrindəki paketlərin strukturundan fərqlidir ki, bu

da müxtəlif tipli protokolların korporativ və territorial

şəbəkələrdə birlikdə işləməsi üçün xüsusi tədbir və vasitələrin

təmin edilməsi zərurətini meydana çıxarır. ATM şəbəkələri ilk

növbədə lokal Ethernet şəbəkələrinə və ya IP-protokol

şəbəkələrinə tərkib hissəsi kimi daxil olurlar.

Lokal şəbəkələrin ATM şəbəkələri ilə birləşdirilməsi əlavə

olaraq ATM-ünvana malik olan ATM portunun olduğu və

MAC-ünvanların ATM-ünvanlara və tərsinə çevrilməsi üçün

nəzərdə tutulmuş, LANE protokoluna (LAN Emulation) uyğun

gələn proqram təminatlarının realizə edildiyi lokal şəbəkə

kommutatorlarının köməyi ilə həyata keçirilir. Bu zaman

kommutatorlar sərhəd kommutatorları və ya ATM-LAN

konvertorları (Şəkil 5.3) adlanırlar.

LANE protokolunun proqram təminatında LEC (LAN

Emulation Client) kliyentləri və LES (LAN Emulation Server)

serverlərindən istifadə edilir. LEC-də ünvan cədvəli olur və hər

bir MAC-ünvana qarşı kommutator portunun nömrəsi qoyulur.

LES-də analoji cədvəl ATM-LAN konvertorları vasitəsilə

ATM şəbəkəsinə qoşulmuş lokal hesablama şəbəkəsi

stansiyalarının MAC-ünvanlarının ATM-LAN konvertorlarının

ATM-ünvanlarına uyğunluğu sətirlərindən ibarət olur. LES-in

ünvan cədvəli paketlərin ATM şəbəkəsi vasitəsilə bir lokal

hesablama şəbəkəsindən digərinə göndərilməsi zamanı istifadə

edilir. Bunun üçün əvvəlcə ATM-LAN konvertoru LES

serverinə sorğu göndərir və cavab aldıqdan sonra paketlərin

Page 159: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

sonradan ATM xanaları ardıcıllığı şəklində göndərilməsi ilə

ATM şəbəkədə virtual birləşdirmə təmin edir.

Şəkil 5.3. Lokal hesablama şəbəkələrinin aralıq ATM

şəbəkəsi vasitəsilə əlaqələndirilməsi

ATM texnologiyaları ilə mövcud şəbəkələrin birləşdirilməsi

problemləri ATM Forum təşkilatı və bir sıra istehsalçı firmalar

tərəfindən həll edilir. Xüsusi halda, ATM və TCP/IP

şəbəkələrinin birgə işini təmin edən kommutatorlar yaradılır.

Məhz ATM Forum ATM-in köməyi ilə Ethernet, Fast Ethernet,

FDDI kimi lokal şəbəkələrin emulyasiyası üçün LANE

spesifikasiyasını işləyib hazırlamışdır. Digər protokollar

əsasında yaradılmış IP-deytaqram və paketlərin ötürülməsi

üçün ATM şəbəkələri vasitəsilə IP-over-ATM və daha müasir

MPOA (Multi-Protocol-Over-ATM) spesifikasiyaları, eləcə də

onları realizə edən vasitələr təklif edilir.

5.6. Şəbəkə əməliyyat sistemləri

Page 160: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Müasir əməliyyat sistemləri, bir qayda olaraq, qurulmuş

şəbəkə funksiyalarına malik olan sistemlərdir yəni, yalnız

kompüterin lokal işinin idarə edilməsi vasitələrindən yox, həm

də şəbəkədə olan kompüterlərin işinin idarə edilməsi

vasitələrindən ibarət olurlar. Bu cür əməliyyat sistemləri

şəbəkə əməliyyat sistemləri adlanırlar. Məsələn, UNIX,

Windows NT, Windows XP.

Funksional baxımdan qeyri-simmetrik əməliyyat sistemləri

(“müştəri/server” sistemləri üçün) və birranqlı əməliyyat

sistemləri mövcuddur. Onların birincisində server və müştərilər

üçün ayrıca hissələr, ikincisində isə server və müştərilərin hər

ikisi üçün xarakterik olan funksiyalar olur.

Şəbəkə vasitəsilə müəyyən tip resurslara müraciəti təmin

edən əməliyyat sistemi vasitələri şəbəkə xidməti adlanır.

Şəbəkə əməliyyat sistemlərinin əsas funksiyalarına kataloq

və faylların idarə edilməsi, resursların idarə edilməsi,

kommunikasiya funksiyaları, icazə verilməmiş müraciətdən

müdafiə, imtinaya davamlılığın təmin edilməsi, şəbəkənin idarə

edilməsi daxildir.

Şəbəkələrdə kataloq və faylların idarə edilməsi fiziki

baxımdan şəbəkənin ayrı-ayrı qovşaqlarında yerləşmiş

verilənlərə müraciətin təmin edilməsini əhatə edir. İdarəetmə

əməliyyat sisteminin bir hissəsi hesab edilən xüsusi şəbəkə fayl

sisteminin köməyi ilə həyata keçirilir. Fayl sistemi lokal iş

üçün xarakterik olan dil vasitələrinin tətbiq edilməsi yolu ilə

fayllara müraciət etməyə imkan verir. Fayl mübadiləsi zamanı

mübadilənin zəruri məxfilik səviyyəsi (verilənlərin məxfiliyi)

təmin edilməlidir.

Resursların idarə edilməsi şəbəkədə olan resursların

alınması ilə əlaqədar sorğuları əhatə edir, şəbəkə xidmətləri

vasitəsilə realizə edilir.

Kommunikasiya funksiyaları ünvanlaşmanı, buferləşməni,

verilənlərin şəbəkədə hərəkət istiqamətinin seçilməsini

Page 161: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

(marşrutlaşmanı), verilənlər axınlarının idarə edilməsini və s.

təmin edir.

İcazəsiz müraciətdən müdafiə – verilənlərin tamlığının və

məxfiliyinin dəstəklənməsi ilə əlaqədar mühüm funksiyadır.

Müdafiə vasitələri müəyyən verilənlərə yalnız müəyyən

terminallardan danışılmış vaxtda danışılmış sayda müraciət

etməyə imkan verir. Korporativ şəbəkədə müraciət imkanı olan

direktoriyaların və ya icazə verilən işlərin siyahısının

məhdudlaşdırılması ilə hər bir istifadəçinin öz müraciət hüququ

ola, məsələn, bir sıra faylların məzmununun dəyişdirilməsinə

qadağa qoyula bilər.

İmtinaya davamlılıq destabilizə edici faktorların təsiri

altında sistemin iş qabiliyyətinin saxlanması ilə xarakterizə

edilir. İmtinaya davamlılıq serverlər üçün avtonom enerji

mənbələrinin tətbiq edilməsi, disk daşıyıcılarında

informasiyanın əks olunması və ya təkrarlanması ilə təmin

edilir. Əks olunma dedikdə adətən sistemdə müxtəlif disklərdə

olan, lakin, eyni kontrollerə birləşdirilmiş verilənlərin iki

surətinin olması nəzərdə tutulur. Təkrarlanma surətlərin olduğu

disklərin hər biri üçün müxtəlif kontrollerlərdən istifadə edilmə

ilə fərqlənir. Aydındır ki, təkrarlanma daha etibarlıdır. İmtinaya

davamlılığın sonradan artması serverlərin təkrarlanması ilə

əlaqədardır ki, bu da avadanlıq əldə etmək üçün əlavə xərclərin

tələb edilməsinə səbəb olur.

Şəbəkənin idarə edilməsi müvafiq idarəetmə protokollarının

tətbiqi ilə əlaqədardır. Əksər hallarda şəbəkə proqram

təminatlarında TCP/IP protokol axınından olan ICMP və

SNMP protokolları realizə edilirlər, bəzi hallarda isə ISO

protokollarının yeddi səviyyəli modelindən CMIP (Common

Management Information Protocol) protokolu istifadə edilir.

Şəbəkə əməliyyat sistemləri şəbəkə qovşaqları arasında

paylanır. Əməliyyat sisteminin yuxarıda qeyd edilən

funksiyalardan əksəriyyətini, yuxarı səviyyədən olan

protokolların realizasiyası, kommutasiya serverlərinin spesifik

Page 162: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

funksiyalarının yerinə yetirilməsi, paylanmış hesablamaların

təşkili və s. istiqamətinə yönəlmiş əlavə proqramları

(xidmətləri) yerinə yetirən nüvəsi olur. Şəbəkə proqram

təminatlarına həmçinin şəbəkə sxemlərinin drayverlərini də aid

edirlər. Hər bir lokal şəbəkə tipi üçün müxtəlif sxem və drayver

tipləri işlənib hazırlanmışdır, hər bir lokal şəbəkə tipi daxilində

müxtəlif intellektuallıq xarakteristikalarına, sürətə, bufer

yaddaşı həcminə malik olan çox sayda sxem növü ola bilər.

Tətbiqi proqram təminatlarının bir çox funksiyaları bir sıra

proqramlar üçün ümumi olur. Onlar standart proseduralar

şəklində realizə ediləndə onlarla əlaqə tətbiqi proqram

interfeysi (API) vasitəsilə yaradılır və onlara müraciət sistem

çağırışı adlanır. Sistem çağırışlarına misal olaraq, göndərmək

(send), almaq (receive), yoxlamaq (receive), yaratmaq

(create) və s. göstərilə bilər.

Hal-hazırda üç əsas şəbəkə əməliyyat sistemi daha geniş

yayılmışdır – UNIX, Windows NT (Windows NT, Windows

2000, Windows XP), Novell Netware.

Komponentyönlü şəbəkə texnologiyalarına Microsoft

firmasının Windows əməliyyat sisteminə əsaslanan DCOM

texnologiyası və Java proqramlaşdırma dilinə əsaslanan

Enterprise JavaBeans (EJB) texnologiyası göstərilə bilər.

DCE texnologiyaları territorial baxımdan böyük

məsafələrdə yerləşə bilən qovşaq və şəbəkələri birləşdirən

DCE mühitində realizə edilir. DCE mühiti xanaların

məcmusudur, qovşaq və şəbəkələr funksional əlaqələri

əsasında xanalar üzrə paylaşdırılırlar. Hər xanada qovşaqlar

üzrə paylaşdırılan böyük həcmə malik verilənlər olur. Xanada

əsas verilənlər serveri və verilənlərə sürətli müraciəti təmin

etmək üçün bir neçə əlavə server ayrılır. Bu zaman əlavə

serverlərə müraciət yalnız oxuma məqsədilə təmin edilə bilər.

Əsas serverdə verilənlərin yenilənməsi baş verir. Xana kifayət

qədər böyük olduqda əsas server mərkəz yaxınlığında, əlavə

serverlər isə periferiya üzrə yerləşirlər.

Page 163: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

DCE strukturunda aşağıdakı hissələr ayrıla bilər.

Verilənlərin idarə edilməsi üçün DFS (Distributed File Service)

paylanmış fayl sistemindən istifadə edilir. Qovşaqların

ünvanlarını müəyyən etmək üçün direktoriyalar xidmətindən

istifadə edilir, o isə xüsusi halda, İnternetdə tətbiq edilən

Domain Name Service (DNS) xidmətini əhatə edir.

Təhlükəsizlik xidməti istifadəçilərə səlahiyyətlərin verilməsi,

ötürülən verilənlərin şifrlənməsi və deşifrlənməsi üçün nəzərdə

tutulmuşdur. Şəbəkədə qovşaqların işinin sinxronizasiyası vaxt

xidmətinə həvalə edilir. Eyni zamanda serverlərə çoxlu

müraciətin təmin edilməsi xidməti (Threads Service) də

mövcuddur. DCE texnologiyası digər paylanmış hesablama

texnologiyaları, məsələn, RPC və ya ORB texnologiyaları ilə

birlikdə tətbiq edilə bilər. Belə ki, DCE-də verilənlərin

mübadiləsi üçün OSF (Open Software Foundation)

təşkilatından RPC mexanizmi istifadə edilir. DCE-də lazım

olan serverin müəyyən edilməsi ya ORB vasitəsilə avtomatik

şəkildə, ya da RPC-də olduğu kimi proqramçı tərəfindən

həyata keçirilir.

Böyük müəssisələrin korporativ sistemləri üçün müxtəlif

aparat-proqram platformalarına aid olan çox sayda

proqramlardan və proqram sistemlərindən istifadə etmək

xarakterikdir. Bu cür heterogen mühitdə paylanmış

hesablamaların təşkili adətən müəyyən çətinliklərə gətirib

çıxarır. Bundan əlavə, RPC və ya CORBA texnologiyaları ilə

əlaqə yalnız kliyentin təşəbbüsü ilə yaradılır. DCOM və ya

CORBA üçün ayrılmış ayrı-ayrı portların mövcud olması

şəbəkənin icazə verilməmiş işlərdən müdafiəsi probleminin

həllini çətinləşdirir. Meydana çıxmış problemlərin həlli

paylanmış sistemlərin xidmətyönlü strukturundan istifadəyə

əsaslanır.

5.7. Paylanmış hesablama modelləri

Page 164: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Məsələnin həlli prosesində verilənlərin emalı ilə əlaqədar

müxtəlif əməliyyatların şəbəkənin birdən artıq qovşağında

yerinə yetirilməsi halında paylanmış hesablamalardan (PH)

istifadə edilir.

Məsələnin həllində yalnız iki qovşaq iştirak etdikdə iki

səviyyəli PH müştəri-server sistemi tətbiq edilir. Müraciət

nöqtələrinin qovşaqlar arasında bölüşdürülməsindən asılı

olaraq, verilənlərin emalı ilə əlaqədar verilənlər və funksiyalar

üç paylanmış hesablama modeli müəyyən edir:

Fayl serveri (FS – File Server);

Uzaqda olan verilənlərə müraciət imkanı (RDA – Remote

Data Access);

Verilənlər bazası serveri (DBS – Data Base Server).

FS-dən istifadə halında müştəri proqramı və fayl sistemi

ərazi üzrə paylanmış olur. Xüsusi halda, bu zaman faylların

korrekt şəkildə yenilənməsi problemi meydana çıxır. Müştəri

və serverlərin bütün prosesləri faylın adını və fayl atributlarının

yalnız oxunması, faylın özünün yalnız oxunması, faylın

açılması, faylın modifikasiyası, silinməsi kimi hüquqların

göstərildiyi nişanı əhatə edən markerlərə malik olur. Bütün

müraciətlər məhdudiyyətlərə əməl olunmanı izləyən, faylların

oxunması və yenilənməsi üçün eyni zamanda müraciət etmələr

zamanı yaranan konfliktləri aradan qaldıran marker

menecerindən keçir. FS-in çatışmazlığı istifadəçinin faylın bir

hissəsini tələb etdiyi halda faylın bütöv şəkildə göndərilməsi

səbəbindən şəbəkənin artıq yüklənməsidir.

RDA-dan istifadə halında tətbiqi proqram müştəri

kompüterində, verilənlər bazası isə serverdə yerləşir. Onun

müsbət cəhətləri trafikin kiçildilməsi və interfeysin SQL dilinə

əsaslanan serverlə vahid şəklə salına bilməsidir.

DBS – məsafədən idarəetmənin iki səviyyəli strukturudur, o,

tətbiqi proseduraların iki hissəyə – hər bir istifadəçi üçün

individual və bir çox məsələlər üçün ümumi hissələrə

bölünməsinə əsaslanır. Bu strukturda proqram dedikdə məhz

Page 165: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

ümumi proseduraların məcmusu başa düşülür. Bu məcmu

adətən SQL prosedura genişlənmələrində göstərilir və xüsusi

VB lüğətində saxlanılır. Alternativ variantlarda (məsələn,

RDA-da) bütün tətbiqi proseduralar tətbiqi proqramlara

daxildir və onların dəyişdirilməsi zərurəti olduqda, demək olar

ki, bütün tətbiqi proqram təminatlarını dəyişdirmək lazım gəlir.

Səciyyəvi misal kimi maliyyə idarəetməsi, hesabatların

hazırlanması və s. proseduralarına təsir edən qanunvericiliyin

dəyişməsi göstərilə bilər. Bu cür proseduraların ayrıca proqram

üçün ayrılması onların modifikasiyasını asanlaşdırır. Bundan

əlavə DBS-də trafik azalır, belə ki, şəbəkədə mübadilə VB ilə

aparılan hər bir əməliyyat üçün yox, bir neçə əməliyyatdan

ibarət olan hər bir tranzaksiya üçün yerinə yetirilir.

Tətbiqi proqram təminatının və ya onun hissələrinin xüsusi

serverdə yerləşdirilməsi – ApS(Application Server) sisteminin

– eyni zamanda proqramlar serveri və ya tranzaksiyalar

monitorinqi kimi də tanınan üç səviyyəli sistemin yaradılması

deməkdir. Bu sistemdə şəbəkə vasitəsilə əlaqə həm istifadəçi

terminalı ilə proqram arasında, həm də proqramla verilənlər

bazasının idarə edilməsi sistemi arasında yaradılır.

Paylanmış hesablamalar sisteminin sonrakı inkişafı

paylanmış server funksiyalarına malik olan çoxsəviyyəli

sistemlərin yaradılmasına gətirib çıxarır.

Server funksiyalarının şəbəkə qovşaqları arasında

paylanması ilə əlaqədar olaraq bu funksiyaların

avtomatlaşdırılmış informasiya sisteminin çox sayda

istifadəçiləri arasında paylanması problemi meydana çıxır. Bu

problem ya “birə-bir” sxemi üzrə, ya da çox axınlı sxem üzrə

həll edilir. Birinci halda hər bir aktiv istifadəçi üçün verilənlər

bazasının idarə edilməsi sisteminin surəti yaradılır. İkinci halda

isə verilənlər bazasının idarə edilməsi sistemi eyni zamanda

çox sayda istifadəçiyə xidmət göstərməli olur. Çoxaxınlı

sxemdən çoxprosesli hesablama sistemlərində effektiv şəkildə

istifadə etmək üçün verilənlər bazasının idarə edilməsi sistemi

Page 166: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

bir neçə prosessorda ola bilər, tranzaksiyalar isə onlar arasında

dispetçer proqramı vasitəsilə bölünürlər.

Çoxprotokolluluğun təmin edilməsi üçün xüsusi

texnologiyalar işlənib hazırlanır. Onlar arasında Microsoft

firmasının ODBC (Open Data Base Connectivity)

texnologiyası daha populyardır. Faktiki olaraq, ODBC tətbiqi

proqramların SQL dili əsasında müxtəlif verilənlər bazasının

idarə edilməsi sistemlərinə müraciət etmələri üçün nəzərdə

tutulmuş funksiyalar kitabxanasıdır. Müraciətlər proqram

təminatlarından virtual verilənlər bazasının idarə edilməsi

sistemlərinə gedir və burada drayverlərin köməyi ilə real

verilənlər bazasının idarə edilməsi sistemlərinə keçid həyata

keçirilir.

Tranzaksiyalar monitoru birdən artıq proqram təminatı

serveri tələb edən daha mürəkkəb tranzaksiyaları da yerinə

yetirir. Öz növbəsində proqramın funksiyalarının bir neçə

server arasında bölüşdürülməsi tətbiqi proqramların

modifikasiyasını sadələşdirir.

Bir sıra firmalar üç səviyyəli proqramların yaradılması üçün

vasitələr işləyib hazırlayırlar.

5.8. Paylanmış verilənlər bazaları

Paylanmış hesablama sistemləri, ilk növbədə, korporativ

şəbəkələr əsasında qurulmuş böyük avtomatlaşdırılmış

informasiya sistemlərində heç də həmişə bütün verilənlər

bazalarının və verilənlər bazasının idarə edilməsi sistemlərinin

bir şəbəkə qovşağında yerləşdirilməsini təşkil etməyin

mümkün olmaması səbəbindən meydana çıxırlar. Buna görə

də, paylanmış hesablama sistemləri paylanmış verilənlər

bazalarının idarəetmə sistemləri ilə sıx əlaqədardırlar.

Paylanmış verilənlər bazalarının qurulması zamanı trafikin

minimallaşdırılması, verilənlərin emalının birgə işləmə imkanı,

Page 167: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

verilənlərin tamlığının təmin edilməsi ilə əlaqədar olan bir sıra

mürəkkəb problemləri həll etmək lazım gəlir.

Trafikin minimallaşdırılması sorğunun emalının çox sayda

qovşağın şəbəkə ilə göndərilən verilənlərindən istifadə etməyi

tələb etməsi ilə əlaqədar olaraq lazım olur. Minimallaşdırma

imkanları müxtəlif qovşaqlardakı bir neçə cədvəlin

verilənlərinin emalı misalından görünür. Aydındır ki,

cədvəllərin bir dəfə və kiçik ölçülü cədvəllərin sorğunun emal

ediləcəyi bir qovşaqda olması ilə ötürülməsi

məqsədəuyğundur.

Birgə işləmə imkanı heterogen şəbəkələrdə (müxtəlif

əməliyyat mühitlərində və ya müxtəlif verilənlər bazalarının

idarə edilməsi sistemləri ilə) işləyən proqramların qarşılıqlı

fəaliyyət göstərmək qabiliyyətidir. Birgə işləmə imkanı

CORBA, SOAP tipli texnologiyalar əsasında və yaxud

verilənlər bazalarının idarə edilməsi sistemlərinin vahid

qarşılıqlı fəaliyyət dilinin köməyi ilə qarşılıqlı fəaliyyətdə olan

mühitlərin hər biri cütü üçün proqram-şlüzlərin (konvertorların,

stabların və ya drayverlərin) vasitəsi ilə təmin edilir. Qeyd

edilən dil SQL dilidir, yanaşma isə tanınmış ODBC sistemində

realizə edilir.

Paylanmış verilənlər bazalarında tamlığı təmin etmək bir

qovşaqlı verilənlər bazaları ilə müqayisədə xeyli çətindir. Buna

görə də, çox vaxt klassik paylanmış verilənlər bazaları əvəzinə

verilənlərin tirajlanmasına əsaslanan verilənlər bazaları tətbiq

edilir. Verilənlərin tirajlanması DCE xanalarının serverlərində

yerləşən bütün lokal verilənlər bazalarında verilənlərə

dəyişiklik etməklə əlaqədar asinxron prosesdir. Dəyişikliklər

tirajlama serveri – replikator tərəfindən həyata keçirilir. O,

triggerlər tərəfindən qeyd edilmiş hadisələrə reaksiya verir və

yenilənmiş verilənləri periodik şəkildə verilənlər bazasının

surətlərinə göndərir.

Tirajlama saxlanılan verilənlərə artıqlıq əlavə edir, lokal

verilənlər bazalarında mümkün razılaşdırılmamış dəyişikliklər

Page 168: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

səbəbindən meydana çıxan münaqişələrin həlli ilə əlaqədar

çətinliklər meydana çıxır. Lakin, verilənlərin təkrarlanmadığı

klassik paylanmış verilənlər bazaları ilə müqayisədə trafik

xeyli kiçilir, lokal verilənlər bazaları ilə iş daha asan və etibarlı

olur. İşin etibarlılığının və rahatlığının təmin edilməsi xüsusən

Rusiyanın bir çox şəbəkələrində olduğu kimi etibarlı və az

sürətli əlaqə kanallarından istifadə edilən zaman aktual olur.

Tirajlama aşağıdakı şəkildə də həyata keçirilə bilər.

Periferik qovşaqlarda verilənlər bazasının surətləri və yalnız

oxunmanın yox, eyni zamanda yazmanın da mümkün olduğu

verilənlər bazası hissələri olur. Tirajlama (verilənlər bazasının

yenilənmiş hissələrinin köçürülməsi) periodik şəkildə baş verir.

Eyni bir hissənin yenilənməsi birdən artıq yerdə baş vermişsə

yəni, konflikt yaranıbsa, konflikt haqqında məlumat verilir,

onun həlli isə verilənlər bazası administratoru tərəfindən

müəyyən edilmiş prioritetlər əsasında həyata keçirilir.

Paylanmış verilənlər bazalarının idarə edilməsi

sistemlərində verilənlər bazasının tamlığına zəmanət verməli

olan və eyni zamanda baş verən müraciətin idarə edilməsi

lazım gəlir. Bloklama mexanizminə əsaslanan idarəetmə

alqoritmləri daha geniş şəkildə istifadə edilirlər. Bu zaman

bloklama dedikdə müəyyən tranzaksiyanın yaddaşa müraciət

səlahiyyəti almaq istədiyini bildirməsi və başqa

tranzaksiyaların bu resursla işləmək hüququna malik olmaması

vəziyyəti başa düşülür.

İdarəetmə üsullarından biri də qovşaqlardan birində vahid

bloklama cədvəlinin dəstəkləndiyi mərkəzi bloklama üsuludur.

Bu cür qovşaq tranzaksiyaların yerinə yetirilmə növbələrini

müəyyən edir ki, bu da münaqişələrin meydana gəlməsini

istisna edir. Lakin, mərkəzi idarəetmə zamanı etibarlılıq

səviyyəsi aşağı olur və güclü server tələb olunur.

Verilənlərin replikasiyasına malik olan paylanmış verilənlər

bazalarının idarə edilməsi sistemində verilənlərin yenilənə

bildiyi yeganə bir qovşaq – ilkin surəti saxlayan qovşaq olur.

Page 169: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Buna görə də, burada çox sayda qovşağın işlərinin qeydə

alınması zamanı razılaşdırma problemləri olmur. Tirajlama ilk

növbədə tam ekvivalentlik qaydası əsasında həyata keçirilir –

tranzaksiyaların dəyişməsindən dərhal sonra yenilənmiş

verilənlər bütün lokal verilənlər bazalarına göndərilirlər.

Oxuma isə funksional və coğrafi baxımdan istifadəçiyə daha

yaxın olan bir konkret qovşağın verilənlər bazasından həyata

keçirilir.

Paylanmış verilənlər bazalarının idarə edilməsi sistemində

tirajlamanın həyata keçirilməməsi ilə yerinə yetirilməsi tələb

edilən paylanmış idarəetmə problemlərinin həll edilməsi daha

çətindir. Geniş yayılmış paylanmış idarəetmə protokollarından

biri tranzaksiyaların iki fazalı fiksasiyası protokoludur. Birinci

fazada tranzaksiya təşəbbüsçüsü (koordinator) tranzaksiya

iştirakçılarına bloklama haqqında məlumat göndərir. Ona

cavab olaraq qovşaqlar hazır olmaqları və ya hazır olmamaqları

haqqında xəbər verirlər. İkinci fazada koordinator ya “qlobal

fiksasiya” yəni, tranzaksiyanın həyat keçirilməsi, ya da

tranzaksiyadan imtina edilməsi haqqında məlumat verir.

Xoşagəlməz vəziyyətlər hər hansı bir qovşağı bloklanmış

vəziyyətə sala biləcək qırılmalar zamanı baş verə bilər – belə

halda qovşaq nə tranzaksiyanı həyata keçirə, nə də ondan

imtina edə bilir.

GPRS (verilənlərin ümumi istifadə üçün nəzərdə tutulmuş

mobil radiorabitə şəbəkələrində paket şəklində ötürülməsi

texnologiyası), UMTS (üçüncü nəsil universal mobil

telekommunikasiya sistemləri), Bluetooth, WLAN (simsiz

lokal hesablama şəbəkələri) və UWB (buraxıcılıq zolağı geniş

olan sistemlər) kimi texniki yeniliklər sayəsində şirkətlər öz

əməkdaşlarının İnternetə və korporativ verilənlər bazalarına

daimi çıxışını təmin edə bilirlər.

5.9. Şifrləmə üsulları

Page 170: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Bir çox şifrləmə üsullarının (şifrləmə alqoritmlərinin və ya

kriptoalqoritmlərin) əsasında aşağıdakı addımlar durur:

Simvolların yerinin dəyişdirilməsi (məsələn, ilkin mətnin

cədvələ yerləşdirilməsi, sütunların açar sözlərə uyğun

şəkildə yerləşdirilməsi, ötürülən simvol ardıcıllığının

alınmış cədvəli sətirlər üzrə oxumaqla yaradılması);

Bir əlifbanın simvollarının onunla eyni olan başqa bir

əlifbanın simvolları ilə açar əsasında əvəz edilməsi;

Proqramlaşdırma (psevdotəsadüfi rəqəmlərin meydana

gəlmə üsulunun həm göndərənə, həm də qəbul edənə

məlum olması şərti ilə Vernam kodunda olduğu kimi

psevdotəsadüfi rəqəm ardıcıllığı ilə ilkin mətnin kodunun

birləşdirilməsi).

Qeyd edilən metodların kombinasiyasından daha çox

istifadə edilir. Bu zaman mətnin hər bir blokuna yerdəyişmə və

dəyişikliklər əlifbanın statistik xüsusiyyətini gizlətmək

məqsədilə bir neçə dəfə tətbiq edilir.

Şifrləmə protokolları təqdimat səviyyəsinə (təsviri

səviyyəyə) aid edilirlər. Şifrləmə protokoluna misal olaraq,

SSL (Secure Sockets Layer) göstərilə bilər.

5.10. Elektron poçt

Elektron poçt (E-mail) – elektron kommunikasiyalar üzrə

(oflayn rejimində) informasiya mübadiləsi vasitəsidir. Mətn

məlumatlarını, arxivləşdirilmiş və birləşdirilmiş faylları

göndərmək mümkündür. Bu fayllarda müxtəlif formatlara

malik verilənlər (məsələn, proqram mətnləri, qrafik verilənlər)

ola bilər. Təsvirlərin arxivləşdirilməsi halında kodlaşdırma

formatlarının seçilməsi problemi meydana çıxır. Kliyentin

funksiyalarına məlumatların tərtib edilməsi, göndərilməsi,

arxivləşdirilməsi, ünvan kitabçasının yaradılması (tez-tez

istifadə edilən ünvanların siyahısından ibarət fayl), gələn

məlumatların başqa ünvanlara yönləndirilməsi və s. daxildir.

Page 171: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Tətbiqi səviyyə üçün bir sıra alternativ elektron poçt

protokolları, məsələn, TCP/IP protokollar axınına aid SMTP

protokolları və ISO modelinə aid X.400 protokolu işlənib

hazırlanmışdır.

SMTP protokolundan daha geniş şəkildə istifadə edilir. O,

əvvəllər yalnız 7 bitlik kodlaşdırmaya malik mətn fayllarının

göndərilməsi üçün nəzərdə tutulmuşdu. SMTP-də mümkün

kodlaşdırmaların və verilənlərin formatlarının sayı MIME

(Multipurpose Internet Mail Extensions) protokolu ilə

müqayisədə artırılmışdır. MIME protokolunun tətbiqi şifrləmə

və elektron imzanın realizasiyasını, qrafik və səs fayllarının

göndərilməsini sadələşdirir.

E-mail proqram təminatı poçt serverlərinin və kliyentlərin

proqramlarını əhatə edir. İstifadəçinin EHM-inə məlumatların

yaradılması, ötürülməsi və qəbul edilməsi funksiyalarını

dəstəkləyən kliyent proqramı yüklənməlidir. Korporativ və ya

lokal şəbəkələrdəki poçt serverində daxil olan məlumatların

saxlanılması təşkil olunur.

SMTP protokolundan server-server əlaqəsi üçün istifadə

edilir, ayrı-ayrı istifadəçilərin poçt serveri ilə əlaqəsi isə IMAP

və ya POP3 protokolları əsasında təmin edilir. IMAP

protokolunda (Internet Message Access Protocol) əvvəlcə

kliyentə başlıq verilir, mətn isə serverdə qalır, sonra istifadəçi

istəsə bütöv mətni də ala bilir.POP3 protokolunda poçt

serverinə müraciət zamanı məlumatın hamısı kliyent qovşağa

köçürülür. Başqa abonentlərlə ümumi istifadə üçün nəzərdə

tutulmuş telefon şəbəkəsi vasitəsilə əlaqə saxlayan individual

istifadəçilər üçün aralıq saxlama fərdi kompüterdə həyata

keçirilir, lakin, bu zaman ya kompüterin sutka ərzində açıq

olması, ya da əlaqə vaxtı haqqında ilkin razılığın əldə edilməsi

tələb olunur.

Territorial şəbəkələrdə poçt məlumatları bir sıra aralıq

federal və ya regional qovşaqlardan keçir. Bu cür qovşaqlarda

məlumatların növlərə ayrılması və marşrutlaşma funksiyalarını

Page 172: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

yerinə yetirən proqram təminatı (verilənləri ötürmə agenti)

quraşdırılır.

Bütün E-mail funksiyalarını yerinə yetirən elektron poçt

proqramlarına misal olaraq, Outlook Express göstərilə bilər. O,

məlumatları ayrı-ayrı istifadəçilərə göndərməyə, elanlar

lövhəsinin yaradılmasına, düzəliş eləmək imkanı ilə ardıcıl

baxışın təmin edilməsinə, poçt serverinə daxil olmuş

məlumatların məzmuna, ünvana, göndərmə vaxtına əsasən

axtarılmasına imkan verir.

İdarəetmə, layihələndirmə, sənəd dövriyyəsi ilə əlaqədar

müasir korporativ proqram sistemlərinin əksəriyyətində

elektron poçt vasitələrinə malik interfeys olur, kliyent E-mail

proqramları, bir qayda olaraq, İnternet şəbəkəsinin veb-

brauzerlərində olurlar.

Elektron poçt vasitəsilə göndərilən məlumatların

strukturunda başlıq və məzmun hissəsi olur. Başlıqda

məktubun kimdən və kimə gəldiyi, nə vaxt göndərildiyi və nə

vaxt qəbul edildiyi, surətlərin kimə göndərildiyi qeyd edilir.

5.11. Konfrans-rabitə

Telekonfrans – ayrı-ayrı konfranslarda (newsgroups) qrup

şəkilli istifadə üçün nəzərdə tutulmuş informasiyaya müraciət

kimi xarakterizə edilir.

Qlobal və lokal telekonfranslar mövcuddur. Materialların

telekonfranslara cəlb edilməsi, yeni daxil olmuş materiallar

haqqında xəbərlərin göndərilməsi telekonfransların proqram

təminatlarının əsas funksiyalarıdır. E-mail və onlayn rejimləri

mövcuddur.

Ən böyük telekonfrans sistemi USENET-dir. USENET-də

informasiya iyerarxik şəkildə təşkil edilmişdir. Məlumatlar ya

informasiya axını şəklində, ya da siyahı əsasında göndərilirlər.

Onlayn rejimində məlumat siyahısını, sonra isə seçilmiş

Page 173: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

məlumatı oxumaq olur. Oflayn rejimində məlumat siyahıdan

seçilir və ona sifariş yönləndirilir.

Telekonfranslara misal olaraq, müəlliflər kollektivinin

göndərmə siyahısı əsasında kitab üzərində işləməsi, layihələrin

və digər sənədlərin müzakirəsi, elmi məruzələrin təqdim

edilməsi və müzakirə olunması və s. göstərilə bilər.

Elektron “elanlar lövhəsi” BBS (Bulletin Board System) –

funksional təyinata görə telekonfranslara yaxın olan

texnologiya olub, məlumatları çox sayda istifadəçiyə

mərkəzləşdirilmiş və operativ qaydada göndərməyə imkan

verir. BBS proqram təminatı elektron poçt, telekonfrans və fayl

mübadiləsi vasitələrini özündə birləşdirir. BBS vasitələrinin

olduğu proqramlara misal olaraq, Lotus Notes və World-group

göstərilə bilər.

İnformasiyanın məcburi çatdırılması sistemlərində (push-

texnologiya) abonentlər əlavə sorğulardan istifadə etmədən tez-

tez yenilənən informasiya ilə təmin edilirlər.

Hal-hazırda konfrans-rabitə texnologiyaları intensiv şəkildə

inkişaf edirlər.

İstifadəçilər arasında paylaşdırılan informasiyanın növündən

asılı olaraq konfrans-rabitənin bir neçə səviyyəsi olur.

Sənədlərin dövriyyəsi üçün adi E-mail sessiyası aşağı

səviyyədə yerləşir. Növbəti səviyyədə birgə işlənən sənədə

operativ müraciət təmin edilir. Bu rejim “paylaşdırılan lövhə”

(shared whiteboard) rejimi adlanır. Birgə işin təşkili səs əlaqəsi

olmadan və səs əlaqəsi ilə təmin edilir. Axırıncı halda müxtəlif

səs telekonfransları (audiokonfranslar) növləri tətbiq edilir.

Audiokonfranslarda İnternet-telefoniyadan istifadə edilir.

İnternet-telefoniyada çağırış, birləşdirmə, danışıq istifadəçi

üçün adi telefonda olduğu kimi, əlaqə isə İnternet vasitəsilə

təmin edilir. Konfrans-əlaqənin yuxarı səviyyəsi

videokonfransları əhatə edir.

Səviyyənin artması ilə istifadə edilən verilənləri ötürmə

kanallarının keçiricilik qabiliyyətlərinə qarşı tələblər də artır.

Page 174: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Konfrans-əlaqənin sadə növləri, eləcə də audiokonfranslar

(əlbəttə ki, informasiyanın sıxılması üçün müasir effektiv

üsulların tətbiq edilməsi halında) üçün 10 kbit/san-dən

başlamaqla hətta adi telefon xətlərindən də istifadə etmək olar.

Lakin, “axırıncı mil” kimi rəqəmli ISDNvə ya xDSL

xətlərindən istifadə etmək daha yaxşıdır.

İştirakçıların sayından və onlar arasındakı interaktiv əlaqə

üsulundan asılı olaraq, iki nöqtəli (unicast), genişyayımlı

(broadcast) və çox nöqtəli (multicast) konfranslar mövcud olur.

Genişyayımlı konfransda informasiya mərkəzi qovşaqdan

bütün iştirakçılara göndərilirsə, çox nöqtəli konfransda o,

seçmə üsulu ilə göndərilir yəni, bir istifadəçi qrupunun bir neçə

alt qrupu arasında müxtəlif informasiyaların mübadiləsi eyni

zamanda həyata keçirilir.

Konfrans-rabitənin daha çox tətbiq edildiyi sahələrə

məsafədən təhsil, tibbi konsultasiyalar və müxtəlif biznes-

proqramlar daxildir.

Telekonfransın proqram təminatı server və kliyent

hissələrindən ibarət olur.

Müştəri proqramında ən azı E-mail vasitələri, çox pəncərəli

mətn redaktoru (göndərilən və qəbul edilən mətnlər müxtəlif

pəncərələrdə yerləşir, videokonfrans halında video üçün ayrıca

pəncərə ayrılır), fayl mübadiləsi vasitələri olmalıdır. Daha

geniş yayılmış müştəri proqramları ProShare (Intel) və

NetMeeting-dir (Microsoft). Class Point məsafədən tədris

sistemində kliyent hissəsi təlimatçı və tələbə üçün nəzərdə

tutulmuş ayrı-ayrı proqramlardan ibarətdir.

Server hissəsi (MCU – Multipoint Control Unit) video

informasiyasına malik pəncərələrin formatlarının, verilənlərin

sıxılması üsullarının, müxtəlif şəbəkələrdən (istifadəçilərdən)

gələn axınların sürətlərinin razılaşdırılması ilə verilən

axınlarının istifadəçilər arasında paylaşdırılmasına xidmət edir.

Serverlərə misal olaraq, videokonfrans üçün Whute Pine's

Page 175: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Meeting Point, məsafədən tədris sistemi üçün isə DataBeam's

Learning Server göstərilə bilər.

5.12. Videokonfrans

Konfrans-rabitə növləri arasında videokonfranslar xüsusi

yer tuturlar. Videokonfrans – interaktiv müraciət imkanları

daxilində video təsvirlərin telekommunikasiya əlaqə kanalları

ilə ötürülməsini əhatə edən əlaqə üsuludur. Aydındır ki,

videokonfranslarda verilənləri ötürmə kanallarının buraxıcılıq

qabiliyyəti ilə əlaqədar tələblər adi telekonfranslarda

olduğundan daha yüksəkdir. Videokonfranslar yüksək sürətli

əlaqə kanallarının və ötürülmə zamanı verilənlərin effektiv

sıxılma üsullarının inkişaf etdirilməsindən sonra meydana

gəlmişdir (kifayət qəfər böyük təşkilatlar üçün). Nisbətən ucuz

videokonfrans sistemlərindən geniş şəkildə istifadə edilir.

Analoq televiziyası dinamik təsvirlərin ötürülmə

keyfiyyətinin yüksək olduğu ən bahalı videokonfrans növüdür.

Zolağın 5 MHs olması tələb edilir ki, bu da impuls-kod

modulyasiya və hesablamaların səkkiz bitlik kombinasiyalarla

kodlaşdırılması zamanı 80 Mbit/san buraxıcılıq qabiliyyətinə

ekvivalent olur.

Digər üsullarda buraxıcılıq qabiliyyəti ilə əlaqədar tələblər

informasiyanın kodeklər adlanan (kodek – kodlaşdırma və

dekodlaşdırma sözlərinin ilk hecalarının birləşməsindən

yaranmışdır) kodlaşdırma qurğuları ilə sıxılması sayəsində

xeyli azalmışdır.

Operativ iş əlaqələri üçün rəqəmli videotelefonlardan

istifadə edilir. Aparat komplektinin tərkibinə videokamera,

monitor, mikrofon, dinamik və kodek daxildir. Əlaqə əsasən

rəqəmli kanallarla (ISDN) təmin edilir. Təsvirlərin yüksək

keyfiyyətə malik olması tələb edilmir, bu üsul analoq

televiziyasından xeyli ucuz başa gəlir.

Page 176: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

İki nöqtəli və çox nöqtəli videokonfranslar mövcuddur. Çox

nöqtəli videokonfranslar ikidən artıq qovşaqlar arasında əlaqə

yaradır.

Fərdi videokonfrans sistemləri fərdi istifadə üçün nəzərdə

tutulmuşdur. Onlar, bir qayda olaraq, quraşdırma üçün nəzərdə

tutulmuş binada monitorda icra edilir və ya birbaşa monitorda

həyata keçirilirlər. Bu sistemlərdən istifadə zamanı IP-

şəbəkələrə qoşulurlar, lakin, ISDN-dən istifadə edən modellər

də mövcuddur. Multimedia vasitələrinin tətbiqi tələb

olunduqda audio, video və şəbəkə platalarına, mikrofon,

dinamik və videokameraya malik kompüterlərdən istifadə

edilir. Bəzən əlavə avadanlıqlar, məsələn, sənəd-kamera da

tətbiq edilir. Təxmini dəyər: 300-5000$-dır.

Videokonfransların əksəriyyəti 64-128 Kbit/san sürətə malik

şəbəkəyə qoşulma zamanı təsvirlərin və aşağı keyfiyyətli səsin

ötürülməsini təmin edir, qoşulmanın sürəti 2 Mbit/san olanda

qənaətbəxş keyfiyyət əldə edilir və bu da müvafiq ödəniş tələb

edir.

Orta və böyük auditoriyalar üçün nəzərdə tutulmuş

videokonfrans sistemi məsafədən idarə edilən veb kamera,

multimedia proyektoru, ekran, mikrofon, dinamik, qrafik

sənədlərin oxunması qurğusu, kodek kimi avadanlıqları özündə

birləşdirir. İnformasiya axını bir qovşaqdan auditoriyaya

(məsələn, lektorun çıxışı) və əksinə (suallar) ötürülür.

Konfrans-rabitənin təşkil olunması üçün ITU tərəfindən

yaradılmış T.12х seriyasından olan standartlar qrupundan

istifadə edilir. T.122/125 standartları çox nöqtəli

birləşdirmələrə, T.126 whiteboard texnologiyalarına, T.127 çox

nöqtəli əlaqə zamanı faylların ötürülməsinə aid edilir. T.123

standartı konfrans-rabitə sistemlərində istifadə edilə bilən nəql

protokollarının təsvirindən ibarətdir. Nitq və ya eşitmə qüsuru

olan istifadəçilər də yaddan çıxarılmayıb – onlar üçün T.124

standartında müvafiq diaqram dili işlənib hazırlanmışdır.

Page 177: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Multimedia proqramlarında şəbəkədə verilənlərin

ötürülməsi həm real zaman rejimində (məsələn,

videokonfranslarda), həm də ayrılmış rejimdə (məsələn, CD-

ROM-a yazılmış videofraqmentlərin ötürülməsi zamanı) həyata

keçirilə bilər. Bu iki rejim, müvafiq olaraq, axınla ötürmə və

proqressiv yüklənmə adlanır. Onlardan birincisində

informasiyanın emalı verilənlərin qəbulu ilə eyni vaxtda yerinə

yetirilir, ikincisində isə verilənlərin kompüterin yaddaşında

saxlanılması və sonradan emalı təmin edilir.

Multimedia informasiyasının şəbəkədə ötürülməsi üçün

konfrans-rabitə ilə əlaqədar H.32х standartlar qrupundan

istifadə edilir. H.320, H.321, H.322, H.323 və H.324

standartları, müvafiq olaraq, darzolaqlı ISDN kanallarına,

genişzolaqlı B-ISDN kanallarına, zəmanət verilmiş buraxıcılıq

qabiliyyətinə malik lokal şəbəkələrə aiddirlər. H.320

protokoluna malik şəbəkələrlə əlaqədar yüksək tələblər onun

tətbiqini məhdudlaşdırır. Ona görə də, lokal və korporativ

şəbəkələrdə tez-tez UDP protokolu üzərində real vaxt RTP nəql

protokolu və ya TCP-ni tamamlayan RTCP nəql protokolu ilə

birlikdə H.323 protokolu tətbiq edilir. H.32х standartlarında

sıxılmış informasiya, ötürmə protokolu, video və səsin

sinxronizasiyası ilə əlaqədar tələblər müəyyən olunur. Belə ki,

verilənlərin sıxılması üçün H.320 protokolu çərçivəsində

MPEG alqoritmlərini realizə edən H.261 əlavəsi nəzərdə

tutulmuşdur.

5.13. Çox nöqtəli konfrans-rabitə

Çox nöqtəli konfransın strukturu mərkəzləşdirilmiş,

mərkəzləşdirilməmiş, hibrid və qarışıq ola bilər.

Çox nöqtəli konfransın idarəetmə qurğusu (Mult ipoint

Control Units (MCU)) üç və daha artıq iştirakçılar arasındakı

konfransın dəstəklənməsi üçün nəzərdə tutulmuşdur. Bu

qurğunun tərkibinə Multipoint Controller (MC) kontrolleri və

Multipoint Processors (MP) prosessorları daxil olmalıdır. MC

Page 178: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

kontrolleri H.245 protokolunu dəstəkləməlidir və terminallar

arasındakı audio və video axınların emal parametrlərinin

razılaşdırılması üçün nəzərdə tutulmuşdur. Prosessorlar bu

axınların kommutasiyası və emalı ilə məşğul olurlar.

Çox nöqtəli konfransın strukturu mərkəzləşdirilmiş,

mərkəzləşdirilməmiş, hibrid və qarışıq ola bilər.

Mərkəzləşdirilmiş çox nöqtəli konfrans MCU qurğusunun

olmasını tələb edir. Hər bir terminal MCU ilə audio, video,

verilənlər və idarəetmə əmrlərindən ibarət axınları “nöqtə-

nöqtə” sxemi üzrə mübadilə edir. MC kontrolleri H.245

protokolundan istifadə etməklə hər bir terminalın imkanlarını

müəyyən edir. MP prosessoru hər bir terminal üçün zəruri

multimedia axınlarını formalaşdıraraq göndərir. Bundan əlavə,

prosessor axınların müxtəlif verilən sürətlərinə malik olan

müxtəlif kodeklərdən alınmasını təmin edə bilər.

Mərkəzləşdirilməmiş çox nöqtəli konfrans qrup şəkilli

ünvanlaşma texnologiyasından istifadə edir. H.323

konfransında iştirak edən terminallar multimedia axınlarını

MCU-ya göndərmədən başqa iştirakçılara çox ünvanlı şəkildə

istiqamətləndirirlər. Nəzarət informasiyası və idarəedici

informasiyanın ötürülməsi terminallar və MCU arasında

“nöqtə-nöqtə” sxemi üzrə həyata keçirilir. Bu halda çox nöqtəli

ötürmənin yoxlanılması MC kontrolleri vasitəsilə təmin edilir.

Konfrans-rabitənin təşkilinin hibrid sxemi yuxarıda qeyd

edilmiş iki sxemin kombinasiyasıdır. H.323 konfransında

iştirak edən terminallar yalnız audio və video axınlarını MCU-

ya göndərmədən başqa iştirakçılara çox ünvanlı şəkildə

istiqamətləndirirlər. Qalan axınların ötürülməsi terminallar və

MCU arasında “nöqtə-nöqtə” sxemi üzrə həyata keçirilir. Bu

halda həm kontroller, həm də MCU prosessoru fəaliyyət

göstərir.

Konfrans-rabitənin təşkilinin qarışıq sxemində bir

terminallar qrupu mərkəzləşdirilmiş, başqa bir terminallar

qrupu isə mərkəzsizləşdirilmiş sxem üzrə işləyə bilər.

Page 179: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

5.14. H.323 standartı

1990-cı ildə videokonfrans texnologiyaları sahəsində ilk

beynəlxalq standart – ISDN-ə əsaslanan videokonfransların

dəstəklənməsi üçün H.320 spesifikasiyası qəbul edilmişdir.

Sonradan ITU videokonfranslar haqqında bütöv bir məsləhətlər

seriyasını da təsdiq edib. Çox vaxt H.32x adlanan bu

məsləhətlər seriyası H.320-la yanaşı müxtəlif şəbəkə tipləri

üçün nəzərdə tutulmuş H.321-H.324 standartlarını da özündə

birləşdirir.

90-cı illərin ikinci yarısında IP-şəbəkələr və İnternet

intensiv şəkildə inkişaf etdi. Onlar qənaətcil verilənləri ötürmə

mühitinə çevrilib hər yerdə istifadə edilməyə başladılar. Lakin,

ISDN-dən fərqli olaraq, IP-şəbəkələr audio və video axınların

ötürülməsi üçün daha pis uyğunlaşdırılmışdır. IP-şəbəkələrin

strukturundan istifadə etmək cəhdi 1996-cı ildə

H.323standartının (Visual Telephone Systems and Terminal

Equipment for Local Area Networks which Provide a Non-

Guaranteed Quality of Service, zəmanət verilməmiş xidmət

keyfiyyətinə malik lokal şəbəkələr üçün videotelefonlar və

terminal avadanlıq) yaranmasına səbəb olmuşdur. Hal-hazırda

H.323 – bu seriyadan olan ən mühüm standartlardan biridir.

H.323 – ITU-T-nin zəmanətli xidmət keyfiyyətini təmin

etməyən hesablama şəbəkələrində (QoS) multimedia

proqramları üçün nəzərdə tutulmuş məsləhətləridir. Bu cür

şəbəkələr Ethernet, Fast Ethernet və Token Ring bazasında IPX

və IP paket kommutasiyasını əhatə edirlər.

H.323 – protokollar axınıdır (şəkil 5.4).

Page 180: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Şəkil 5.4. H.323 protokollar axını

H.323 məsləhətləri aşağıdakı funksionallığı əhatə edir.

Buraxıcılıq zolağının idarə edilməsi. Audio və video

məlumatların, məsələn, videokonfranslarda məlumatların

ötürülməsi əlaqə kanallarını olduqca intensiv şəkildə yükləyir

və bu yükün artmasına nəzarət edilməzsə, mühüm şəbəkə

xidmətlərinin iş qabiliyyəti pozula bilər. Buna görə də, H.323

məsləhətlərində buraxıcılıq zolağının idarə edilməsi nəzərdə

tutulmuşdur. Həm eyni vaxtda həyata keçirilən qoşulmaların

sayını, həm də bütün H.323 proqramları üçün ümumi keçirmə

zolağını məhdudlaşdırmaq olar. Bu məhdudiyyətlər başqa

şəbəkə proqramlarının işləməsi üçün zəruri resursları

saxlamağa imkan verir. Hər bir H.323 terminalı konkret

konfrans sessiyası zamanı öz keçirmə zolağını idarə edə bilər.

Şəbəkələrin qarşılıqlı fəaliyyət göstərməsi imkanı. H.323

məsləhətləri müxtəlifcinsli şəbəkələrdə (məsələn, IP və ISDN,

IP və PSTN) videokonfrans iştirakçılarının birləşdirilməsi

vasitələrini təklif edirlər.

Platforma asılılığı. H.323 aparat və ya proqram təminatı ilə

əlaqədar olan heç bir texniki həllə bağlı deyil. Qarşılıqlı

Page 181: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

fəaliyyət göstərən proqramlar müxtəlif əməliyyat sistemlərinə

malik olan müxtəlif platformalar əsasında yaradıla bilərlər.

Çox nöqtəli konfransların dəstəklənməsi. H.323 məsləhətləri

üç və ya daha çox iştirakçının olduğu videokonfransları təşkil

etməyə imkan verir. Çox nöqtəli konfranslar həm

videokonfransın mərkəzi qurğusundan istifadə etməklə, həm də

onsuz keçirilə bilərlər.

Çox ünvanlı ötürmənin dəstəklənməsi. H.323 şəbəkənin

qrup şəkilli ünvanlaşmanın (IGMP kimi) idarə edilməsi

protokolunu dəstəkləməsi halında çox nöqtəli konfransda çox

ünvanlı ötürməni dəstəkləyir. Çox ünvanlı ötürmə zamanı bir

informasiya paketi artıq təkrarlanma olmadan bütün zəruri

ünvanlara göndərilir. Çox ünvanlı ötürmə buraxıcılıq

zolağından daha effektiv şəkildə istifadə edir, belə ki, bütün

ünvanlara – göndərmə siyahısındakı bütün iştirakçılara düz bir

axın ünvanlanır.

Kodeklər üçün standartlar. H.323 müxtəlif istehsalçıların

avadanlıqlarının birgə işini təmin etmək məqsədilə audio və

video axınların kodlaşdırılması və dekodlaşdırılması

standartlarını müəyyən edir. Bununla yanaşı, standart kifayət

qədər elastikdir. Yerinə yetirilməsi mütləq xarakter daşıyan

tələblər və istifadələri zamanı standarta ciddi şəkildə əməl

etməyin vacib olduğu imkanlar mövcuddur. Eyni zamanda

istehsalçı multimedia məhsullarına və proqramlarına standartın

tələbləri ilə ziddiyyət təşkil etməyən əlavə imkanlar da daxil

edə bilər.

Qrup şəkilli ünvanlaşmanın dəstəklənməsi və uyğunluq.

Konfrans iştirakçıları aralarındakı uyğunluq məsələləri ilə

maraqlanmadan bir-biri ilə əlaqə saxlamaq istəyirlər. H.323

məsləhətləri istifadəçilərin ümumi imkanlarını aydınlaşdırır və

konfrans iştirakçıları üçün ümumi olan kodlaşdırma, çağırış və

idarəetmə protokollarından ən yaxşısını təyin edirlər. H.323

konfransı son avadanlıqları müxtəlif imkanlara malik olan

iştirakçıları əhatə edə bilər. Məsələn, iştirakçılardan biri yalnız

Page 182: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

audio imkanlara malik olan terminaldan istifadə edə bildiyi

halda, qalan konfrans iştirakçıları video və verilənləri ötürmək

/ qəbul etmək imkanlarından da istifadə edə bilirlər.

5.15. H.323 standartının reallaşdırılması

H.323-dən istifadə edən bütün qurğular dörd kateqoriyaya

bölünə bilərlər: terminallar, şlüzlər, “qeytkiperlər” (Gatekeeper

– qapıçı) və çox bəndli nəzarət nöqtələri (Multipoint Control

Unit – MTU).

Eyni zamanda son nöqtələr (endpoints) də adlanan

terminallar istifadəçi interfeysini H.323 protokoluna

uyğunlaşdırır və real zaman rejimində ikitərəfli multimedia

əlaqəsini təmin edir. Şlüzlər H.323 və qeyri-H.323 məzmunları

arasında qarşılıqlı əlaqə təmin etmək üçün “tərcüməçi” rolunu

icra edirlər. Şlüzlər də terminallar kimi son nöqtələr kimi

nəzərdən keçirilirlər. MCU konfransın mümkünlüyünü təmin

edir.

H.323 “obyektlərinə” terminallar, multimedia şlüzləri, çox

nöqtəli videokonfransları idarəetmə qurğuları və zona

kontrollerləri (Gatekeeper) daxildir.

Terminal – konfransda iştirak etmək üçün nəzərdə tutulmuş

son multimedia qurğusudur (səs, video, verilənlər).

Multimedia şlüzü (Gateway) – müxtəlifcinsli şəbəkələrin

birləşdirilməsi halında multimedia informasiyasının və

idarəedici informasiyanın dəyişdirilməsi üçün nəzərdə tutulmuş

qurğudur.

Çox nöqtəli konfransların idarə edilməsi qurğusu

(Multipoint Control Unit – MCU) üç və daha artıq iştirakçının

iştirakı ilə konfransın təşkil edilməsi üçün nəzərdə tutulmuşdur.

Zona kontrolleri (Gatekeeper, Qapıçı, Konfrans meneceri) –

virtual telefon stansiyalarının funksiyalarını yerinə yetirirlər

yəni, çağırışlara nəzarət edir, ünvanların translyasiyasını və

tutulan keçirmə zolağını idarə edirlər.

Page 183: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Şəkil 5.5. H.323 standartının baza strukturu

Standartda terminal dedikdə şəbəkənin iştirakçılara real

zaman rejimində bir-biri ilə əlaqə saxlamaq imkanı verən son

nöqtələri nəzərdə tutulur.

Page 184: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Şəkil 5.6. H.323 terminalının strukturu

Terminallar H.245 – qoşulma parametrlərinin

razılaşdırılması, Q.931 – qoşulmanın təmin edilməsi və

parametrlərinin razılaşdırılması protokollarını, RAS

(Registration/Admission/Status) kanalı zona kontrolleri

(Gatekeeper) ilə qarşılıqlı əlaqəni, audio və video paket

axınları ilə işləmək üçün nəzərdə tutulmuş RTP/RTCP

protokolunu, audio axının sıxılması üçün nəzərdə tutulmuş

G.711 protokolunu dəstəkləməlidir.

Page 185: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Məsləhətlərə görə H.323 terminalı üçün videokodeklərin,

T.120 protokolunun və MCU imkanlarının dəstəklənməsi

mütləq xarakter daşıyır.

Standarta görə video funksiyalarının vacib olmamasına

baxmayaraq, video imkanlarına malik olan bütün terminallar

H.261 kodekini dəstəkləməlidirlər, H.263-ün dəstəklənməsi də

təmin edilməlidir.

H.263 – H.261 kodekinin təkmilləşdirilmiş versiyasıdır,

H.263 kodekinin köməyi ilə alınmış videotəsvir ən yaxşı

keyfiyyətə malikdir, belə ki, hərəkət haqqında proqnoz verən

yarım pikselli texnologiyadan istifadə edilir. Bundan əlavə,

istifadə edilən Xaffman kodlaşdırması daha aşağı sürətə malik

ötürmələrlə işləmək üçün optimallaşdırılmışdır.

H.323-ə görə multimedia şlüzü H.323 konfransının məcburi

elementidir. O, çox sayda müxtəlif funksiyaları yerinə yetirə

bilər. Onun tipik funksiyası ötürmə protokollarının

formatlarının (məsələn, H.225.0 və H.221) dəyişdirilməsindən

ibarətdir. Adətən multimedia şlüzlərindən müxtəlif cinsli

şəbəkələr arasındakı qarşılıqlı əlaqəni dəstəkləmək üçün

istifadə edilir. Şəkil 5.7-də H.323/PSTN şlüzü göstərilmişdir.

Şəkil 5.7. H.323/PSTN multimedia şlüzü

5.16. T.120 standartı

Page 186: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Beynəlxalq Telekommunikasiya Birliyinin (ITU) T.120

standartlar qrupu standart telefon xətləri, ISDN kanalları və

lokal hesablama şəbəkələri də daxil olmaqla müxtəlif rabitə

xətləri ilə birləşdirilən çox sayda iştirakçını əhatə edən çox

nöqtəli videokonfransların təşkil edilmə mexanizmini təsvir

edir.

Standartlar əsas verilən formatlarını, protokol və

parametrləri təyin edirlər.

T.120 – protokol və xidmətlərin məcmusudur. Onun

mərkəzində konfransların təşkili infrastrukturu durur. TCP/IP,

NetWare IPX daxil olmaqla, müxtəlif şəbəkələr üçün spesifik

olan protokollar, paketlərin kommutasiya etdiyi X.25

şəbəkələri, ISDN və kommutasiya edən birləşdirmələr aşağıda

yerləşdirilib. İnformasiya konfransları və ya birgə istifadə

edilən “elektron lövhə” tipli proqramlar üçün nəzərdə tutulmuş

standartlar dəsti yuxarıda yerləşdirilib.

İstifadəçilər fərdi kompüterləri, portativ kompüterləri və ya

telefonları vasitəsilə çox nöqtəli idarəetmə qovşağına (MCU –

Multipoint Control Unit) – konfrans trafikini bütün iştirakçılara

göndərən çox nöqtəli marşrutizatora qoşulurlar.

MCU iştirakçıları ilə qarşılıqlı şəkildə işləmək üçün T.120

standartı tərəfindən müəyyən edilmiş ümumi konfransı

idarəetmə funksiyalarından istifadə edilir. İstifadəçilər artıq

başlamış konfransa da qoşula bilərlər.

T.120 standartı böyük şifrlənmiş təsvir və mətnləri

göndərməklə əlaqədar funksiyaları təsvir edir. T.127 standartı

ikili rejimdə faylların çox nöqtəli şəkildə göndərilməsi

funksiyalarını müəyyən edir ki, bu da faylları sıxıb bütün

konfrans iştirakçılarına və ya iştirakçılar qrupuna göndərməyə

imkan verir.

5.17. CORBA texnologiyası

Page 187: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Paylanmış hesablamalar texnologiyası CORBA (Common

Object Request Broker Architecture) OMG (Object

Management Group) assosiasiyası tərəfindən təklif edilmişdir.

Bu, proqram və proqramlaşdırma dilinə invariant olan

komponentyönlü (obyektyönlü) şəbəkə texnologiyasıdır.

CORBA strukturu şəkil 5.8-də verilmişdir.

CORBA texnologiyasında komponentlərin sxematik

qarşılıqlı təsiri aşağıdakı şəkildə verilə bilər. Kliyent müəyyən

proseduranın icra edilməsi və müəyyən verilənlərin alınması ilə

əlaqədar sorğu göndərir. Sorğu ORB (Object Request Broker)

adlanan, şəbəkədə lazım olan obyektin tanınması və onun

sorğunun emalı məqsədilə hazırlanması üçün zəruri olan

əməliyyatları yerinə yetirə bilən vasitəçiyə ünvanlanır.

Vasitəçidə icraçı komponentləri göstərməklə prosedura

interfeyslərinin əvvəlcədən hazırlanmış kataloqu (reyestr və ya

repozitariya) olur. Vasitəçi sorğunu müvafiq icraçıya

yönləndirir. İcraçı prosedura parametrlərini tələb edə bilər.

Proseduranın icrasından sonra alınmış nəticələr kliyentə

qaytarılır.

Page 188: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Şəkil 5.8. CORBA-nın strukturu

Bu zaman istifadəçi onun üçün rahat olan komponent və

interfeys identifikatorları ilə işləyir, kataloqun köməyi ilə bu

identifikatorlar aparat-proqram vasitələri tərəfindən istifadə

edilən və çox sayda kompüterdən ibarət paylanmış şəbəkədəki

interfeysi birqiymətli şəkildə müəyyən edən göstəricilərə

(istinadlara) çevrilirlər.

İnterfeyslərin təsvir edilməsi və kliyentin server

komponentləri ilə əlaqəsinin təşkil edilməsi üçün IDL dilindən

(OMG tərəfindən təklif edilən və RPC-də IDL dili ilə üst-üstə

düşməyən) istifadə edilir. CORBA-da IDL dili yaradılan

komponentlərin interfeyslərini təsvir etməyə imkan verir.

Metaverilənlər adlanan təsvirlər metaverilənlər modulu

şəklində təyin olunur, modul isə başlıqdan, verilən tiplərinin

təsvirindən, interfeys və əməliyyatlardan ibarətdir. Başlıqda

modulun identifikatoru qeyd edilir. Verilən tipləri hissəsində

atributlar, qaytarılan qiymətlər, istisna vəziyyətlər sadalanır.

Verilən tiplərinə misal olaraq baza tipləri (məsələn, float,

double, char, boolean, struct), istifadəçi tərəfindən təşkil edilən

tiplər (məsələn, yazılar və massivlər) və komponentlərin

interfeyslərini göstərən obyekt istinadları göstərilə bilər.

İnterfeyslərin təsviri interface açar sözündən başlayır, bu

sözdən sonra isə interfeysin identifikatorları sadalanır. Daha

sonra əməliyyatlar (üsullar) əməliyyat parametrlərini

sadalamaq və onların giriş və ya çıxış verilənlərinə aid

olduqlarını göstərməklə əməliyyat identifikatorları şəklində

təsvir edilirlər.

Obyekt sinifləri (proqram modulları) CORBA-mühitdə

realizə edilməlidirlər. Bunun üçün IDL kompilyatoru aşağıdakı

əməliyyatları icra edir. Birincisi, hər bir obyekt sinfi üçün

metaverilənlər ORB-də olan xüsusi verilənlər bazasına –

interfeys repozitariyasına yerləşdirilirlər. İkincisi, kompilyator

IDL dilində təsvir edilmiş hər bir kliyent və server stabları

Page 189: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

(proqram modulları) üsulu üçün komponentlərə müraciəti

təmin edən proqram modulları yaradır.

Repozitariyanın köməyi ilə proqramlar dinamik sorğuların

generasiyası üçün zəruri olan IDL-interfeyslərinin formatları və

strukturu haqqında informasiya ala bilərlər.

İnterfeyslərin təyinatı əməliyyatların təsvirindən, mümkün

istisna vəziyyətlərdən, parametrlərin tiplərindən ibarət olan

obyektlər çoxluğu şəklində repozitariyada saxlanılır.

Repozitariya eyni zamanda bu obyektlərə müraciət

mexanizmini təmin edir. IR CORBA standartının mühüm

komponentlərindən biri kimi müxtəlif istehsalçıların

brokerlərinin qarşılıqlı əlaqəsini dəstəkləyir.

Fiziki baxımdan interfeyslər repozitariyası özünün IDL-

interfeysinə malik olan proqram komponentidir. Müxtəlif

proqramlar bu interfeys vasitəsilə başqa CORBA-obyektlər

haqqındakı verilənləri qəbul edirlər.

İnterfeyslər repozitariyasının spesifikasiyası verilənlərin,

parametrlərin və funksiyaların dəyişdiyi proqramların

yaradılması üçün çox münasibdir. CASE-vasitələri,

naviqatorlar və s. bu kateqoriyaya aiddirlər.

Stablardan müxtəlif ünvan sahələrində və ya müxtəlif

kompüterlərdə (eləcə də, müxtəlif əməliyyat sistemlərində)

işləyən kliyent və serverlər arasında qarşılıqlı əlaqə yaratmaq

məqsədilə istifadə edilir. CORBA terminalogiyasında onlar

stub və skeleton adlanırlar. Stub (stab) – serverin kliyentin

ünvan sahəsindəki təmsilçisidir (bəzən onu təsvir etmək üçün

proxy terminindən də istifadə edirlər). Skeleton – kliyentin

serverin ünvan sahəsindəki təmsilçisidir.

Stabların əsas təyinatı – şəbəkədə marşalinqin yerinə

yetirilməsi və verilənlərin ötürülməsindən ibarətdir.

Parametrlərin ötürülmək üçün standart formata salınması

marşalinq adlanır. Marşalinq verilənlərin müxtəlif kompüter

mühitlərində müxtəlif cür (məsələn, simvolların

kodlaşdırılmasında, vergüllü ədədlərin təsvirində fərq olmaqla)

Page 190: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

təqdim edilməsi səbəbindən zəruridir. Kliyent stabı çağırış və

verilənlərin kliyentdən şəbəkəyə ötürülməsi üçün, eyni

zamanda server stabı adlanan skeleton isə nəticələri qaytarmaq

üçün istifadə edilir.

Kliyent proqramları onun metodlarından (adları server

obyektinin metodlarının adları ilə üst-üstə düşən) istifadə

etməklə stab-obyektlə qarşılıqlı şəkildə işləyirlər. Həqiqətən,

stab-obyekt öz növbəsində xüsusi middleware – Smart Agent

xidmətinə (o, şəbəkənin hər hansı bir kompüterində işləyə

bilər) müraciət edən Object Request Broker (ORB) kliyent

hissəsinə müraciət edir.

Server tapıldıqda onun ünvan sahəsində öz növbəsində

ORB-nin Object Adapter (BOA) adapterinin köməyi ilə

kliyentin sorğusunu göndərdiyi skeleton-obyektdən ibarət olan

axtarılan server obyekti yaradılır. BOA uzaqda yerləşən

obyektlərə istinadların yaradılması, obyektlərin qeydiyyatı,

sorğuların avtorizasiyası və proqramların aktivləşdirilməsi

üçün nəzərdə tutulmuş interfeyslərin toplusudur. Skeleton bu

xidmətdən istifadə etməklə Smart Agent vasitəsilə server üçün

CORBA-obyekti qeydiyyatdan keçirir, eyni zamanda obyektin

yaradılması və kliyentin sorğularını qəbul etməyə hazır olması

haqqında məlumat verir.

Server tərəfdə konkret server tərəfindən dəstəklənən hər bir

yeni obyektlər sinfi haqqındakı verilənlər realizasiyalar

repozitariyasına yerləşdirilir. Bu əməliyyatı obyekt adapteri

yerinə yetirir. Adətən ORB-də müxtəlif komponentlər

qruplarına xidmət edən bir neçə obyekt adapteri olur (belə ki,

kitabxanalara, verilənlər bazalarına, ayrı-ayrı proqram

qruplarına və s. əsaslanan obyekt adapterləri mövcuddur).

Obyekt adapterləri yuxarıda qeyd edilən bir sıra

funksiyaları, xüsusi halda, komponentlərin aktivləşdirilməsi və

deaktiv edilməsi funksiyalarını yerinə yetirirlər.

Komponentlərin aktivləşdirilməsi və deaktiv edilməsi üçün

müxtəlif üsullar mövcuddur. Onların birincisində hər bir

Page 191: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

kliyent sorğusunun emal edilməsi üçün komponentin surəti

yaradılır. Başqa üsullarda surət yaradılmır, komponent bütün

sorğuları vaxta görə bölünmək və bölünməməklə emal edir.

Sorğunun realizasiyası zamanı broker obyekt adapteri

vasitəsilə müvafiq komponenti aktivləşdirir. Sonradan kliyentlə

server stab vasitəsilə qarşılıqlı fəaliyyət göstərirlər.

Kliyentlə serverin qarşılıqlı əlaqə sxemi statistik hesab

edilir. CORBA-da dinamik çağırışlar da nəzərə alınmışdır.

Onların emal edilməsi üçün IDL dilinin komplyatorunun

köməyi ilə stabların ilkin formalaşdırılması tələb edilmir. Hər

bir metod üçün spesifik olan stablar əvəzinə metodlara

invariant olan xüsusi dinamik qarşılıqlı əlaqə proqramlarından

istifadə edilir. Bu zaman komponentə müraciət etmək üçün

lazım olan verilənlər kliyent proqramında verilirlər, onlar

xüsusi halda əvvəlcədən interfeyslər repozitariyasından

alınırlar. Dinamik çağırışlar proqramlaşdırma zamanı

elastikliyi təmin edir, lakin, onlar nisbətən az sürətlə yerinə

yetirilirlər.

CORBA-da ORB-nin rəhbərliyi altında işləyən bir sıra

xidmətlər nəzərə alınmışdır:

Adlandırma – obyektlərə unikal adlar verilir, nəticədə

istifadəçi şəbəkədə obyektləri ad üzrə axtara bilir.

Həyat tsikli – sistemdə obyektlərin (sənədlərin), eləcə də

istinadları və əlaqələndirilmiş obyektləri ilə birlikdə mürəkkəb

obyektlərin yaradılmasını, yerləşdirilməsini, surətlərinin

çıxarılmasını və silinməsini təmin edir.

Tranzaksiyaların emalı – proqramların və ya əməliyyat

sistemlərinin tranzaksiyalarının idarə edilməsini (bloklama,

fiksasiya və işləmə) həyata keçirir və bu, şəbəkədəki bir çox

obyektlərə eyni serverlərdən istifadə etmək imkanı verir.

Hadisələr – proseslərin realizasiyası zamanı baş verən

hadisələr haqqındakı məlumatların asinxron şəkildə

yayılmasını və emalını təmin edir ki, bu da maraqlı obyektlərə

işlərini koordinasiya etmək imkanı verir.

Page 192: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Təhlükəsizliyin təmin edilməsi – verilənlərin tamlığını

dəstəkləyir.

5.18. GRID-texnologiyalar

Müəssisə və ofislərin hesablama resursları kiçik yüklənmə

ilə istifadə edilirlər. Məsələn, fərdi kompüterlər və iş

stansiyaları vaxtın əhəmiyyətli bir hissəsini boş dayanırlar.

Digər tərəfdən həll edilməsi ayrıca kompüterdə, praktiki

olaraq, mümkün olmayan xüsusilə mürəkkəb məsələlər

mövcuddur. Şəbəkə resurslarından rasional şəkildə istifadə

etmək və onları mürəkkəb məsələlərin həll edilməsi üçün

cəmləşdirmək məqsədilə GRID-texnologiyalar (GRID-

hesablamalar) yaradılmışdır. Bu zaman resurs dedikdə

kompüterlərin məhsuldarlığı ilə müəyyən olunan hesablama

gücü, yaddaş həcmi və şəbəkə vasitələri nəzərdə tutulur.

GRID-texnologiyalar – resursları rasional şəkildə yükləmək

və / və ya mürəkkəb proqramların realizasiyası üçün hesablama

şəbəkələrinin paylanmış resurslarından birgə istifadə etmək

məqsədi daşıyan paylanmış hesablama texnologiyalarıdır.

GRID-texnologiyalar məhsuldarlıq, miqyaslılıq, müraciət

edilə bilmək imkanı göstəricilərinə görə real super

kompüterləri keçə biləcək olduqca güclü virtual super

kompüterlərin yaradılması üsulu kimi nəzərdən keçirilə

bilərlər.

GRID-sistemin yaradılması ilk növbədə resursların

qeydiyyatı, resurslara müraciət, tələb edilən keyfiyyətin və

xidmətin təhlükəsizliyinin təmin edilməsi sahəsində

standartlaşdırmanı əhatə edir.

2003-cü ilin əvvəlinə qədər GRID-texnologiyaların inkişafı

yüksək sürətli şəbəkələrin (1 Hbit/san-dən az olmamaqla),

Linux əməliyyat sisteminin, veb-xidmətlərin inteqrasiyasının

(SOAP protokolunun) bazasında proqnozlaşdırılır. O zaman

Grid Forumtəşkilatının dəstəyi ilə OGSA protokollarının

(Open Grid Service Architecture) məcmusunun işlənib

Page 193: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

hazırlanması prosesi başlamışdı. 2004-cü ilin mart ayında

standartın birinci versiyası (OGSA 1.0) işlənib hazırlanmışdı.

OGSA 1.0 standartında veb-xidmətlərin təşkili zamanı WSDL

və XML Schema-dan istifadə etmək üçün prinsip və

genişlənmələr dəsti müəyyən edilmişdir. Veb-xidmətlərin

istifadəsinə əsaslanan Globus Toolkit aləti daha populyar

proqram təminatı olmuşdur.

Hal-hazırda (2008-ci ilin əvvəlinə qədər) heterogen

şəbəkələrin inkişafı ilə məşğul olan bir sıra elm müəssisələrini

birləşdirən Global Grid Forum və Globus Project təşkilatları

tərəfindən OGSA standartlarının inkişafı davam etdirilir.

OGSA standartında XML dilinin, gələcək veb-xidmət

standartlarının, onların GRID-sistemlərdə quraşdırılmasının

inteqrasiyası nəzərdə tutulmuşdur. Globus Project qrupu

OGSA standartını dəstəkləyən Globus Toolkit 3.0 alətlər

dəstinin ilkin versiyasını təqdim etmişdir.

Alternativ WSRF (WS-Resource Framework)

spesifikasiyasının inkişaf etdirilməsi ilə əlaqədar işlər

görülməkdədir. Bu sənəd resurslar və veb-xidmətlər arasında

əlaqənin təsvir edilməsi üçün nəzərdə tutulmuş spesifikasiyalar

dəstindən ibarətdir. Spesifikasiyalarda məlumatların konkret

formatları və XML-dəki əlaqədar təyinatlar müəyyən

edilmişdir. WSRF-də WS-Resource Lifetime (resursun həyat

tsiklinin idarə edilmə üsulları müəyyən edilir və resursların

ləğv edilməsi üçün veb-xidmətlər təyin olunur), WS-Resource

Properties (Resource Property-nin XML-sənədlərində təsvir

edilən resursların tələb edilməsi və modifikasiyası üsulları

müəyyən edilir), WS-ServiceGroup (veb-xidmət və / və ya

WS-resurslar kolleksiyalarının təqdim və idarə edilməsi

üsulları müəyyən edilir), WS-BaseFaults (qırılma

informasiyaları üçün veb-xidmətlər zamanı məlumat

mübadiləsi prosesində istifadə edilən baza XML-tipi təyin

edilir) və s. spesifikasiyalar nəzərdə tutulmuşdur.

Page 194: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Lakin, standartların olması texnologiyaların inkişafı üçün

kifayət etmir, onların sənayenin dəstəyini alması vacibdir.

Standart protokolları mümkün köməkçi vasitələrlə – verilən və

kommunikasiyaların mühafizəsi, güclü autentifikasiya

mexanizmləri, universal verilən formatları (məsələn, XML),

paylanmış resursların idarə edilmə üsulları, istifadəçi və

proqramlar tərəfindən həyata keçirilən resurs tələblərinin

qeydiyyatı, imtinaların emalı ilə tamamlamaq lazımdır.

OGSA-da bir neçə iyerarxik səviyyə ayrılır. Resursların

adaptasiyası adlanan aşağı səviyyədə konkret resurs üzərində

paket emalının idarə edilməsi həyata keçirilir, resursların

abstrakt tip və əməliyyatların məcmusu şəklində təsvir edilməsi

təmin olunur. Növbəti səviyyədə – əlaqə səviyyəsində populyar

İnternet protokollarının köməyi ilə təhlükəsizliyin və lazımi

xidmət səviyyəsinin (QoS – Quality of Service) təmin edilməsi

şərti daxilində məlumatların ötürülməsi (marşrutizasiyası)

həyata keçirilir. Resurslara müraciət səviyyəsinin

funksiyalarına resursların vəziyyəti haqqında məlumatların

toplanılması aiddir. Bu funksiyalar resursların vəziyyətlərinə

nəzarət üçün GRIP xidmətini (Grid Resource Information

Protocol) və GRIP tərəfindən toplanan məlumatları periodik

şəkildə GIIS serverinə (Grid Index Information Server) ötürən

GRRP xidmətini (Grid Resource Registration Protocol) yerinə

yetirir. Nəhayət, kooperasiya səviyyəsində GIIP serverində

olan verilənlərdən konkret məsələlər üçün resurs seçimində

istifadə edilir. Bu səviyyədə sərbəst resursları müəyyən edən

brokerlər və məsələni resurslar arasında bölüşdürən

dispetçerlər tətbiq edilir. Eyni zamanda göstərilən xidmətlərə

görə ödənişlərin hesablanması üçün resurslardan istifadə üzrə

qeydiyyat da aparılır.

5.19. İnternetdə informasiya axtarışı

Page 195: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

İnternet şəbəkəsində artıq bir neçə milyon sayt var, onların

sayı və saytlarda toplanmış informasiyaların həcmi isə

artmaqdadır. İnformasiyanın həcminin böyük olmasının həm

müsbət, həm də mənfi tərəfləri var, belə ki, həcmin böyük

olması konkret vaxtda konkret istifadəçiyə lazım olan

verilənlərin axtarılmasını çətinləşdirir. İnternetdə müraciətə

açıq olan saytlarda axtarışı asanlaşdırmaq üçün informasiya-

axtarış sistemlərindən və elektron kataloqlardan istifadə edilir.

İnformasiya-axtarış sistemləri sənədli, faktoqrafik və ya

hipermətnli olurlar.

Sənədli informasiya-axtarış sistemlərində veb-serverlərin

xidmət göstərilən sistemində olan sənədlər haqqındakı

məlumatlar toplanılır, indeksləşdirilir və qeydə alınır.

İndeksləşdirmə sənədlərin axtarış obrazlarının yaradılmasını

əhatə edir. Adətən axtarış obrazına ya sənəddə olan mənalı

sözlərin hamısı, ya da yalnız başlıqdakı sözlər daxil olur.

İnformasiya-axtarış sistemləri sənədlərin analizini, sənədlərin

axtarış obrazlarının yaradılmasını və saxlanılmasını, istifadəçi

sorğularının analizini, istifadəçilərin axtarışını və onlara

şəbəkədə axtarılan sənədlərin yerləşdiyi yerlər haqqında

məlumatların verilməsini həyata keçirir. Axtarışın əsasında

istifadəçinin sorğusunun sənədlərin axtarış obrazları ilə

qarşılaşdırılması durur, nəticədə axtarış obrazları sorğuya

uyğun gələn sənədlər seçilir. Bir çox informasiya-axtarış

sistemlərində istifadəçiyə təbii dildə olan sorğularla, məntiqi

əlaqələrə malik mürəkkəb sorğularla serverə müraciət etmək

imkanı verilir. Bu cür informasiya-axtarış sistemlərinə, misal

olaraq, Excite, Lycos, Altavista və s. göstərilə bilər. DEC

firması Altavista üçün bir neçə kompüter, eləcə də 10

prosessorlu Alpha-8400 EHM-i ayırmışdır.

Eyni zamanda metatəsvirlər və ya metaverilənlər adlanan

axtarış obrazları sənəd atributlarının qiymətlərini və ya açar

sözlər çoxluğunu ifadə edirlər. Bu iki axtarış obrazı variantının

əsasında axtarış, müvafiq olaraq, atributiv və kontekstli axtarış

Page 196: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

adlanır. Tez-tez bu iki axtarış üsulunun kombinasiyasından

istifadə edilir.

Faktoqrafik sistemlərdə informasiyanın müəyyən predmet

sahəsinə aid edilən faktlar şəklində strukturlaşdırılması təmin

edilir. Misal olaraq, relyativ verilənlər bazası göstərilə bilər.

Hipermətnli sistemlərdə hipermətn sənədləri saxlanılır.

Elektron kataloqlarda axtarış sorğunun informasiya

bölmələri ilə qarşılaşdırılmasına əsaslanır.

İnformasiyanın təsnifatı rubrikasiya adlanır. Tematik

rubrikasiyanın işlənib hazırlanması daha mürəkkəbdir.

Dünyada bir sıra tematik rubrikasiya sistemləri mövcuddur.

Belə ki, Rusiyada iyerarxik universal onluq təsnifat sistemi və

dövlət elmi-texniki informasiya reyestri geniş yayılmışdır.

Lakin, onlar böyüklükləri və təbii mühafizəkarlıqları

səbəbindən elektron kataloqlarda və informasiya-axtarış

sistemlərində istifadə üçün o qədər də əlverişli deyillər. Ona

görə də, məsələn, təhsil portallarında bir neçə iyerarxiya

səviyyələri olan bir sıra xüsusi rubrikasiya sistemləri

mövcuddur.

Qeyd edək ki, informasiya-axtarış sistemlərində axtarış

obrazlarının yaradılması avtomatik şəkildə həyata keçirilirsə,

elektron kataloqlarda informasiya resurslarının strukturu

ixtisaslı insanlar tərəfindən müəyyən edilir.

Elektron kataloq prinsipi əsasında işləyən axtarış

sistemlərinə misal olaraq, Yahoo!, Galaxy, Looksmart, Yandex

sistemləri göstərilə bilərlər. Belə ki, Yahoo!-da yuxarı

iyerarxiya səviyyəsində 14 kateqoriya (məsələn, incəsənət,

humanitar elmlər, təhsil, biznes və iqtisadiyyat, elm və s.)

ayrılmışdır. İstifadəçi axtarış zamanı yuxarı səviyyədən lazımi

informasiya resurslarına malik saytların ünvanları haqqında

məlumat alacağı son səviyyəyə doğru enməklə iyerarxiya ağacı

üzrə naviqasiya həyata keçirir.

Metaməlumatların kitabxana kataloqları kimi

nizamlanmasına (məzmun üzrə təsnifat) əsaslanan axtarış

Page 197: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

texnologiyaları, məsələn, RDF (Resource Definition Format)

texnologiyasında inkişaf etməyə davam edirlər.

Lakin, İnternetdə açar sözlər əsasında axtarış heç də həmişə

effektiv olmur. İnformasiya-axtarış sistemlərinin istifadəçinin

sorğusuna cavab olaraq göstərdiyi sənədlər çoxluğunda lazımi

informasiyanın axtarılması həddindən artıq çox vaxt tələb edə

bilər. Portalların texnologiyası, XML, Xpath və ya XQuery

dillərinin XML-sənədlər bazalarında tətbiqi korporativ sistem

istifadəçisinin İnternetdəki işini daha da effektiv etməyə imkan

verir.

5.20. Portal

Portal konsepsiyası veb saytların inkişafı prosesində

meydana gəlmişdir. Portal hər bir konkret istifadəçi üçün

müxtəlif məlumatlara müraciət etməklə əlaqədar vahid nöqtəyə

malik olan istifadəçiyönlü veb-sistemdir. Portallar, əsasən veb-

serverlər və Java 2 Platform Enterprise Edition (J2EE) kimi

veb-proqram texnologiyalarına əsaslanırlar. Veb saytlar əksər

hallarda statik veb-səhifələr toplusudurlarsa, portallar proqram

vasitələrinin və bu vasitələrin konkret istifadəçilərin sorğusu

əsasında strukturlaşdırılmış verilənlərə çevirdiyi

informasiyaların məcmusudurlar.

Portalların tipləri ünvanlandıqları istifadəçilərdən və təklif

etdikləri xidmətlərdən asılı olaraq dəyişir.

Yahoo kimi ümumi portallar hamı üçün açıqdır, müxtəlif

mənbə və proqramlardan olan və müxtəlif insanlardan gələn

informasiyaları birləşdirir, müəyyən istifadəçi kateqoriyaları

üçün fərdi veb saytlar təklif edirlər.

Korporativ portallar müəssisə əməkdaşlarına təşkilat

daxilində istifadə edilən xarakterik proqram və informasiyalara

müraciət etmək imkanı verirlər.

Təhsil sahəsinə dair portallar təhsil müəssisələrində

yaradılırlar. Universitet, təhsil, inzibati, proqram və s. portallar

Page 198: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

mövcuddur. Universitet portallarında ali məktəblər haqqında

daha ümumi məlumat olur, onlar kafedralar, ixtisaslar, tədris

planları, abituriyentlərin qəbulu və s. ilə əlaqədar məlumatlara

müraciəti təmin edirlər. Başqa tədris müəssisələri portallarına

universitet portalının bir hissəsi kimi baxmaq olar. Belə ki,

təhsil portalları elektron tədris materiallarını, metodik

göstərişləri, dərs bölgüsünü, məsləhətləri və birbaşa tədris

prosesi ilə əlaqədar başqa verilənləri əhatə edirlər.

eBay və ChemWeb kimi ticarət portalları alıcılarla satıcıları

əlaqələndirən ticarət məkanlarıdır.

MySAP.com kimi ixtisaslaşmış portallar müəyyən tip

proqramlara müraciəti təmin edirlər.

Qeyd edilən portal tipləri müxtəlif iş ssenarilərinə

əsaslansalar da, bir sıra ümumi xarakteristikalara malikdirlər.

Portallar serverinin texnologiyası ümumi xidmət dəstinə malik

portalların realizasiyasını nəzərdə tutur.

Portalların onlara adi veb saytlardan fərqləndirən

xüsusiyyətləri:

Portalın proqram təminatı onu sazlamağa imkan verir.

Portallarda istifadəçinin informasiya resurslarına əvvəlki

müraciətlərinin marşrutunun yadda saxlanmasına və

bununla da analoji resurslara sonrakı müraciətlər zamanı

axtarış addımlarının azaldılmasına əsaslanan avtomatik

sazlama təmin edilir yəni, avtomatik sazlama dəfələrlə

istifadə edilən informasiya mənbələrinin yolunu qısaldır.

İstər istifadəçinin özünün korporativ sistemində, istərsə də

xarici veb-serverlərdəki verilənlər bazalarında olan lazımi

mənbələrə istinadlar istifadəçinin səhifəsində saxlanılırlar.

Portal vasitələri sazlama nəticələri əsasında avtomatik

şəkildə müxtəlif mənbələrdən məlumat toplayaraq

istifadəçiyə çatdırırlar. Müvafiq məlumatların əldə edilməsi

üçün ekranın və filtrlərin sazlanması kastomizasiya

(konkret istifadəçinin tələbi əsasında sazlama zamanı) və

Page 199: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

ya personalizasiya (istifadəçi sinifləri əsasında sazlanma

zamanı) adlanır.

İstifadəçiyə onun istəkləri əsasında şəxsi səhifəsini

sazlamaq üçün münasib vasitələr təqdim edilir.

Portalın proqram təminatı tərəfindən verilənlərin

mühafizəsi, proqramlara müraciət, bir neçə istifadəçinin

birgə işləməsi imkanı və s. təmin edilir.

Portalların imkanları aşağıdakı əsas funksiya və xidmətlər

vasitəsilə müəyyən edilirlər (Şəkil 5.9):

1. Atributlar (məsələn, predmet, materialın tipi, təhsil

səviyyəsi) və açar sözlər üzrə axtarış.

2. Materialların publikasiya və rubrikasiyası vasitələri.

3. Personalizasiya və kastomizasiya. Sazlama xidməti

(customization) müxtəlif istifadəçiləri tanıyır və onlara

xüsusi tələbləri əsasında hazırlanmış informasiyaları

təqdim edir. Bu xidmət istifadəçilər və istifadəçi birlikləri

haqqında məlumat toplayıb lazımi məlumatları lazım olan

vaxtda çatdırmağa əsaslanır.

4. Xəbərlər bölməsinin, göndərmə siyahılarının, sorğu

vasitəsinin olması.

5. Forumlara, soraqça verilənlər bazalarına, telekonfranslara

çıxış.

6. İnformasiyaların aqreqasiyası (content aggregation) xidməti

müxtəlif mənbələrdən müxtəlif istifadəçilər üçün alınmış

informasiyanı hazırlayır. O, istifadəçini müdafiə və sazlama

xidmətlərinin köməyi ilə identifikasiya etməklə konkret

şəxs üçün nəzərdə tutulmuş konteksti nəzərə alır.

7. İnformasiyanın alınması xidməti (content syndication)

müxtəlif mənbələrdən məlumat toplayır. Kommersiya

məlumatlarını təmin edənlər tez-tez standart formatlarda

olan məlumatları təqdim edirlər, məsələn, geniş yayılmış

“kəsmək” əməliyyatı müvafiq veb saytlardan HTML

formatlı məlumatları köçürür. Əməkdaşlar üçün portal,

Page 200: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

məsələn, korporativdaxili intranet şəbəkələrindən lazım

olan informasiyaları kəsə bilir.

8. Qurğuların dəstəklənməsi (multidevice support) xidməti

müxtəlif kommunikasiya kanalları (məsələn, simli və

simsiz telefonlar, peycerlər və fakslar) üçün məlumat

hazırlayır, onların xarakterik xüsusiyyətlərini təhlil edir.

Bunun üçün, bir qayda olaraq, informasiyaları filtrdən

keçirmək lazımdır (simsiz telefon üçün nəzərdə tutulmuş

informasiyadan söhbət getdikdə bütün şəkillər silinir,

simsiz WML birləşdirmələri zamanı isə HTML lazımi dilə

çevrilir).

Şəkil 5.9. Portalların əsas hissələri və funksiyaları

İstifadəçi portalı elektron poçt, fayl mübadiləsi, müxtəlif

konfrans-rabitə növləri, telekonfranslarda iştirak və s. kimi

Page 201: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

kommunikasiya vasitələri təqdim etməlidir. Təhsil

portallarında bu vasitələr “tələbə-müəllim”, “tələbə-dekanlıq”,

“tələbə-tələbə” əlaqələrinin yaradılması zamanı

müvəffəqiyyətlə istifadə edilirlər. Onlar xüsusən də məsafədən

təhsil zamanı lazım olurlar.

Əlavə olaraq, portallarda istifadə edilən informasiyanın

mənbəyində meydana gələn dəyişikliklərin indikasiyası

vasitələrinin olması da nəzərə alınır. Xüsusi halda müxtəlif

serverlərdə yerləşən resurslara müraciət imkanının daim

yoxlanılması vasitələri mühüm əhəmiyyət kəsb edirlər. Təhsil

portalında həmçinin tədris resursları kataloqunun, kataloqda

qeyd edilmiş tədris materiallarının müəllif və redaktorlarının

xüsusi interfeysinin daxil edilmə vasitələrinin olması da

vacibdir.

Portalın bütün xidmətlərinin korrekt şəkildə yerinə

yetirilməsi və qarşılıqlı şəkildə işləməsi mühiti nüvə –

proqramlar serveri (Application Server) tərəfindən təmin edilir.

Sistemin nüvəsində portalın xidmətlərinin avtorizasiyasının və

fərdi sazlanmasının dəstəklənməsi funksiyaları inteqrasiya

etdirilmişdir. Portalın bütün xidmətlərinin iş prinsipi portletlər

– Java dilində yazılmış xüsusi proqram modulları (üstünlüyü

çoxplatformalılıq olan) əsasında realizə edilir. Həm konkret

xidməti realizə edən sərbəst portal komponentləri, həm də

portaldakı proqram və verilən mənbələrinin interfeysləri portlet

ola bilərlər. Portal çoxagentli sistemdir və portalın idarə

edilməsi funksiyaları proqram agentləri tərəfindən yerinə

yetirilir.

Portalın əsasında sistemin daxili və xarici funksiyalarının

bloklara və modullara bölünməsi konsepsiyası durur.

İstifadəçinin istənilən sorğusu portala avtorizasiya,

autentifikasiya və personalizasiya blokundan keçməklə gəlir.

O, daha sonra marşrutizasiya blokuna daxil olur ki, burada

müvafiq funksional modulun (portletin) parametrləri müəyyən

olunur. Portlet istifadəçinin sorğusunu interpretasiya edir və

Page 202: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

DCOM, JDBC, API, CORBA, HTTPvə s. vasitəsilə proqram

alt sistemlərinə, verilənlər bazalarına, xarici proqramlara və

başqa mənbələrə müraciət etməklə onu yerinə yetirir. Belə ki,

portlet giriş informasiyası kimi kliyent və onun müraciət

hüquqları haqqında olan məlumatlardan istifadə edir, iş

müraciət hüquqlarının bölüşdürülməsi ilə icra edilir.

Portletin işinin nəticələri təqdimat blokuna ötürülən

məlumatların XML dilində təsvir edilməsindən ibarətdir.

Təqdimat bloku XSL-transformasiyadan istifadə etməklə

kliyentin fərdi istəkləri çərçivəsində müxtəlif XSL-şablonlar

(veb-brauzer, cib kompüteri, WAP-ı dəstəkləyən mobil telefon

və ya hər hansı başqa qurğu) əsasında portletin işinin

nəticələrini format edir.

İstifadəçilərlə qarşılıqlı əlaqəni təmin edən modulla yanaşı

hər bir portletdə sistemin administratoruna iş rejimini,

informasiya əlavələrini və konkret xidmətə müraciət hüququnu

müəyyən etməyə imkan verən inzibati komponent də olur.

Fiziki baxımdan müxtəlif olan portletlər vahid proqram

mühitində müxtəlif serverlərdə işləyirlər. Bu, yükü

balanslaşdırmağa və yüksək səviyyəli təhlükəsizliyi təmin

etməyə imkan verir. Portalın, mühafizəsi ilə əlaqədar yüksək

tələblərin irəli sürülmədiyi açıq xidmətləri bir qrupa daxil

edilərək ümumi korporativ şəbəkəyə birləşdirilmiş serverdə

yerləşdirilir. İcazəsiz müraciətdən ciddi şəkildə qorunmalı olan

xidmətlər xüsusi təhlükəsizlik tədbirlərinin tətbiq edildiyi

xüsusi serverdə yerləşdirilirlər.

Sistemə daxil olan zaman istifadəçilərin autentifikasiyası və

müxtəlif resurslara müraciət edilən zaman onların

avtorizasiyası təhlükəsizlik sisteminin elementləri olan ayrı-

ayrı portal komponentləri tərəfindən həyata keçirilir.

Autentifikasiya LDAP-serverin məlumatlarına əsaslanır. Veb-

interfeys vasitəsilə korporativ İntranet şəbəkəsinə müraciəti

təmin etmək üçün Windows NT domeninin müraciət hüquqları

haqqındakı məlumatlar nəzərə alına bilər.

Page 203: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

Portalların yaradılma və dəstəklənmə sistemlərinə misal

olaraq, IVM firması tərəfindən təklif olunan WebSphere Portal

Server sistemi göstərilə bilər. IVM-də həmçinin WebSphere

Portal – Express Plus adlı məhsul da yaradılmışdır. WebSphere

Portal Server paketinin interfeysin individual qaydada

sazlanması, bir neçə proqrama müraciət etmək üçün bir dəfə

qeydiyyatdan keçmək, vahid autentifikasiya mexanizmi və

portalın bütün komponentlərinin qarşılıqlı şəkildə fəaliyyət

göstərməsi kimi tipik funksiyalarına əlavə olaraq WebSphere

Portal-Express Plus paketi məsələlərin kollektiv şəkildə

müzakirə edilməsini (çat), seminarlar üçün virtual otaqları,

sənədləri mübadilə etmək və sənədlər üzərində birlikdə işləmək

imkanı ilə müxtəlif materiallardan ibarət arxivin yaradılmasını

dəstəkləyir.

Page 204: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

MÜNDƏRİCAT

FƏSİL 1. Telekommunikasiya texnologiyalarına giriş.........8

1.1. Hesablama şəbəkələrinin növləri...................................8

1.2. Açıq sistemlərin qarşılıqlı əlaqəsinin etalon modeli...14

1.3. Verilənlərin ötürülməsi mühitləri................................19

FƏSİL 2. Verilənləri ötürmə mühitləri...............................23

2.1. Verilənlərin ötürülməsi kanallarının növləri..............23

2.2. Əks-səda kompensasiyası............................................24

2.3. Verilənlərin ötürülməsinin analoq kanalları...............25

2.4. Verilənlərin ötürülməsinin rəqəmsal kanalları...........29

2.5. İnformasiya verilişinin düzgünlüyünə nəzarət............30

2.6. Kanal səviyyəsinin protokolları...................................33

2.7. Naqilli kanallar...........................................................36

2.8. Naqilsiz kanallar.........................................................39

2.9. ISDN kanallar.............................................................43

2.10. Abonent xətləri..........................................................45

2.11. İmpuls-kod modulyasiyası........................................46

2.12. PDH kanalları..........................................................46

2.13. SDH kanalları...........................................................48

2.14. Verilənlərin ötürülməsi üçün peyk kanalları............49

2.15. Mobil rabitə sistemləri..............................................51

2.16. Bluetooth...................................................................57

2.17. Modem əlaqəsi protokolları (fiziki səviyyə)..............58

2.18. Modem əlaqəsi protokolları (kanal səviyyəsi)..........62

2.19. Verilənlərin sıxılması................................................65

FƏSİL3. Lokal hesablama şəbəkələri................................67

3.1. Lokal hesablama şəbəkələrinin

strukturu və protokolları.............................................67

3.2. Lokal hesablama şəbəkələrinə müraciət üsulları.......70

3.3. Ethernet şəbəkəsi........................................................75

3.4. Token Ring şəbəkəsi...................................................80

3.5. Yüksək sürətli lokal hesablama şəbəkələri.................83

3.6. FDDI şəbəkələri.........................................................87

3.7. RadioEthernet............................................................91

Page 205: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

3.8. Simsiz Wi-Fi müraciəti...............................................94

3.9. Lokal şəbəkələrin avadanlıqları.................................97

3.10. İnfiniband...............................................................104

3.11. PCI Express...........................................................104

3.12. Virtual lokal hesablama şəbəkələri........................105

FƏSİL 4. Şəbəkə və nəqiyyatl protokolları.....................107

4.1. TCP/IP protokolunda ünvanlaşma..........................107

4.2. Marşrutlaşma...........................................................113

4.3. Marşrutlayıcı............................................................119

4.4. TCP protokolu.........................................................122

4.5. IP protokolu.............................................................127

4.6. TCP/IP birləşməsində idarəetmə protokolları.........131

4.7. TCP/IP protokol birləşməsində ARP, IGP,

EGP, RSVP protokolları..........................................135

4.8. UDP Protokolu........................................................136

4.9. TCP/IP şəbəkələrində proseslərin

qarşılıqlı fəaliyyəti...................................................137

4.10. IPv6 protokolu......................................................138

4.11. Korporativ hesablama şəbəkəsinin strukturu.......139

4.12. Korporativ informasiya şəbəkələri üçün şəbəkə

strukturları............................................................141

4.13. Overley şəbəkəsi...................................................144

FƏSİL 5. Şəbəkə əməliyyat sistemləri və xidmətləri......145

5.1. SPX/IPX protokolları..............................................145

5.2. X.25 şəbəkələri.......................................................145

5.3. Frame Relay şəbəkələri..........................................147

5.4. GPRS.....................................................................149

5.5. ATM şəbəkələri......................................................150

5.6. Şəbəkə əməliyyat sistemləri...................................159

5.7. Paylanmış hesablama modelləri...........................163

5.8. Paylanmış verilənlər bazaları...............................165

5.9. Şifrləmə üsulları....................................................169

5.10. Elektron poçt.......................................................169

5.11. Konfrans-rabitə...................................................171

Page 206: F. H. MƏMMƏDOV. Ə.D.TAĞIYEV. R.H.HÜSEYNOVaztu.edu.az/azp/curriculum/kommutasiya_sist/az/down/tk_kitab.pdf · Bu texnologiya virtual kanallı paket kommutasiyası üsullarından

5.12. Videokonfrans.......................................................174

5.13. Çox nöqtəli konfrans-rabitə..................................176

5.14. H.323 standartı.....................................................178

5.15. H.323 standartının reallaşdırılması......................181

5.16. T.120 standartı......................................................185

5.17. CORBA texnologiyası............................................186

5.18. GRID-texnologiyalar.............................................191

5.19. İnternetdə informasiya axtarışı.............................194

5.20. Portal....................................................................196